Month: December 2025

  • “Android”də 100-dən çox təhlükəsizlik boşluğu aşkarlandı

    “Google” korporasiyasının mütəxəssisləri “Android” əməliyyat sistemində 107 təhlükəsizlik boşluğu aşkar ediblər.

    Bu barədə məlumat layihənin saytında yerləşdirilib.

    “Google” mütəxəssisləri boşluqların aradan qaldırılması üçün xüsusi yeniləmə hazırlayıblar. İstifadəçilər dekabrın 5-dən yenilənməni yükləyə biləcəklər.

    Mühəndislər ən təhlükəli boşluqların CVE-2025-48633 və CVE-2025-48572 olduğunu bildiriblər. Bu boşluqlar “Android Framework”də imtiyazların artırılması və məlumatlara çıxışla bağlıdır.

    Onlardan istifadə etməklə smartfon istifadəçilərinə uzaqdan hücumlar həyata keçirmək mümkündür. Qeyd olunur ki, hakerlər bu sistem boşluqlarından artıq öz hücumlarında yararlanıblar.

  • Почему в азербайджанских ресторанах взимают плату за обслуживание? – Видео

    Чаевые, которые ранее посетители оставляли официантам добровольно, постепенно превращаются в обязательный платеж. Во многих ресторанах страны с клиентов требуют дополнительную сумму под названиями “плата за стол”, “плата за обслуживание” и другими аналогичными формулировками.

    В соседней Турции взимание обязательной платы за обслуживание запрещено. Какова же ситуация в Азербайджане и насколько подобная практика соответствует законодательству?

    Вопрос прокомментировал председатель Азербайджанского общества потребителей Эйюб Гусейнов. По его словам, широко распространенная в Азербайджане “плата за сервис” вызывает недовольство многих потребителей, включая туристов.

    “Например, с человека, отпраздновавшего день рождения сына в одном из заведений в центре города, в конце потребовали 15% за обслуживание. Он был вынужден заплатить, в результате чего возник спор”, – сказал эксперт.

    Э.Гусейнов отметил, что во всем мире существует понятие чаевых и клиент дает дополнительные деньги обслуживающему персоналу. В большинстве случаев это нигде не фиксируется. “Обязательное взимание платы за обслуживание, на мой взгляд, является неправильным”, – подытожил председатель организации.

    Подробнее – в сюжете Baku TV:

  • Restoranlarda müştəridən niyə xidmət haqqı alınır? – Video

    Bir zamanlar restoranlarda ofisiantlara könüllü olaraq verilən bəxşişlər (çaypulu) artıq məcburi hala gəlir. Ölkə restoranlarında masa haqqı, xidmət haqqı və buna bənzər digər adlar altında müştərilərdən əlavə ödənişlər tələb olunur.

    Qonşu Türkiyədə isə müştəridən xidmətə görə əlavə pul tələb edilməsi qadağan olunur. Bəs Azərbaycanda vəziyyət nə yerdədir və bu nə dərəcədə qanunidir?

    Məsələ ilə bağlı Azərbaycan İstehlakçılar Birliyinin (AİB) sədri Eyyub Hüseynov vəziyyəti şərh edib:

    “Azərbaycanda geniş yayılmış bu ‘servis haqqı’ çoxlu istehlakçıların, o cümlədən turistlərin böyük narazılığına səbəb olub. Məsələn, şəhərin mərkəzində oğluna ad günü etdirən bir şəxsdən sonda 15% servis haqqı tələb olunub. Ödəməyə məcbur olub, nəticədə mübahisə yaranıb”.

    Eyyub Hüseynov vurğulayıb ki, çaypulu anlayışı bütün dünyada mövcuddur və adətən istehlakçı xidmət göstərənə əlavə pul verir. Əksər hallarda bu, heç bir yerdə qeyd olunmur.

    “Servis haqqının məcburi şəkildə istehlakçıdan alınması düşünürəm ki, doğru deyil”, – deyə AİB sədri fikrini yekunlaşdırıb.

    Daha ətraflı Baku TV-nin süjetində:

  • В Азербайджане подорожали полиэтиленовые пакеты – Видео

    В Азербайджане стоимость небольших полиэтиленовых пакетов выросла с 3 до 5 гяпиков, а пакеты большого размера теперь предлагаются за 7 гяпиков за штуку.

    Согласно наблюдениям, проведенным в столице, это не оказало серьезного влияния на выбор людей. Подавляющее большинство покупателей по-прежнему предпочитают эти пакеты.

    В то же время некоторые потребители отмечают, что в магазинах мало других альтернатив.

    Подробнее – в сюжете AzTV:

  • Plastik torbaların qiyməti QALXDI – Video

    Ölkədə kiçik plastik torbaların qiyməti 3 qəpikdən 5 qəpiyə qaldırılıb, böyük ölçülü torbalar isə artıq 7 qəpiyə təklif olunur. “Bu qiymət dəyişimi istehlakçı davranışına necə təsir edəcək?” sualı gündəmə gəlsə də, müşahidələr hələlik ciddi dəyişikliyin olmadığını göstərir.

    Şəhərdə aparılan müşahidələrə əsasən demək mümkündür ki, plastik torbaların qiyməti artsa da, bu, insanların seçiminə ciddi təsir etməyib. Alıcıların böyük əksəriyyəti yenə də polietilen torbalara üstünlük verirlər.

    Bəzi istehlakçılar mağazalarda başqa alternativin az olduğunu bildirirlər:

    “Mağazalarda çox vaxt plastik paketlər təklif olunur, mən məcbur olub onlardan götürürəm”.

