Month: December 2025

  • Vasif Talıbovun qərarı ilə yaradılan dövlət qurumu LƏĞV EDİLDİ

    Naxçıvan Muxtar Respublikasının Qaz İstismar Xidməti ləğv edilib.

    Median.Az Modern.az-a istinadla xəbər verir ki, bu barədə müvafiq sərəncam imzalanıb.

    Qurumun adı artıq bir çox rəsmi sənəddən çıxarılıb.

    Bundan sonra Naxçıvanda qaz təchizatına “Azəriqaz” İstehsalat Birliyi nəzarət edəcək.

    Bir neçə gün əvvəl Naxçıvan Muxtar Respublikasının Qaz İstismar Xidmətinin balansında olan əsas vəsaitlərin SOCAR-ın Qaz İxrac İdarəsinin balansına verilməsi barədə məlumat yayılıb.

    Naxçıvan Qaz İstismar Xidməti 2019-cu ildə Naxçıvan Ali Məclisinin sabiq sədri Vasif Talıbov tərəfindən yaradılmışdı.

    Xatırladaq ki, bir müddət əvvəl Muxtar Respublikanın Dövlət Energetika Xidməti də ləğv olunub.

  • Bakıda yeniyetməni döyüb videoya çəkərək şantaj edən şəxslə bağlı QƏRAR

    Bakı Apellyasiya Məhkəməsində hədə-qorxu ilə tələb etmədə təqsirləndirilən V.V.-nin barəsindəki hökmdən verilən apellyasiya şikayəti üzrə məhkəmə prosesi başa çatıb.

    Median.Az Pravda.az-a istinadən xəbər verir ki, hakim Emin Mehdiyevin sədrliyi ilə keçirilən prosesdə qərar elan edilib.

    Qərara əsasən, apellyasiya şikayəti təmin edilməyib.

    İttihama görə, 2003-cü il təvəllüdlü, təqsirləndirilən V.V. yetkinlik yaşına çatmayan zərərçəkmiş A.A. ilə aralarında borc pulun qaytarılması üstündə yaranmış narazılıq zəminində onu hədələyərək müxtəlif məbləğlərdə pul tələb edib.

    Belə ki, 14 dekabr 2024-cü il tarixində, saat 23 radələrində Lökbatan qəsəbəsində yerləşən binalardan birinin arxa hissəsində zərərçəkmişlə görüşən təqsirləndirilən şəxs onu nalayiq ifadələrlə təhqir edib, yumruq və təpiklə döyərək xəsarət yetirib. Sonra V.V. həmin hadisəni mobil telefonla videoya çəkərək yaddaşda saxlayıb, zərərçəkmişi görüntüləri yaymaqla hədələyib və bunun müqabilində ondan pul tələb edib.

    Təqsirləndirilən şəxs hədə-qorxu ilə pul tələb etmək məqsədi ilə A.A.-dan müxtəlif tarixlərdə dəfələrlə pul alıb.

    Beləliklə, V.V. ümumilikdə zərərçəkmişin 1600 manat pulunu hədə-qorxu yolu ilə ələ keçirib.

    Qaradağ Rayon Məhkəməsinin hökmü ilə o, 2 il 8 ay müddətə azadlıqdan məhrum edilib.

  • Правоохранители обнаружили тайник с оружием в Гяндже, принадлежащий заключенному

    Сотрудники оперативного аппарата Пенитенциарной службы Министерства юстиции совместно с сотрудниками Министерства внутренних дел провели оперативно-разыскные мероприятия.

    Как сообщает Median.Az со ссылкой на пресс-службу Минюста, в ходе операции был выявлен тайник, созданный осужденным еще до его заключения под стражу в постройке около железнодорожных путей в городе Гянджа.

    Правоохранители обнаружили и изъяли пистолет ТТ, один магазин к нему, пять патронов калибра 7.62 для пистолета, четыре патрона калибра 7.62 для автомата, одну ручную гранату “Ф-1”, а также штык-нож.

    По данному факту проводится расследование.

  • Ədliyyə Nazirliyi əməliyyat keçirdi, məhkumun gizlətdiyi silahlar aşkarlandı

    Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin əməliyyat aparatının Daxili İşlər Nazirliyinin əməkdaşları birgə əməliyyat-axtarış tədbiri keçiriblər.

    Bu barədə Ədliyyə Nazirliyi məlumat yayıb

    Bildirilib ki, əməliyyat nəticəsində məhkum tərəfindən həbs edilməmişdən əvvəl Gəncə şəhərində, dəmiryol xəttinin yanındakı tikilidə gizlədilmiş bir ədəd “TT” markalı tapança, bir ədəd tapança darağı, beş ədəd 7.62 kalibrli tapança patronu, dörd ədəd 7.62 kalibrli avtomat patronu, bir ədəd “F-1” markalı əl qumbarası və bir ədəd süngü-bıçaq aşkar edilərək götürülüb.

