Month: November 2025

  • Baş Dövlət Yol Polisi İdarəsi sürücülərə müraciət edib

    Həftəsonları respublika əhəmiyyətli avtomobil yollarında hərəkət intensivliyinin artması təhlükəsizlik məsələlərini daha da aktuallaşdırır. Nəzarət-profilaktik tədbirlər gücləndirilsə də, bəzi sürücülərin tələskənliyi və diqqətsizliyi məhz bu günlərdə qəzaların baş verməsinə səbəb olur.

    Bu barədə Baş Dövlət Yol Polisi İdarəsinin sürücülərə müraciətində qeyd edilib.

    Bildirilib ki, həftəsonu istirahətinin təhlükəsiz keçməsi hər bir sürücünün yolda nümayiş etdirdiyi məsuliyyətli davranışdan asılıdır:

    “Səfərə çıxmağı planlaşdıran sürücülərə bir daha xatırladırıq ki, nasaz nəqliyyat vasitəsi ilə yola çıxmaq, yorğun və yuxusuz halda sükan arxasına əyləşmək, ara məsafəsini gözləməmək, sürət həddini aşmaq, ötmə və manevr qaydasını pozmaq qəza riskini ciddi şəkildə artırır”.

    “Unutmayaq ki, yolda qaydalara əməl etmək yalnız hüquqi öhdəlik deyil, həm də özümüzü və sevdiklərimizi qorumağın ən sadə və vacib yoludur”, – müraciətdə deyilir.

  • Qolunu sındıran müəllimin məhkəmə çəkişməsi: Nazirliyin tövsiyəsi ləğv olundu

    Bakıdakı 10 nömrəli Uşaq Musiqi Məktəbinin müəlliminin Mədəniyyət Nazirliyinə qarşı qaldırdığı iddia onun lehinə nəticələnib.

    Məhkəmə nazirlik tərəfindən müəllim haqqında verilən tövsiyəni ləğv edib.

    İddiaçı şikayətini onunla əsaslandırıb ki, attestasiya vərəqində “Bethovenin “Sonata N1″ əsərini ifa etdi” yazılıb. Əsəri təhlil etdiyi halda guya suallara cavab vermədiyi, təhlil edə bilmədiyi qeyd olunub. İfa zamanı komissiya üzvlərindən biri müəllimin əsəri tez, digəri isə gec ifa etdiyini bildirib. Müəllim bildirib ki, verilən suallara düzgün cavab verdiyi halda, o sualların heç biri qeyd edilməyib.

    İddiaçı qeyd edib ki, 2025-ci ilin fevralında qar yağanda evinin açıq eyvanında sürüşərək yıxılıb, sol qolundan çox ağır zədə alaraq əzilib, həkimin ona qoluna zərbə salmamağı və qolunun boynundan 15 gün asılı qalmasını tövsiyə etməsinə rəğmən, attestasiyaya gedib.

    Attestasiya vərəqəsinin 10-cu bəndində “Attestasiya olunan tutduğu vəzifəyə uyğundur”, 11-ci bəndində isə “Attestasiya komissiyasının ixtisas fənnini tədris etməyə yararlı deyil, üzdən oxu fənlərini tədris edə bilər” yazılıb. Komissiya üzvləri müəllimin ixtisas fənnini tədris etməyə yararlı olmaması tövsiyəsini versələr də, onu əsaslandırmayıblar.

    Səbail Rayon Məhkəməsinin qərarı ilə iddiaçı barəsində tərtib edilərək imzalanmış Attestasiya vərəqəsinin 11-ci bəndində “İxtisas fənnini tədris etməyə yararlı deyil” tövsiyəsi ləğv edilib.
    //oxu.az

  • Одним из погибших при пожаре в многоэтажном доме в Баку оказался комендант

    Три человека погибли при пожаре, вспыхнувшем минувшим вечером в многоэтажном жилом доме на улице Мирали Сеидова в Ясамальском районе Баку.

