Month: December 2025

  • “Ayağını qoyursan, mərmər qopur” – “Şamaxinka”da təhlükə yaradan piyada keçidi ləğv ediləcək? (Video)

    Bakıda, Moskva prospektinin “Şamaxinka” adlanan hissəsində Yerüstü Nəqliyyat Agentliyinin həyata keçirdiyi layihəyə əsasən, nəqliyyatın hərəkətinin təşkilində bir sıra dəyişikliklər nəzərdə tutulur.

    Bu çərçivədə əraziyə yeni işıqforun quraşdırılması planlaşdırılır.

    Lakin “Şamaxinka”nın ən ciddi problemlərindən biri hazırkı yerüstü piyada keçididir.

    Sakinlərin sözlərinə görə, keçid quraşdırılmadan əvvəl onlar eynisəviyyəli keçid vasitəsilə yolu qarşı tərəfə daha rahat keçə bilirdilər. Yeni piyada keçidi istifadəyə verildikdən sonra isə yolun keçilməsi həm çətinləşib, həm də təhlükəli vəziyyətlər yaranıb.

    Sakinlər bildirirlər ki, yerüstü keçidin pilləkənləri çox narahatdır, mərmər örtüyü isə sınıq olduğundan ayaq qoyarkən qopub düşür. Həmçinin güclü küləkli havalarda keçiddən istifadə etmək xüsusilə çətin olur.

    “Hamı bu yoldan istifadə edir. Pilləkənlər çox narahat, mərmərlər sınıqdır. Ayaq basanda dağılır. Keçən dəfə külək az qala bir ananın əlindən uşağı yerə salacaqdı”, – sakinlərdən biri narazılığını ifadə edib.

    Daha ətraflı Baku TV-nin süjetində:

  • ATU-nun müəllimi vəfat etdi

    Azərbaycan tibb elminə itki üz verib.

    Azərbaycan Tibb Universitetinin Xarici Dillər kafedrasının müəllimi, filologiya elmləri namizədi Musayeva Xədicə Elxan qızı vəfat edib.

  • Gəncədə 36 yaşlı piyadanı avtomobil vurdu

    Gəncədə piyadanı avtomobil vurub.

    “Unikal”ın məlumatına görə, hadisə şəhərin Heydər Əliyev prospekti ərazisində qeydə alınıb.1989-cu il təvəllüdlü A.Əliyev yolu qarşı tərəfə keçmək istəyən zaman onu avtomobil vurub. Xəsarət alan piyada xəstəxanaya yerləşdirilib. Faktla bağlı araşdırma aparılır.

  • Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətində YENİ TƏYİNAT

    Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Şabran rayon bölməsinə yeni müdir təyinatı olub.

    Median.Az “Bizim.Media”ya istinadən xəbər verir ki, Dövlət Xidmətinin Ağdaş rayon şöbəsinin müdir müavini Ceyhun Cavadov Şabran bölməsinin müdiri vəzifəsinə təyin edilib.

    Şabran bölməsinin əvvəlki rəisi Fuad Hüseynov isə Qusar şöbəsinə rəis göndərilib.