    Faktla bağlı araşdırma aparılır.

  • Суд вынес приговор азербайджанцу, воевавшему в составе ЧВК “Вагнер”

    Завершено предварительное следствие по делу Исмайыла Гасанова, уроженца Товузского района, принимавшего участие в российско-украинском конфликте.

    Как передает Oxu.Az, Гасанов ранее был осужден в Российской Федерации на 12 лет лишения свободы за совершенные преступления.

    Отбыв 8 лет и 6 месяцев из назначенного срока, он дважды обращался с просьбой отбыть оставшиеся 3 года и 6 месяцев в Азербайджане, но получал отказ. 19 ноября 2022 года руководитель частной военной компании (ЧВК) “Вагнер” посетил исправительное учреждение, где отбывал наказание Гасанов, и предложил заключенным участвовать в российско-украинской войне в течение шести месяцев. Взамен каждому заключенному обещали 91 100 рублей, свободу и российское гражданство после окончания этого срока. Согласившихся на предложение заключенных, в том числе Гасанова, 25 ноября 2022 года перевезли в Ростов.

    По словам Гасанова, в Ростове он подписал письменный контракт с ЧВК “Вагнер”, после чего был доставлен в Луганскую область Украины. Там в неустановленном месте он в течение 14 дней проходил различные военные тренировки по использованию оружия и другим аспектам боевых действий. Гасанов утверждает, что никогда не участвовал в прямых боестолкновениях с украинскими военными и не совершал нападений на учреждения, организации или отдельных лиц. Его основной задачей была эвакуация погибших и раненых российских военнослужащих из зоны боевых действий.

    25 мая 2023 года, по истечении шестимесячного срока, Гасанова доставили на территорию, граничащую с Ростовской областью России. Там члены ЧВК “Вагнер” вручили ему 91 100 рублей (примерно 15 000 – 16 000 манатов по курсу того времени), а также медаль и почетную грамоту за участие в войне. Затем его перевезли в Ростов, где отпустили. При освобождении каждому из заключенных, включая Гасанова, “вагнеровцы” выдали простой мобильный телефон с российской SIM-картой.

    В период пребывания в России руководство ЧВК “Вагнер” предлагало Гасанову участвовать в качестве наемника в Украине, Мали и Сирии за ежемесячную плату в 25 000 рублей (на тот момент около 1 000 манатов), однако он отказался, заявив, что больше не намерен участвовать в боевых действиях как наемник. После возвращения с войны Гасанов получил российское гражданство.

    Решением Гянджинского суда по тяжким преступлениям Исмайыл Гасанов признан виновным по статье 12.1, 279.1 (участие в деятельности вооруженных формирований, не предусмотренных законодательством, за пределами Азербайджанской Республики) Уголовного кодекса АР и приговорен к 3 годам и 6 месяцам лишения свободы.

  • Rusiya-Ukrayna müharibəsində iştirak edən azərbaycanlıya hökm oxunub

    Rusiya-Ukrayna müharibəsində iştirak edən əslən Tovuz rayonundan olan İsmayıl Buludxan oğlu Həsənovun işi üzrə ibtidai istintaq başa çatıb.

    Oxu.az-ın məlumatına görə, İ.Həsənov Rusiya Federasiyasında törətdiyi cinayət əməllərinə görə 12 il müddətində azadlıqdan məhrumetmə cəzasına məhkum olunub.

    Ona tətbiq edilən 12 il müddətə azadlıqdan məhrumetmə cəzasının 8 il 6 ay hissəsini çəkib, qalan 3 il 6 ay hissəsini Azərbaycan Respublikasında çəkmək üçün iki dəfə müraciət etsə də, imtina cavabı alıb. 19 noyabr 2022-ci il tarixdə “Vaqner” silahlı qruplaşmasının rəhbəri onun cəza çəkdiyi cəzaçəkmə müəssisəsinə gələrək məhkumlarla görüşüb, onlara Rusiya-Ukrayna müharibəsində altı ay müddətində iştirak etməyi təklif edib. Qarşılığında həmin müddət bitdikdən sonra hər bir məhkuma 91 100 rubl məbləğində pul vəsaiti, azadlıq və Rusiya Federasiyası vətəndaşlığı veriləcəyini vəd edib. Onlar müharibədə iştirak etməyə razılaşmış məhkumları 25 noyabr 2022-ci il tarixdə Rostov şəhərinə aparıblar.

