Month: December 2025

  • İrandan Azərbaycana 53 kiloqram narkotiki keçirmək istəyən şəxs TUTULDU

    Dövlət Sərhəd Xidmətinin (DSX) Sərhəd Qoşunları Komandanlığının “Lənkəran” sərhəd dəstəsinin xidməti ərazisində ümumi çəkisi 53 kiloqram 250 qram narkotik vasitənin və 1450 ədəd narkotik tərkibli “Metadon M-40” həbinin İrandan Azərbaycana keçirilməsinin qarşısı alınıb.

    Bu barədə DSX məlumat yayıb.

    Bildirilib ki, keçirilmiş kompleks sərhəd axtarışı və əməliyyat tədbirləri nəticəsində Azərbaycan Respublikası vətəndaşı – 1991-ci il təvəllüdlü Amil Vidadi oğlu Sadıqov şübhəli şəxs qismində saxlanılıb, uçuş aparatı vasitəsilə sərhəd xəttinə yaxın əraziyə atılmış ümumi çəkisi 9 kiloqram 760 qram narkotik vasitə marixuana və 450 ədəd narkotik tərkibli “Metadon M-40” həbi aşkar olunaraq götürülüb.

    İlkin dindirmə zamanı saxlanılan şəxs həmin əraziyə narkotik vasitəni götürmək məqsədilə gəldiyini etiraf edib.

    Sərhəd dəstəsinin xidməti ərazisində keçirilmiş əməliyyat-qoşun tədbirləri nəticəsində dekabrın ayının 7-də 20 kiloqram 240 qram narkotik vasitə (19 kq 180 qram marixuana, 1060 qram metamfetamin), dekabrın 9-da isə 23 kiloqram 250 qram narkotik vasitə marixuana və 1000 ədəd narkotik tərkibli “Metadon M-40” həbi aşkar edilib.

    Faktlar üzrə əməliyyat-istintaq tədbirləri davam etdirilir.

  • Открытый люк перед школой в Масазыре создаёт опасность для жителей (Видео)

    В поселке Масазыр Абшеронского района напротив средней школы №4 открытый люк и грязные дороги стали серьёзной проблемой для водителей, местных жителей и особенно школьников.

    Жители жалуются: “Сколько людей уже проваливалось в этот люк, а его всё не закроют”, “Мой ребенок несколько раз падал, был весь в грязи, приходится самому вести его в школу”.

    Как сообщили в Управлении по мелиорации и водному хозяйству Абшеронского района, им известна ситуация, и проблема будет решена в ближайшее время.

    Подробнее – в видео Baku TV:

  • Masazırda məktəbin qarşısında lük problemi: “Neçə nəfər ora düşüb, ağzını bağlamırlar” (Video)

    Abşeron rayonu, Masazır qəsəbəsi, 4 nömrəli tam orta məktəbin qarşısında ağzı açıq qalan lük, palçıqlı yollar sürücülər, sakinlər, xüsusən məktəblilər üçün problemə çevrilib.

    Sakinlər bu vəziyyətdən şikayət ediblər. Onlar “Neçə nəfər lükə düşüb, ağzını bağlamırlar”, “Uşağım dəfələrlə yıxılıb, üstü-başı palçıq olub, məcbur oluram ki, onu məktəbə özüm gətirim” – deyə gileyləniblər.

    Abşeron Su Meliorasiya Sistemlərinin İstismarı İdarəsindən verilən məlumata görə, problemdən xəbərdardırlar və məsələ qısa müddət ərzində həllini tapacaq.

    Daha ətraflı Baku TV-nin süjetində:

  • Цены на серебро впервые в истории превысили 63 доллара за унцию

    Биржевые цены на серебро достигли нового исторического максимума.

    Об этом сообщает Median.Az со ссылкой на РБК.

    В четверг, 11 декабря, фьючерсы на серебро c поставкой в марте на бирже Comex подорожали на 3.64%, их цена на пике поднялась до 63.25 доллара за унцию, свидетельствуют данные торгов на 05:55 по бакинскому времени. Отметку 63 доллара цена унции драгоценного металла превысила впервые в истории.

    К 08:42 по Баку рост цен замедлился до 1.88%, фьючерсы торговались на уровне 62.18 доллара за унцию.

