Month: December 2025

  • Müstəntiqin yanında arvadını öldürmək istədi, məmurla əlbəyaxa oldu

    Naxçıvan Muxtar Respublikasının Şərur rayonunda 1986-cı il təvəllüdlü Dursun Qəmbərov qısqanclıq zəminində həyat yoldaşı Nailə Səttarovanın (adlar və soyadlar şərtidir) üzərinə çaydandan qaynar su töküb, sonra yerə yıxaraq balon qapağını bağlayan dəmir alətlə başına, sifətinə zərbələr vurub və bıçaqla xəsarət yetirib.

    Median.Az “Teleqraf”a istinadən xəbər verir ki, təqsirləndirilən şəxsin cinayət işi üzrə zəruri istintaq hərəkətləri Naxçıvan Hərbi Prokurorluğunun böyük müstəntiqi, ədliyyə kapitanı Nadir Tahirova tapşırılıb.

    Maraqlıdır ki, cütlüyün yaşayış evində ifadələr alınan zaman da ərlə arvad arasında yenidən mübahisə yaşanıb.

    Belə ki, zərərçəkmiş şəxs əri ilə birgə yaşamaq istəmədiyini bildirib və onun bu sözü Dursun Qəmbərovun əsəbiləşməsinə səbəb olub. Nəticədə Dursun evdən bıçağı götürərək həyətyanı sahədə müstəntiqin yanında arvadının üzərinə hücum çəkib və onu ölümlə hədələyib.

    Bundan sonra Nailə hadisə şahidi ilə müstəntiqin avtomobilinə əyləşərək qapını örtüb. Həmin vaxt Dursun arvadının oturduğu avtomobilin arxa qapısını açaraq onu ölümlə hədələməyə davam edib və əlində olan bıçağı qadına doğru istiqamətləndirib. Bu zaman ədliyyə kapitanı onu qolundan tutaraq kənara çəkib.

    Daha sonra isə yenidən təqsirləndirilən şəxs avtomobilin arxa qapısını açıb və həyat yoldaşına qarşı eyni hərəkətləri davam etdirib. N.Tahirov onu avtomobildən uzaqlaşdırdığı vaxt fürsətdən istifadə edən qadın maşından düşərək qonşu həyətə qaçmağa çalışıb.

    Bu zaman Dursun yenidən onun arxasınca qaçıb. Müstəntiq real təhlükəni görərək Dursunun sağ əlində olan bıçağı ondan almağa çalışıb və bu zaman təqsirləndirilən şəxs yaxınlıqda olan dəmir su qabının içərisinə yıxılıb. N.Tahirov sol əli ilə Dursunun bıçaq olan sağ əlini yerə sıxaraq onu zərərsizləşdirdikdə təqsirləndirilən şəxs onun qolunu dişləyib. Gərginliyin sonunda bıçağın dəstək hissəsi əyilərək qırılıb.

    Məlum olub ki, hadisədən sonra Dursun Qəmbərov özünü tövlədə asmaq istəyib. O özünü asmaq üçün tövlədə nərdivanı qoyub çıxmaq istəyəndə oğlunun – “ay ata, səni çağırırlar”, – dediyini eşidib və fikrindən daşınıb.

    Hadisə nəticəsində Nailə Səttərova məhkəmə-tibbi ekspertizanın rəyinə əsasən, sifətin, boyunun və döş qəfəsinin sol yarısının, sağ çiyinin ön səthinin, sağ ayağın IV barmağının I-II dərəcəli termiki yanıqları, sol bazunun yuxarı 1/3-nin iç səthinin deşilmiş-kəsilmiş yarası, sol gözün ağlı qişasının və sol yanağın selikli qişasının qansızmaları, sol gicgahın yumşaq toxumalarının əziyi xəsarətləri alıb.

    Qeyd edək ki, Dursun Qəmbərov hərbçi olub. O, hadisədən sonra ordu sıralarından tərxis edilib. Cütlüyün bu evlilikdən üç övladı dünyaya gəlib. Onlardan biri valideynlərin davası zamanı atasından anasını buraxmayacağı təqdirdə özünü ülgüclə doğrayacağını bildirib.

