Month: November 2025

  • Azərbaycanın axtardığı şəxs Dağıstanda ƏLƏ KEÇDİ

    Beynəlxalq axtarışda olan Azərbaycan vətəndaşı Dağıstan ərazisində saxlanılıb.

    Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat xidmətindən verilən məlumata görə, Balakən Rayon Polis Şöbəsi tərəfindən ibtidai istintaq edilən yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarını pozma maddəsi üzrə cinayət işi üzrə axtarışda olan Şəhərrəddin Süleyman oğlu Göylərov Mahaçqalada tutulub.

    Belə ki, İnterpol kanalları vasitəsilə onun Rusiya Federasiyasının Dağıstan Respublikasının paytaxtında olması müəyyən edilərək saxlanılıb.

    Azərbaycanda İnterpolun Milli Mərkəzi Bürosu tərəfindən həmin şəxsin aidiyyəti qurumlarla birgə ölkəmizə gətirilməsi üçün tədbirlər görülür.

  • Bakıda kirayənişin evi QARƏT ETDİ

    Paytaxtın Nəsimi rayonunda talama cinayətləri baş verib.

    Rayon sakini olan bir nəfər polisə müraciət edərək kirayə verdiyi evdə yaşayan şəxsin oradan məişət əşyalarını oğurladığını bildirib.

    Polis əməkdaşlarının keçirdikləri tədbirlərlə 48 yaşlı E.Əliyev şübhəli şəxs qismində saxlanılıb.

    Şöbə əməkdaşlarının rayon ərazisində keçirdikləri digər əməliyyat-axtarış tədbirlərilə isə bir nəfərə məxsus dəyəri 600 manat olan velosiped, eyni zamanda, aptekdən oğurluq edən iki nəfər – 47 yaşlı O.Eyyubov və həmyaşıdı T.Həsənov da müəyyən edilərək saxlanılıblar.

    Faktlarla bağlı araşdırmalar davam etdirilir.

  • “Karvan-Yevlax” doğma meydanındakı ilk oyununda 10 200 manat cərimələndi

    “Karvan-Yevlax” komandası 10 200 manat cərimə edilib.

    Bu barədə AFFA məlumat yayıb.

    Bildirilib ki, “Karvan-Yevlax” sözügedən qarşılaşmada 5 oyunçusu sarı vərəqə gördüyü üçün 700 manat ödəyəcək. Əlavə olaraq bölgə klubu matç zamanı meydana kənar şəxslərin daxil olması ucbatından 2 500, azarkeşlərin meydana kənar əşyalar atmasına görə 2 000, fanatların hakimlərin ünvanına kütləvi şəkildə təhqiramiz ifadələr səsləndirməsi səbəbindən 5 000 manat ziyana düşüb.

    Həmçinin “Karvan-Yevlax” – “Kəpəz” oyunundan sonra doğma meydanda ilk ev oyununu keçirən komandanın 6 nömrəli futbolçusu Vadim Abdullayev mediaya futbolun bütövlüyünə təhlükə yaradan, futbol qurumlarının etibarlılığını şübhə altına qoyan açıqlama verdiyinə görə biroyunluq cəza alıb.

  • Azərbaycan Prezidenti və Bruney sultanı məktub mübadiləsi ediblər

    Bruney-Darüssalamın Sultanı Hacı Həssənal Bolkiah Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə təbrik məktubu ünvanlayıb.

    Median.Az President.az-a istinadən xəbər verir ki, məktubda deyilir:

    “Zati-aliləri. Bruney-Darüssalam ilə Azərbaycan Respublikası arasında diplomatik münasibətlərin qurulmasının 30-cu ildönümü münasibətilə Zati-alinizə səmimi təbriklərimi çatdırmaqdan böyük məmnunluq hissi duyuram.

    Son otuz il ərzində ölkələrimiz arasında qarşılıqlı hörmət, anlaşma və ortaq dəyərlər əsasında səmimi və möhkəm dostluq münasibətləri formalaşıb. Əminəm ki, bu sıx münasibətlər qarşıdakı illərdə daha da güclənəcək.

    Həmçinin ölkələrimizin, xüsusilə də İslam Əməkdaşlıq Təşkilatı və Qoşulmama Hərəkatı çərçivəsində yeni əməkdaşlıq imkanlarını araşdırmaq üçün birlikdə çalışmasını səbirsizliklə gözləyirəm. Bu mühüm qurumlarda birgə səylərimiz xalqlarımızın və daha geniş qlobal birliyin rifahı naminə sülhün, harmoniyanın və davamlı inkişafın daha da möhkəmlənməsinə olan ortaq öhdəliyimizi əks etdirir.

