Month: November 2025

  • FHN: Yanğın yaşayış binasının elektrik

    Yasamal rayonu, Mirəli Seyidov küçəsi 19A ünvanında çoxmərtəbəli yaşayış binasında yanğın tikilinin elektrik şaxtasında baş verib və artıq tam söndürülüb.

    Apa xəbər verir ki, bu barədə FHN Dövlət Yanğından Mühafizə Xidmətinin əməliyyat növbətçisi, polkovnik-leytenant Nurlan İsayev jurnalistlərə açıqlamasında bildirib.

    Onun sözlərinə görə, hadisə ilə bağlı məlumat daxil olduqdan sonra FHN-in Dövlət Yanğından Mühafizə Xidməti, Xüsusi Riskli Xilasetmə Xidməti və Bakı Regional Mərkəzinin qüvvələri dərhal hadisə yerinə cəlb olunub.

    Mənzillər yanğından mühafizə olunub, sakinlər isə təhlükəsiz əraziyə tam təxliyə edilib.

  • Hacıqabulda yol qəzası olub, xəsarət alanlar var

    Hacıqabulda yol-nəqliyyat hadisəsi olub.

    Report-un Aran bürosunun məlumatına görə, hadisə rayonun Meyniman kəndi ərazisində qeydə alınıb.

    İlkin məlumata görə, qəza zamanı kənd sakinləri; 2001-ci il təvəllüdlü Məmmədova Şəfa Ötər qızı, 1983-cü il təvəllüdlü Məmmədov Vəfa Bayram oğlu və daha bir nəfər xəsarət alıb.

    Yaralılar Şirvan Şəhər Mərkəzi Xəstəxanasına çatdırılıblar.

    Faktla bağlı araşdırma aparılır.

  • Yasamalda baş vermiş yanğında 3 nəfər ölüb, 20 nəfər zəhərlənmə diaqnozu ilə xəstəxanaya yerləşdirilib

    Bakı şəhəri, Yasamal rayonu, Mirəli Seyidov küçəsində çoxmərtəbəli yaşayış binasında yanğın nəticəsində ölənlərin ikisinin kimliyi məlum olub.

    “Report”un əməkdaşı hadisə yerindən xəbər verir ki, onlar – 2018-ci il təvəllüdlü Qənbərli Arzu Əli qızı, 1983-cü il təvəllüdlü Məmmədov Samir Kamal oğlu və daha bir nəfərdir.

    Qeyd edək ki, Təcili tibbi yardım briqadası tərəfindən 15 nəfərə ilkin tibbi xidmət göstərilib və tüstüdən zəhərlənmə diaqnozu ilə Kliniki Tibbi Mərkəzə hospitalizasiya olunub.

    Ümumilikdə 20 nəfər Kliniki Tibbi Mərkəzə hospitalizasiya olunub, onlara zəruri tibbi xidmətlərin göstərilməsi davam etdirilir.

    ***

    Bu gün 19:50 radələrində Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzinə Yasamal rayonu, M.Seyidov küçəsi ərazisində yerləşən yaşayış binasında yanğın hadisəsinin baş verməsi səbəbilə çağırış qeydə alınıb.

    Apa xəbər verir ki, bu barədə Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzi məlumat yayıb.
    Çağırış ünvanına 18 təcili tibbi yardım briqadası cəlb olunub.
    Təcili tibbi yardım briqadası tərəfindən 15 nəfərə ilkin tibbi xidmət göstərilib və tüstüdən zəhərlənmə diaqnozu ilə Kliniki Tibbi Mərkəzə hospitalizasiya olunub.
    Bu ana qədər ümumilikdə 20 nəfər (5 nəfər özü müraciət etməklə) Kliniki Tibbi Mərkəzə hospitalizasiya olunub, onlara zəruri tibbi xidmətlərin göstərilməsi davam etdirilir.
    3 nəfərin isə həkiməqədər ölüm faktı qeydə alınıb.

  • Bakıda güclü qar gözlənilir? – hazırlıqlar başladı

    Bakı Şəhər İcra Hakimiyyətinin tapşırıqlara uyğun olaraq paytaxtda qarlı havalara hazırlığın vəziyyəti ilə bağlı şəhərin rayonlarında kommunal, təsərrüfat xidmətləri, idarə və təşkilatlarının, təhsil müəssisələrinin, özəl sektorun nümayəndələrinin iştirakı ilə müşavirələr keçirilir.

    Median.Az xəbər verir ki, bu barədə qurumun Mətbuat xidmətindən məlumat verilib.

