Month: December 2025

  • Bakıda iki maşın toqquşdu – Sürücünün xilasedilmə GÖRÜNTÜLƏRİ (Video)

    Bakı şəhəri, Xəzər rayonu, Türkan qəsəbəsində yol-nəqliyyat hadisəsi baş verib.

    Bu barədə Fövqəladə Hallar Nazirliyi (FHN) məlumat yayıb.

    Bildirilib ki, məlumatla əlaqədar hadisə yerinə dərhal FHN-in Xüsusi Riskli Xilasetmə Xidmətinin xilasediciləri cəlb edilib.

    Hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən müəyyən olunub ki, “Mercedes-Benz” və “Ford” markalı minik avtomobillərinin toqquşması nəticəsində yol-nəqliyyat hadisəsi baş verib və “Mercedes-Benz”in sürücüsü deformasiyaya uğramış avtomobildə sıxılı vəziyyətdə qalıb.

    Xilasedicilər xüsusi vasitələrin köməyi ilə müxtəlif dərəcəli bədən xəsarətləri alaraq avtomobildə sıxılı vəziyyətdə qalan sürücü, 1990-cı il təvəllüdlü Fərman Nurlan oğlu Əliyevi xilas edərək təcili tibbi yardım briqadasına təhvil veriblər.

    Hadisə ilə əlaqədar müvafiq qurumlar tərəfindən araşdırma aparılır.

  • Güclü yağış 71 nömrəli orta məktəbin şağirdlərinin gediş-gəlişinə problem yaratdı (Video)

    Bir neçə gündür Bakıya yağan güclü yağışlar Sabunçu rayonunda yerləşən 71 nömrəli tam orta məktəbin şagirdlərinin gediş-gəlişinə problem yaradıb.

    Bununla bağlı görüntülər sosial şəbəkələrdə yayılıb.

    Belə ki, yolu su basdığı üçün məktəblilər hasarların üzəri ilə hərəkət edir, nəticədə isə həyatlarına təhlükə yaranır.

    Məsələ ilə bağlı Sabunçu Rayon İcra Hakimiyyətinə sorğu ünvanlanıb.

  • В Турции произошло землетрясение

    В районе Сындыргы турецкого региона Балыкесир произошло землетрясение магнитудой 4.9.

    Об этом сообщили в Управлении по борьбе со стихийными бедствиями и чрезвычайными ситуациями при правительстве Турции (AFAD).

    Подземные толчки были зафиксированы сегодня в 11:06 по бакинскому времени. Очаг стихии залегал на глубине 6.97 км. Землетрясение ощущалось и в соседних регионах.

    Информации о жертвах и разрушениях не поступало.

  • Türkiyədə zəlzələ oldu

    Türkiyənin Balıkesir bölgəsində zəlzələ olub.

    Median.Az AFAD-a istinadən xəbər verir ki, Sındırgı rayonunda baş verən yeraltı təkanlar 4.9 bal gücündə qeydə alınıb.

    Təbiət hadisəsi bu gün Bakı vaxtı ilə saat 11:06-da baş verib.

    Zəlzələnin dərinliyi 6.97 kilometrdə yerləşib. Yeraltı təkanlar ətraf bölgələrdə də hiss olunub.

    İtki və dağıntı barədə məlumat verilməyib.

  • Рамиль Усубов встретился с Виктором Махмудовым

    Секретарь Совета безопасности (СБ) Азербайджана Рамиль Усубов встретился с секретарем СБ при президенте Узбекистана Виктором Махмудовым, находящимся с визитом в нашей стране.

    Информацию распространил Совбез Азербайджана.

    В ходе встречи была отмечена важность сотрудничества и совместных усилий в современную эпоху нарастания конфликтов, военно-политических вызовов и угроз в мире, также подчеркнуто развитие стратегического партнерства и плодотворного сотрудничества между двумя братскими странами в различных сферах в соответствии с политической волей глав государств Ильхама Алиева и Шавката Мирзиёева.

    В ходе беседы выражена важность дальнейшего укрепления и расширения связей в военной и военно-технической областях, включая взаимный обмен опытом.

