Month: December 2025

  • Leyla Əliyeva “Axar Yaddaş” sərgisindən paylaşım edib – Video

    Heydər Əliyev Fondunun vitse-prezidenti, IDEA İctimai Birliyinin təsisçisi və rəhbəri Leyla Əliyeva rəsmi “Instagram” hesabında “Axar Yaddaş” sərgisindən paylaşım edib.

    Median.Az həmin paylaşımı təqdim edir:

  • Kiberpolis “Zuerx” onlayn maliyyə dələduzluq piramidasına qarşı əməliyyat keçirdi (Video)

    Daxili İşlər Nazirliyi Kibercinayətkarlıqla Mübarizə Baş İdarəsi (KMBİ) onlayn dələduzluq piramidası olan “Zuerx” platformasına qarşı əməliyyat keçirib.

    Bu barədə Daxili İşlər Nazirliyi məlumat yayıb.

    Kiberpolisin həyata keçirdiyi əməliyyat-texniki tədbirlərlə qeyd edilən piramidanı idarə edən şəxslər – 32 yaşlı Əli Qarazadə, 35 yaşlı Samir Ağazadə və 39 yaşlı Elmar Xosiyev – müəyyən edilərək saxlanılıblar.

    Araşdırmalarla məlum olub ki, onlar “WhatsApp” və digər ani mesajlaşma şəbəkələrində yaratdıqları qruplara üzv olan 400 nəfərdən artıq şəxsə “Zuerx” piramidasına kriptovalyuta formasında yatırımlar etməklə böyük məbləğlərdə gəlir qazanacaqlarına dair yalan vədlər veriblər. Saxlanılan şəxslər insanlarda inam yaratmaq və platformaya yeni üzvlər cəlb etmək məqsədilə zərərçəkənlərin hesablarına bir neçə dəfə kriptovalyuta formasında simvolik məbləğlərdə ödənişlər də köçürüblər.

    Şirnikləndirici təkliflərə aldanan şəxslər isə daha çox gəlir əldə etmək niyyəti ilə həmin dələduzluq piramidasına böyük məbləğlərdə pul vəsaiti göndəriblər. Zərərçəkənlərin külli miqdarda pulunu ələ keçirdikdən sonra dəstə üzvləri “Zuerx” piramidasının fəaliyyətini dayandırıblar.

    Faktlarla bağlı Baş İdarədə araşdırmalar davam etdirilir.

    “Sonda bir daha vətəndaşlara onlayn platformalarda qarşılaşa biləcəkləri və heç bir iqtisadi əsaslara söykənməyən piramida dələduzluq sxemlərinə, həmçinin kriptoyatırım adı altında yüksəkfaizli gəlir təklif edən tətbiqlərə inanmamağı tövsiyə edirik”, – məlumatda deyilir.

  • Ağcaqanad 33 nəfərin həyatına son qoydu

    Kubada 33 nəfər ağcaqanadlarla ötürülən viruslardan ölüb.

    Bu barədə Kubanın Səhiyyə Nazirliyi məlumat yayıb.

    “Son aylarda əhalinin ən azı üçdə birinə təsir edən ağcaqanad yoluxucu infeksiyalardan 33 nəfər ölüb” , – məlumatda qeyd olunub.

    Respublikanın səhiyyə nazirinin müavini Karilda Penya Qarsianın sözlərinə görə, 12 nəfər dang xəstəliyinə, 21 nəfər isə çikungunyaya yoluxaraq ölüb.

    O, həmçinin qeyd edib ki, ötən həftə Kubada 5 717 yeni çikungunya qızdırması halı qeydə alınıb. Nazir müavini əlavə edib ki, Deng xəstəliyi ölkənin bütün əyalətlərində yayılır.

  • Buraxılış imtahanının nəticəsi 2 il qüvvədə olur

    “IX və XI sinif şagirdləri üçün keçirilən buraxılış imtahanının nəticəsi 2 il qüvvədə olur”.

    Bu barədə Dövlət İmtahan Mərkəzi məlumat yayıb.

