Month: November 2025

  • Tokayev: “Qazaxıstan və Ermənistan strateji tərəfdaşlıq haqqında sənəd imzalayacaqlar”

    Ermənistanın baş naziri Nikol Paşinyanla danışıqlar zamanı Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev baş nazirin ölkəyə səfəri çərçivəsində bir sıra mühüm sazişlərin imzalanacağını açıqlayıb.

    Bu barədə “Akorda” nəşri məlumat verib.

    “Sizin səfəriniz xüsusi əhəmiyyət kəsb edir. Biz əminik ki, bu, ölkələrimiz arasında strateji tərəfdaşlığın inkişafına əhəmiyyətli təkan verəcək. Bu sizin Qazaxıstana ilk səfərinizdir. Qazaxıstan xalqı Ermənistan xalqına, onun tarixinə, adət-ənənələrinə və mədəniyyətinə böyük hörmətlə yanaşır. Səfər zamanı bir sıra mühüm sazişlər imzalanacaq”, – deyə Qazaxıstan lideri bildirib.

  • Азербайджан утроил объемы поставок нефти во Францию за 10 месяцев

    За первые 10 месяцев текущего года из Азербайджана во Францию было экспортировано более 281 000 тонн сырой нефти и нефтепродуктов на сумму 143 млн долларов.

    Как сообщает Median.Az со ссылкой на отчёт Государственного таможенного комитета Азербайджана, за аналогичный период прошлого года во Францию экспортировалось 89 712 830 тонны сырой нефти и нефтепродуктов на сумму 57 085 000 долларов. Это означает, что показатели текущего года превышают соответствующие показатели 2024 года в стоимостном выражении в 2.5 раза, или на 85.9 млн долларов, а по объему – в 3.1 раза, или на 191 300 тонн.

    Отметим, что за отчётный период во Францию было экспортировано товаров на общую сумму 150 835 580 долларов США, а импорт составил 201 819 530 долларов. За аналогичный период прошлого года экспорт составил 64 312 350 долларов США, импорт – 199 405 060 долларов США.

  • Azərbaycandan Fransaya neft ixracı üç dəfə artıb

    Cari ilin 10 ayı ərzində Azərbaycandan Fransaya 143 milyon dollar dəyərində 281 min tondan çox bitumlu süxurlardan alınan xam neft və onun məhsulları ixrac olunub.

    Median.Az Gömrük Komitəsinin hesabatına istinadən xəbər verir ki, ötən ilin eyni dövründə Fransaya 57 milyon 85 min dollar dəyərində 89 min 712.83 ton xam neft və neft məhsulları ixrac olunmuşdu. Bu isə o deməkdir ki, bu ilin göstəriciləri 2024-cü ilin müvafiq göstəricilərini dəyər ifadəsində 2.5 dəfə və ya 85.9 milyon dollar, həcm baxımından isə 3.1 dəfə və ya 191.3 min ton üstələyir.

    Qeyd edək ki, hesabat dövründə Fransaya ümumilikdə 150 milyon 835.58 min dollar dəyərində mal ixrac edilib. 201 milyon 819.53 min dollar mal isə idxal olunub. Ötən ilin müvafiq dövründə isə göstəricilər olaraq belə olub: İxrac 64 milyon 312.35 min, idxal isə 199 milyon 405.06 min dollar.

  • Qanunsuz onlayn qumar oyunlarında aktiv iştirak edənlərə qarşı ƏMƏLİYYATLAR: 20 nəfər cəzalandırıldı (Video)

    Kiberpolis qanunsuz onlayn qumar oyunlarda aktiv iştirak edən şəxslərə qarşı əməliyyatlar keçirib.

    Bu barədə Daxili İşlər Nazirliyindən (DİN) məlumat verilib.