    Как сообщает Median.Az со ссылкой на Teleqraf, один из них – Самир Кямал оглу Мамедов (1983 г.р.) – оказался комендантом этого здания.

    Он проживал в том же доме.

    Помимо него, при пожаре погибли Арзу Али гызы Ганбарли (2018 г.р.), а также руководитель Бакинского Дома национальной одежды – 48-летняя Кёнуль Велибей гызы Гумбетова (Велибейли). Дочь К.Велибейли, Ляман, находится в тяжелом состоянии.

    Отметим, что в результате инцидента не менее 20 человек отравились дымом.

  • Bakıda çoxmərtəbəli binadakı yanğında ölənlərdən biri də komendant imiş

    Ötən gün axşam saatlarında Bakının Yasamal rayonu, Mirəli Seyidov küçəsində yerləşən çoxmərtəbəli yaşayış binasında baş verən yanğında üç nəfər həlak olub.

    Median.Az “Teleqraf”a istinadla xəbər verir ki, yanğında həlak olan 1983-cü il təvəllü Samir Kamal oğlu Məmmədov sözügedən binanın komendantı imiş.

    Samir Məmmədov elə yanğın baş verən binada yaşayırmış.

    Bundan başqa, yanğında 2018-ci il təvəllüdlü Arzu Əli qızı Qənbərli, Bakı Milli Geyim Evinin 48 yaşlı rəhbəri Könül Vəlibəy qızı Hümbətova (Vəlibəyli) da həlak olublar. Könül Vəlibəylinin qızı Ləmanın vəziyyətinin ağır olduğu bildirilir.

    Qeyd edək ki, hadisə nəticəsində tüstüdən azı 20 nəfər zəhərlənib.

  • Лейла и Алёна Алиевы посетили ветеринарную клинику, созданную при Лянкяранском государственном университете (ФОТО)

    Вице-президент Фонда Гейдара Алиева, основатель и руководитель общественного объединения IDEA Лейла Алиева и невестка Президента Азербайджана Ильхама Алиева Алёна Алиева посетили созданную при Лянкяранском государственном университете ветеринарную клинику.

    Как сообщает АЗЕРТАДЖ, им была предоставлена информация о кабинетах, лабораториях и современном медицинском оборудовании, предназначенном для обследования и лечения животных. Было отмечено, что клиника служит как для сохранения здоровья домашних и диких животных в регионе, так и служит важной учебной базой с точки зрения формирования практических навыков для студентов, обучающихся по ветеринарной специальности в вузе. Лейла Алиева встретилась с преподавательским составом и студентами, обучающимися по этой специальности, выслушала их мнения, ознакомилась с работой, проводимой в области подготовки кадров в области ветеринарии.








  • Leyla və Alyona Əliyevalar Lənkəran Dövlət Universitetinin nəzdində yaradılmış Baytarlıq Klinikası ilə tanış olublar (FOTO)

    Heydər Əliyev Fondunun vitse-prezidenti, IDEA İctimai Birliyinin təsisçisi və rəhbəri Leyla Əliyeva və Prezident İlham Əliyevin gəlini Alyona Əliyeva Lənkəran Dövlət Universitetinin nəzdində yaradılmış Baytarlıq Klinikası ilə tanış olublar.

    Median.Az AZƏRTAC-a istinadən xəbər verir ki, yeni istifadəyə verilmiş klinikada heyvanların müayinəsi və müalicəsi üçün nəzərdə tutulmuş kabinetlər, laboratoriyalar və müasir tibbi avadanlıqlar barədə məlumat verilib. Qeyd edilib ki, klinika həm regionda ev və çöl (vəhşi) heyvanlarının sağlamlığının qorunmasına xidmət edir, həm də universitetin baytarlıq ixtisasında təhsil alan tələbələr üçün praktiki vərdişlərin formalaşdırılması baxımından mühüm tədris bazası rolunu oynayır. Leyla Əliyeva bu ixtisasda təhsil alan tələbələr və müəllim heyəti ilə görüşüb, onların fikirlərini dinləyib, baytarlıq sahəsində kadr hazırlığı istiqamətində həyata keçirilən işlərlə yaxından tanış olub.








