Month: December 2025

  • AQTA Gürcüstan mənşəli heyvanların Azərbaycandan tranzitini yenidən açdı

    Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi (AQTA) Gürcüstan mənşəli iri və xırdabuynuzlu heyvanların Azərbaycan ərazisindən keçməklə tranzit daşınmasına tətbiq edilmiş məhdudiyyəti aradan qaldırıb.

    Bu barədə AQTA məlumat yayıb.

    Bildirilib ki, Gürcüstanın Ətraf Mühitin Mühafizəsi və Kənd Təsərrüfatı Nazirliyinin Milli Qida Təhlükəsizliyi Agentliyi tərəfindən təqdim olunmuş rəsmi məlumatda ölkədə həyata keçirilən baytarlıq tədbirləri və epizootoloji monitorinqin nəticələrinə əsasən, epizootik durum stabil qiymətləndirilir.

    Həmçinin baytarlıq – sanitariya tələblərinə tam əməl olunduğu, epizootik vəziyyətin davamlı nəzarətdə saxlanıldığı və xüsusi təhlükəli yoluxucu heyvan xəstəliklərinin yayılması riskinin minimal olduğu barədə rəsmi zəmanət təqdim edilib.

  • Naxçıvan Ali Məhkəməsinə yeni hakim təyin edildi

    Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinə yeni hakim təyin edilib.

    Milli Məclisin bu gün keçirilən iclasında Aida Əli qızı Hüseynin Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin hakimi təyin edilməsi haqqında məsələ müzakirə edilib.

    Müzakirələrdən sonra sənəd səsverməyə qoyularaq qəbul edilib.

    Qeyd edək ki, 49 yaşlı Aida Hüseyn hazırda Bakı Ali Məhkəməsinin hakimidir.

  • Rus bölməsində hansı fənlər Azərbaycan dilində tədris ediləcək?

    Azərbaycan tarixi fənni ilə yanaşı, digər fənlərin də ana dilində tədrisi məsələsinə aydınlıq gətirilib.

    Median.Az Modern.az-a istinadən xəbər verir ki, bu barədə Təhsil İnstitutunun direktoru səlahiyyətlərini müvəqqəti icra edən, elm və təhsil nazirinin müşaviri Elnur Əliyev jurnalistlərə açıqlamasında deyib.

    O qeyd edib ki, Azərbaycan dili fənninin tədrisi genişlənir. Bəzi fənlər artıq Azərbaycan dilində keçirilir:

    “Artıq ədəbiyyat, hərbi hazırlıq və musiqi fənləri tədris dilindən asılı olmayaraq, bütün siniflərdə Azərbaycan dilində tədris olunur və bu fənlər üzrə qiymətləndirmə də həmin dildə aparılır. Məqsəd şagirdlərin öyrənmə prosesinə təsiri və nəticələrin qiymətləndirilməsidir. Hazırda digər fənlərin də Azərbaycan dilində tədrisi ilə bağlı müzakirələr davam edir. Konkret hansı fənlərin bu siyahıya əlavə olunacağı barədə qərar isə növbəti illərdə veriləcək”.

  • Yaşayış minimumu 300 manat olacaq

    Gələn il üçün yaşayış minimumu ölkə üzrə 300 manat olacaq.

    Bu, Milli Məclisin bu gün keçirilən iclasında müzakirəyə çıxarılan “Azərbaycan Respublikasında 2026-cı il üçün yaşayış minimumu haqqında” qanun layihəsində əksini tapıb.

    Beləliklə, gələn il üçün yaşayış minimumu 15 manat artırılacaq.

    Yaşayış minimumu 2026-cı ildə əmək qabiliyyətli əhali üçün 317 manat, pensiyaçılar üçün 245 manat, uşaqlar üçün 260 manat məbləğində müəyyən ediləcək.

    Müzakirələrdən sonra layihə səsverməyə çıxarılaraq üçüncü oxunuşda qəbul edilib.

  • Xaricdən telefon gətirənlərin nəzərinə: 100 manat rüsum alınacaq

    Mobil telefonlar aksiz dərəcəsinə cəlb olunacaq, fiziki şəxslərin şəxsi istifadəsi üçün ölkəyə gətirilən 1 ədəddən artıq mobil cihazın qeydiyyatı üçün 100 manat dövlət rüsumu alınacaq.

    Qaynarinfo xəbər verir ki, bu, Milli Məclisin bu gün keçirilən iclasında müzakirəyə çıxarılan Vergi Məcəlləsi və “Dövlət rüsumu haqqında” təklif edilən dəyişiklikdə əksini tapıb.

    Vergi Məcəlləsinə təklif edilən dəyişikliyə görə, ölkəyə idxal edilən mobil cihazların hər bir ədədi üçün 20 manat aksiz vergisi tətbiq olunacaq. Fiziki şəxsin şəxsi istifadəsi üçün təqvim ili ərzində ölkəyə gətirilən 1 ədəd mobil cihaz aksizdən azad olunacaq. “Dövlət rüsumu haqqında” qanuna təklif edilən dəyişikliyə əsasən isə fiziki şəxslər tərəfindən bazar qiymətindən asılı olmayaraq təqvim ili ərzində ölkəyə gətirilən 1 ədəddən artıq mobil cihazın qeydiyyatı üçün 100 manat dövlət rüsum alınacaq.