  • Ramil Usubov Viktor Mahmudovla görüşüb

    Dekabrın 10-da Təhlükəsizlik Şurasının katibi Ramil Usubov ölkəmizdə səfərdə olan Özbəkistan Respublikası Prezidenti yanında Təhlükəsizlik Şurasının katibi Viktor Mahmudovla görüşüb.

    Bu barədə Azərbaycan Təhlükəsizlik Şurası məlumat yayıb.

    Bildirilib ki, görüş zamanı dünyada baş verən qarşıdurmaların, hərbi-siyasi çağırış və təhdidlərin artdığı müasir dövrdə əməkdaşlığın və birgə səylərin vacibliyi, dövlətlərimizin başçıları İlham Əliyevin və Şavkat Mirziyoyevin siyasi iradələrinə uyğun olaraq, iki qardaş ölkə arasında strateji tərəfdaşlığın, səmərəli işbirliyinin ən müxtəlif sahələr üzrə inkişaf etdiyi diqqətə çatdırılıb.

    Söhbət zamanı hərbi və hərbi-texniki sahədə əlaqələrın daha da möhkəmləndirilməsinin, genişləndirilməsinin, o cümlədən qarşılıqlı təcrübə mübadiləsinin vacibliyi, bunun da təkcə Cənubi Qafqazda deyil, bütövlükdə Mərkəzi Asiyada sabitliyin və təhlükəsizliyin qorunması istiqamətində yeni imkanlar açacağına əminlik ifadə edilib.

  • Bakıda sevgilisini evindən qovmaq istəyən qadın bıçaqlandı

    Bakıda qadın sərxoş vəziyyətdə olan sevgilisini evindən qovmaq istədiyi üçün bıçaqlanıb.

    Hadisə paytaxtın Suraxanı rayonu ərazisində baş verib. Cəlilabad rayon sakini, 1997-ci il təvəllüdlü Fərid Azadov (ad və soyad şərtidir) Bakıya işləmək üçün gəlib və bir xanımla tanış olub. Bir müddətdən sonra cütlük arasında münasibət yaranıb və onlar sevgili olublar. Cütlük qadının evində birlikdə yaşamağa qərar verib.

    Bir neçə gün öncə Fərid spirtli içki qəbul edərək sərxoş vəziyyətdə evə gəlib. Qadın onun sərxoş olduğunu görüb və buna görə Fəridə irad bildirib. İrad Fəridin xoşuna gəlməyib və cütlük arasında mübahisə yaranıb. Mübahisə zamanı qadın Fəridi evindən qovmaq istəyib. Nəticədə Fərid mətbəxdən bıçağı götürərək qadını qolundan bıçaqlayıb. O, daha sonra sevgilisinə baş və bədənin müxtəlif nahiyələrindən yumruq və təpik zərbələri endirib.

    Hadisə yerinə polis əməkdaşları gəliblər və F.Azadov saxlanılıb. Faktla bağlı cinayət işi başlanılıb, iş məhkəməyə göndərilib.

    Suraxanı Rayon Məhkəməsində keçirilən prosesdə cütlük barışıb və zərərçəkmişə dəymiş ziyan ödənilib. Məhkəmə barışığı nəzərə alaraq, cinayət işinə xitam verib.
    //oxu.az

  • Самолет Пашиняна не смог приземлиться в аэропорту Москвы из-за атаки БПЛА

    Самолет ACJ319 премьер-министра Армении Никола Пашиняна не смог сесть в Москве из‑за закрытого воздушного пространства и приземлился на запасном аэродроме. Борт почти час кружил над Тверской областью, ожидая разрешения на посадку, но так и не получил его.

    Об этом сообщает Median.Az со ссылкой на Telegram-канал Baza.

    В результате самолет армянского премьера отправили в Пулково в Санкт-Петербурге, где он приземлился около 01:00 (02:00 по Баку – ред.). Пашинян летел в Москву после визита в Германию и собирался принять участие в заседании межправительственного совета ЕАЭС.

  • Paşinyanın təyyarəsi Moskva hava limanına eniş edə bilmədi

    Ermənistan baş naziri Nikol Paşinyanın təyyarəsi Moskvaya eniş etmək üçün icazə ala bilməyib və bundan sonra Sankt-Peterburqda eniş etmək məcburiyyətində qalıb.