    Bu əlamətdar hadisəni qeyd etdiyimiz zaman Allah-taala Zati-alinizə möhkəm cansağlığı, xoşbəxtlik və yeni uğurlar, Azərbaycan xalqına isə davamlı sülh, tərəqqi və rifah nəsib etsin”.

    Azərbaycan Prezidenti İlham Əliyev də Bruney Darüssalamın Sultanı Əlahəzrət Hacı Həssənal Bolkiaha məktubla cavab verib.

    Məktubda deyilir:

    “Əlahəzrət, Azərbaycan Respublikası ilə Bruney Darüssalam arasında diplomatik münasibətlərin qurulmasının 30-cu ildönümü ilə əlaqədar Sizi və Sizin simanızda bütün xalqınızı şəxsən öz adımdan və Azərbaycan xalqı adından səmimiyyətlə təbrik edir, ən xoş arzularımı çatdırıram.

    Otuz illik dövr ərzində ölkələrimiz arasında formalaşmış dostluq münasibətləri qarşılıqlı maraq doğuran bir sıra sahələrdə əməkdaşlığımızın inkişaf etdirilməsi üçün əlverişli imkanlar açmışdır.

    Biz Bruney Darüssalam ilə dövlətlərarası münasibətlərimizi genişləndirmək və əməkdaşlığımızı yeni məzmunla zənginləşdirmək əzmindəyik. İnanıram ki, xalqlarımızın mənafelərinə uyğun olaraq Azərbaycan ilə Bruney Darüssalam arasında əlaqələrin möhkəmləndirilməsi, ikitərəfli qaydada və çoxtərəfli müstəvilərdə əməkdaşlığımızın dərinləşdirilməsi istiqamətində birgə səylərimizi bundan sonra da uğurla davam etdirəcəyik.

    Fürsətdən istifadə edərək Sizə möhkəm cansağlığı, xoşbəxtlik, ali dövləti fəaliyyətinizdə müvəffəqiyyətlər, dost xalqınıza daim firavanlıq və rifah arzulayıram”.

  • Sabah Sumqayıtın bəzi ərazilərində qaz olmayacaq

    Sabah Sumqayıt şəhərinin bəzi ərazilərində qaz təchizatında müvəqqəti fasilə olacaq.

    Median.Az “Report”a istinadən xəbər verir ki, balans qovşağının mövcud şəbəkəyə qoşulması ilə əlaqədar noyabrın 26-da Sumqayıt şəhəri, Çerkassi küçəsi, 50-ci məhəllə ünvanında qaz təchizatında məhdudiyyətlər tətbiq olunacaq.

    Görüləcək işlərlə bağlı sabah saat 10:00-dan etibarən həmin ərazidə yaşayan 600 abonentin qaz təchizatı dayandırılacaq.

    Qazın verilişi işlər yekunlaşdıqdan sonra bərpa ediləcək.

  • 14 yaşlı Nərminənin ölümünə səbəb olan həkimlərə – Yüngül cəza verildi

    Ötən il avqustun 13-ü Bərdə rayon sakini 2010-cu il təvəllüdlü Nərminə Kazımovanın Yevlax Rayon Mərkəzi Xəstəxanasında ölümü ilə bağlı açılmış cinayət işi üzrə məhkəmə prosesi keçirilib.

    Median.Az “Qafqazinfo”ya istinadən xəbər verir ki, Yevlax Rayon Məhkəməsində keçirilən prosesdə həkim-travmatoloq-ortoped vəzifəsində işləmiş Bəxtiyar Mustafayev və həkim anestezioloq-reanimatoloq vəzifəsində çalışan Könül Sadıqovaya hökm oxunub.

    Onlar Cinayət Məcəlləsinin 314.2 (ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olan səhlənkarlıq) və 313-cü (vəzifə saxtakarlığı) maddələri ilə təqsirli biliniblər.

    Bildirilib ki, 14 yaşlı Nərminənin əldarağı sümüyündə sınıq olub və B. Mustafayev onun Yevlax xəstəxanasına müraciət etməsinə nail olaraq maddi qazanc əldə etmək məqsədilə cərrahi əməliyyat etməyi öhdəsinə götürüb. Lakin əməliyyatdan əvvəl yeniyetməyə narkoz verildikdə N. Kazımovada allergik reaksiya baş verib və o, şoka düşərək ölüb.