    Bildirilib ki, 2025-ci ildə buraxılış imtahanında iştirak etmiş və müvafiq müsabiqə şərtini ödəmiş abituriyentlər 2026-cı ildə imtahan vermədən kolleclərin müsabiqəsində (xüsusi qabiliyyət tələb edən ixtisaslara qəbul olmaq istəyənlər qabiliyyət imtahanı vermək şərti ilə) iştirak edə bilərlər.

    “Bundan əlavə, abituriyentlər öz istəyinə uyğun olaraq, yenidən imtahan da verə bilərlər. Bu zaman onlar müsabiqədə hansı imtahanın nəticəsi ilə iştirak edəcəklərini özləri müəyyən edirlər. Qeyd edək ki, istənilən halda kolleclərə qəbul olmaq istəyən abituriyentlər müəyyən olunacaq vaxtda elektron ərizələrini təsdiq etməlidirlər”, – məlumatda qeyd olunub.

  • Məmur arvadını və ustanı güllələyərək QƏTLƏ YETİRƏN şəxsin ömürlük həbs qərarı LƏĞV EDİLDİ

    Qətl törədək ömürlük azadlıqdan məhrum edilən Asəf Məmmədovun cəzası 20 ilə endirilib.

    Median.Az “Report”a istinadən xəbər verir ki, bu barədə Ali Məhkəmədə hakim Ələsgər Novruzovun sədrliyi ilə keçirilən prosesdə qərar qəbul edilib.

    Qərara əsasən, aşağı instansiya məhkəməsinin çıxardığı hökm tamamilə ləğv edilib və həbs qərarı 20 il müddətinə azadlıqdan məhrumetmə cəzası ilə əvəz olunub.

    Xatırladaq ki, Gəncə Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə təqsirləndirilən şəxs ömürlük məhkum edilib.

    Gəncə Apellyasiya Məhkəməsi onun şikayətini təmin etməyib.

    İttihama görə, 2023-cü il fevralın 19-u saat 09:40-da Tərtər rayon sakinləri 1981-ci il təvəllüdlü Gülnar Məmmədovanın və 1991-ci il təvəllüdlü Namiq Allahverdiyevin ölməsinə dair məlumat daxil olub.

    Tərtər Rayon Prokurorluğu və rayon polis şöbəsi əməkdaşlarının keçirdiyi istintaq-əməliyyat tədbirləri nəticəsində Namiq Allahverdiyevin odlu silahla, Gülnar Məmmədovanın isə kəsici-deşici alətlə sonuncunun əri 1979-cu il təvəllüdlü Asəf Məmmədov tərəfindən öldürülməsinə əsaslı şübhələr müəyyən edilib.

    Hadisənin qısqanclıq zəminində törədilməsi bildirilir.

    Qeyd edək ki, qətlə yetirilən 42 yaşlı Gülnar Məmmədova Tərtər Rayon İcra Hakimiyyətində (RİH) çalışırmış. O, RİH-in Sosial-İqtisadi İnkişafın Təhlili və Proqnozlaşdırılması Şöbəsinin baş məsləhətçisi olub.

  • Sabah Sumqayıtda 45 min abonentin qazı kəsiləcək

    Sabah Sumqayıt şəhərində 45 min abonentin qaz təchizatı müvəqqəti dayandırılacaq.

    Bu barədə “Azəriqaz” İstehsalat Birliyinin Sumqayıt Qaz İstismar Sistemləri məlumat yayıb.

    Verilən məlumata görə, Sumqayıt şəhəri ərazisində təmir olunmuş qaz xətlərinin mövcud şəbəkəyə qoşulması ilə əlaqədar dekabrın 3-də saat 10:00-dan etibarən bir sıra abonentlərin qaz təchizatında müvəqqəti fasilə olacaq.

    Bildirilib ki, qoşulma işləri ilə bağlı “Şəhər-1” xəttində 30 min abonentin, “Şəhər-3” xəttində isə 15 min abonentin qaz verilişi işlər tamamlananadək məhdudlaşdırılacaq.

  • Ağcabədidə topdansatış mağazasında saxta araqlar aşkarlandı

    Ağcabədi rayonunun İ.Qayıbov küçəsində fəaliyyət göstərən, Qasımov Elçin Yaqub oğluna məxsus “Tac” topdansatış mağazasında keçirilən plandankənar yoxlama zamanı “Banketnaya” əmtəə nişanlı saxta alkoqollu içkilərin satışa çıxarıldığı məlum olub.