  • Heç kimin almadığı ən yaxşı 10 avtomobil – SİYAHI

    Avtomobil bazarında həmişə güclü rəqabət hökm sürüb. Çin istehsalçılarının meydana çıxması ilə isə seçim daha da genişlənib. Bu isə elə bir vəziyyət yaradıb ki, hətta məşhur brendlərin çox yaxşı modelləri belə tələb olunan marağı görmür.
    Valyuta.az xəbər verir ki,  “Topspeed” portalı açıq mənbələrdə mövcud olan satış məlumatlarını təhlil edərək, əslində alıcıların diqqətindən əsassız şəkildə kənarda qalan ən az satılan 10 avtomobilin siyahısını tərtib edib. Siyahı belədir:
    “Mini Hard-Top 2-Door”:  Bazarda kompakt şəhər avtomobillərinə tələbat olsa da, bu model öz alıcısını tapa bilməyib. Maşın əsasən darlığı və qeyri-praktikliyi səbəbindən tənqid olunur.
    “Jeep Compass”: Kompakt krossover seqmentində rəqabət çox böyükdür və müştərinin ehtiyacından asılı olaraq model üçün həmişə daha yaxşı alternativ tapmaq mümkündür.
    “Mercedes-Benz SL”:  “Mercedes”in model xəttində uzunömürlü modellərdən biridir. Lakin bu avtomobil, eləcə də brendin digər məhsulları bir problemə görə əziyyət çəkir – olduqca yüksək qiymət.
    “Nissan Versa Sedan”: Ən əsas texnologiyaları təklif edən yaxşı büdcə avtomobilidir. Amma bəzən bazis komplektasiya hamının ehtiyacına cavab vermir. Xüsusən də bir qədər əlavə ödəniş etməklə daha təkmil model əldə etmək mümkün olduğu halda.
    “Ford Mustang”: Son illərdə “Ford Mustang” satışlarında tənəzzül müşahidə olunur. Əsas səbəb qiymətdir.
    “Volvo XC90”: BMW və “Lexus” kimi rəqiblərin geniş reklam fonunda diqqətdən kənarda qalan premium seqmentin gizli incisi.
    “Audi A6”: Bu modelin əsas problemi bazarda ümumilikdə lüks sedanlara marağın azalmasıdır.
    “Audi A4”: Son illər modelin populyarlığının zəifləməsi etibarlılıqla bağlı problemlər və digər çətinliklərlə əlaqələndirilir. Bundan başqa, BMW və “Mercedes-Benz” kimi alman istehsalçılarının daimi uğuru da öz təsirini göstərib.
    “Maserati Grecale”: Şirkətin SUV bazarına çıxmaq cəhdi, görünür, bir qədər gecikmiş addımdır. Bu “pasta” çoxdan bölünüb və “Maserati” üçün artıq yer qalmayıb.
    “Jaguar F-PACE”: Bu avtomobildə, əslində, hər şey qaydasındadır. Alıcıların nədən onu bəyənmədiyi isə hələ də sirr olaraq qalır.

  • Azərbaycanda ən məşhur sosial şəbəkələr açıqlandı

    Azərbaycanda 2025-ci ilin noyabr ayında ən populyar brauzer 81,26 faiz payla “Chrome” olub, onun ardınca 7,25 faizlə “Safari” və 2,37 faizlə “Opera” gəlir. Daha sonra “Samsung Internet” (2,34 faiz), “Edge” (2,1 faiz) və “Yandex Browser” (1,35 faiz) gəlir. Bütün platformalar üzrə (stolüstü və mobil cihazlar) statistika “Chrome”un böyük fərqlə lider olduğunu göstərir.

    Azərtac “StatCounter Global Stats” agentliyinin noyabr hesabatına istinadən xəbər verir ki, 2025-ci ilin oktyabr ayında Azərbaycanda ən populyar sosial şəbəkə “Instagram” olub. Onun ardınca “YouTube” və “Facebook” gəlir, daha sonra isə digər məşhur platformalar yerləşir.

    “StatCounter”in məlumatına görə, bu ilin noyabr ayında Azərbaycandakı sosial media platformalarının ümumi seqmentində (kompüterlər, mobil cihazlar və planşetlər) “Instagram”ın payı 48,74 faiz təşkil edib (oktyabrda – 35,77 faiz). İkinci yerdə qərarlaşan “YouTube”un bazar payı 31,04 faiz olub. Növbəti yerdə qərarlaşan “Facebook”un bazar payı 10,68 faiz təşkil edib. Dördüncü yerdə olan “X”in bazar payı isə 4,46 faiz olub. Beləliklə, onun bazar payı bir ay ərzində 77 faiz azalıb. Beşliyi 5,7 faiz bazar payı ilə “Pinterest” tamamlayır.

  • Yeni ili bölgələrdə qarşılamaq neçəyə başa gələcək?

    Artıq dekabr ayıdır və Yeni ilə sayılı günlər qalıb. Bayram gecəsini oteldə qeyd etmək istəyənlər üçün ölkənin məşhur istirahət məkanlarında qiymətlər müəyyənləşib. Bu il 31 dekabrdan etibarən 2 gecə-3 günlük paketlərin qiymətləri regionlara görə dəyişir.

