Month: November 2025

  • Ceyhun Bayramov İranın xarici işlər nazirinin müavinini qəbul edib

    Xarici işlər naziri Ceyhun Bayramov Azərbaycanda səfərdə olan İranın xarici işlər nazirinin müavini Vahid Cəlalzadəni qəbul edib.

    Bu barədə Xarici İşlər Nazirliyi (XİN) məlumat yayıb.

    Bildirilib ki, görüş zamanı iki ölkə arasında ikitərəfli və çoxtərəfli əməkdaşlıq gündəliyi, eləcə də regional məsələlər müzakirə olunub.

    Azərbaycanla İran arasında dost münasibətlərin inkişafında ölkə liderləri arasında təmasların, o cümlədən mövcud siyasi dialoqun və parlamentlərarası əlaqələrin vacibliyi, ümumi maraq kəsb edən məsələlərin müzakirəsinin əməkdaşlığın genişləndirilməsinə töhfə verdiyi vurğulanıb. İran İslam Respublikasının Prezidenti Məsud Pezeşkianın ölkəmizə bu il həyata keçirdiyi iki səfərin münasibətlərə əlavə təkan verdiyi qeyd olunub.

    İki ölkə arasında siyasi, iqtisadi, ticarət, enerji təhlükəsizliyi, nəqliyyat və kommunikasiyalar sahələri üzrə əməkdaşlığın perspektivlərini müzakirə edən tərəflər, xüsusilə Azərbaycan və İran tərəfindən icra olunan bir sıra layihələrin regionumuzdan keçən nəqliyyat dəhlizlərinin inkişafında mühüm rol oynadığını bildiriblər.

    Görüşdə, həmçinin qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

  • Азербайджанские таможенники пресекли контрабанду онкологических препаратов

    Сотрудники Главного таможенного управления воздушного транспорта предотвратили незаконный ввоз лекарственных препаратов на территорию Азербайджана.

    Как сообщает Median.Az со ссылкой на Государственный таможенный комитет, двое иностранных граждан, прибывших авиарейсом Нью-Дели – Баку, были подвергнуты таможенной проверке.

    При досмотре багажа и ручной клади обоих пассажиров сотрудники таможни обнаружили незадекларированные 72 единицы онкологических препаратов.

    По данному факту ведется расследование.

  • Dərman vasitələrinin qanunsuz yolla ölkə ərazisinə gətirilməsi cəhdinin qarşısı alınıb

    Hava Nəqliyyatında Baş Gömrük İdarəsi əməkdaşları tərəfindən həyata keçirilən tədbirlər nəticəsində dərman vasitələrinin qanunsuz yolla ölkə ərazisinə gətirilməsi cəhdinin qarşısı alınıb.

    Bu barədə Dövlət Gömrük Komitəsi məlumat yayıb.

    Nyu-Delhi-Bakı aviareysi ilə gələn iki nəfər xarici ölkə vətəndaşı gömrük yoxlamasına cəlb edilib, hər iki şəxsin baqaj və əl çantalarına baxış zamanı gömrük orqanına bəyan edilməyən, ümumilikdə 72 ədəd onkoloji dərman vasitəsi aşkar olunub.

    Faktla bağlı araşdırma aparılır.

  • Арзу Алиева поделилась публикацией в связи с посещением семьи Панджали Теймурова – Видео

    21 ноября вице-президент Фонда Гейдара Алиева, основатель и руководитель Общественного объединения IDEA Лейла Алиева и руководитель Baku Media Center Арзу Алиева навестили в Астаре семью Национального героя Азербайджана Панджали Теймурова.

    Соответствующими кадрами Арзу Алиева поделилась сегодня на своей официальной странице в Instagram.

  • Arzu Əliyeva Milli Qəhrəman Pəncəli Teymurovun ailəsini ziyarətdən paylaşım etdi – Video

    Noyabrın 21-də Heydər Əliyev Fondunun vitse-prezidenti, IDEA İctimai Birliyinin təsisçisi və rəhbəri Leyla Əliyeva və Bakı Media Mərkəzinin rəhbəri Arzu Əliyeva Astarada Azərbaycanın Milli Qəhrəmanı Pəncəli Teymurovun ailəsini ziyarət ediblər.

    Bununla bağlı Arzu Əliyeva rəsmi “Instagram” hesabında paylaşım edib.

    Həmin paylaşımı təqdim edirik:

  • 63 частных детских сада получили гранты: государство оплатит часть обучения

    Министерство науки и образования Азербайджана подвело итоги грантового конкурса для частных дошкольных образовательных учреждений. По результатам конкурса 63 частных детских сада стали победителями и получат государственное финансирование.

    Как сообщает Median.Az со ссылкой на ведомство, основная цель конкурса – обеспечить доступ к образованию детям, которые не смогут поступить в государственные дошкольные учреждения на 2025/26 учебный год.