    Bu barədə Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi məlumat yayıb.

    Bildirilib ki, orijinaldan fərqlənən və üzərində zədələnmə əlaməti olan içkilərin mənşəyi məlum olmayan spirtdən hazırlandığı, başlıq hissənin təkrar bərkidildiyi və istehsal tarixinin qeyd edilmədiyi aşkarlanıb.

    Faktla bağlı qanunvericiliyə uyğun müvafiq tədbirlər görülərək içkilərin satışının qarşısı alınıb, sahibkara icrası məcburi göstərişlər verilib, nümunələr götürülərək müayinələrə cəlb olunub. Araşdırmalar davam etdirilir.

  • Сон за рулем приводит к трагедиям на дорогах: ГУГДП показало кадры страшных ДТП – Видео

    Управление автомобилем в состоянии усталости или недосыпа является одной из основных причин дорожно-транспортных происшествий (ДТП). Нижепредставленные видеоматериалы в очередной раз подтверждают, что подобные случаи неоднократно приводили к тяжелым авариям, унесшим жизни множества людей.

    Об этом говорится в информации Главного управления Государственной дорожной полиции (ГУГДП).

    “Несмотря на регулярные призывы структуры и принятие необходимых превентивных мер, к сожалению, до сих пор среди водителей встречаются те, кто не соблюдает режим труда и отдыха и садится за руль уставшим и невыспавшимся.

    В ходе очередного мероприятия, проведенного ГУГДП, с водителями проводились разъяснительные работы и просветительские беседы по этой теме.

    Особое внимание было уделено водителям, занимающимся грузо- и пассажироперевозками. Им напомнили о важности соблюдения режима труда и отдыха, объяснили значимость кратковременных остановок после двух-трех часов непрерывного движения, а также дали необходимые рекомендации.

    ГУГДП продолжит постоянную организацию мероприятий такого рода”, – отмечается в обращении.

  • Yuxusuz halda avtomobil idarə edən sürücülərin törətdikləri ağır qəzalar (Video)

    “Sürücülərin yorğun, yuxusuz halda avtomobil idarə etməsi yol-nəqliyyat hadisələrinin əsas səbəblərindən biridir. Təqdim olunan videogörüntülər bir daha deməyə əsas verir ki, belə hallar dəfələrlə neçə-neçə insanın həyatına son qoyan ağır qəzalarla nəticələnib”.

    Bu barədə Baş Dövlət Yol Polisi İdarəsi (BDYPİ) məlumat yayıb.

    “BDYPİ tərəfindən bu barədə çağırışların edilməsinə, zəruri qabaqlayıcı tədbirlərin görülməsinə baxmayaraq, təəssüf ki, hələ də sürücülər arasında yorğun, yuxusuz, iş və istirahət rejiminə əməl etmədən sükan arxasında əyləşənlər tapılır.

    Baş Dövlət Yol Polisi İdarəsinin həyata keçirdiyi növbəti tədbir zamanı da sürücülərlə bu mövzuda zəruri izahat işləri, maarifləndirici söhbətlər aparılıb.

    Xüsusilə yük və sərnişindaşıma fəaliyyəti ilə məşğul olan sürücülərə iş və istirahət rejiminə əməl etməyin vacibliyi xatırladılıb, iki-üç saatlıq fasiləsiz hərəkətdən sonra qısamüddətli istirahət etməyin əhəmiyyəti izah olunub, zəruri tövsiyələr verilib.

    Baş Dövlət Yol Polisi İdarəsi tərəfindən bu qəbildən olan tədbirlər davamlı olaraq təşkil ediləcək”, – məlumatda bildirilir.

  • Пролив Босфор временно закрыли из-за плотного тумана

    Судоходство в проливе Босфор, который разделяет Стамбул на европейскую и азиатскую части, временно закрыто из-за сильного тумана.

    Об этом сообщили в департаменте по морским вопросам Минтранса Турции.

    “Движение судов приостановлено в обе стороны из-за плотного тумана до нормализации погодных условий”, – говорится в информации.