Month: November 2025

  • Ən yüksək və ən aşağı pensiya verilən rayon və şəhərlər (SİYAHI)

    Azərbaycanda oktyabr ayının 1-i vəziyyətinə adambaşına düşən pensiyaların məbləği məlum olub.

    Valyuta.az xəbər verir ki, ölkə üzrə pensiya alanların sayı 1 100 019 nəfər təşkil edib.

    Həmin dövrə təyin olunmuş pensiyaların orta aylıq məbləği 540,18 manat olub.

    İqtisadi rayonlar və inzibati ərazi vahidləri üzrə ən yüksək və ən aşağı pensiyaların verildiyi əzilər aşağıdakı kimi olub:

  • Fəvvaələr Meydanında güclü yanğın – Video

    Bakının Səbail rayonu ərazisində yanğın başlayıb.

    Baku.ws-in hadisə yerində olan müxbirinin verdiyi məlumata görə, Fəvvaələr Meydanında “Soyuq Əllər, İsti Ürəklər” yarmarkasının keçirildiyi ərazidə başlayıb.

    Hadisə yerindən görüntüləri təqdim edirik.

  • AQTA restoran və şadlıq evlərində reydlər keçirəcək – XƏBƏRDARLIQ (Video)

    Qida Təhlükəsizliyi Agentliyi ictimai iaşə müəssisələrinə, o cümlədən, restoran və şadlıq saraylarının məsul şəxslərinə xəbərdarlıq edib.

    Bu barədə AQTA-nın Bakı regional bölməsinin rəisi Elşad Cəbrayılov bildirib.

    Agentlikdən bildirilib ki, yalnız baytarlıq nəzarəti təmin edilmiş, rəsmi qeydiyyatdan keçmiş heyvan kəsimi məntəqələrindən baytarlıq sənədləri mövcud olan ətlər istehlaka təqdim edilməlidir.

    Qeyd olunub ki, Agentlik tərəfindən reydlər həyata keçiriləcək və tələblərə əməl etməyən ictimai iaşə müəssisələri, xüsusilə də restoran, şadlıq sarayları barəsində qanunvericilik çərçivəsində müvafiq tədbirlər görüləcək.

  • İpoteka və Kredit Zəmanət Fondu sabiq nazirdən dörd avtomobil alacaq

    İpoteka və Kredit Zəmanət Fondu “Improtex Motors” şirkətindən dörd avtomobil alacaq.

    360 min manat məbləğində olan satınalma müqaviləsi noyabrın 24-də tərəflər arasında bağlanılıb.

    Şərtlərə görə, fondun alacağı avtomobillərin üçü komfort, biri isə biznes sinfinə daxil olacaq. “Improtex Motors” MMC 10 iyul 2004-cü ildə qeydiyyata alınıb. Nizamnamə kapitalı 5 325 manatdır. Şirkətin hüquqi ünvanı Bakı şəhəri, Nəsimi rayonu, 20 yanvar küçəsi, ev 33-də yerləşir.

    MMC-nin qanuni təmsilçisi sabiq əmək və əhalinin sosial müdafiəsi naziri Füzuli Ələkbərovdur.

  • Ağdamda valideynləri tərəfindən zorakılığa məruz qalan uşaq MÜƏSSİSƏYƏ YERLƏŞDİRİLDİ

    Bir müddət öncə Ağdamda valideynləri tərəfindən zorakılığa məruz qaldığı iddia edilən uşaq müəssisəyə yerləşdirilib.

    Bu barədə Oxu.Az-a Sosial Xidmətlər Agentliyindən məlumat verilib.

    Məlumatda bildirilib ki, agentliyin əməkdaşları Ağdamda valideynləri tərəfindən zorakılığa məruz qaldığı iddia edilən uşaqla bağlı məlumat daxil olduğu ilk andan prosesə cəlb ediliblər:

    “Aparılan qiymətləndirmənin nəticəsinə əsasən, iki azyaşlı qardaş aidiyyəti qurumlarla koordinasiyalı şəkildə səhiyyə müəssisəsinə yerləşdirilərək müayinə və müalicə prosedurlarına cəlb edilib.