    Bildirilib ki, kiberpolisin həyata keçirdiyi növbəti əməliyyat-texniki tədbir nəticəsində qanunsuz onlayn qumar və mərc platformalarına ölkə ərazisində mövcud olan hüquq qaydalarına zidd olaraq qoşulan istifadəçilər müəyyən ediliblər.

    “Pinup”, “Mostbet”, “Xbet”, “Chcplay”, “fastloto” və digər bu kimi qanunsuz onlayn qumar saytlarına mütəmadi daxil olan, eləcə də həmin oyunlarda iştirak edən Zahid Abdullayev, Rahib Kərimov, Ramin Hüseynov, Nihat İsrafilov, Gülməmməd Əzimov, İlqar Hüseynov, o cümlədən daha 14 nəfər müəyyən edilib. Həmin şəxslər barəsində qanunauyğun tədbirlər görülüb.

    “Qeyd edilən qanunsuz mərc və qumar oyunları saytlarından istifadə edən digər şəxslərin də aşkar olunması istiqamətində tədbirlər davam etdirilir.

    Bir daha vətəndaşları xaricdən idarə olunan və ölkə ərazisində qanunsuz hesab edilən qumar oyunlarında iştirakdan çəkinməyə çağırırıq. Bildiririk ki, qanunsuz onlayn qumar oyunlarının təşkili ilə yanaşı, həmin oyunlarda iştirak etmək də məsuliyyət yaradır. Xüsusi olaraq vurğulayırıq ki, qanunsuz mərc oyunları üzərindən qazanılan məbləği göndərmək adı ilə vətəndaşlardan bank kartı məlumatları tələb edilir. Belə olan təqdirdə isə həmin şəxslər kibertalama cinayətləri ilə üzləşə və bank hesablarında olan pul vəsaitlərini itirə bilərlər”, – məlumatda qeyd olunub.

  • Məşhur polkovnik faciəli şəkildə həyatını itirdi

    Müdafiə Nazirliyinin Silahlandırma idarəsinin keçmiş rəisi, polkovnik Yaqub Əhədov yol-nəqliyyat hadisəsi nəticəsində ölüb.

    Hadisə Sumqayıt şəhərində qeydə alınıb.
    İlkin məlumata görə, polkovnik Əhədovu avtomobil vurub.
     
    /Teleqraf

  • Ofisiantların öldüyü hadisə ilə bağlı cinayət işi açıldı

    Bu gün Bakının Binəqədi rayonunda 4 ofisiantın öldüyü hadisə ilə bağlı cinayət işi açılıb.

    Bu barədə Baş Prokurorluq məlumat yayıb.
    Bildirilib ki, Xırdalan-Binəqədi şosesinin 4-cü kilometrliyində yerləşən “Lake Hotel”in işçiləri – 1997-ci il təvəllüdlü Cavidan Muradlı, 2005-ci il təvəllüdlü Emil Quliyev, 2006-cı il təvəllüdlü Eltac Əliyev və 2007-ci il təvəllüdlü Əkbər Zeynalovun qeyd olunan hotelin qarşısında iş görən zaman elektrik cərəyanı vurması nəticəsində ölmələri faktına görə Binəqədi Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 162.3-cü (əmək mühafizəsi qaydalarının pozulması ehtiyatsızlıqdan 2 və daha çox şəxsin ölümünə səbəb olduqda) maddəsi ilə cinayət işi başlanıb.
    Hazırda istintaq aparılır.

  • Keçmiş məhkum narkotik vasitələrlə ələ keçdi

    Quba Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən tədbir zamanı Pirvahid kənd sakini, əvvəllər məhkum olunmuş 32 yaşlı Pərvin Mustafayev saxlanılıb.

    Bu barədə Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Quba regional qrupu məlumat yayıb.

    Bildirilib ki, həmin şəxsin idarə etdiyi avtomobil və yaşadığı ünvandan narkotik vasitə heroin, tiryək, marixuana və psixotrop maddə metamfetamin, eləcə də yüksək təsiredici həblər aşkar edilib.

