Month: November 2025

  • Bu gündən qadın avtobus sürücüləri vəzifələrinin icrasına başlayıblar

    Bu gündən “BakuBus” MMC-də sürücü kimi fəaliyyətə başlamaq üçün müraciət etmiş xanım sürücülər rəsmi şəkildə fəaliyyətə başlayırlar.

    Median.Az “Report”a istinadən xəbər verir ki, ilk müddətdə onların fəaliyyətinə təcrübəli mentor-sürücülər tərəfindən dəstək göstərilir.

    Belə ki, ictimai nəqliyyatda qadın sürücülərin iştirakını artırmaq məqsədilə Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi (AYNA) tərəfindən yeni təlim proqramı həyata keçirilib. Proqram çərçivəsində xanım namizədlər avtobus sürücüsü kimi peşəkar fəaliyyətə başlamaq üçün nəzəri və praktiki cəhətdən hazırlıq keçiblər. Təlimlər sürücülük bacarıqları ilə yanaşı, etik davranış, ünsiyyət mədəniyyəti və təhlükəsizlik mövzularını əhatə edib.

    Təlim müddətində iştirakçılar baxış texnikası, manevretmə, dayanma və durma qaydaları üzrə praktiki məşğələlərə cəlb olunublar. Təlimlərin əsas hissəsini mürəkkəb yol şəraitində idarəetmə, arxa və ön parketmə, slalom hərəkətləri, dönmə trayektoriyalarının düzgün seçilməsi və təhlükəsiz ara məsafəsinin qorunması təşkil edib. Eyni zamanda, sürücülər müxtəlif yol şəraitində qəza risklərinin minimuma endirilməsi ilə bağlı vacib bacarıqlar qazanıblar.

    İştirakçılar xüsusi hazırlanmış marşrutlar üzrə sərbəst idarəetmə sınaqlarından da keçiblər.

    “BakuBus”da sürücü kimi fəaliyyətə başlamaq üçün müraciət edən xanım namizədlər müraciətlər daxil olduqdan sonra namizədlər işə qəbul prosesi çərçivəsində tibbi müayinədən, psixoloji qiymətləndirmədən və təhlükəsizlik üzrə uyğunluq yoxlamasından keçiblər. Bütün mərhələlərı uğurla tamamladıqdan sonra onlar “BakuBus”da sürücü kimi rəsmi şəkildə işə qəbul olunublar.

    İşə qəbul mərhələsində xanımlar üçün “Ehtiyatlı idarəetmə və təhlükəsiz sürücülük” təlimi də təşkil edilib. Təlim zamanı sürücülərə sükan arxasında yarana biləcək faktiki və potensial təhlükə situasiyalarına düzgün reaksiya, fövqəladə manevr bacarıqları və təhlükəsiz hərəkət prinsipləri öyrədilib.

  • Gələn il işsizlərə 28 milyon manat ödəniləcək: Kim və necə əldə edə bilər?

    “İşsizlikdən sığorta fondunun 2026-cı il üçün büdcə layihəsi Milli Məclisdə birinci oxunuşda qəbul olunub. Sənədə əsasən, fondun xərcləri 266.4 milyon manat olacaq. Fondun vəsaitlərinin əhəmiyyətli hissəsi aktiv sosial proqramların maliyyələşdirilməsinə yönəldilsə də, 28 milyon manat işsizliyə görə sığorta ödənişləri üçün istifadə olunacaq. Bu 2025-ci illə müqayisədə 65 faiz artım deməkdir”.

    Bununla bağlı Milli Məclisin deputatı Vüqar Bayramov sosial şəbəkə hesabında paylaşım edib.

    Bəs bu vəsaiti kimlər ala biləcək?

    Deputat qeyd edib ki, bu vəsait əmək müqaviləsi ilə çalışan və qanunla müəyyənləşdirilmiş hallarda iş yerlərini itirən vətəndaşlarımız üçün nəzərdə tutulub:

    “Belə ki, ödəniş dövlət orqanının və ya hüquqi şəxsin ləğv edilməsi, işçilərin sayı və ya ştatların ixtisar edilməsi, müəssisənin mülkiyyətçisi dəyişməsi, əvvəllər müvafiq işdə çalışan işçinin işinə bərpa edilməsi barədə məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi olması, əvvəllər həmin müəssisədə çalışan işçi müddətli həqiqi hərbi xidmətdən ehtiyata buraxıldıqdan sonra öz iş yerinə qayıtmaq hüququndan istifadə etməsi, habelə əmək müqaviləsinin müddəti qurtarması nəticəsində əmək münasibətlərinə xitam verildiyi hallarda vətəndaşa ödənilir”.