    Они будут направлены в отобранные частные детские сады, а часть платы за их образование будет финансироваться за счет гранта. Согласно грантовому механизму, государство берет на себя обязательство оплачивать 250 манатов из ежемесячной стоимости обучения каждого ребенка в выбранных частных дошкольных учреждениях, а оставшуюся сумму будут оплачивать родители.

    Регистрация детей в азербайджанские секторы частных детских садов, выигравших гранты, будет осуществляться в ближайшие дни через портал www.bq.edu.az, о чем общественность будет заранее проинформирована. Родителям рекомендуется следить за обновлениями на портале и своевременно зарегистрировать своих детей.

  • 63 özəl bağçada ödənişin bir hissəsini DÖVLƏT VERƏCƏK

    Elm və Təhsil Nazirliyi tərəfindən elan olunan özəl məktəbəqədər təhsil müəssisələri üçün qrant müsabiqəsi üzrə nəticələr müəyyənləşib. Belə ki, 63 özəl məktəbəqədər təhsil müəssisəsi müsabiqənin qalibi olub.

    Bu barədə nazirlik məlumat yayıb.

    Bildirilib ki, müsabiqənin əsas məqsədi 2025-2026-cı tədris ili üçün dövlət məktəbəqədər təhsil müəssisələrinə qəbul ola bilməyən uşaqların seçilmiş özəl bağçalara yönləndirilməsi, eləcə də onların təhsil haqlarının bir hissəsinin qrant hesabına maliyyələşdirilməsidir. Qrant mexanizminə əsasən, seçilmiş özəl məktəbəqədər təhsil müəssisələrində təhsilə cəlb olunan hər bir uşağın aylıq təhsil haqqının 250 manatlıq hissəsinin dövlət qrantı hesabına ödənilməsi, qalan məbləğin isə valideyn tərəfindən qarşılanması nəzərdə tutulub.

    Qrant qazanan özəl bağçalara uşaqların Azərbaycan bölməsi üzrə qeydiyyatı www.bq.edu.az portalı vasitəsilə yaxın günlərdə həyata keçiriləcək və bu barədə ictimaiyyətə əvvəlcədən məlumat veriləcək. Valideynlərə portaldakı yenilikləri izləmələri və övladlarını qeydiyyatdan keçirmələri tövsiyə olunur.

  • Osimhen daha bir oyunu buraxacaq

    Türkiyə Superliqasında “Gençlerbirliği” ilə matçda zədə səbəbindən meydana çıxa bilməyən “Qalatasaray”ın futbolçusu Viktor Osimhenin son durumu bəlli olub.

    Median.Az “Sabah” qəzetinə istinadla xəbər verir ki, Osimhen Çempionlar Liqasında “Royal Union” ilə matçda iştirak etməyəcək.

    Nigeriyalı forvard müalicədən sonra məşqlərini zalda davam etdirir. Lakin “Fənərbağça” derbisində iştirakı hələ də sual altındadır.

    Qeyd edək ki, Superliqanın XIV turu çərçivəsində dekabrın 1-də “Fənərbağça” doğma meydanda əzəli rəqibi “Qalatasaray”ı qəbul edəcək.

  • Скончался профессор Азербайджанского технологического университета – ФОТО

    Ушел из жизни профессор Азербайджанского технологического университета (АТУ) Махал Шабан оглу Гурбанов.

    Об этом сообщили в вузе.

    Профессор скоропостижно скончался минувшим днем.

    С 2022 года до конца жизни он проработал профессором-преподавателем на кафедре общей и прикладной математики АТУ.

    Отметим, что М.Гурбанов родился 16 февраля 1957 года в селе Фахралы Болнисского района Грузии.

    В 1974 году окончил среднюю школу Фахралы, а в 1979-м – механико-математический факультет Азербайджанского государственного университета (ныне Бакинский госуниверситет).

    Был женат, имел трёх дочерей.

  • Azərbaycan Texnologiya Universitetinin professoru vəfat edib – FOTO

    Azərbaycan Texnologiya Universitetinin professoru Mahal Şaban oğlu Qurbanov vəfat edib.

    Bu barədə Azərbaycan Texnologiya Universitetindən məlumat verilib.

    Professor ötən gün gözlənilmədən vəfat edib.

    O, 2022-ci ildən bu günə qədər Azərbaycan Texnologiya Universitetində “Ümumi və tətbiqi riyaziyyat” kafedrasında professor-müəllim kimi işləyib.

    Qeyd edək ki, Mahal Şaban oğlu Qurbanov 1957-ci il fevralın 16-da Bolnisi rayonunun Faxralı kəndində anadan olub.

    O, 1964-74-cü illərdə Faxralı orta məktəbini, 1979-cu ildə isə Azərbaycan Dövlət Universitetinin Mexanika-riyaziyyat fakültəsini bitirib.

    Ailəli olub, üç qız övladı var.