    Median.Az Baku.ws-ə istinadən xəbər verir ki, bu istiqamətdə apardığı araşdırmanın nəticəsini təqdim edir:

    Lənkəran

    Ölkənin ən çox seçilən turizm bölgələrindən olan Lənkəranın məşhur otellərindən birində Yeni il paketi 1500 AZN-dən başlayır. Bu qiymət 31 dekabr – 2 yanvar tarixlərini əhatə edir.

    Nabran

    Dənizkənarı istirahət zonasında bayramı keçirmək istəyən iki nəfər üçün 2 gecə-3 günlük paket qiyməti 1100 AZN-dir.

    Şamaxı

    Məşhur otellərindən birində Yeni il gecəsini qarşılamaq istəyənlər üçün qiymətlər 1980 AZN-dən başlayır.

    İsmayıllı

    31 dekabrdan 2 yanvara qədər olan paket burada 1860 AZN olaraq təqdim edilir.

    Quba

    Şimalın incisi sayılan Quba rayonunun ən məşhur otellərindən birində 2 nəfər bayramı qarşılamaq istəsə 1690 AZN-ini gözdən çıxarmalı olacaq.

    Şəki

    Tarixi-mədəni ab-havalı Şəkidə 2 gecə-3 günlük Yeni il paketi 1600 AZN-dir.

    Xankəndi

    Bu bölgədə Yeni il istirahəti üçün qiymətlər nisbətən daha münasibdir – 960 AZN.

    Şuşa

    Qarabağın mədəniyyət beşiyində 31 dekabr-2 yanvar paketləri 950 AZN-dən başlayır.

    Qeyd edək ki, 2 nəfər üçün əksər otellərin təqdim etdiyi bu paketlərə səhər yeməyi, nahar və şam yeməyi, eləcə də pulsuz spirtli və spirtsiz içkilər, bayram şou proqramı, bəzən isə əlavə əyləncə və istirahət xidmətləri də daxildir.

    Yeni ili bölgələrdə qarşılamaq istəyənlər üçün həm seçim çoxdur, həm də qiymətlər artıq formalaşıb

  • Через Зангезурский коридор будет ежегодно перевозиться 15 млн. тонн грузов – Хикмет Гаджиев

    1 декабря, Fineko/abc.az. Азербайджан желает, чтобы Европейский Союз, стал частью нового транспортного узла, в том числе, в рамках инициативы ЕС Global Gateway.

    Об этом в интервью изданию EU Today в Брюсселе заявил помощник Президента Азербайджана — заведующий отделом по вопросам внешней политики Администрации президента Хикмет Гаджиев.

    Он отметил, что через Зангезурский коридор будет ежегодно перевозиться 15 миллионов тонн грузов, а строительство азербайджанского участка завершится к 2026 году.

    «Баку будет рад видеть Европейский Союз в этом новом транспортном узле», — подчеркнул помощник президента.

  • İşğal zamanı Laçına nə qədər ziyan dəyib? – Məbləğ açıqlandı

    “Bu gün Laçın rayonunun Ermənistan silahlı qüvvələrinin işğalından azad edilməsinin növbəti ildönümüdür. 1992-ci il mayın 18-də Ermənistan silahlı qüvvələri tərəfindən işğal olunan Laçın rayonu Vətən müharibəsində əldə etdiyimiz qələbə nəticəsində imzalanmış Üçtərəfli Bəyanata əsasən, 2020-ci ilin 1 dekabr tarixində Azərbaycana təhvil verildi. 28 illik Ermənistan işğalı nəticəsində Laçın rayonuna səkkiz milyard dollardan çox ziyan dəyib. Laçın şəhərinin işğaldan azad olunması Azərbaycanın müasir tarixinin ən strateji hadisələrindən hesab olunur”.

    Bunu Milli Məclisin deputatı Vüqar Bayramov sosial şəbəkə hesabında yazıb.

