Month: December 2025

  • Азербайджан запустил на орбиту спутник Azərbaycanın Zəfəri (Обновлено)

    Запуск на орбиту школьного спутника Azərbaycanın Zəfəri (Победа Азербайджана) – стратегическая инвестиция в будущее страны.

    Как сообщает Report, об этом заявил исполняющий обязанности председателя правления Космического агентства Азербайджана (“Азеркосмос”) Дунай Бадирханов на брифинге, посвященном запуску спутника.

    По его словам, предоставляя студентам возможность проектировать, испытывать и выводить на орбиту реальную космическую технику, Агентство готовит будущих специалистов в сфере космоса:

    “Этот школьный проект – плод современной космической экосистемы, сформировавшейся за 15 лет в нашей стране… Этот успех свидетельствует о том, что инвестиции, вложенные в сферу образования Азербайджана, воплотились в реальные технологические результаты”.

    Бадирханов отметил, что спутник Azərbaycanın Zəfəri разработан учениками школы №297.

    “Проект оценивается как событие, объединяющее дух патриотизма, творческое мышление и технологический интерес у подрастающего поколения”, – добавил он.

    * * * * *

    Впервые в истории Азербайджана на орбиту выведен школьный спутник Azərbaycanın Zəfəri (Победа Азербайджана).

    Как сообщает Report, об этом на брифинге, посвященном запуску спутника, заявил руководитель Академии КОСМИК при Космическом агентстве (“Азеркосмос”) Имран Мухтаров.

    По его словам, спутник под названием Azərbaycanın Zəfəri (Победа Азербайджана) был запущен на орбиту ракетой Falcon 9 компании SpaceX.

    Эти спутники типа PocketQube, размером 5x5x5 см и весом примерно 250 г, изготавливаются из прочных материалов (алюминиевые сплавы, углеродные композиты), что обеспечивает как механическую прочность, так и терморегуляцию.

    Спутники PocketQube впервые были запущены на орбиту в ноябре 2013 года.

  • “Azərbaycanın Zəfəri” peyki orbitə BURAXILDI (Yenilənib)

    Məktəblilərin hazırladıqları “Azərbaycanın Zəfəri” peykinin orbitə buraxılması ölkənin gələcəyinə edilən mühüm sərmayədir.

    Median.Az “Report”a istinadən xəbər verir ki, bunu Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Kosmik Agentliyin (“Azərkosmos”) İdarə Heyətinin sədri vəzifəsini icra edən Dunay Bədirxanov peykin buraxılmasına həsr edilmiş brifinqdə bildirib.

    Onun sözlərinə görə, şagirdlərə real kosmik avadanlığı dizayn edib sınaqdan keçirmək və orbitə göndərmək imkanı yaratmaqla Agentlik gələcəyin kosmik mütəxəssislərini yetişdirir:

    “Bu məktəbli layihəsi ölkəmizdə artıq 15 ildir ki, formalaşmış müasir kosmik ekosistemin bəhrəsidir. Bu gün bizim məktəblilər kosmosa yalnız peyk deyil, öz arzularını da göndərdilər. Bu uğur Azərbaycanın təhsil sahəsinə edilən investisiyanın real texnoloji nəticələrə çevrildiyini göstərir”. Sədr əvəzi əlavə edib ki, “Azərbaycanın Zəfəri” peykini 297 nömrəli məktəbin şagirdləri hazırlayıb: “Layihə gənc nəsildə vətənpərvərlik ruhunu, yaradıcı düşüncəni və texnoloji marağı birləşdirən hadisə kimi dəyərləndirilir”.

    * * * * *

    “Azərbaycanın tarixində ilk dəfə “Azərbaycanın Zəfəri” məktəbli peyki orbitə çıxarılıb”.

    Median.Az “Report”a istinadən xəbər verir ki, bunu Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Kosmik Agentliyin (“Azərkosmos”) nəzdindəki KOSMİK Akademiyanın rəhbəri İmran Muxtarov peykin buraxılmasına həsr edilmiş brifinqdə bildirib.