    Hər il üçün mobil cihazların qeydiyyata alınmasına görə dövlət rüsumunun məbləğləri müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq ediləcək.

    Müzakirələrdən sonra sənəd səsverməyə qoyularaq üçüncü oxunuşda qəbul edilib.

  • Bakıda iki gün leysan olacaq – XƏBƏRDARLIQ

    Abşeron yarımadasında və Bakı şəhərində dekabrın 9-u axşamdan 11-i gündüzədək arabir leysan xarakterli yağış yağacağı, bəzi yerlərdə intensivləşəcəyi gözlənilir.

    Bu barədə Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib.

    Dekabrın 10-da gün ərzində ayrı-ayrı yerlərdə yağışın aramsız və güclü olacağı ehtimalı var.
    Gözlənilən intensiv və güclü yağıntılarla əlaqədar bəzi ərazilərdə subasma halları istisna olunmur.

    Azərbaycanın rayonlarında dekabrın 9-u axşamdan 11-i axşamadək fasilələrlə yağıntılı hava şəraitinin davam edəcəyi, dağlıq ərazilərdə qar yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə leysan xarakterli intensiv olacağı, Quba-Qusar, Mərkəzi Aran, Lənkəran-Astara bölgəsinin bəzi yerlərində isə yağıntının bir qədər də güclənəcəyi ehtimalı var.

    Çaylarda sululuğun artacağı, bəzi dağ çaylarından qısamüddətli sel keçəcəyi ehtimal olunur.

  • Bu rayonun Heydər Əliyev Mərkəzində təmir işləri aparalıcaq

    Yardımlıda Heydər Əliyev Mərkəzində təmir işləri aparılacaq.

    “Əsaslı Tikinti və Təchizat” MMC Yardımlı rayonunda yerləşən Heydər Əliyev Mərkəzinin cari təmir işləri ilə bağlı layihə-smeta sənədlərinin hazırlanması xidmətini satın almaq üçün açıq müsabiqə elan edib.

    Müsabiqənin ehtimal olunan dəyəri 72 000 manatdır.
    //oxu.az

  • Объявлены оптовые цены на муку в Азербайджане

    Производители муки и оптовые точки, работающие в различных регионах страны, опубликовали цены на 50-килограммовые мешки муки.

    Как сообщает Oxu.Az со ссылкой на официальные данные, в настоящее время стоимость 50 кг муки варьируется в зависимости от региона и производителя – от 26.1 до 28.6 маната.

    Самую низкую цену предлагает ООО Dəvəçi-Taxıl – 26.10 маната.

    Самая высокая цена у Azeri-Arapoğlu U.S. və T. LTD (г. Гянджа) – 28.6 маната.

    Отмечается, что в прошлом месяце компания Azeri-Arapoğlu U.S. və T. LTD продавала муку по 28 манат 40 гяпиков.

  • Azərbaycanda unun topdansatış qiymətləri açıqlandı

    Ölkənin müxtəlif bölgələrində fəaliyyət göstərən un istehsalçıları və topdansatış məntəqələri 50 kiloqramlıq un kisələrinin satış qiymətlərini açıqlayıblar.

    Oxu.az rəsmi məlumatlara istinadən xəbər verir ki, hazırda topdansatış məntəqələrində 50 kq-lıq un kisəsinin qiyməti region və istehsalçıdan asılı olaraq 26.1-28.6 manat aralığında dəyişir.

    Ən ucuz unu “Dəvəçi-Taxıl” MMC təklif edir: 26.10 manat.

    Ən baha unu “Azeri-Arapoğlu U.S. və T. LTD” BM (Gəncə şəhəri) təklif edir: 28.6 manat.

    Qeyd edək ki, ötən ay “Azeri-Arapoğlu U.S. və T. LTD” şirkəti unu 28 manat 40 qəpiyə təklif edirdi.

  • Metro “Qarabağ”ın oyunu ilə əlaqədar gücləndirilmiş rejimdə işləyəcək

    Bakı Metropoliteni “Qarabağ” FK-nın UEFA Çempionlar Liqası oyunu ilə əlaqədar uzadılmış iş rejimində çalışacaq.

    Bu barədə səhmdar cəmiyyətindən bildirilib. Dekabrın 10-dan 11-nə keçən gecə bütün stansiyalar saat 01:00-a qədər sərnişinlərin girişinə açıq olacaq.

    Metropoliten azarkeşlərin rahat və təhlükəsiz hərəkəti üçün gücləndirilmiş rejimdə işləyəcək. “Gənclik”, “Nərimanov” və “28 May” stansiyalarında nəzarət mexanizmləri və işçi qüvvəsi artırılacaq. Ehtiyac yaranarsa, ehtiyat qatarlar xəttə buraxılmağa hazır saxlanılacaq. Səfəriniz rahat, oyunumuz uğurlu olsun!