Month: November 2025

  • Azərbaycan boksçusu Avropa çempionatının yarımfinalına vəsiqə qazanıb

    Azərbaycan boksçusu Tağı Nəsibov Macarıstanın paytaxtı Budapeştdə keçirilən U-23 Avropa çempionatında yarımfinala yüksəlib.

    60 kq çəkidə mübarizə aparan milli üzvü 1/4 finalında Qevin Rayandan (İrlandiya) güclü olub.

    O, rəqibini 3:2 (28:29, 27:30, 30:27, 30:27, 30:27) hesabı ilə məğlub edib. Nəsibov yarımfinala vəsiqə qazanmaqla doğum günündə özünə azı bürünc medalı da hədiyyə edib.

    İdmançımız noyabrın 28-də yarımfinalda bolqarıstanlı Radoslav Rosenovla döyüşəcək.

    Qeyd edək ki, sabah daha 3 boksçumuz 1/4 final görüşünə çıxacaq.

  • Şəmkirdə qardaş bacısını bıçaqladı

    Şəmkir rayonunun Çinarlı qəsəbəsində bıçaqlanma hadisəsi baş verib.
     
    Qəsəbə sakini, 1990-cı il təvəllüdlü M. Nəbiyeva bıçaq xəsarətləri ilə xəstəxanaya yerləşdirilib. O, dərhal əməliyyat olunub və vəziyyətinin orta ağır olduğu bildirilir.
     
    Məlumata görə, 35 yaşlı qadını onun qardaşı 20 yaşlı N.Musayev aralarında baş verən mübahisə zamanı bıçaqlayıb. Hadisəyə səbəbin qadının ofisiant olaraq işləməsi olduğu deyilir. Qadın elə çalışdığı kafenin qarşısında bıçaqlanıb.
     
    Faktla bağlı araşdırma aparılır.

  • Pərvanədən yeni doğulan körpənin DNT analizi istənilibmiş – Cinayətin DETALLARI

    Bakıda 41 yaşlı Pərvanə Eyvazovanın 3 günlük körpəsini dənizə ataraq öldürməsinin təfərrüatı məlum olub.

    Median.Az “Teleqraf”a istinadla xəbər verir ki, hava limanında çalışan Pərvanə Eyvazova 6 ay öncə Xəzər Rayon Məhkəməsinin qərarı ilə həyat yoldaşı Həmid Eyvazovdan rəsmən boşanıb.

    Onların birgə nikahdan üç övladı olub. Böyüyünün 25 yaşı var. Pərvanə Eyvazova hamiləlik dönəmində xüsusi korsetdən istifadə etdiyi üçün hamilə olduğu bilinməyib.

    Onun keçmiş əri Həmid Eyvazov bildirib ki, 2 ildir Pərvanə Eyvazova ilə münasibəti yoxdur, bu səbəbdən yeni doğulan körpə ilə bağlı DNT analizinin aparılmasını istəyib. Keçmiş ərinin bu təklifindən sonra P.Eyvazova uşağı Türkan qəsəbəsində əvvəllər yaşadıqları evin arxasında dənizə atıb.

    H.Eyvazov keçmiş həyat yoldaşını yalan danışmaqda ittiham edib: “Əvvəl dedi ki, uşaq ölü doğulub. Sonra dedi ki, iş yerinə vermək üçün xəstəxanadan uşağın ölü doğulduğuna dair sənəd ala bilmir. Birlikdə xəstəxanaya getməyimizi təklif etdim. Çıxılmaz vəziyyətdə qaldı və dedi ki, körpəni 3 min manata “TikTok”dan tapdığı adama satıb, amma həmin adama zəng çatmır. Dedim polisə bildir ki, uşağımı aparıblar. 3 saat sonra zəng etdim, telefonu polis açdı və bildirdi ki, Pərvanə körpəni Türkanda kiməsə verib. 10-11 gün polislər Türkanda uşağı axtardılar. Ötən həftənin 5-ci günü polisə gedib və deyib ki, körpəni diri-diri dənizə atıb. Hər kəsə yalan danışıb. Ona inanmıram. Lap tutaq ki, uşağın atası mənəm, niyə öldürürsən? Özüm baxardım, niyə özünü övlad qatili elədin?!”