    Ağdamda valideynləri tərəfindən zorakılığa məruz qalan uşaq MÜƏSSİSƏYƏ YERLƏŞDİRİLDİ

    Ötən dövrdə agentlik tərəfindən hər iki uşağın vəziyyəti diqqətdə saxlanılıb və azyaşlıların mənafeyinə uyğun addımların atılması məqsədilə aidiyyəti qurumlarla iş aparılıb.

    Müvafiq tibbi xidmətlər göstərilən azyaşlılardan biri müalicə və müayinələri bitdikdən sonra körpələr evinə, digəri isə reabilitasiya prosesinin davam etdirilməsi məqsədilə Səhiyyə Nazirliyinin müvafiq müəssisəsinə yerləşdirilib”.

    Xatırladaq ki, sözügedən hadisə avqustun 27-də qeydə alınıb. Həmin vaxt Ağdamın Xındırıstan kəndində iki azyaşlı uşaq (iki və üç yaş) valideynləri tərəfindən döyülərək xəsarət almışdı.

  • Şəkidə QƏZA: Xəsarət alan var

    Şəki şəhərində yol-nəqliyyat hadisəsi baş verib.

    Oxu.Az-ın məlumatına görə, hadisə Qaraməryəm-İsmayıllı-Şəki yolunun Şəki rayonu Vərəzət kəndi ərazisindən keçən hissəsində baş verib.

    1994-cü il təvəllüdlü Həsən Dursunəli oğlu İlyaslı sürdüyü VAZ-2106 markalı avtomobildə idarəetməni itirib yoldan çıxaraq ağaca dəyib.

    Hadisə nəticəsində sürücü xəsarət alıb.

  • На каких улицах Баку 25 ноября наблюдаются транспортные заторы?

    Центр интеллектуального управления транспортом Министерства внутренних дел Азербайджана обнародовал информацию о текущей ситуации на столичных дорогах.

    В настоящее время затруднено движение транспорта на:

    1) шоссе Баку – Сумгайыт, в направлении станции метро “20 Января”;

    2) улице Микаила Мушфига, от транспортной развязки в Бадамдаре в направлении школы №20;

    3) улице Абдулвахаба Саламзаде, в направлении проспекта Зии Буниятова;

    4) улице Алы Мустафаева, в направлении проспекта Зии Буниятова;

    5) проспекте Зии Буниятова, от пересечения с улицей Ахмеда Раджабли до пересечения с проспектом Ататюрка;

    6) проспекте Гейдара Алиева (основная и второстепенная дороги), в направлении центра столицы;

    7) 1-я Приозерная дорога, в направлении проспекта Зии Буниятова;

    8) аэропортовском шоссе, в направлении аэропорта;

    9) улице 28 Мая, между пересечениями с улицами Александра Пушкина и Рашида Бейбутова;

    10) улице Узеира Гаджибекова, до пересечения с проспектом Азадлыг;

    11) улице Юсифа Сафарова, в направлении центра столицы;

    12) Тбилисском проспекте, от станции метро “20 Января” в направлении центра;

    13) улице Рашида Бейбутова, в направлении Центрального банка;

    14) улице Аббасгулу аги Бакиханова, от пересечения с улицей Джалила Мамедгулузаде, в направлении круговой развязки “Статистика”;

    15) улице Ниязи, в направлении транспортной развязки “Азнефть”;

    16) проспекте Хатаи, в направлении проспекта Гейдара Алиева.

  • Paytaxtda sıxlıq olan küçələrin SİYAHISI

    Bakının bir sıra yollarında nəqliyyatın sıxlığı müşahidə olunur.

    Bu barədə Daxili İşlər Nazirliyinin (DİN) Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi (NİİM) məlumat yayıb.