    Müşavirələrin əsas məqsədi rayon xidmətlərinin soyuq qışa, xüsusilə güclü qar yağmasına hazırlığın vəziyyətinin araşdırılması, bu zaman görülməsi zəruri olan işlər müzakirəsidir.

    Növbəti müşavirələr paytaxtın Xəzər, Pirallahı və Qaradağ rayonlarında keçirilib. Müşavirələrdə qeyd edilib ki, rayon İcra Hakimiyyətlərində qışa hazırlıqla bağlı yaradılan qərargahlar, kommunal və təsərrüfat xidmətləri və aidiyyəti təşkilatların rəhbərləri qarlı günlərdə üzərilərinə düşən vəzifələrin tam şəkildə yerinə yetirilməsi üçün hazır olmalıdırlar. Hər bir quruma qarın təmizlənməsi üçün lazımi qədər alət, inventarın (bel, kürək, ling və s.) toplanması, duz ehtiyatı yaradılması, xüsusi texnikaların vəziyyətinin yoxlanılması ilə bağlı tapşırıqlar verilib. Rayondakı küçə və məhəllələrin qardan təmizlənməsinə cavabdeh şəxslərin siyahıları hazırlanıb, bu işlərə kommunal qurumların texnikası ilə yanaşı idarə, təşkilat, bələdiyyə və özəl qurumların da mövcud texnikalarının cəlb edilməsi qərara alınıb.
    Həmçinin rayonlardakı idarə, təşkilat və özəl qurumlar, bələdiyyələr, o cümlədən ictimai iaşə müəssisələrinin rəhbərlərinə özlərinə aid ərazilərin təmizlənməsində yaxından iştirak etməyə çağırış edilib.

  • Bakıda faciəvi şəkildə ölən ofisiantların FOTOları

    Hamı kimi onlar da bu gün işə getmişdi, evə isə qayıda bilmədilər.

    Median.Az qafqazinfo-ya istinadən Bakıda restoran yaxınlığında elektrik cərəyanı vurması nəticəsində vəfat edən 4 nəfərin fotosunu təqdim edir.

    27 yaşlı Cavidan Muradov (fotoda 1-ci)
    20 yaşlı Emil Quliyev (fotoda 2-ci)
    19 yaşlı Eltac Əliyev (fotoda 3-cü)
    18 yaşlı Əkbər Zeynalov

    Qeyd edək ki, hadisə bu gün paytaxtın Binəqədi rayonu Biləcəri qəsəbəsində baş verib. “Lake Hotel” restoranının yaxınlığında oranın 4 əməkdaşı cərəyan vurması nəticəsində vəfat edib.

  • Leyla Əliyeva və Arzu Əliyeva Astarada Pəncəli Teymurovun ailəsini ziyarət ediblər

    Noyabrın 21-də Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva və Arzu Əliyeva Astarada Azərbaycanın Milli Qəhrəmanı Pəncəli Teymurovun ailəsini ziyarət ediblər.

    Apa xəbər verir ki, görüş zamanı Aprel döyüşlərində şəhid olmuş Pəncəli Teymurovun xatirəsi ehtiramla yad edilib, onun Vətən uğrunda xidmətləri, hərbçi kimi yüksək peşəkarlıq, şücaət və mərdlik göstərməsi barədə danışılıb.

    Daha sonra Leyla Əliyeva və Arzu Əliyeva şəhidin xatirəsinin əbədiləşdirilməsi məqsədilə yaradılan ev-muzeyinə baxış keçiriblər.
    Qeyd edək ki, Xüsusi Təyinatlı Qüvvələrin mənsubu, “Qoca” ləqəbli əfsanəvi kəşfiyyatçı Pəncəli Nurməhəmməd oğlu Teymurov 1981-ci il martın 24-də Astara rayonunun Əzərüd kəndində anadan olub. Hərbi xidmətdən sonra 1999-cu ildən Xüsusi Təyinatlı Qüvvələr yarandığı ildən onun sıralarında xidmətini davam etdirən Pəncəli 17 il Vətənin keşiyində şərəflə dayanıb. Gizir Pəncəli Teymurov 2016-cı il Aprel döyüşləri zamanı arzuladığı zirvəyə – şəhidlik məqamına ucalıb.
    Nümunəvi xidməti ilə sağlığında bir çox medallara və mükafatlara layiq görülən Pəncəli Teymurov ölümündən sonra 2016-cı ildə “Vətən uğrunda” medalı ilə təltif olunub. Müzəffər Ali Baş Komandan Prezident İlham Əliyevin 2025-ci il noyabrın 7-də imzaladığı Sərəncamla Pəncəli Teymurova Azərbaycanın Milli Qəhrəmanı adı verilib.

  • “X” sosial şəbəkəsində nasazlıq yaşanıb

    “X” platformasında qlobal miqyaslı nasazlıq baş verib.