  • Gümüşün qiymətində tarixi rekord

    “Comex” birjasında (Nyu-York əmtəə birjasının bölməsi) gümüş füçerslərinin dəyəri tarixi maksimumu yeniləyərək, bir troya unsiyası üçün (təqribən 31 qram – red.) 63 dolları ötüb.

    Bunu ticarət məlumatları göstərir.

    Bakı vaxtı saat 05:55-ə olan məlumata görə, qiymətli metalın dəyəri 3.64 faiz artaraq, bir troya unsiyası üçün 63.25 dollara çatıb.

    Bildirilir ki, Federal Ehtiyat Sisteminin uçot dərəcəsini azaltmaq qərarı fonunda gümüşün qiyməti bütün zamanların ən yüksək səviyyəsinə çatıb. Uzun müddət davam edən tədarük çatışmazlığı və qiymətli metallara tələbin artması səbəbindən gümüşün dəyəri il ərzində 116 faizdən çox bahalaşıb.

  • Üç milyonluq cinayətlə bağlı general ifadə verdi: “Dedim ki, şabalıd işinə baxırıq, monopolistik”

    Generalla kapitanı üz-üzə gətirən “şabalıd işi” üzrə məhkəmə araşdırması gərgin atmosferdə davam edir.

    Median.Az “Qafqazinfo”ya istinadən xəbər verir ki, cinayət işində zərərçəkmiş qismində tanınan general-mayor Raul Zeynalov dünən Bakı Hərbi Məhkəməsində ifadə verib.

    Diqqətçəkən məqam odur ki, kapitan Ayaz Bayramov tərəfindən təxminən 1 milyon manatının ələ keçirildiyini iddia edən generalı ən çox narahat edən məsələ mediada adının hallanmasıdır. Buna görə də o, ifadə verməzdən əvvəl media əməkdaşlarının prosesdə iştirakına etiraz edib, əsassız arqumentlər irəli sürərək iclasın qapalı keçirilməsini istəyib. Digər zərərçəkmişlər bu məsələdə generalı dəstəkləsələr də, müdafiə tərəfi prosesin qapalı keçirilməsi ilə razılaşmayıb.

    Hətta təqsirləndirilən kapitan belə olacağı halda ifadə verməkdən imtina edəcəyini deyib:

    “Niyə qapalı proses istəyirlər? Oyunlarının üstü açılır ona görə?! Öz mənafelərini qoruyurlar. Günahkaramsa, hamı günahkar, təqsirkaramsa, hamı təqsirkar kimi tanısın. Əks halda, mən heç nə danışmayacağam”.

    Məhkəməyə sədrlik edən hakim Zaur Hacıyev tərəfləri dinlədikdən sonra prosesin qapalı keçirilməsi üçün heç bir hüquqi əsas olmadığını elan edib. Bunun ardınca Raul Zeynalov ifadə vermək üçün kürsüyə çağırılıb.

    General deyib ki, Ayazı Fövqəladə Hallar Nazirliyində idarə rəisinin müavini təyin edildikdən sonra tanıyıb. Ayaz idarənin nümunəvi zabiti olub, əsas da bu cəhətinə görə ondan xoşu gəlib. Sonradan isə onlar birlikdə iş qurmağa razılaşıblar:

    “Məni inandırdı ki, şabalıd ticarətində çox yaxşı pul var. Ona maddi dəstək olsam, böyük pullar qazanacağıq. Deyirdi ki, qızıl neft deyil, şabalıddır. Onun sözləri məni şirnikləndirdi. İşə başlaması üçün ilk dəfə 13 min, bir neçə gün sonra da 80 min manat verdim. Açığı əvvəllər dediyini etmişdi. Etiraf edirəm ki, mənə “paçka”larla pul verib.

    Hətta qohumlarıma da bu işdən danışdım, dedim gəlin, siz də qoşulun. Ələsgər Məhərrəmov var, əvvəllər vergi orqanlarında işləyib. Söhbət zamanı dedim ki, şabalıd işinə baxırıq, monopolistik. Bundan sonra o da bu işə qoşulmaq üçün Ayaza 30 min dollar verdi. Hazırda da zərərçəkmişlərdən biridir, hələ də pulunu ala bilməyib.