    Faktla bağlı araşdırma aparılır.

  • Goranboyda döşəməsi çökən bina söküləcək

    “Goranboyda döşəmənin çökməsi nəticəsində yararsız hala düşən bina söküləcək”.

    Median.Az APA-ya istinadən xəbər verir ki, bu barədə Goranboy Rayon İcra Hakimiyyəti başçının birinci müavini, rayon Fövqəladə Hallar komisiyasının sədri Seymur Nazarov bildirib.

    Onun sözlərinə görə, qəza baş verən binanın yerində yenisi tikiləcək: “Noyabrın 23-də səhər saatlarında Goranboy şəhərinin Cəfər Cabbarlı küçəsi, 4 ünvanında yerləşən 60 mənzilli beşmərtəbəli yaşayış binasının 5-ci blokunun birinci mərtəbəsindəki evlərinin döşəməsi çöküb. Həmin hadisədə 3 nəfər yüngül xəsarət alıb. Dərhal hadisə yerinə Rayon İcra Hakimiyyətinin rəhbərliyi, FHN-in və digər qurumların əməkdaşları cəlb ediliblər. Müvafiq qurumlar gücləndirilmiş iş rejiminə keçib, sakinlər təxliyə olunublar. Təhlükəsizlik qaydalarına riayət olunmaqla əməliyyat işərinə dərhal başlanıb. Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən hadisə baş verən binanın yaxınlığında postlar qurulub. Ərazi polis əməkdaşları tərəfindən mühafizə olunur. FHN qurumlarının verdiyi ilkin rəyə əsasən, binanın tamamilə sökülərək yerində yeni binanın inşa edilməsi ilə bağlı qərar qəbul edilib. Bina sakinlərinin kirayəyə çıxarılması ilə bağlı işlər yekunlaşıb. Sakinlərin kirayə xərcləri dövlət tərəfindən təmin olunacaq”.

    Qeyd olunub ki, yeni inşa ediləcək bina köhnə binanın həyətində tikiləcək: “Hazırda FHN-nin və Layihə İnstutunun əməkdaşları yerin müayinəsini aparırlar. Layihələndirmə işlərinə start verilməkdədir. Yaxın vaxtlarda hazırlanacaq layihə əsasında yeni binanın inşası ilə bağlı işlərə başlanılması planlaşdırılır”.

    Hadisə baş verən binanın yaxınlığında Rayon İcra Hakimiyyəti ilə FHN-nın Aran regional mərkəzi birlikdə qərargah yaradıb. Qərargahda icra hakimi və FHN Aran Regional Mərkəzinin rəisi, polkovnik-leytenant Ramin Orucov sakinləri dinləyiblər.

  • TƏBİB stomatoloqların kütləvi şəkildə işdən çıxarılması iddialarına aydınlıq gətirib

    TƏBİB bəzi bölgələrdəki dövlət tibb müəssisələrində çalışan stomatoloqların ixtisar olunması ilə bağlı iddialara münasibət bildirib.

    Median.Az APA-ya istinadən xəbər verir ki, TƏBİB-dən verilən məlumata görə, stomatoloji xidmətlərin yenidən təşkili ilə bağlı addımlar atılır.

    Qeyd edilib ki, TƏBİB tərəfindən ötən dövr ərzində stomatoloji xidmətlərin təşkili, keyfiyyəti, xidmət həcmi, əlçatanlığı, həkim qəbulu, infrastruktur və bu sahədə şəffaflığın artırılması məqsədilə ətraflı təhlil və qiymətləndirmə işləri aparılıb: “Bu qiymətləndirmələr zamanı müxtəlif regionlarda cari ilin ötən müddəti ərzində bir sıra stomatoloqların pasiyent qəbul etmədiyi, xidmət keyfiyyətinin aşağı olması, vətəndaş narazılıqları və ödənişlərin rəsmi nağdsız ödəniş sistemi (POS-terminal, bank köçürməsi və s.) üzərindən keçirilməməsi, yəni müəssisənin maliyyə uçotundan yayınması halları müşahidə edilib”.