  • Лейла Алиева поделилась публикацией о посещении школы-интернат и открытии детского домом №5 имени Османа Мирзоева в Лянкяране – ФОТО

    21 ноября вице-президент Фонда Гейдара Алиева, основатель и руководитель общественного объединения IDEA Лейла Алиева и невестка Президента Азербайджана Ильхама Алиева Алёна Алиева посетили специальную школу-интернат для детей с ограниченными возможностями здоровья в городе Лянкяран.

    Они также приняли участие в открытии детского дома №5 имени Османа Мирзоева в городе Лянкяран, капитально отремонтированного Фондом Гейдара Алиева.

    Лейла Алиева поделилась соответствующими фотографиями в социальной сети:

  • Leyla Əliyeva Lənkəranda internat məktəbi və Osman Mirzəyev adına 5 saylı uşaq evindən paylaşım edib – FOTO

    Noyabrın 21-də Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva və Prezident İlham Əliyevin gəlini Alyona Əliyeva Lənkəran şəhərində Sağlamlıq imkanları məhdud uşaqlar üçün xüsusi internat məktəbində olublar.

    Onlar, həmçinin Heydər Əliyev Fondu tərəfindən əsaslı təmir edilmiş Lənkəran şəhər Osman Mirzəyev adına 5 saylı uşaq evi sosial xidmət müəssisəsinin açılışında iştirak ediblər.

    Leyla Əliyeva sosial şəbəkə hesabından tədbirlərlə bağlı paylaşım edib:

  • Ушел из жизни известный азербайджанский художник – ФОТО

    Ушел из жизни преподаватель кафедры “Художественная керамика, стекло и металл” Азербайджанской государственной академии художеств, известный художник Адалят Мамедов.

    Информацию о его кончине опубликовала академия.

    Отметим, что Адалят Мамедов окончил Бакинское художественное училище, Киевскую и Львовскую академии художеств. Известен своими работами в масляной живописи, керамике и скульптуре. Работал в мастерских Пикассо и Матисса, а также брал уроки у И.Ф.Монастырского.

    С 1988 года участвовал в персональных и коллективных выставках в разных странах, его работы были включены в “Выставку 200 самых выдающихся художников мира” в Стокгольме в 1995 году.

    Являлся членом Международной ассоциации художников при ЮНЕСКО. Его работы хранятся в музеях и частных коллекциях многих стран.

  • Azərbaycanda tanınmış rəssam vəfat edib – FOTO

    Azərbaycan Dövlət Rəssamlıq Akademiyasının “Bədii keramika, şüşə və metal” kafedrasının müəllimi olmuş tanınmış rəssam Ədalət Məmmədov vəfat edib.

    Bu barədə Azərbaycan Dövlət Rəssamlıq Akademiyası məlumat yayıb.

    Qeyd edək ki, Ədalət Məmmədov Bakı İncəsənət kollecində, daha sonra Kiyev və Lvov Akademiyalarında təhsil alıb, yağlı boya, keramika və heykəltəraşlıq sahələrində fəaliyyəti ilə seçilib. O, Pikasso və Matissin studiyalarında çalışma imkanı qazanıb, İ.F. Monastırskidən dərs alıb.

    1988-ci ildən başlayaraq müxtəlif ölkələrdə fərdi və kollektiv sərgilərdə iştirak edib, əsərləri 1995-ci ildə Stokholmda keçirilən “Dünyanın ən görkəmli 200 rəssamının sərgisi”ndə yer alıb.

    UNESCO Beynəlxalq Rəssamlar İttifaqının üzvü olan sənətkarın əsərləri dünyanın bir çox ölkəsinin muzeylərində və şəxsi kolleksiyalarda saxlanılır.