    Onun sözlərinə görə, “Azərbaycanın Zəfəri” adlı peyki orbitə “SpaceX” şirkətinin “Falcon 9” raketi buraxıb.

    “PocketQube” tipli, ölçüsü 5x5x5 sm, çəkisi isə təxminən 250 qr olan bu peyklər möhkəm materiallardan (alüminium ərintiləri, karbon kompozitlər) hazırlanır ki, bu da həm mexaniki davamlılığı, həm də istilik idarəetməsini təmin edir.

    “PocketQube” peykləri ilk dəfə 2013-cü ilin noyabr ayında orbitə buraxılıb. Bu buraxılış Avstriyaya məxsus “UniSat-5” platforması vasitəsilə həyata keçirilib və layihə çərçivəsində bir neçə minipeyk, o cümlədən “WREN” (Almaniya), “T-LogoQube” (ABŞ) və “QBScout-1” (İtaliya) peykləri orbitə yerləşdirilib. Bu konsepsiya yalnız texnoloji tərəqqinin məhsulu deyil, həm də kosmosun hamıya aid olduğu ideyasının bir növ simvoludur.

  • С вами говорит бортпроводник Хёкума Алиева: новые кадры, снятые до катастрофы (Видео)

    Опубликованы новые кадры с пассажирского самолета Embraer 190 авиакомпании Azerbaijan Airlines (AZAL), потерпевшего крушение недалеко от города Актау в Казахстане.

    Как сообщает Oxu.Az, видео опубликовал Аббас Гыстаров, потерявший в авиакатастрофе отца. Он отметил, что два дня назад наткнулся на эти записи в телефоне своего отца Рашида Гыстарова.

    Отмечается, что кадры были сняты до катастрофы. На видео бортпроводник, Национальный герой Азербайджана Хёкума Алиева обращается к пассажирам ещё до взлёта самолёта из Международного аэропорта Гейдар Алиев.

    Напомним, что 25 декабря 2024 года пассажирский самолет Embraer 190 авиакомпании AZAL, выполнявший рейс из Баку в Грозный, подвергся воздействию внешних физических и технических помех в воздушном пространстве Российской Федерации, потерял управление и был направлен в город Актау, Казахстан. Самолет совершил аварийную посадку благодаря высокому профессионализму, мужеству и отваге пилотов и бортпроводников. Из 67 человек, находившихся на борту, 38 погибли, 29 выжили.

    В результате предварительного расследования было установлено, что азербайджанский самолет был сбит российскими системами ПВО в воздушном пространстве над Чечней. На фюзеляже самолета были зафиксированы следы фрагментов ракеты, выпущенной из зенитного ракетного комплекса.

  • “Sizinlə danışan təyyarə bələdçisi Hökumə Əliyevadır” – Dəhşətli qəzadan öncə çəkilən GÖRÜNTÜLƏR (Video)

    Qazaxıstanın Aktau şəhəri yaxınlığında qəzaya uğrayan “Azərbaycan Hava Yolları”na (AZAL) məxsus “Embraer 190” tipli sərnişin təyyarəsindən görüntülər yayılıb.

    Sözügedən videonu təyyarə qəzasında atasını itirən Abbas Qıstarov paylaşıb.

    A.Qıstarov qeyd edib ki, iki gün əvvəl atası Rəşid Qıstarovun telefonunda bu görüntülərə rast gəlib.

    Qeyd edək ki, görüntülər qəzadan öncə A.Qıstarovun atası tərəfindən lentə alınıb.

    Videoda bələdçi, Milli Qəhrəman Hökumə Əliyevanın təyyarənin Heydər Əliyev Beynəlxalq Aeroportundan qalxmamışdan əvvəl sərnişinlərə müraciəti yer alıb.