    Bir müddət sonra Ayaz gəldi ki, bir nəfər şabalıd istəyir. Amma istədiyi qədər məhsulu gətirə bilməsi üçün 339 min manat lazımdır. Məni inandırdı ki, bu, çox yaxşı fürsətdir, qat-qat çox qazanacağıq. Bayaq dediyim kimi, elə danışırdı ki, adamı lap şirnikləndirirdi. Buna görə də həmin pulu ona verdim. Bundan əlavə, BMW, “Lexus”, KIA markalı avtomobillərimi satması üçün baş etibarnamə ilə adına keçirdim. Axırı da gəldi belə oldu, bir ara ölkədən də qaçdı. Bu adamın bir sözü var idi, iki-üç aydan bir deyirdi ki, yağışa düşdük, şabalıd batdı”.

    General prokurorluğa etdiyi şikayətdə Ayaz Bayramovun onun 984 min manatını ələ keçirdiyini yazıb. Amma məhkəmədə məbləğlə bağlı ifadəsini dəyişib. Sonradan yadına salıb ki, Ayaz 984 min manatın 256 minini ona qaytarıbmış:

    “Elə olurdu ki, Ayaza deyirdim filan toya 500 manat yazdır. Və ya kiməsə filan qədər pul göndər. Bundan əlavə, mən klinikada olanda müəyyən qədər pul verib. Mən hesablamışam, bütün bunlar da 256 370 manat edib. Yəni indi mənə 728 min manat verəcəyi var”.

    Zeynalov prokurorun sualına cavabında bildirib ki, Ayazın dediyinə görə, Bakıda şabalıd biznesinə hakim olmaq üçün 3 milyon, Gəncə bazarına da nəzarəti ələ almaq istəsə, əlavə 1 milyon 500 min manat lazım imiş.

    Ayaz Bayramov isə generalın yalan danışdığını, ondan aldığı pulları artıqlaması ilə qaytardığını söyləyib. Prosesin davamında hakim ifadə vermək üçün ona söz verib.

    Təqsirləndirilən şəxsin sözlərinə görə, Raul Zeynalov özü bizneslə məşğul olmaqda maraqlı olub. Daha əvvəl də qoyun alveri ilə məşğul olub. Dediyinə görə, bu barədə general özü ona danışıb. Bir ara Gürcüstandan qoyun gətirib satdıqlarını, lakin sonradan alveri alındıra bilmədiklərini deyib.

    “Amma mənimlə işləməyə başlayandan sonra ona yaxşı pul qazandırdım. Gecəmi-gündüzümə qatıb işləmişəm. Raul mənim əziyyətimdən ortaya çıxan pullarla özünə 109 min manata maşın alıb. Nə qədər pul veribsə, hamısını artıqlaması ilə qaytarmışam. İndi gəlib burda boş-boş danışır”, – təqsirləndirilən kapitan əlavə edib.

    İş vaxtı başa çatdığından təqsirləndirilən şəxs ifadəsini bitirə bilməyib. Proses gələn həftə qaldığı yerdən davam edəcək. Hakim Zaur Hacıyev Raul Zeynalova həmin gün də prosesdə iştirak etməli olduğunu xatırladıb.

    Qeyd edək ki, cinayət işi üzrə 8 nəfər zərərçəkmiş qismində tanınıb. Dəymiş ziyanın ümumi məbləği 2 milyon 800 min manatdır.

  • МЧС обратилось к лицам, занимающимся рыбной ловлей

    Министерство по чрезвычайным ситуациям (МЧС) Азербайджана обратилось к пользователям маломерных судов в связи с туманной погодой.

    Об этом сообщили в ведомстве.

    Было отмечено, что, несмотря на проводимую МЧС массовую разъяснительную работу, к сожалению, из-за несоблюдения соответствующих правил безопасности пользователями маломерных судов, в том числе лицами, занимающимися рыбной ловлей, случаются нежелательные и порой печальные происшествия.

    “Так, водители маломерных судов перед выходом в плавание должны обеспечить исправность судна, его оснащение спасательным и необходимым оборудованием согласно установленным нормам, учитывать ограничения по пассажировместимости и грузоподъемности судна, а также проинструктировать пассажиров о правилах безопасности на судне.

    Также следует изучить прогнозируемые погодные условия на время плавания и учитывать максимальную высоту волн и скорость ветра, при которых судно может плавать. Необходимо помнить, что парусные и моторные лодки могут двигаться только с соблюдением ограничений, связанных с ветреной и волновой погодой, указанных в судовом билете. Выход в море маломерных гребных лодок запрещен при скорости ветра более 7 м/с.