    Mərhumun anası S. Kazımova ifadəsində bildirib ki, qızının barmağı hadisədən bir müddət əvvəl oynayarkən çıxıbmış: “Uşağı 2 dəfə Bərdədə sınıqçının yanına aparmışdım, barmağı yerinə salmışdı. Evdə şişin çəkilməsi üçün müəyyən müalicəvi üsullardan da istifadə etmişdim, lakin düzəlmirdi. Sonra uşağı Bərdə RMX-yə apardım, mənə paytaxtda yerləşən Travmatologiya və Ortopediya İnstitutuna göndəriş yazdılar. Bakıda uşağın barmağına baxıb sınıq-qırıq olmadığını bildirdilər, orada bütün müayinələrdən keçdik. Dedilər ki, oraya sınıq-qırığı olanları yollayırlar, mənim uşağımda isə heç nə yoxdur. Sonra müxtəlif xəstəxanalara göndəriş verildi. Biz də bezərək Bərdə rayonuna geri qayıtdıq. Yevlax RMX-də işləyən qohumuma zəng edib mənə kömək ola biləcək həkim olub-olmadığı barədə maraqlandım. Çünki qohumum Yevlax xəstəxanasında həkimin olduğunu söyləmişdi. Yevlaxda işləyən Bəxtiyar həkimin istəyi ilə onlara uşağın sənədlərinin və barmağının şəkillərini göndərdik, bizi oraya çağırdılar”.

    Onun sözlərinə görə, Yevlaxda Nərminənin əlindən cərrahi əməliyyat olunacağını deyiblər: “Bəxtiyar adlı cərrah qızımın barmağına baxdı və uşağı müalicə edib sağaldacağını dedi. Bildirdi ki, qızımın barmağında vətər dağılıb və revmatizması var, ona görə barmağının şişi çəkilmir. O, qızımın əlini gipsə qoydu, dedi revmatizması aşağı endikdən sonra əlini əməliyyat edəcək. 40 gün sonra gips açılanda barmağın şişi çəkilib getmişdi. Uşağın barmağında böyük cərrahiyə əməliyyatı olunacağı bildirilərək növbəti gün gəlməyimiz tələb olundu”.

    Zərərçəkmişin hüquqi varisi qeyd edib ki, əməliyyatxanaya daxil olandan sonra xəstəxanada həyəcan yaranıb, lakin ona heç nə deyilməyib. Bir neçə saat sonra isə övladının vəfat etdiyi bildirilib.

    S. Kazımova həmçinin iddia edib ki, uşağın daxili orqanları zədələnib: “Üzərində başqa əməliyyatlar aparılıb, amma mənim bütün bunlardan xəbərim olmayıb. Uşaq xəstəxanaya sağlam getmişdi. Hazırda təqsirləndirilən şəxsləri bağışlamışam. Onlar maddi ziyanı ödəyiblər. Təqsirləndirilən şəxslərdən şikayət və tələbim yoxdur”.

    Yevlax Rayon Məhkəməsinin hökmü ilə 1983-cü il təvəllüdlü Bəxtiyar Mustafayevə 1 il 6 ay müddətinə səhiyyə orqanlarında rəhbər vəzifə tutmaq hüququndan məhrum edilməklə 3 il azadlıqdan məhrumetmə cəzası verilib. Lakin onun cəzası sınaq müddəti təyin edilməklə şərti hesab edilib.

    1997-ci il təvəllüdlü Könül Sadıqovaya da 1 il 6 ay müddətinə səhiyyə orqanlarında rəhbər vəzifə tutmaq hüququndan məhrum edilməklə 3 il azdlıqdan məhrumetmə cəzası verilib. Lakin onun cəzası himayəsindəki övladı 13 yaşına çatanadək təxirə salınıb.

  • Зачитан приговор сыну академика Тофига Исмайылова и другим лицам

    Завершился судебный процесс в отношении Миргейдара Исмайылова и других лиц, обвиняемых в мошенничестве в особо крупном размере.

    Как сообщает AПA, приговор был зачитан в Бакинском суде по тяжким преступлениям под председательством судьи Вугара Гулиева.

    Обвиняемый Миргейдар Исмайылов приговорён к 8 годам лишения свободы, Мурад Газиев – к 10.5, а Эмиль Расулов, Самир Ибрагимов, Замиг Абдуррахманов, Мурад Хазиев – к условному наказанию на 1 год с испытательным сроком. Сабине Исмайыловой наказание не было назначено.

    Обвиняемые признаны виновными в присвоении около 1 миллиона манатов путём мошенничества. Обвинения были выдвинуты по статье 178.4 (мошенничество, совершённое в особо крупном размере) Уголовного кодекса.