    Həmin görüntüləri təqdim edirik:

    Xatırladaq ki, 2024-cü il dekabrın 25-də Bakı-Qroznı reysini yerinə yetirən “Azərbaycan Hava Yolları”na məxsus “Embraer 190” tipli sərnişin təyyarəsi Rusiya Federasiyasının hava məkanında kənar fiziki və texniki müdaxiləyə məruz qalaraq idarəetməni itirmiş vəziyyətdə Qazaxıstan Aktau şəhəri istiqamətinə yönləndirilib. İnsan tələfatı və xəsarət alanlar olmasına baxmayaraq, pilotların, bələdçilərin yüksək peşəkarlığı, şücaəti və cəsurluğu sayəsində təyyarə qəza enişi həyata keçirib. Təyyarədə olan 67 nəfərdən 38-i həlak olub, 29-u sağ qalıb.

    İlkin araşdırmalar nəticəsində məlum olub ki, Azərbaycan təyyarəsi Çeçenistanın hava məkanında olan zaman Rusiyanın hava hücumundan müdafiə vasitələri tərəfindən vurulub, hava gəmisi idarəetməni itirib. Təyyarənin füzelyajında zenit raket kompleksindən atılan raketin qəlpələrinin izləri qeydə alınıb.
    //oxu.az

  • Azərbaycanda övladı yeni doğulan kişilərə ÖDƏNİŞLİ məzuniyyət verilə bilər

    Beynəlxalq Əmək Təşkilatının (BƏT) tələblərindən irəli gələrək Əmək Məcəlləsinə bir sıra dəyişikliklər ediləcək.

    Sözügedən təkliflər Milli Məclisin Regional məsələlər komitəsinin bugünkü iclasında müzakirə olunub.

    Belə ki, Azərbaycan BƏT-in ratifikasiya etdiyi bir neçə konvensiyanın tələblərinə uyğun olaraq, məcəlləyə “ailə vəzifələri olan işçi”, “minimum əməkhaqqı” anlayışı daxil edilir.

    Bundan başqa, BƏT-in 165 nömrəli Tövsiyəsinə uyğun olaraq, Əmək Məcəlləsinin 94-cü maddəsinin yenidən işlənməsi təklif edilir. Dəyişikliyə əsasən, işəgötürən vakant vəzifə (peşə) yarandıqda və əvvəllər natamam iş vaxtını yaradan zəruri amillər dəyişdikdə natamam iş vaxtında çalışan işçinin tam iş vaxtında çalışması üçün tədbir görməlidir.

    “Analığın mühafizəsi” Konvensiyasının tələblərinə əsasən isə Əmək Məcəlləsinə yeni hissə əlavə edilir.

    Layihəyə əsasən, hamiləliyə və doğuşa görə məzuniyyətin doğuşdan əvvəlki hissəsinin müddəti doğuş gözlənilən gündən uşağın doğulduğu günədək ötən günlər qədər ödənişli olaraq uzadılır və bu halda məzuniyyətin doğuşdan sonrakı hissəsi qısaldılmayacaq. Həmçinin uşağının doğulması ilə əlaqədar kişilərə tibb müəssisəsinin arayışı əsasında doğuşdan əvvəl və doğuşdan sonra olan dövrdə cəmi 14 təqvim günü müddətində ödənişli məzuniyyət veriləcək.

  • MİDA-nın güzəştli mənzil satışı 1 dəqiqəyə bitdi – Texniki problemlər yarandı (YENİLƏNİB)

    “MİDA alıcıları satış başladığı zaman ciddi texniki problemlərlə üzləşiblər. Serverlərin eyni anda yüklənməsi səbəbindən bir çox istifadəçi xəta ekranı ilə qarşılaşıb”.

    Bu sözləri texnobloqer Fərid Pərdəşünas deyib.

    “Paralel olaraq bəzi istifadəçilərin sorğuları isə emal olunub. Eyni anda serverə daxil olan sorğuların çoxluğu platformaya girişdə çətinliklər yaradıb. İstifadəçilər seçimlərin növbəti addımına keçid edə bilməyiblər.