    Также запрещается движение маломерных судов в туман и при других неблагоприятных погодных условиях, ограничивающих видимость и делающих невозможным определение направления. Рыбная ловля и выполнение других работ в пограничных водах разрешается только в светлое время суток.

    Учитывая вышесказанное, МЧС еще раз обращается к пользователям маломерных судов с призывом строго соблюдать правила безопасной эксплуатации судов”, – говорится в обращении.

  • Fövqəladə Hallar Nazirliyi balıq ovu ilə məşğul olan şəxslərə müraciət edib

    Fövqəladə Hallar Nazirliyi (FHN) dumanlı hava şəraiti ilə əlaqədar kiçikhəcmli gəmi istifadəçilərinə müraciət edib.

    Bu barədə FHN məlumat yayıb.

    Bildirilib ki, Fövqəladə Hallar Nazirliyi tərəfindən aparılan kütləvi maarifləndirmə işlərinə baxmayaraq, təəssüflə qeyd olunmalıdır ki, kiçikhəcmli gəmi istifadəçiləri, o cümlədən balıq ovu ilə məşğul olan şəxslər tərəfindən müvafiq təhlükəsizlik qaydalarına əməl olunmaması nəticəsində arzuolunmaz və bəzən kədərli hallar yaşanır.

    “Belə ki, kiçikhəcmli gəmilərin sürücüləri səfərə çıxmazdan əvvəl gəminin sazlığını, müəyyən olunmuş normaya uyğun xilasetmə və zəruri avadanlıqlarla təchiz olunmasını təmin etməli, gəminin sərnişin və yükgötürmə qabiliyyəti üzrə məhdudiyyətləri nəzərə almalı və sərnişinləri gəmidə təhlükəsizlik qaydaları haqqında təlimatlandırmalıdır.

    Həmçinin, səfər vaxtı üçün proqnozlaşdırılan hava şəraiti öyrənilməli və gəminin üzə biləcəyi maksimal dalğa hündürlüyü və küləyin sürəti nəzərə alınmalıdır. Yadda saxlamaq lazımdır ki, yelkənli və mühərrikli qayıqlar yalnız onların gəmi biletlərində göstərilmiş küləkli və dalğalı hava ilə bağlı məhdudiyyətlərə riayət etməklə hərəkət edə bilərlər. Kiçikhəcmli avarlı qayıqların isə küləyin sürəti 7 m/san-dən artıq olduqda dənizə çıxması qadağandır.

    Eləcə də dumanda və görmə məsafəsini məhdudlaşdıran və səmtləri müəyyənləşdirməyin mümkün olmadığı digər əlverişsiz hava şəraitində kiçikhəcmli gəmilərin hərəkəti qadağandır. Sərhəd sularında balıq ovu ilə məşğul olmağa və digər işləri yerinə yetirməyə yalnız günün işıqlı vaxtı icazə verilir.

    Qeyd olunanları nəzərə alaraq, FHN bir daha kiçikhəcmli gəmi istifadəçilərinə müraciət edərək gəmilərin təhlükəsiz istismarı qaydalarına ciddi riayət etməyə çağırır”.

  • Задержан сын генерал-лейтенанта Джебраила Усубова

    Задержан Фарид Усубов, сын бывшего заместителя начальника Особой службы государственной охраны Азербайджанской Республики (ныне упразднена) генерал-лейтенанта Джебраила Усубова.

    Как сообщает gununsesi.info, его задержали сотрудники Главного управления по борьбе с коррупцией при генеральном прокуроре.

    Согласно информации, Фарид Усубов занимал должность начальника Портового пункта Главного таможенного управления морского транспорта и энергетических ресурсов Государственного таможенного комитета.

  • Generalın vəzifəli oğlu saxlanıldı

    Uzun illər Xüsusi Dövlət Mühafizə Xidməti rəisinin müavini olmuş general-leytenant Cəbrayıl Usubovun oğlu Fərid Usubov saxlanılıb.

    Median.Az Gununsesi.info-ya istinadən xəbər verir ki, Dövlət Gömrük Komitəsinin əməkdaşı olan Fərid Usubov Baş Prokurorluq Yanında Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsi tərəfindən saxlanılıb.

    Bildirilir ki, Fərid Usubov Dövlət Gömrük Komitəsinin Dəniz Nəqliyyatı və Enerji Resursları Baş Gömrük İdarəsinin Liman Məntəqəsinin rəisi vəzifəsində çalışıb.