    Ailə münaqişəsində baş verən cinayət hadisəsinə Naxçıvan Hərbi Məhkəməsində baxılıb. Məhkəmənin hökmünə əsasən, D.Qəmbərovun azadlığı bir il müddətinə məhdudlaşdırılıb.

    Onu da əlavə edək ki, hadisəyə səbəb Nailənin telefonla başqa bir şəxslə danışması, bunun Dursun tərəfindən aşkarlanması olub. Dursun Nailədən telefonu alıb şifrəsini istəsə də, qadın inadla bunu deməyib və sonda yuxarıda qeyd olunan hadisə yaşanıb.

  • Hüquqşünas Namizəd Səfərov saxlanılıb

    Hüquqşünas Namizəd Səfərov saxlanılıb.
     
    Median.Az xəbər verir ki, APA-nın əldə etdiyi xəbərə görə, faktla bağlı araşdırma aparılır.

  • Bakıda partlayış olan villa bu şəxsin imiş

    Xəbər verdiyimiz kimi, bu gün Bakının Bakıxanov qəsəbəsində yerləşən villaların birində partlayış baş verib.
     
    Median.Az Teleqraf-a istinadən xəbər verir ki, partlayışın baş verdiyi villanın sahibi Təyyar Bağırovdur.
     
    Hadisə su hovuzunda qaynaq aparatını işə salan zaman baş verib. Hadisə nəticəsində iki usta müxtəlif dərəcəli bədən xəsarətləri alıb. Onlardan 1982-ci il təvəllüdlü kişi Sabunçu Tibb Mərkəzində həkimlərin səylərinə baxmayaraq, dünyasını dəyişib.
     
    Faktla bağlı araşdırma aparılır.

  • В Товузской ЦРБ произошла драка, избита медсестра

    В Товузской центральной районной больнице (ЦРБ) во время пересменки произошла драка между медработниками.

    Как сообщает Oxu.Az, медсестра Эльнура Мамедова поссорилась со своей коллегой Махирой Абдиевой. Во время ссоры первая ударила вторую, причинив ей травмы. В то же время Махира также нанесла удары Эльнуре.

    На место происшествия прибыли сотрудники полиции, составили протокол и направили его в суд.

    В ходе судебного заседания в Товузском районном суде между медсестрами было объявлено о примирении. Суд прекратил дело.

  • Tovuzda xəstəxanada dava düşdü, tibb bacısı döyüldü

    Tovuz Rayon Mərkəzi Xəstəxanasında tibb işçiləri arasında dava olub.

    Oxu.Az-ın məlumatına görə, hadisə tibb bacıları arasında növbə dəyişərkən baş verib. Xəstəxananın tibb bacısı Elnurə Məmədova iş yoldaşı Mahirə Abdiyeva ilə mübahisə edib. Mübahisə zamanı Elnurə Mahirəni vuraraq ona xəsarətlər yetirib. Həmin vaxt Mahirə Abdiyeva da Elnurəyə zərbələr endirib.

    Hadisə yerinə polis əməkdaşları gəliblər və faktla bağlı protokol tərtib edərək məhkəməyə göndəriblər.

    Tovuz Rayon Məhkəməsində keçirilən prosesdə tibb bacıları arasında barışıq elan olunub. Məhkəmə işə xitam verib.

  • Azərbaycanın FIFA referisi Avropa Liqasının oyununu idarə edəcək

    Azərbaycanın FIFA referisi Elçin Məsiyev UEFA Avropa Liqasının oyununa təyinat alıb.

    O, Almaniyada yerli “Frayburq” və Avstriyanın “Zaltsburq” komandaları arasında keçiriləcək əsas mərhələnin VI turunun matçını idarə edəcək.

    Məsiyevə Elşad Abdullayev və Pərvin Talıbov kömək göstərəcək. Dördüncü hakim funksiyasını Əliyar Ağayev yerinə yetirəcək.

    Qeyd edək ki, “Frayburq” – “Zaltsburq” matçı dekabrın 11-də baş tutacaq.