    Apa xəbər verir ki, bu barədə Downdetector xidməti məlumat yayıb.

    Problemlə bağlı şikayətlər müxtəlif ölkələrdən daxil olur.

  • Kürdəmirdə uşaq bağçasında yanğın olub Hadisə

    Kürdəmir rayonunda uşaq bağçasında yanğın olub.

    “Report”un Yuxarı Şirvan bürosu xəbər verir ki, hadisə axşam saatlartında rayonun 4 saylı uşaq bağçası – körpələr evinin ikinci mərtəbəsində qeydə alınıb.

    Ümumi sahəsi 800 kv metr olan 16 otaqdan ibarət korpusun ikinci mərtəbəsində ümumi sahəsi 40 km metr olan otaqda iki dolab, üç çarpayı və döşəmə yanıb. Otağın qalan hissəsi isə yanğından mühafizə olunub.

    Hadisə yerinə FHN-nin yanğından mühafizə hissəsinin canlı qüvvəsi və texnikası cəlb olunub. Yanğın söndürülüb və genişlənməsinin qarşısı alınıb. Yanğının baş vermə səbəbləri araşdırılır.

  • “Qarabağ” səfərdə “Sumqayıt”ı məğlub etdi

    Misli Premyer Liqasının XII turunda “Qarabağ” səfərdə “Sumqayıt”a qalib gəlib.

    Median.Az bildirir ki, Sumqayıt şəhər stadionunda baş tutan matçda qonaqlar 4:2 hesablı qələbəyə seviniblər.
    Ağdam təmsilçisinin heyətində Leandro Andrade (6), Toral Bayramov (42), Abdullah Zubir (63) və Aleksey Kaşuk (90+3) fərqləniblər. “Gənclik şəhəri” təmsilçisinin qollarını isə Höccət Haqverdi (30) və Nsana Simon (83) vurublar.

    Meydan sahiblərinin heyətində 59-cu dəqiqədə Rayan Senhadji ikinci sarı vərəqənin ardından meydandan qovulub. 77-ci dəqiqədə isə Aleksandr Ramalinqom penalti zərbəsindən yararlana bilməyib.

    “Qarabağ” 26 xalla turnir cədvəlinə başçılıq edir. 20 xalı olan “Sumqayıt” dördüncü sırada qərarlaşıb.

    Qeyd edək ki, turun açılış oyununda “Kəpəz” səfərdə “Karvan-“Yevlax”ı 2:1 hesabı ilə məğlub edib.

  • Yasamalda yaşayış binasında yanğın zamanı bir neçə nəfər tüstüdən zəhərlənib – YENİLƏNİB-3

    Bakı şəhəri, Yasamal rayonu, Mirəli Seyidov küçəsində çoxmərtəbəli yaşayış binasında yanğın binanın şaxtasında olan kommunikasiya xətlərindən başlayıb.

    Bu barədə “Report”un hadisə yerində olan əməkdaşına Fövqəladə Hallar Nazirliyinin nümayəndəsi Ehtiram Xəlilov məlumat verib.

    Onun sözlərinə görə, bina sakinləri təxliyə edilib:

    “Hadisə nəticəsində ciddi xəsarət alan olmasa da, sakinlərin bəziləri tüstüdən zəhərlənib”.

    20:55

    Bakı şəhəri, Yasamal rayonu, Mirəli Seyidov küçəsində çoxmərtəbəli yaşayış binasında yanğın məhdudlaşdırılıb.

    “Report” xəbər verir ki, bu barədə FHN-dən bildirilib.

    20:45

    Bakı şəhəri, Yasamal rayonu, Mirəli Seyidov küçəsində çoxmərtəbəli yaşayış binasında yanğın başlayıb.

    “Report” xəbər verir ki, əraziyə polis əməkdaşları və təcili tibbi yardım briqadaları cəlb olunub.

    DİN-in Mətbuat Xidmətindən bildirilib ki, polis əməkdaşları tərəfindən hadisə yeri mühafizə edilərək təhlükəsizlik, təxliyyə və digər zəruri tədbirlər görülür.

    20:10

    Bakı şəhəri, Yasamal rayonu, Mirəli Seyidov küçəsində çoxmərtəbəli yaşayış binasında yanğın başlayıb.

    “Report” xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyindən (FHN) bildirilib.

    Qeyd olunub ki, FHN-in Dövlət Yanğından Mühafizə və Xüsusi Riskli Xilasetmə xidmətlərinin qüvvələri əraziyə cəlb olunub.

    Hazırda yanğının söndürülməsi istiqamətində əməliyyat davam edir.