    Faktla bağlı cinayət işi başlanılıb və məhkəmənin qərarı ilə P.Mustafayevin barəsində həbs qətimkan tədbiri seçilib.

  • Названа вероятная дата завершения конфликта между Россией и Украиной

    Вашингтон рассчитывает, что украинский президент Владимир Зеленский подпишет новый план по урегулированию конфликта в Украине до четверга, 27 ноября.

    Об этом сообщила газета Financial Times (FT) со ссылкой на украинских чиновников.

    “Американские чиновники ожидают, что Зеленский подпишет соглашение до Дня благодарения (в четверг 27 ноября – ред.) на следующей неделе, чтобы позже в этом месяце представить мирную сделку в Москве”, – говорится в публикации.

    По плану, после подписания документы будут представлены российской стороне. Этот процесс хотят закончить до конца ноября, чтобы к декабрю 2025 года завершить все этапы урегулирования конфликта.

  • Rusiya-Ukrayna münaqişəsinin mümkün bitmə tarixi açıqlandı

    Rəsmi Vaşinqton Ukrayna Prezidenti Volodimir Zelenskinin noyabrın 27-nə qədər Ukraynadakı münaqişənin həlli üçün yeni plan imzalamasını gözləyir.

    Bu barədə məşhur “Financial Times” nəşri Ukrayna rəsmilərinə istinadən məlumat yayıb.

    “ABŞ rəsmiləri Zelenskinin gələn həftənin cümə axşamına qədər sazişi imzalamasını gözləyirlər ki, bunu ayın sonunda Moskvada təqdim edə bilsinlər”, – nəşr yazıb.

    Plana əsasən, sənədlər imzalanandan sonra Rusiya tərəfinə təqdim olunacaq. Münaqişənin həllinin bütün mərhələlərini 2025-ci ilin dekabrına qədər tamamlamaq məqsədi ilə bu prosesin noyabrın sonunadək başa çatdırılması gözlənilir.

    Xatırladaq ki, ABŞ Prezidenti Donald Tramp Ukrayna münaqişəsi ilə bağlı yeni planı təsdiqləyib.

  • Афиша футбольных матчей на выходные

    На зеленых полях Европы в эти выходные состоятся интересные футбольные матчи.

    В течение следующих двух дней в Английской Премьер-лиге, испанской Ла Лиге, французской Лиге 1, итальянской Серии А, немецкой Бундеслиге и турецкой Суперлиге пройдут следующие встречи:

    22 ноября

    Английская Премьер-лига

    16:30 “Бернли” – “Челси”;

    21:30 “Ньюкасл Юнайтед” – “Манчестер Сити”.

    Испанская Ла Лига

    19:15 “Барселона” – “Атлетик” (Бильбао).

    Французская Лига 1

    20:00 “Ланс” – “Страсбург”.

    Итальянская Серия А

    21:00 “Фиорентина” – “Ювентус”;

    23:45 “Наполи” – “Аталанта”.

    Немецкая Бундеслига

    18:30 “Бавария” – “Фрайбург”;

    18:30 “Боруссия” (Дортмунд) – “Штутгарт”.

    Турецкая Суперлига

    21:00 “Галатасарай” – “Генчлербирлиги”.

    23 ноября

    Английская Премьер-лига

    20:30 “Арсенал” – “Тоттенхэм”.

    Испанская Ла Лига

    21:30 “Хетафе” – “Атлетико” (Мадрид).

    Французская Лига 1

    00:05 ПСЖ – “Гавр”.

    Итальянская Серия А

    18:00 “Кремонезе” – “Рома”;

    23:45 “Интер” – “Милан”.

    Немецкая Бундеслига

    18:30 “Лейпциг” – “Вердер Бремен”.

    Турецкая Суперлига

    18:00 “Бешикташ” – “Самсунспор”;

    21:00 “Ризеспор” – “Фенербахче”.

    Отметим, что время для всех матчей указано бакинское.