    Bəzi istifadəçilərin xəta ilə üzləşməsi və bəzilərinin seçim edə bilməsi texniki cəhətdən mümkün haldır. Amma bu, ədalətli yarışın təşkili demək deyil. Vətəndaşlar bərabər imkanlarla satışda iştirak etməlidirlər.

    Düşünürəm ki, artıq Milli Məclis və aidiyyəti qurumlar bu qanuna düzəlişlər təklif etməli və güzəştli mənzillərin sürət hesabına yarış formasında verilməsi dayandırılmalıdır. Ən ədalətli yanaşma istifadəçilərin böyük bir stadionda toplanıb, canlı püşkatma ilə seçimdə iştirakını təmin etməkdir”, – deyə o əlavə edib.

    ***

    Mənzil İnşaatı Dövlət Agentliyi (MİDA) güzəştli mənzil satışı yekunlaşıb.

    Texnobloqer Fərid Pərdəşünas satışların 1 dəqiqəyə başa çatdığını yazıb.

    Onun sözlərinə görə, bir çox istifadəçilər satış zamanı texniki problemlərin yarandığını bildiriblər.

    Vətəndaşların əksəriyyəti seçim edə bilmədiklərini qeyd edirlər.

    ***

    Mənzil İnşaatı Dövlət Agentliyinin (MİDA) güzəştli mənzillərin satışı üzrə elan olunmuş seçmə mərhələsi artıq başlayıb.

    Ümumilikdə 627 mənzil üçün seçim prosesi davam edir.

    Mənzil satışı dekabrın 12-si saat 11:00-dək davam edəcək.

    Elana əsasən, mənzillər aşağıdakı yaşayış kompleksləri üzrə təqdim olunur:

    Hövsan Yaşayış Kompleksi – I mərhələ üzrə 1 mənzil, II mərhələ üzrə 7 mənzil

    Birinci mərhələsi üzrə: 2 otaqlı mənzilin qiyməti – 54 815 manatdır.

    İkinci mərhələsi üzrə: 4 otaqlı mənzillərin qiyməti – 94 050 manatdır.

    Sumqayıt Yaşayış Kompleksi – 10 mənzil

    Studio tipli mənzillərin qiyməti – 50 200 manat,

    4 otaqlı mənzillərin qiyməti – 105 800 manatdan başlayır.

    Lənkəran Yaşayış Kompleksi – 10 mənzil

    3 otaqlı mənzilin qiyməti – 61 965 manat,

    4 otaqlı mənzillərin qiyməti – 84 150 manatdan başlayır.

    Binəqədi Yaşayış Kompleksi – 204 mənzil

    Studio tipli mənzillərin qiyməti – 48 120 manat,

    2 otaqlı mənzillərin qiyməti – 69 240 manat,

    3 otaqlı mənzillərin qiyməti – 87 480 manat,

    4 otaqlı mənzillərin qiyməti – 118 800 manatdan başlayır.

    Şirvan Yaşayış Kompleksi – 216 mənzil

    2 otaqlı mənzillərin qiyməti – 54 815 manat,

    3 otaqlı mənzillərin qiyməti – 69 160 manat,

    4 otaqlı mənzillərin qiyməti – 93 765 manatdır.

    Yevlax Yaşayış Kompleksi – 179 mənzil

    Studio tipli mənzillərin qiyməti – 41 040 manat,

    1 otaqlı mənzillərin qiyməti – 43 225 manat,

    2 otaqlı mənzillərin qiyməti – 55 575 manatdan başlayır,

    3 otaqlı mənzillərin qiyməti – 70 490 manatdan başlayır,

    4 otaqlı mənzillərin qiyməti – 103 740 manatdır.

  • Бозумбаев: Расследование крушения самолёта AZAL под Актау близится к завершению

    Расследование Министерства транспорта Казахстана по крушению самолёта ЗАО Azerbaijan Airlines (AZAL), рухнувшего под Актау 25 декабря 2024 года, близится к завершению.

    Об этом сообщил заместитель премьер-министра Казахстана Канат Бозумбаев.

    Он напомнил, что после авиапроисшествия начали два расследования.