    O da bildirilib ki, TƏBİB-in Müşahidə Şurasının 21 iyul 2025-ci il qərarı ilə vəzifə öhdəliklərinin xarakterini və müvafiq həkim ixtisası (vəzifəsi) üzrə pasiyent müraciətinin qeydiyyatı xüsusiyyətlərini nəzərə alaraq avqustun 1-dən etibarən uşaq stomatoloqu ixtisası üzrə çalışan həkimlərə sabit aylıq həvəsləndirici əlavələr təyin olunub. Yeni qərarla həvəsləndirici əlavələr 250 manat məbləğində müəyyən edilib.

    “Qeyd olunanları nəzərə alaraq, Əmək Məcəlləsinin tələbləri də nəzərə alınmaqla, müəssisə rəhbərləri tərəfindən ştatların ixtisarı ilə bağlı öncədən xəbərdarlıq olunub. Əlavə olaraq bildiririk ki, stomatoloji xidmətlər icbari tibbi sığorta təminatına daxil olmayan və ödənişli əsaslarla göstərilən tibbi xidmətlərdir. 149 sayda stomatoloji xidmətlərin tarifləri TƏBİB-in Müşahidə Şurasının qərarı ilə təsdiq olunub”, – məlumatda bildirilib.

  • İstanbulda hoteldə bir ailənin ölüm səbəbi bəlli oldu

    Türkiyənin Məhkəmə-Tibbi Ekspertiza Komitəsi ölkədə rezonans doğurmuş Böcek ailəsinin faciəli ölümü ilə bağlı gözlənilən hesabatı prokurorluğa təqdim edib.

    Median.Az “A Haber”ə istinadən məlumat verir ki, noyabrın 9-da Almaniyadan İstanbula gələn və Fatihdəki bir hoteldə qalan Servet və Çiğdem Böcek, eləcə də onların azyaşlı uşaqları – 6 yaşlı Kadir Muhammet və 3 yaşlı Masal noyabrın 12-də qəfil şiddətli ürəkbulanma və qusma ilə xəstəxanaya aparılıblar.

    Tibb işçilərinin bütün səylərinə baxmayaraq, ana Çiğdem və iki azyaşlı uşağı xilas etmək mümkün olmayıb, reanimasiyaya yerləşdirilən ata Servet Böcek isə bir neçə gün sonra dünyasını dəyişib.

    Həyata keçirilmiş geniş araşdırmalardan sonra hazırlanan hesabatda Böcek ailəsinin ölümünün fosfin qazından zəhərlənmə nəticəsində baş verdiyi müəyyən edilib.

  • Üç səhmdar cəmiyyətinin səhmləri satışa çıxarılacaq

    Dekabrın 23-də üç səhmdar cəmiyyətinin səhmlərinin satışa çıxarılması ilə bağlı təkrar pul hərracı keçiriləcək.

    Median.Az Əmlak Məsələləri Dövlət Xidmətinə istinadən xəbər verir ki, “Ağdaş Quşçuluq” ASC, “Əli Bayramlı Kimyəvi Təmizləmə” ASC və “İmişli Yağ-Pendir” ASC-nin səhmləri satışa çıxarılacaq.

    Qeyd edək ki, “Ağdaş Quşçuluq” ASC Ağdaş rayonunun Qaradağlı kəndində yerləşir və onun nizamnamə kapitalı 677 min 482.2 manat təşkil edir. Cəmiyyət tərəfindən ümumilikdə 338 min 741 ədəd səhm buraxılıb və hər bir səhm 2 manat nominal dəyərə malikdir. Hərraca ümumi səhmlərin 30 faizinə uyğun gələn 101 min 662 ədəd səhm çıxarılıb. Satışa çıxarılan səhmlərin nominal dəyəri 203 min 324 manat, ilkin hərrac qiyməti isə 101 662 manat olaraq müəyyən edilib.