    Hazırda:

    1. Bakı-Sumqayıt şosesi, “20 Yanvar” metro stansiyası istiqamətində;

    2. Alı Mustafayev küçəsi, Ziya Bünyadov prospekti istiqamətində;

    3. Tbilisi prospekti, İzmir küçəsi ilə kəsişmədən “20 Yanvar” metro stansiyası istiqamətində;

    4. Tbilisi prospekti, “20 Yanvar” metro stansiyasından mərkəz istiqamətində;

    5. Əbdülvahab Salamzadə küçəsi, Ziya Bünyadov prospekti istiqamətində;

    6. Rəşid Behbudov küçəsi, Mərkəzi Bank istiqamətində;

    7. Heydər Əliyev prospekti, əsas yol, mərkəz istiqamətində;

    8. Heydər Əliyev prospekti, köməkçi yol, mərkəz istiqamətində;

    9. Binəqədi şosesi, “Azadlıq prospekti” metro stansiyasından Binəqədi qəsəbəsi istiqamətində;

    10. Ziya Bünyadov prospekti, Müzəffər Nərimanov küçəsi ilə kəsişmədən “20 Yanvar” metro stansiyası istiqamətində;

    11. Ziya Bünyadov prospekti, Əbdülvahab Salamzadə küçəsi ilə kəsişmədən Əhməd Rəcəbli küçəsi istiqamətində;

    12. Koroğlu Rəhimov küçəsi, Ak. Həsən Əliyev küçəsi ilə kəsişmədən Heydər Əliyev prospekti istiqamətində;

    13. Xətai prospekti, Heydər Əliyev prospekti istiqamətində;

    14. Mikayıl Useynov prospekti, Bayraq Meydanının qarşısından “Azneft” dairəsi istiqamətində;

    15. Mikayıl Müşfiq küçəsi, “Badamdar” dairəsindən 20 nörməli məktəb-lisey istiqamətində;

    16. Üzeyir Hacıbəyli küçəsi, Azadlıq prospekti ilə kəsişməyə qədər;

    17. Yusif Səfərov küçəsi, mərkəz istiqamətində;

    18. Yusif Səfərov küçəsi, Heydər Əliyev prospekti istiqamətində;

    19. Atatürk prospekti, Ziya Bünyadov prospekti istiqamətində sıxlıq müşahidə olunur.

  • СМИ: Украина согласилась с условиями предложенного США мирного соглашения

    В США заявили, что Украина согласилась с американским планом по урегулированию конфликта.

    Об этом сообщает CBS со ссылкой на американского чиновника.

    “Украинцы согласились на мирное соглашение”, – приводит телеканал его слова.

    По словам чиновника, “есть некоторые незначительные детали, которые нужно уладить”.

    “Мы сохраняем большой оптимизм. Министр [армии США Дэн] Дрисколл настроен оптимистично. Надеемся, мы скоро получим ответ от россиян. Все движется быстро”, – добавил собеседник телеканала. По его словам, Дрисколл 25 ноября несколько часов вел переговоры с российскими представителями, “ходя по разным встречам”.

    Ранее о том, что делегации Киева и Вашингтона в ходе встреч в Женеве “достигли общего понимания ключевых условий соглашения”, заявил секретарь Совета национальной безопасности и обороны (СНБО) Украины Рустем Умеров.

  • KİV: Ukrayna ABŞ-nin təklif etdiyi sülh sazişinin şərtləri ilə razılaşıb

    Ukrayna münaqişənin nizamlanması üçün ABŞ-nin planını qəbul edib.

    Bu barədə CBS telekanalı ABŞ rəsmisinə istinadla məlumat yayıb.

    Mənbənin sözlərinə görə, “həll edilməsi lazım olan bəzi cüzi detallar var”.

    “Biz çox nikbinik. Nazir [ABŞ-nin ordu naziri Den] Driskoll nikbindir. Ümid edirik ki, tezliklə ruslardan cavab alacağıq. Hər şey sürətlə irəliləyir”, – deyə telekanalın həmsöhbəti əlavə edib.

    Onun sözlərinə görə, Driskoll noyabrın 25-də “müxtəlif görüşlərə gedərək” Rusiya nümayəndələri ilə bir neçə saat danışıqlar aparıb.

    Daha əvvəl Ukrayna Milli Təhlükəsizlik və Müdafiə Şurasının (SNBO) katibi Rustem Umerov bildirib ki, Cenevrədə Kiyev və Vaşinqton nümayəndə heyətlərinin görüşləri zamanı sazişin əsas şərtləri barədə ümumi razılaşma əldə olunub.