    Marketoloq Qələndər Məmmədlinin sözlərinə görə, əsas problem alternativlərin təqdimatındadır:

    “Marketlərdə istehlakçı kassaya gələndə onun üçün əlçatan olan plastik torbalardır. Ətraf mühit üçün zərərsiz olan torbalar isə adətən ayrı rəflərdə, gözəçarpmayan yerlərdə olur”, – deyə o vurğulayıb.

    Daha ətraflı AzTV-nin süjetində:

  • Вниманию желающих приобрести жилье в кредит: назван наиболее выгодный вариант – Видео

    Собственное жилье остается главной мечтой многих граждан. Поскольку решение этого вопроса связано с финансовыми возможностями, особое значение приобретает тема кредитования. Однако покупать квартиру в кредит не так просто. Процесс подразумевает долгосрочную задолженность, выгодность которой является актуальной проблемой.

    В последние годы желающим купить жилье в Азербайджане предоставляются государственные и внутренние кредиты, ипотека от банков, а также механизм аренды с обязательством последующей продажи и другие возможности.

    Комментируя ситуацию, эксперт в сфере недвижимости Рамиль Османлы отметил наиболее оптимальный вариант.

    “Самой оптимальной программой для приобретения жилья является ипотека. Особенно льготная ипотека, по которой годовая процентная ставка составляет 4%. Несмотря на то, что доступ к этой программе несколько ограничен, она считается наиболее выгодной для покупки жилья”, – подчеркнул специалист.

    Подробнее – в сюжете Baku TV:

  • Kreditlə ev almaq istəyənlərin NƏZƏRİNƏ – Video

    Günümüzdə ev sahibi olmaq bir çox vətəndaşın əsas arzusudur. Məsələnin maddi imkana bağlı olması isə kredit amilini aktuallaşdırır. Lakin kreditlə yaşayış sahəsi almaq elə də asan məsələ deyil, çünki bu, uzunmüddətli borclanma deməkdir ki, onun da sərfəli olub-olmamasını gündəmə gəlir.

    Bu baxımdan son illərdə ölkədə ev almaq istəyənlərin ixtiyarına dövlət və daxili kreditlər, bankların təklif etdiyi ipoteka kreditləri, satmaq öhdəliyi ilə kirayə mexanizmi və digər imkanlar verilib.

    Daşınmaz əmlak üzrə ekspert Ramil Osmanlı məsələyə münasibət bildirərək ən optimal variantı qeyd edib:

    “Ən optimal proqram yaşayış sahəsi almaq üçün ipoteka proqramıdır. Xüsusilə güzəştli şərtlərlə təqdim olunan ipotekanın illik faiz dərəcəsi 4 %-dir. Bu proqramın əlçatanlığı nisbətən çətin olsa da, yaşayış sahəsi almaq üçün ən uyğunu hesab olunur”, – deyə o vurğulayıb.

    Daha ətraflı Baku TV-nin süjetində:

  • Кабмин принял постановление в связи с лицами, непригодными к военной службе в мирное время

    Граждане, признанные негодными к военной службе в мирное время, но ограниченно годными в военное время и переведенные в резерв, теперь будут проходить повторное медицинское освидетельствование каждые три года до достижения 30-летнего возраста.

    Данное изменение отражено в поправках, внесенных Кабинетом министров в “Положение о военно-медицинской экспертизе”.

    Согласно ранее действовавшему постановлению, граждане, признанные негодными к военной службе в мирное время и ограниченно годными в военное время при призыве и переведенные в связи с этим в запас, проходили обязательное переосвидетельствование каждые 3 года до достижения 35-летнего возраста.

  • Baş nazirdən dinc dövrdə hərbi xidmətə yararsız şəxslərlə bağlı QƏRAR

    Dinc dövr üçün hərbi xidmətə yararsız, müharibə dövrü üçün məhdud yararlı hesab edilərək ehtiyata keçirilən vətəndaşlar 30 yaşına çatana qədər hər 3 ildən bir təkrar tibbi müayinədən keçiriləcəklər.

    Bu, Nazirlər Kabinetinin “Hərbi-həkim ekspertizası haqqında Əsasnamə”də etdiyi dəyişiklikdə əksini tapıb.

    İndiyə qədər qüvvədə olan qərara əsasən, hərbi xidmətə çağırış zamanı “sülh dövründə hərbi xidmətə yararsız, müharibə dövründə məhdud yararlı” sayılmış və bununla əlaqədar ehtiyata keçirilmiş vətəndaşlar 35 yaşa çatana qədər 3 ildən bir məcburi şəhadətləndirilmə keçirlər.

  • Tramp: “ABŞ artıq Ukrayna böhranında maliyyə cəhətdən iştirak etmir”

    ABŞ Prezidenti Donald Tramp ABŞ-nin artıq Ukrayna böhranında maliyyə cəhətdən iştirak etmədiyini bildirib.

    Median.Az TASS-a istinadən xəbər verir ki o bu açıqlamanı kabinet iclasında verib.

    “Bildiyiniz kimi, artıq bu müharibədə maliyyə cəhətdən iştirak etmirik. Bayden 350 milyard dolları konfet kimi paylayıb. Bu, böyük bir pul yığınıdır, əksəriyyəti nağd pul, xeyli miqdarda isə avadanlıq. Mən heç nə paylamıram.

    Biz NATO-ya avadanlığı satırıq. Avropa ölkələri bizə avadanlığın dəyərinin 100%-ni ödəyirlər, sonra isə onları Ukraynaya aparır və ya istədiklərini edirlər. Biz bu vəziyyəti həll etməyə çalışırıq. Mən səkkiz müharibəni həll etmişəm. Bu, doqquzuncu müharibə olacaq”, – Tramp bəyan edib.