    Bu arada Median.Az MK.ru-ya istinadən xəbər verir.

    Məlumata görə, “ACJ319” təyyarəsi eniş edə bilmək üçün bir saata yaxın Tver bölgəsi üzərində dövrə vurub, lakin nəticədə “Pulkovo” hava limanına yönləndirilib və gecə saat bir radələrində eniş edib.

    Qeyd edək ki, Paşinyan Almaniyaya səfərindən sonra Moskvaya uçurdu və Avrasiya İqtisadi İttifaqının Hökumətlərarası Şurasının iclasında iştirak etməyi planlaşdırırdı.

    Hava nəqliyyatında yaranan problemə son zamanlar Moskva bölgəsinə edilən ən böyük dron hücumlarından biri səbəb olub. Rusiya Müdafiə Nazirliyinin məlumatına görə, hava hücumundan müdafiə qüvvələri gecə ərzində Moskva bölgəsi üzərində 32 PUA (pilotsuz uçuş aparatı – dron) vurub. Sakinlərin sözlərinə görə, Zelenoqrad, Ramenskoye, Odintsovo və Dubnada partlayış səsləri eşidilib. Hücum nəticəsində Moskvanın dörd əsas hava limanı – “Şeremetyevo”, “Domodedovo”, “Vnukovo” və “Jukovski” müvəqqəti uçuş məhdudiyyətləri tətbiq edib. Bu da 170-dən çox reysin gecikməsinə və ya ləğvinə gətirib çıxarıb. Uçuşların xeyli hissəsi “Pulkovo”dakı alternativ aerodroma yönləndirilib.

    Bağlı hava limanlarında ilişib qalan sərnişinlər gecəni terminallarda gecələməyə məcbur olublar.

    Hücum ölkənin digər bölgələrinə də təsir edib. Rusiya Müdafiə Nazirliyinin məlumatına görə, gecə ərzində Rusiyanın müxtəlif bölgələri üzərində 287 dronun qarşısı alınıb və məhv edilib. Onlardan 118-i Bryansk bölgəsində zərərsizləşdirilib.

  • Beyləqanda vəzifəli şəxsdən şikayət edən qadın məhkəməyə verildi

    Beyləqan Rayon İcra Hakimiyyətinin vəzifəli şəxsindən şikayət edən qadın məhkəməyə verilib.

    Oxu.az-ın məlumatına görə, Beyləqan Rayon İcra Hakimiyyətinin Kommunal Müəssisələr Təsərrüfatının müdiri Arzu Bəndəliyev ondan şikayətçi olan rayon sakini Həmidə Kərimova barəsində xüsusi ittiham qaydasında Beyləqan Rayon Məhkəməsinə şikayət edib. A.Bəndəliyev şikayətçi qadının həbsini tələb edib.

    İş Beyləqan Rayon Məhkəməsinin sədrinin icraatına veriləndən sonra isə H.Kərimova məhkəmə tərkibinə etiraz edib və bu barədə Şirvan Apellyasiya Məhkəməsinə müraciət ünvanlayıb. Məhkəmə etirazı təmin edib və iş digər hakimlərin icraatına verilməsi üçün Beyləqan Rayon Məhkəməsinə göndərilib.

    Xatırladaq ki, Beyləqan rayon sakini Həmidə Kərimova media qurumlarına müraciət edərək bildirib ki, o, aztəminatlı ailə kimi ünvanlı sosial yardım aldığı halda yardım qəfil kəsilib. Xanım məsələ ilə bağlı araşdırma apararkən məlum olub ki, onun xəbəri olmadan adı Beyləqan Rayon Kommunal Müəssisələr Təsərrüfatında işçi kimi rəsmiləşdirilib.

    Qadın məsələ ilə bağlı hüquq-mühafizə orqanlarına müraciət edərək, qurumun rəhbəri Arzu Bəndəliyevin qanunsuz hərəkətlərindən şikayət edib. O, daha sonra “TikTok” sosial şəbəkəsində çıxış edərək, A.Bəndəliyevi ittiham edib. Müəssisə rəhbəri də H.Kərimova tərəfindən şərəf və ləyaqətinin təhqir edildiyini iddia edib və bu barədə məhkəməyə müraciət edib.