    İ.Həsənov bildirib ki, O, Rostov şəhərində “Vaqner” silahlı qruplaşması ilə yazılı müqavilə imzalayıb. Daha sonra Ukraynanın Luqansk vilayətinə aparılıb. Luqansk vilayətində onlara məlum olmayan ərazidə 14 gün müxtəlif silahlardan istifadə və müharibə ilə bağlı digər hərbi təlimlər keçirilib. Ukrayna hərbiçiləri ilə üzbəüz döyüşlərdə heç zaman olmayıb, müəssisələrə, idarələrə, təşkilatlara və ya ayrı-ayrı şəxslərə basqınlar etməyib. Onun əsas iştirakı Rusiya Federasiyasının ölən və yaralanan hərbiçilərini döyüş bölgəsindən təxliyə etmək olub.

    25 may 2023-cü ildə altı ay müddət bitdikdən sonra onu Rusiya Federasiyasının Rostov şəhəri ilə həmsərhəd ərazisinə aparıblar. Orada “Vaqner” silahlı qruplaşmasının üzvləri ona 91 100 rubl məbləğində pul vəsaiti (təxminən 15-16 min manat), həmçinin müharibədə iştirakına görə medal və fəxri fərman təqdim ediblər. O, Rusiya Federasiyasının Rostov şəhərinə aparılaraq oradan sərbəst buraxılıb. O, sərbəst buraxılan zaman “Vaqner” silahlı qruplaşması tərəfindən məhkumların hər birinə sadə mobil telefon və Rusiya mobil operatoruna məxsus sim-kart verilib. Rusiya Federasiyasında olduğu dövrdə “Vaqner” silahlı qruplaşmasının rəhbərliyi ona zəng edərək aylıq 25 000 rubl (o dövr üçün təxminən 1 000 manat) müqabilində Ukrayna, Mali və Suriya dövlətlərində muzdlu döyüşçü kimi iştirak etməyi təklif edib, o isə artıq muzdlu döyüşçü kimi heç bir ölkədə döyüşmək niyyətinin olmadığını bildirib. Müharibədən qayıtdıqdan sonra Rusiya Federasiyasının vətəndaşlığını əldə edib.

    Gəncə Ağır Cinayətlər Məhkəməsinin qərarı ilə İsmayıl Həsənov Cinayət Məcəlləsinin 12.1, 279.1-ci (Azərbaycan Respublikasından kənarda qanunvericiliklə nəzərdə tutulmayan silahlı birləşmələrin fəaliyyətində iştirak) maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinərək, ona üç il altı ay müddətinə azadlıqdan məhrumetmə cəzası təyin olunub.

  • Azərbaycan Prezidenti laoslu həmkarına təbrik məktubu göndərdi

    Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Laos Xalq Demokratik Respublikasının Prezidenti Thonqlun Sisulitə təbrik məktubu göndərib.

    Median.Az President.az-a istinadən məktubun mətnini təqdim edir:

    “Laos Xalq Demokratik Respublikasının yaranmasının 50-ci ildönümü münasibətilə sizi və sizin simanızda bütün xalqınızı öz adımdan və Azərbaycan xalqı adından səmimi-qəlbdən təbrik edir, ən xoş arzularımı çatdırıram.

    Azərbaycan Laos ilə əlaqələrin genişlənməsinə, həm ikitərəfli, həm də çoxtərəfli müstəvidə əməkdaşlığın yeni məzmunla zənginləşməsinə xüsusi önəm verir.

    Əminəm ki, ölkələrimiz arasında dostluq münasibətlərini möhkəmləndirmək, qarşılıqlı faydalı əməkdaşlığımızın potensialından tam bəhrələnmək üçün bundan sonra da birgə səylər göstərəcəyik.

    Belə bir əlamətdar gündə sizə möhkəm cansağlığı, işlərinizdə uğurlar, dost xalqınıza daim əmin-amanlıq və rifah arzulayıram”.

  • İlham Əliyev BƏƏ prezidentini təbrik etdi

    Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) Prezidenti Şeyx Məhəmməd bin Zayed Al Nəhyana təbrik məktubu göndərib.

    Median.Az President.az-a istinadən məktubun mətnini təqdim edir:

    “Birləşmiş Ərəb Əmirliklərinin milli bayramı – Müstəqillik Günü münasibətilə sizə və sizin simanızda bütün qardaş xalqınıza öz adımdan və Azərbaycan xalqı adından ən səmimi təbriklərimi və xoş arzularımı çatdırmaqdan məmnunluq duyuram.