    “Одна – криминальная часть, которую Генеральная прокуратура ведёт. Там они в контакте с российскими коллегами. И вторая часть касается расследования Министерства транспорта, на завершающей стадии расследования. Поэтому мы сейчас ждём окончательное заключение от лицензиаров или владельцев технологий, аэронавигационные приборы и так далее. И в принципе по Минтрансу готовы будем завершить, может быть в этом или в начале следующего года”, – сказал Бозумбаев в кулуарах мажилиса.

    В разбирательстве Генпрокуратуры тоже есть подвижки, добавил вице-премьер.

    “Вы же видели заявления лидеров соседних государств. Поэтому мы надеемся, что в следующем году там тоже завершится”, – заключил Бозумбаев.

    25 декабря 2024 года самолёт, следовавший из Баку в Грозный, упал в нескольких километрах от Актау. На борту находились 62 пассажира из Азербайджана, России, Кыргызстана и Казахстана, а также пять членов экипажа. 38 человек погибли, в том числе шестеро казахстанцев. Выжили 29 человек, включая двух бортпроводников.

    Отчёт по расследованию крушения планировали завершить до декабря 2025 года.

  • Bozumbayev: “Aktau yaxınlığında qəzaya uğrayan AZAL təyyarəsi ilə bağlı araşdırma yekunlaşmaq üzrədir”

    Qazaxıstanın Nəqliyyat Nazirliyi 2024-cü il dekabrın 25-də Aktau yaxınlığında AZAL-a məxsus təyyarənin qəzaya uğraması ilə bağlı araşdırmanı yekunlaşmaq üzrədir.

    Median.Az Qazaxıstan mətbuatına istinadən xəbər verir ki, bu barədə ölkənin baş nazirinin müavini Kanat Bozumbayev məlumat verib.

    O bildirib ki, aviaqəzadan sonra iki araşdırma başlayıb.

    “Biri Baş Prokurorluğun məşğul olduğu cinayət hissəsidir. Onlar rusiyalı həmkarları ilə əlaqə saxlayırlar. İkinci hissə isə Nəqliyyat Nazirliyinin son mərhələdə olan istintaqına aiddir. Buna görə də biz hazırda lisenziya verənlərdən və ya texnologiya, aviasiya alətləri və s. sahiblərinin yekun rəyini gözləyirik, prinsipcə bu ilin sonunda və ya gələn ilin əvvəlində təhqiqatı başa çatdırmağa hazırıq”, – deyə Bozumbayev bildirib.

    Baş nazirin müavini əlavə edib ki, Baş Prokurorluğun araşdırmasında da bəzi irəliləyişlər var.

    “Siz qonşu dövlətlərin liderlərinin bəyanatlarını görmüsünüz. Ona görə də ümid edirik ki, orada da danışıqlar gələn il başa çatacaq”, – deyə Bozumbayev fikirini yekunlaşdırıb.

    Xatırladaq ki, 2024-cü il dekabrın 25-də Bakıdan Qroznıya uçan təyyarə Aktaudan bir neçə kilometr aralıda qəzaya uğrayıb. Təyyarədə Azərbaycan, Rusiya, Qırğızıstan və Qazaxıstandan olan 62 sərnişin və beş ekipaj üzvü olub. Altısı qazax olmaqla 38 nəfər həlak olub. Hadisə zamanı 29 nəfər sağ qalıb.

    Qəzanın təhqiqat hesabatının 2025-ci ilin dekabrına qədər tamamlanması planlaşdırılır.

  • Kafenin əməkdaşı pula görə tanışını bıçaqladı – QƏRAR

    Bakı Ağır Cinayətlər Məhkəməsində qəsdən sağlamlığa ağır zərərvurmada təqsirləndirilən Samir İmrəliyevin (soyadı şərtidir) cinayət işi üzrə məhkəmə istintaqı başa çatıb.

    Median.Az Pravda.az-a istinadən xəbər verir ki, hakim Eldar İsmayılovun sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.