    Pulu almaq üçün necə müraciət etməli?

    V.Bayramov qeyd edib ki, sığorta ödənişi almaq hüququ əldə etmiş şəxs ilkin mərhələdə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Məşğulluq Agentliyinin yerli qurumları və ya DOST mərkəzlərində işsiz şəxs kimi qeydiyyata alınmalıdır:

    “Bundan sonra şəxs sığorta ödənişi almaq üçün ərizə və ərizəyə əlavə edilməli olan sənədləri təqdim edir və sığorta ödənişi təyin edilir.

    Müraciət edən şəxsin əmək müqaviləsinin müddətinin qurtarmasına görə işdən azad olunursa, işsizliyin başlamasından əvvəlki ardıcıl gələn 36 təqvim ayı ərzində müddətli əmək müqaviləsi üzrə 24 aydan, hüquqi şəxs ləğv edildikdə və işçilərin sayı və ya ştatları ixtisar edildikdə, müəssisənin mülkiyyətçisinin dəyişməsi və digər hallar ilə əlaqədar hallarda işdən azad olunarsa, işsizliyin başlamasından əvvəlki 24 təqvim ayı ərzində 12 təqvim ayından çox sığorta stajına malik olması əsas tələblərdəndir. Ödəniş sığorta stajından asılı olmayaraq, itirilmiş orta aylıq əməkhaqqının 50 faizi məbləğində hesablanır. Həmin məbləğ əvvəlki ildə ölkə üzrə orta aylıq əməkhaqqı məbləğindən çox və minimum sığorta ödənişi məbləğindən az ola bilməz. Sığorta ödənişinə əlavənin məbləği hər uşağa görə 5 faiz artırılır.

    Deməli, qeyd olunan hallarda iş yerlərini itirən vətəndaşlarımız ərizə ilə müraciət edərək işsizlər üçün nəzərdə tutulan vəsaiti ala bilərlər”.

  • Месси первым из футболистов сделал 1 300 результативных действий за карьеру

    Аргентинский нападающий “Интер Майами” Лионель Месси первыми среди футболистов достиг отметки в 1 300 результативных действий за карьеру.

    Данное достижение покорилось ему в четвертьфинальном матче плей-офф Главной футбольной лиги (MLS) против “Цинциннати” (4:0), в котором он отметился забитым мячом и тремя голевыми передачами.

    За карьеру на счету аргентинца теперь 896 голов и 404 передачи. За испанскую “Барселону” форвард совершил 941 результативное действие, за “Интер Майами” – 117, за французский “Пари Сен-Жермен” – 66, за сборную Аргентины – 176. Для этого ему потребовалось 1 135 матчей.

  • Lionel Messi zirvəyə yüksəldi

    Lionel Messi karyerası ərzində qol+məhsuldar ötürmə sayına görə futbolçular arasında birinci olub.

    MLS-in (“Major League Soccer” – ABŞ və Kanada komandalarının yarışdığı ən yüksək futbol çempionatı) pley-off mərhələsinin dördüncü final matçında “Sinsinati”yə qarşı (4:0) qələbədə bir qol və üç məhsuldar ötürmə ilə yadda qalan ulduz futbolçu karyerasındakı qol+məhsuldar ötürmələrin sayını 1 300-ə çatdırıb.

    O, karyerası ərzində 1 135 oyunda 896 qol və 404 məhsuldar ötürmə ilə unikal nəticə göstərib.

    Messi qol+məhsuldar ötürmə üzrə “Barselona” klubunda 941 dəfə, “İnter Mayami”də 117 dəfə, PSJ klubunda 66 dəfə, Argentina millisində isə 176 dəfə fərqlənib.

  • Действия, выражающие явное неуважение к обществу, будут считаться мелким хулиганством

    Действия, выражающие явное неуважение к обществу, будут считаться мелким хулиганством.

    Данный вопрос был вынесен на обсуждение на совместном заседании комитетов Милли Меджлиса по правовой политике и государственному строительству и по правам человека, проходившем сегодня в формате видеоконференции. Предложенные изменения включены в проект поправок к Кодексу об административных проступках.

    Согласно законопроекту, за мелкое хулиганство, то есть за действия, нарушающие общественный порядок и выражающие явное неуважение к обществу, но не сопровождающиеся применением насилия в отношении физических лиц или угрозой такого насилия, либо уничтожением или повреждением чужого имущества, будет налагаться штраф в размере от 50 до 100 манатов.

    Если с учетом обстоятельств дела и личности нарушителя эти меры будут признаны недостаточными, может быть применен административный арест на срок до 15 суток.