    Hərraca çıxarılan digər müəssisə 17 aprel 2007-ci ildə təsis edilmiş “Əli Bayramlı Kimyəvi Təmizləmə” ASC-dir. Cəmiyyət Şirvan şəhərinin Mehmandarov küçəsi, 1 ünvanında yerləşir və nizamnamə kapitalı 85 min 986 manatdır. Bu ASC-nin buraxdığı 171 min 972 ədəd səhm var və hər birinin nominal dəyəri 0.5 manatdır. Təkrar hərraca 77 min 108 ədəd səhm təqdim edilib ki, bu da ümumi səhmlərin 44.84 faizini təşkil edir. Satışa çıxarılan səhmlərin nominal dəyəri 38 min 554 manat, ilkin satış qiyməti isə 19 min 277 manatdır.

    Hərracda iştirak edəcək üçüncü müəssisə 29 avqust 1997-ci ildə yaradılmış “İmişli Yağ-Pendir” ASC-dir. Müəssisə İmişli rayonunun Rəsullu kəndində fəaliyyət göstərir və onun nizamnamə kapitalı 238 min 217.6 manatdır. Cəmiyyət ümumilikdə 119 min 109 ədəd, nominal dəyəri 2 manat olan səhm buraxıb. Hərraca bu səhmlərin 30.03 faizinə bərabər olan 35 min 773 ədəd səhm çıxarılıb. Satışa təqdim edilən səhmlərin nominal dəyəri 71 min 546 manat, ilkin hərrac qiyməti isə 35 min 773 manat müəyyən edilib.

  • Məktəbdə direktor müavini döyən şəxs cəzalandırıldı

    Bakıda yerləşən 151 nömrəli tam orta məktəbin təsərrüfat işləri üzrə direktor müavini Ədil İsmayılovu döyən şəxs məhkəmə tərəfindən cəzalandırılıb.

    Qaynarinfo xəbər verir ki, hadisə 35 saylı tam orta məktəbdə baş verib. 1982-ci il təvəllüdlü V. Mirzəyev barəsində Cinayət Məcəlləsinin 221.2.2-ci maddəsi ilə cinayət işi məhkəmədə araşdırılıb.

    V. Mirzəyevin həyat yoldaşı M. Mirzəyeva 151 nömrəli məktəbdə Uşaq birliyi rəhbəri vəzifəsində çalışır. Təqsirləndirilən şəxs həyat yoldaşından işə getməməyi tələb edib, M. Mirzəyeva isə buna əməl etməyib. Təqsirləndirilən şəxs buna əsəbləşib və qadının işlədiyi məktəbə gedib.

    151 nömrəli məktəbin inzibati binası sökülüb yenidən tikildiyi üçün məktəb kollektivi müvəqqəti olaraq 35 saylı tam orta məktəbdə məskunlaşıb. V.Mirzəyev 35 saylı məktəbdə həyat yoldaşı barəsində xoşagəlməz ifadələr işlətdiyi üçün 151 nömrəli tam orta məktəbinin təsərrüfat işləri üzrə direktor müavini Ədil İsmayılov onu binanın həyətindən kənarlaşdırmaq istəyib. Bu zaman təqsirləndirilən şəxs onu yumruq və təpiklə vurub.

    Məhkəmənin hökmü ilə V.Mirzəyev Cinayət Məcəlləsinin 221.2.2-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlinin törədilməsində təqsirli bilinib və aylıq qazancının 15 faizi dövlət nəfinə tutulmaqla 1 il 11 ay 22 gün müddətinə islah işləri cəzası təyin edilib.

  • Землетрясение магнитудой 5,8 произошло на юго-западе Японии

    Землетрясение с предварительной магнитудой 5,8 произошло в юго-западных префектурах Японии Кумамото и Оита.

    Об этом сообщает агентство Kyodo.

    Предупреждение о цунами не было объявлено.

    По данным агентства, подземные толчки не менее 5 баллов ощущались в городах Асо и Такета.

  • Yaponiyada zəlzələ olub

    Yaponiyanın Kumamoto və Oitada prefekturalarında 5,8 maqnitudalı zəlzələ baş verib.

    Bu barədə “Kyodo” agentliyi məlumat yayıb.

    Sunami xəbərdarlığı elan edilməyib.

    Agentliyin məlumatına görə, Aso və Taketa şəhərlərində ən azı 5 bal gücündə yeraltı təkanlar hiss edilib.