Month: November 2025

  • “Araz-Naxçıvan” 2500, “Turan Tovuz” 5700 manat cərimələnib

    Misli Premyer Liqası təmsilçilərindən “Araz-Naxçıvan” 2500, “Turan Tovuz” isə 5700 manat cərimələnib.

    Bu barədə AFFA İntizam Komitəsi qərar qəbul edib.

    XII turun “Araz-Naxçıvan” – “Turan Tovuz” oyunu bitdikdən sonra meydana kənar şəxs daxil olduğuna görə Naxçıvan təmsilçisi 2500 manat cərimələnib. “Turan Tovuz” isə azarkeşləri tərəfindən hakimlərin ünvanına kütləvi şəkildə təhqiramiz ifadələr səsləndirildiyinə görə 5000 manat ziyana düşüb.

    Bundan əlavə, Tovuz klubu oyunda 4 futbolçusu sarı vərəqə aldığı üçün 700 manat cərimələnib.

  • 6 kəndi birləşdirilən bələdiyyənin sədrinə “stop” qoyuldu

    Şamaxıda 6 kəndin bələdiyyə sədrinin ölkədən çıxışına məhdudiyyət qoyulub.

    Qaynarinfo-nun məlumatına görə, Şamaxı rayonunun Meysəri bələdiyyəsinin (Meysəri, Muğanlı, Qurdtəpə, Günəşli, Şirvan və Şərədil kəndləri) sədri Emil Nəbiyev barəsində Dövlət Vergi Xidmətinin 4 saylı Ərazi Vergilər İdarəsi məhkəməyə müraciət edib.

    Məlum olub ki, 6 kənədə rəhbərlik edən bələdiyyə sədrinin sözügedən idarəyə 2000 min manatdan çox vergi borcu yaranıb. Xəbərdarlığa baxmayaraq, sözügedən borcu ödəməyən bələdiyyə sədri barəsində məhkəməyə müraciət edilib.

    Məhkəmənin hökmü ilə 1995-ci il təvəllüdlü Emil Nəbiyevin ölkədən getmək hüququ müvəqqəti məhdudlaşdırılıb.

  • У берегов Филиппин произошло землетрясение магнитудой 5,7

    Землетрясение магнитудой 5,7 зарегистрировано у побережья Филиппин.

    Об этом сообщил Европейско-средиземноморский сейсмологический центр.

    Эпицентр располагался в 66 км к юго-востоку от города Мати (остров Минданао) с населением около 105 тыс. человек. Очаг залегал на глубине 72 км.

    Информации о пострадавших и разрушениях не поступало. Угроза цунами не объявлялась.

    Ранее сообщалось о том, что из-за нового тропического циклона “Вербена” на Филиппинах пострадало уже почти 47 тыс. человек.

  • Filippin sahillərində 5,7 maqnitudalı zəlzələ baş verib

    Filippin sahillərində 5,7 maqnitudalı zəlzələ qeydə alınıb.

    Bu barədə Avropa-Aralıq dənizi Seysmoloji Mərkəzi məlumat yayıb.

    Zəlzələnin episentri Mati şəhərindən (Mindanao adası) 66 km cənub-şərqdə yerləşib. Yerli təkanların ocağı 72 km dərinlikdə olub.

    Xəsarət alanlar və dağıntılar barədə məlumat daxil olmayıb. Sunami təhlükəsi elan edilməyib.

  • Nazirliyin qrant ayırdığı bağçalar qiymətləri artırdı – Aylığı 550 manat (FOTO)

    2025-2026 tədris ili üzrə 63 özəl məktəbəqədər təhsil müəssisəsinə (bağça) Elm və Təhsil Nazirliyi tərəfindən qrant ayrılacaq. Qrant mexanizminə əsasən, seçilmiş özəl məktəbəqədər təhsil müəssisələrində təhsilə cəlb olunan hər bir uşağın aylıq təhsil haqqının 250 manatlıq hissəsinin dövlət qrantı hesabına ödənilməsi, qalan məbləğin isə valideyn tərəfindən qarşılanması nəzərdə tutulub. Bu addım bir növ valideynlərə yardım məqsədi daşıyır və dövlət məktəbəqədər təhsil müəssisələrinə qəbul ola bilməyən uşaqların seçilmiş özəl bağçalara yönləndirilməsinə dövlət dəstəyidir.