    Отметим, что Миргейдар Исмайылов – сын первого государственного секретаря Азербайджана, покойного академика Тофига Исмайылова.

  • Akademik Tofiq İsmayılovun oğluna və digərlərinə HÖKM OXUNDU

    Xüsusilə külli miqdarda dələduzluq etməkdə təqsirləndirilən Mirheydər İsmayılov və onunla birgə ittiham olunan digər şəxslərin məhkəmə prosesi keçirilib.

    Median.Az APA-ya istinadən xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Vüqar Quliyevin sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.

    Hökmə əsasən, təqsirləndirilən Mirheydər İsmayılova 8 il, Murad Həziyevə 10 il 6 ay cəza, Emil Rəsulov, Samir İbrahimov, Zamiq Əbdürrəhmanov, Murad Həziyevə bir il sınaq müddəti olmaqla şərti cəza verilib.

    Səbinə İsmayılovaya cəza təyin edilməyib.

    Təqsirləndirilən şəxslər bir milyon manata yaxın vəsaiti dələduzluqla ələ keçirməkdə təqsirli biliniblər.

    Qeyd edək ki, təqsirləndirilən şəxslər Cinayət Məcəlləsinin 178.4-cü (dələduzluq – xüsusilə külli-miqdarda törədildikdə) maddəsi ilə ittiham ediliblər.

    Mirheydər İsmayılov Azərbaycanın 1-ci dövlət katibi, mərhum akademik Tofiq İsmayılovun oğludur.

  • Казахстан закупит в Азербайджане два морских судна для перевозки контейнеров

    Казахстан закупит в Азербайджане два морских судна для перевозки контейнеров.

    Как передает Median.Az со ссылкой на caspianlife.kz, об этом сегодня на заседании правительства сообщил министр транспорта Республики Казахстан Нурлан Сауранбаев, где он доложил об обеспеченности трансграничных хабов транспортной инфраструктурой.

    По информации пресс-службы премьер-министра РК, в рамках Каспийского узла полным ходом идет работа по модернизации морских портов Актау и Курык. До конца года будет завершено строительство первой очереди контейнерного хаба в порту Актау совместно с китайской компанией Ляньюньган. Также в порту Актау реализуются проекты по дноуглублению акватории порта, модернизации причалов.

    “В порту Курык реализуется проект строительства многофункционального терминала “Саржа”. Для увеличения контейнерных перевозок через Каспийское море до 2027 года планируется закупить в Азербайджане два судна вместимостью 700 контейнеров. Также ведется работа по увеличению пропускной способности железнодорожной линии, идущей к портам. Реализация указанных проектов позволит увеличить пропускную способность портов Актау и Курык до 30 млн. тонн”, – добавил Нурлан Сауранбаев.

  • Qazaxıstan Azərbaycandan iki konteyner gəmisi alacaq

    Qazaxıstan Azərbaycandan iki konteyner gəmisi alacaq.

    Median.Az-ın Caspianlife.kz-ə istinadən xəbərinə görə, bu barədə Qazaxıstanın nəqliyyat naziri Nurlan Sauranbayev hökumət iclasında açıqlama verib.

    O, iclasda sərhədyanı qovşaqların nəqliyyat infrastrukturu ilə təmin edilməsi ilə bağlı danışıb.

    Qazaxıstan baş nazirinin mətbuat xidmətinin məlumatına görə, “Xəzər düyünü” çərçivəsində Aktau və Kurık dəniz limanlarının modernləşdirilməsi üzrə işlər tam sürətlə davam edir. İlin axırına qədər Aktau limanında “Lyanyunqan” Çin şirkəti ilə birgə konteyner qovşağının tikintisinin birinci mərhələsi başa çatacaq. Həmçinin Aktauda liman sularının dibinin dərinləşdirilməsi və körpülərin modernləşdirilməsi layihələri də reallaşdırılır.

    “Kurık limanında “Sarja” çoxfunksiyalı terminalının tikintisi layihəsi həyata keçirilir. 2027-ci ilə qədər Xəzər dənizi üzərindən konteyner daşımalarını artırmaq üçün Azərbaycandan 700 konteyner tutumuna malik iki gəminin alınması planlaşdırılır. Həmçinin limanlara aparan dəmiryolu xəttinin ötürmə qabiliyyətinin artırılması üzərində də işlər görülür. Bu layihələrin həyata keçirilməsi Aktau və Kurık limanlarının ötürmə qabiliyyətinin 30 milyon tona çatdırılmasına kömək edəcək”, – deyə Nurlan Sauranbayev əlavə edib.