    За совершение действий, оскорбляющих общественную нравственность и выражающих явное неуважение к обществу, а именно – за использование непристойных выражений или жестов, создающих впечатление такого содержания, либо демонстрацию частей тела в форме, противоречащей нормам морали и национально-духовным ценностям, в случае их массовой демонстрации в интернет-ресурсе или информационно-телекоммуникационной сети, предусматривается штраф в размере от 500 до 1 000 манатов. Если эти меры будут признаны недостаточными, может быть применен административный арест на срок до 30 суток.

    За повторное совершение вышеуказанного правонарушения лицом, подвергнутым административному взысканию, в течение года со дня вступления в силу постановления о назначении административного взыскания, предусматривается штраф в размере от 1 000 до 2 000 манатов. При недостаточности этих мер может быть применен административный арест на срок от 1 до 2 месяцев.

    Указанные в трех вышеприведенных абзацах меры будут применяться в случаях, если деяния не влекут уголовной ответственности согласно соответствующим статьям Уголовного кодекса Азербайджана.

  • Cəmiyyətə açıq hörmətsizlik ifadə edən hərəkətlər xırda xuliqanlıq hesab ediləcək

    Cəmiyyətə açıq hörmətsizlik ifadə edən hərəkətlər xırda xuliqanlıq hesab ediləcək.

    Sözügedən məsələ Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu və İnsan hüquqları komitələrinin bugünkü videokonfrans formatında keçirilən birgə iclasında müzakirəyə çıxarılan İnzibati Xətalar Məcəlləsinə təklif edilən dəyişiklik layihəsində əksini tapıb.

    Layihəyə əsasən, xırda xuliqanlıq, yəni ictimai qaydanı pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, lakin fiziki şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət edilməyən hərəkətlərə görə 50 manatdan 100 manatadək məbləğdə cərimə tətbiq olunacaq.

    İşin hallarına görə pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda 15 günədək müddətə inzibati həbs tətbiq olunacaq.

    İnternet informasiya ehtiyatında və ya informasiya-telekommunikasiya şəbəkəsində kütləvi nümayiş etdirildiyi halda ictimai mənəviyyatı təhqir edən, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən hərəkətlərin edilməsinə, yəni əxlaqsız ifadələrin səsləndirilməsinə və ya belə məzmun təəssüratı yaradan jestlərin edilməsinə, yaxud insan bədəninin hissələrinin əxlaq normalarına və milli-mənəvi dəyərlərə zidd formada göstərilməsinə görə 500 manatdan 1 000 manatadək məbləğdə cərimə ediləcək, işin hallarına görə pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda 30 günədək müddətə inzibati həbs tətbiq olunacaq.

    Yuxarıda nəzərdə tutulmuş xətanın inzibati tənbeh almış şəxs tərəfindən inzibati tənbeh vermə haqqında qərar qüvvəyə mindiyi gündən bir il ərzində təkrar törədilməsinə görə 1 000 manatdan 2 000 manatadək məbləğdə cərimə ediləcək, işin hallarına görə pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda 1 aydan 2 ayadək müddətə inzibati həbs tətbiq ediləcək.

    Yuxarıdakı üç abzasda göstərilən əməllər Cinayət Məcəlləsinin müvafiq maddələrinə əsasən cinayət məsuliyyətinə səbəb olmadıqda tətbiq ediləcək.

  • Расширяется перечень информации, запрещенной к распространению в Интернете

    В Азербайджане расширяется перечень информации, запрещенной к распространению в интернет-ресурсах.

    Данный вопрос обсуждался на совместном заседании комитетов Милли Меджлиса по правовой политике и государственному строительству, а также по правам человека, проведенном сегодня в формате видеоконференции. Предлагаемые изменения отражены в проекте поправок к закону “Об информации, информатизации и защите информации”.

    Согласно законопроекту, владелец интернет-ресурса и его доменного имени или пользователь информационно-телекоммуникационной сети обязан не допускать размещения на данном информационном ресурсе (в информационно-телекоммуникационной сети) следующей запрещенной к распространению информации:

    сведений о действиях, которые при публичной демонстрации оскорбляют общественную нравственность, выражают явное неуважение к обществу, а именно: использование непристойных выражений или жестов, создающих впечатление такого содержания, а также демонстрация частей тела в форме, противоречащей нормам человеческой морали и национально-духовным ценностям.

  • İnternetdə yayılması qadağan edilən informasiyaların əhatə dairəsi genişləndirilir

    İnternet informasiya ehtiyatında yayılması qadağan edilən informasiyaların əhatə dairəsi genişləndirilir.