    Milli.Az-a müraciət edən valideyn isə bildirib ki, Elm və Təhsil Nazirliyinin bu addımı effektiv olmayıb:

    “Qrant müsabiqəsi çərçivəsində seçilmiş özəl bağçaların bəziləri dövlətin bu addımından istifadə edərək bağçaların qiymətlərini artırıblar. Belə 1 ay əvvəl aylıq ödəniş 250-300 manata qəbul aparan özəl bağçalar qiyməti indi 550 manata yüksəldib. Belə olan halda isə nəticə dəyişmir. İndi dövlət 550-nin 250 manatını ödəyəcək, mən yenə də 300 manat ödəmiş olacam. Həmin bağça da bir növ ayrılan qrantı mənimsəmiş olur”.

    Qrant müsabiqəsini qazandıqdan sonra qiyməti qaldıran bağçalar sırasına

    “Barama”, “Maya”, “İndigo”, “Blue kids” uşaq bağçalarını aid etmək olar.

    Milli.Az-ın apardığı araşdırmaya əsasən hazırda bu bağçalarda bir uşağın tam günlük (09.00-18.00) qəbulu üçün 450-550 manat tələb olunur. Bu ödənişin 200-250 manat hissəsini isə dövlət ödəyəcək, yerdə qalan 250-350 manatlıq hissəsini isə valideyn özü ödəməlidir.

    Digər tərəfdən isə belə bir sual ortaya çıxır ki, əgər sözügedən bağçaların aylıq qiymətləri bu qədər yüksəkdirsə, Elm və Təhsil Nazirliyi niyə bu bağçalara qrant ayırır? Daha aşağı qiymətə olan bağçalara qrant ayrılması həm vətəndaşa, həm də dövlətə sərfəli olmazmı?

    Qrant müsabiqəsində seçilmiş 63 bağçanın siyahısını sizə təqdim edirik. Oxşar problemlər üzləşən valideynlər bizə müraciət edə bilərlər.



  • Cüdo üzrə Azərbaycan çempionatı keçiriləcək

    Dekabrın 5-7-si aralığında qadın və kişi cüdoçular arasında Azərbaycan çempionatı keçiriləcək.

    Bu barədə “Report”a Azərbaycan Cüdo Federasiyasından məlumat verilib.

    Turnir Bakı İdman Sarayında təşkil ediləcək.

    Yarışda ölkənin ən güclü cüdoçuları ümumilikdə 14 çəki dərəcəsində mübarizə aparacaqlar. Dekabrın 5-6-da fərdi, 7-də isə komandalararası yarış gerçəkləşəcək.

  • В Иране взорвался газовый баллон, 8 человек погибли

    Взрыв газового баллона в квартире в районе Февруйе города Мейбуд иранской провинции Йезд унес жизни восьми человек, еще трое получили ранения.

    Как передает Median.Az со ссылкой на ИРНА, об этом сообщил глава управления по чрезвычайным ситуациям провинции Йезд Сейид Мохаммад Джавад Мирджалили.

    По его словам, пострадавшие были доставлены в больницу.

    Предварительной причиной происшествия называется утечка из газового баллона.

  • İranda qaz balonu partlayıb, səkkiz nəfər ölüb, üç nəfər yaralanıb

    İranın Yəzd əyalətinin Meybud şəhərinin Februye rayonunda mənzildə qaz balonunun partlaması nəticəsində səkkiz nəfər ölüb, üç nəfər xəsarət alıb.

    Median.Az İRNA-ya istinadən xəbər verir ki, bu barədə Yəzd əyaləti Fövqəladə Hallar İdarəsinin rəisi Seyid Məhəmməd Cavad Mircəlili bildirib.

    Onun sözlərinə görə, xəsarət alanlar xəstəxanaya yerləşdirilib.

    Bildirilib ki, hadisəyə səbəb kimi ilkin olaraq qaz balonundan sızma göstərilir.

  • В Сумгайыте обнаружен автомат Калашникова

    В Сумгайыте обнаружено оружие.

    В 36-м микрорайоне обнаружены 1 автомат Калашникова и 2 патрона.

    По факту ведется расследование.

  • Sumqayıtda “Kalaşnikov” avtomatı tapılıb

    Sumqayıt şəhərində “Kalaşnikov” avtomatı tapılıb.

    Hadisə şəhərin 36-cı məhəlləsində qeydə alınıb.

    Ərazidən 1 ədəd “Kalaşnikov” markalı avtomat silahı və 2 ədəd patron aşkar olunub.

    Faktla bağlı araşdırma aparılır.