  • İrandan Azərbaycana külli miqdarda narkotik keçirilməsinin qarşısı alınıb

    30 kiloqram 596 qram marixuananın və 3200 ədəd narkotik tərkibli metadon M-40 həbinin İrandan Azərbaycana keçirilməsinin qarşısı alınıb.

    Bu barədə Dövlət Sərhəd Xidməti (DSX) məlumat yayıb.

    Belə ki, noyabrın 28-də DSX-nin Sərhəd Qoşunlarının “Lənkəran” sərhəd dəstəsinin xidməti ərazisində sərhəd naryadının sayıqlığı nəticəsində 9 kiloqram 530 qram narkotik vasitə (marixuana) və 3200 ədəd narkotik tərkibli metadon M-40 həbi aşkarlanıb.

    Dekabr ayının 3-də isə Daxili İşlər Nazirliyinin (DİN) Lerik Rayon Polis Şöbəsinin əməkdaşları ilə birgə keçirilmiş kompleks əməliyyat-axtarış tədbirləri nəticəsində Azərbaycan vətəndaşı – 2003-cü il təvəllüdlü Mənsimov Elcan Eldəniz oğlu şübhəli şəxs qismində saxlanılıb.

    Əməliyyat zamanı sərhəd dəstəsinin xidməti ərazisində ümumi çəkisi 21 kq 66 qram marixuana aşkar olunaraq götürülüb.

  • “Time” jurnalı ilin ən yaxşı aktyorunu açıqladı

    Leonardo Di Kaprio 2025-ci ilin artisti seçilib.

    Sorğunu “Time” jurnalı keçirib.

    “Biz onun simasına baxmaqdan yorulmuruq. Xüsusən də otuz ildən çox karyerası ərzində tamaşaçılar onu, əvvəlki kimi, hətta bəlkə, indi daha çox görmək istəyirlər”, – deyə “Time” qeyd edib.

  • На Солнце произошло семь сильных вспышек

    На Солнце к полудню 9 декабря произошло семь вспышек предпоследнего класса – М.

    Как передает Median.Az, об этом сообщили ТАСС в Институте прикладной геофизики (ФГБУ “ИПГ”).

    “9 декабря в 00:17 мск (01:17 по Баку – ред.) в рентгеновском диапазоне в группе пятен 4294 (S12W40) зарегистрирована вспышка M3.1 продолжительностью 12 минут”, – отмечается в сообщении.

    Эта вспышка стала первой и самой сильной на данный момент. Кроме того, произошло еще шесть вспышек класса М. Часть вспышек зарегистрирована в крупнейшем в году комплексе пятен, который состоит из областей 4294, 4296 и 4298.

  • Bu gün Günəşdə yeddi güclü partlayış baş verib

    Dekabrın 9-u günorta saatlarında Günəşdə sondan əvvəlki M sinfinə məxsus olan yeddi partlayış baş verib.

    Median.Az-ın TASS-a istinadən xəbərinə görə, bu barədə Rusiya Tətbiqi Geofizika İnstitutundan məlumat verilib.

    “Dekabrın 9-da Moskva vaxtı ilə saat 00:17-də (Bakı vaxtı ilə 01:17-də) 4294 (S12W40) Günəş ləkəsi qrupunda rentgen diapazonunda 12 dəqiqə davam edən M3.1 partlayışı qeydə alınıb”, – deyə məlumatda bildirilib.

    Bu partlayış bu məqama qədər ilk və ən güclü partlayış olub. Bundan əlavə, M sinfindən daha altı partlayış baş verib. Partlayışların bəziləri ilin ən böyük Günəş ləkəsi kompleksində qeydə alınıb ki, bu da 4294, 4296 və 4298 bölgələrindən ibarətdir.

    Qeyd edək ki, Günəşdə partlayışlar rentgen şüalanmasının gücündən asılı olaraq beş sinfə bölünür: A, B, C, M və X. Minimum A0.0 sinfi Yerin orbitində 1 kv.m-ə 10 nVt şüalanma gücünə uyğundur. Növbəti mərhələyə keçərkən güc 10 dəfə artır. Partlayışlar, adətən, Günəş plazmasının emissiyaları ilə müşayiət olunur ki, onların buludları Yerə çataraq maqnit qasırğaları yarada bilər.