    Məhkəmənin hökmü ilə o, cəzanı ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə 4 il müddətinə azadlıqdan məhrum edilib.

    İttihama görə, hadisə 2025-ci il mayın 4-də saat 2:30-da paytaxtın Nəsimi rayonu ərazisində yerləşən qarajda qeydə alınıb.

    Belə ki, Samir İmrəliyevlə tanışı, zərərçəkmiş Camulla Səfərovun (soyadı şərtidir) arasında əvvəlcədən mövcud olan pul münasibətləri ilə bağlı insident baş verib. Mübahisə zamanı təqsirləndirilən şəxs tanışı ilə aralarında yaşanan sözlü qarşıdurmanı onun qarın nahiyəsinə toxunmasını cüzi səbəb kimi bəhanə gətirib. Bu zaman Samir xuliqanlıq niyyəti ilə ona hücum edib. Təqsirləndirilən şəxs üzərində gəzdirdiyi mətbəx bıçağını çıxararaq, Camullanın sinə nahiyəsindən bir dəfə zərbə vuraraq ona ağır bədən xəsarəti yetirib.

    İbtidai araşdırma orqanı tərəfindən təqsirləndirilən şəxsə Cinayət Məcəlləsinin 126.2.4-cü maddəsi (qəsdən, xuliqanlıq niyyəti ilə sağlamlığa ağır zərərvurma) maddəsi ilə ittiham irəli sürülüb. Lakin məhkəmə araşdırması zamanı təqdim olunan sübutların təhlili nəticəsində cinayətin xuliqanlıq niyyəti ilə törədilməsi təsdiqini tapmayıb. Bununla belə, məhkəmə təqsirləndirilən şəxsin zərərçəkmişə qəsdən ağır bədən xəsarəti yetirdiyini müəyyən edib.

    Məhkəmə iclasında ifadə verən Samir İmrəliyev ittihamı qismən – CM-in 126.1-ci maddəsi üzrə etiraf edərək bildirib ki, hadisə ərəfəsində o, kafedə gecə növbəsində işləyib və Camulla ilə tanış olub. Onların arasında yaranmış mübahisə motosikletin pulunun ödənilməsi ilə əlaqəli olub. Onun sözlərinə görə, mübahisə zamanı tərəflər əvvəlcə söhbət etmək üçün sexə daxil olublar, orada iki bıçaq görən təqsirləndirilən şəxs bıçaqlardan birini cibinə qoyub. Davam edən mübahisə fonunda isə Samir bıçaqla zərərçəkmişə zərbə endirib.

    Qeyd edək ki, Samir İmrəliyev daha əvvəl məhkumluq həyatı yaşayıbmış.

  • Трагедия в Азербайджане: пожилой мужчина спас дочь ценой жизни (Обновлено)

    Стали известны подробности в связи с трагическим инцидентом в Бардинском районе. Отметим, 68-летний мужчина утонул, спасая свою дочь.

    Происшествие случилось 2 декабря на территории села Назирли.

    У местной жительницы Саранджам Керимовой (1981 г.р.) были психологические проблемы, из-за которых она постоянно находилась под присмотром.

    Вчера, в полдень, женщина неожиданно исчезла из дома. Когда члены семьи начали ее искать, выяснилось, что С.Керимова направилась к водному каналу.

    Добравшись до канала, женщина бросилась в воду. В этот момент её отец, Ясин Керимов, который также искал дочь, увидел, как она прыгнула в канал.

    Не раздумывая, отец бросился следом, чтобы спасти дочь. Ему удалось вытащить женщину из воды, однако сам он попал в глубокую часть канала и утонул.

    * * * * *

    В селе Назирли Бардинского района Саранджам Керимова (1981 г.р.) по неосторожности упала в канал и начала тонуть. Её отец, Ясин Керимов (1957 г.р.), прыгнул в воду, чтобы спасти дочь.

    Как сообщает Oxu.Az, он сумел её вытащить, но сам погиб.

    По факту происшествия проводится расследование прокуратурой Бардинского района.