    Sözügedən məsələ Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu və İnsan hüquqları komitələrinin bugünkü videokonfrans formatında birgə keçirilən iclasında müzakirə olunan “İnformasiya, informasiyalaşdırma və informasiyanın mühafizəsi haqqında” Qanuna təklif edilən dəyişiklik layihəsində əksini tapıb.

    Layihəyə əsasən, internet informasiya ehtiyatının və onun domen adının sahibi və ya informasiya-telekommunikasiya şəbəkəsinin istifadəçisi həmin informasiya ehtiyatında (informasiya-telekommunikasiya şəbəkəsində) aşağıdakı yayılması qadağan edilən informasiyanın yerləşdirilməsinə yol verməməlidir:

    – kütləvi nümayiş etdirildiyi halda ictimai mənəviyyatı təhqir edən, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən hərəkətlərin edilməsinə, yəni əxlaqsız ifadələrin səsləndirilməsinə və ya belə məzmun təəssüratı yaradan jestlərin edilməsinə, yaxud bədəninin hissələrinin insan əxlaq normalarına və milli-mənəvi dəyərlərə zidd formada göstərilməsinə dair məlumatlar.

  • Скончался профессор БГУ – Фото

    Ушел из жизни старший научный сотрудник Института физических проблем Бакинского государственного университета (БГУ), профессор Рауф Джафаров.

    Информацию о кончине ученого опубликовал вуз.

    Р.Джафаров в 2019 году был награжден юбилейной медалью “100-летие Бакинского государственного университета (1919-2019)”. Он проводил исследования в области физики высоких энергий, систем квантовых коммуникаций, непертурбативных методов квантовой теории поля, теории многочастичных уравнений, физики плазмы и ядерной физики.

  • BDU-nun professoru vəfat edib – FOTO

    Bakı Dövlət Universitetinin (BDU) Fizika Problemləri İnstitutunun baş elmi işçisi, professor Rauf Cəfərov vəfat edib.

    Bu barədə BDU məlumat yayıb.

    Bildirilib ki, Rauf Cəfərov 10 fevral 1961-ci ildə İrəvan şəhərində anadan olub. 1968-1972-ci illərdə İrəvan şəhər M.F.Axundov adına 9 nömrəli orta məktəbdə ibtidai təhsil alıb.

    1972-1978-ci illərdə Bakı şəhəri Binəqədi rayonu 248 nömrəli orta məktəbi qızıl medal ilə bitirib.

    1978-1983-cü illərdə BDU-nun Fizika fakültəsində fizika müəllimi ixtisası üzrə təhsil alıb. 1983-1987-ci illərdə Fizika fakültəsinin Maddə quruluşu kafedrasının aspirantı olub. 1988-ci ildə nəzəri və riyazi fizika ixtisası üzrə fizika-riyaziyyat elmləri namizədi, 2007-ci ildə nəzəri və riyazi fizika ixtisasında fizika elm sahəsi üzrə elmlər doktoru elmi dərəcəsini alıb. 2010-cu ildən nəzəri fizika ixtisası üzrə dosent, 2022-ci ildən professor idi.

    O, 1983-1987-ci illərdə Fotoelektronika Elmi-Tədqiqat İnstitutunda mühəndis, 1987-1992-ci illərdə BDU-nun Maddə quruluşu kafedrasında laborant, baş laborant, 1992-1993-cü illərdə Yarımkeçiricilər fizikası kafedrasında baş müəllim işləyib.

    1993-1995-ci illərdə Rusiya Elmlər Akademiyası P.N.Lebedev adına Fizika İnstitutunun Nəzəri fizika şöbəsinin Elementar zərrəciklər fizikası sektorunda elmi işçi kimi fəaliyyət göstərib. 1999-2002-ci illərdə BDU-nun Kvant kimyası, 2002-2005-ci illərdə Yüksək enerjilər fizikası elmi-tədqiqat laboratoriyalarında, 2005-2009-cu illərdə BDU-nun Fizika Problemləri İnstitutunda aparıcı elmi işçi işləyib. 2009-cu ildən Fizika Problemləri İnstitutunun baş elmi işçisi və Nəzəri fizika kafedrasının professoru idi.

    Qeyd olunub ki, Rauf Cəfərov 2019-cu ildə “Bakı Dövlət Universitetinin 100 illiyi (1919-2019)” Azərbaycan Respublikasının yubiley medalı ilə təltif olunub. Onun tədqiqat sahəsi yüksək enerjilər fizikası, rabitəli sistemlərin kvantlanması, kvant sahə nəzəriyyəsinin qeyri-perturbativ metodları, çoxzərrəcikli tənliklər nəzəriyyəsi, plazma fizikası, nüvə fizikası idi.