    Sizin qətiyyətli liderliyiniz altında ölkədə aparılan irimiqyaslı quruculuq işlərini, möhtəşəm və nümunəvi inkişafı görməkdən böyük sevinc duyuruq. Bütün bunlar sizin çoxşaxəli fəaliyyətinizin, müdrik rəhbərliyinizin, Vətənə və xalqa yorulmadan göstərdiyiniz xidmətin bəhrəsidir.

    Azərbaycan ilə Birləşmiş Ərəb Əmirlikləri arasında əlaqələr xalqlarımız arasında qardaşlığa, dostluğa, qarşılıqlı etimada, anlaşmaya və dəstəyə əsaslanır. Ötən dövr ərzində bu möhkəm təməllər üzərində qurulmuş dövlətlərarası münasibətlərimizin yüksələn xətt üzrə inkişaf edərək keyfiyyətcə yeni səviyyəyə çatması məmnunluq doğurur. Şübhəsiz ki, ali səviyyəli müntəzəm qarşılıqlı səfərlər, görüşlər, sıx əməkdaşlığımız bu münasibətlərin daha sürətlə inkişafına və möhkəmlənməsinə şərait yaradır.

    Sentyabr ayında sizin Azərbaycana rəsmi səfəriniz ikitərəfli əlaqələrimizin inkişafına yeni təkan vermişdir. Səfər çərçivəsində imzalanmış bir sıra sənədlər, xüsusilə də “Azərbaycan Respublikası ilə Birləşmiş Ərəb Əmirlikləri arasında Hərtərəfli Strateji Tərəfdaşlıq Əlaqələri haqqında Birgə Bəyannamə” dövlətlərarası əlaqələrimizi daha yüksək pilləyə qaldırmış, əməkdaşlığımızın ənənəvi sahələri ilə yanaşı yeni istiqamətlər üzrə də birgə fəaliyyətimizi genişləndirmişdir. Eyni zamanda səfər zamanı işğaldan azad olunmuş Qarabağ regionunu ziyarət etməyiniz xüsusi rəmzi məna daşıyır və biz bunu qardaşlığımızın və həmrəyliyimizin bariz nümunəsi olaraq dəyərləndiririk.

    Hazırda Azərbaycan ilə Birləşmiş Ərəb Əmirlikləri arasında əməkdaşlıq geniş gündəliyə malikdir. İqtisadi-ticari, neft-qaz, bərpaolunan enerji, investisiya, rəqəmsallaşdırma və digər sahələrdə səmərəli birgə fəaliyyətimiz uğurla inkişaf edir.

    Əminəm ki, ölkələrimizin və xalqlarımızın rifahına xidmət edəcək əməkdaşlığımızın dərinləşdirilməsi və şaxələndirilməsi istiqamətində birgə səylərimizi bundan sonra da ardıcıl olaraq və uğurla davam etdirəcəyik.

    Bu bayram günündə sizə möhkəm cansağlığı, xoşbəxtlik, ali dövləti fəaliyyətinizdə müvəffəqiyyətlər, Birləşmiş Ərəb Əmirliklərinin qardaş xalqına daim firavanlıq və rifah arzulayıram”.

  • Neymar və Vinisius millidən kənarda qala bilər

    Braziliya milli futbol komandasının baş məşqçisi Karlo Ançelotti 2026-cı il dünya çempionatı üçün milli komandaya yalnız 100% hazır olan oyunçuları dəvət edəcəyini bildirib.

    Bu barədə ESPN məlumat yayıb.

    Ançelotti etiraf edib ki, Neymar və Vinisius Junior kimi oyunçular dəvət almaya bilərlər: “Mən 100% hazır olanları seçməliyəm. Bu, yalnız Neymara aid deyil. Buraya Vinisius da daxil ola bilər. Əgər Vinisius 90% hazır olsa, mən 100% hazır olan başqa bir oyunçunu çağıracağam, çünki bu komandanın ustaliq səviyyəsi, xüsusən də hücumda çox yüksəkdir”.

  • Bu şəxslərin maaşı artırıldı

    Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin (ADNSU) Elmi Şurasının qərarına əsasən, universitetin professor-müəllim heyətinin və digər əməkdaşlarının əməkhaqları artırılıb.

    Bu barədə “Azərbaycan Universitetləri” səhifəsi məlumat yayıb.

    Qərara görə, dekan, kafedra müdirləri, dosent, baş müəllim və müəllimlərin əmək haqqı 15-20%, tyutorların əmək haqqı 33%, laborantların əmək haqqı isə 20% artırılıb.

    Bu artımlardan sonra professor-müəllim heyətinin əməkhaqları belə müəyyən edilib:

    Professor: 2 150 AZN;

    Dosent: 1 700 AZN;

    Baş müəllim: 1 500 AZN;

    Müəllim: 1 350 AZN.