    Deputat bildirib ki, 30 illik Ermənistan işğalı nəticəsində dağıdılan şəhər və kəndlərimiz Azərbaycan Prezidentinin rəhbərliyi ilə yenidən qurulur və inkişaf edir:

    “Zəfərdən keçən qısa zamanda Qarabağ və Şərqi Zəngəzurda intensiv məskunlaşmaya start verildi. Gələn ilin sonuna qədər azad olunmuş ərazilərdə 140 min sakinin məskunlaşması planlaşdırılır.

    Bərpa və quruculuq mərhələsinə qədəm qoyan Laçın rayonu iqtisadi cəhətdən böyük potensiala malik bölgələrimizdən hesab olunur. Rayonun həm böyük turizm potensialı, həm də aqrar, eləcə də sənaye sektorunda müqayisəli üstünlükləri var. Təbii ehtiyatları ilə fərqlənən rayonda emaledici sənaye üzrə istehsalın təşkili mümkündür. Laçın rayonu ərazisində ümumi ehtiyatları 1 124 ton olan üç civə, ehtiyatları 4.457 mln ton olan və əhəng istehsalına yararlı Laçın əhəngdaşı, ehtiyatları 2 533 min kubmetr olan və istismara cəlb edilən üzlük daşı istehsalına yararlı Hoçaz mərmərləşmiş əhəngdaşı, mişardaşı istehsalına yararlı iki tuf, iki əlvan bəzəkdaşı, vulkan külü və digər təbii sərvətləri var. Bununla yanaşı, meyvəçilik, tütünçülük, üzümçülük, taxılçılıq, arıçılıq inkişaf etmiş sahələrdən hesab olunurdu.

    Çoxsaylı təbii ehtiyatları ilə yanaşı, Laçın, həmçinin böyük aqrar və turizm potensialına malikdir. Bu isə o deməkdir ki, tezliklə Laçın nəinki Şərqi Zəngəzurda, bütövlükdə ölkəmizdə iqtisadi gücünə görə seçilən rayonlarımızdan olacaq”.

  • Yeməkdən dərhal sonra çay içmək olmaz – Yan təsiri var

    Çay dünyanın ən populyar içkilərindən biridir və onun müxtəlif növlərinin faydaları haqqında çoxsaylı araşdırmalar mövcuddur. Lakin çayın istifadəsi bəzən çox xoşagəlməz yan təsirə səbəb ola bilər.

    Qaynarinfo verywellhealth.com-a istinadən xəbər verir ki, çaydakı birləşmələr dəmirin mənimsənilməsinə mənfi təsir göstərir və mövcud məlumatlara görə, bağırsaqda dəmirin mənimsənilməsini 90%-ə qədər azalda bilir.

    Bəs səbəb nədir?

    Polifenollar: Çay polifenollarla zəngindir, onlar sağlamlıq üçün faydalıdır, amma eyni zamanda bitki mənşəli məhsullardakı (non-hem) dəmirin mənimsənilməsini azaldır.

    Taninin (polifenolların bir növü) rolu ondadır ki, o, bitki mənşəli dəmir ilə birləşərək bağırsağın parçalaya bilmədiyi və mənimsəyə bilmədiyi molekullar yaradır və bu da dəmirin mənimsənilməsini məhdudlaşdırır.

    Hansı çay növləri dəmirin mənimsənilməsinə təsir göstərir?

    Əslində bütün çay növləri polifenollar ehtiva edir və buna görə də dəmirin mənimsənilməsinə təsir edə bilir. Hətta bitki və dərman çaylarında da polifenollar çox olduğu üçün təsir eynidir.

    Yaşıl çay: Müşahidə araşdırmaları göstərir ki, yaşıl çayın daha çox qəbulu dövr edən ferritinin aşağı səviyyəsi ilə əlaqəlidir. Aşağı ferritin dəmir çatışmazlığına işarə edir.

    Fermentləşdirilmiş qara çay: Araşdırmalar fermentləşdirilmiş qara çayın dəmir xloridinin və ya dəmir sulfatının mənimsənilməsini 60-90% azaltdığını göstərir. Dəmir sulfat dəmir əlavələrinin daha yaxşı sorulan və daha yaxşı dözümlənən forması sayılır.

    Riskləri artıran nədir?

    Mütəmadi olaraq yemək zamanı çay içmək dəmir çatışmazlığı riskini yüksəldir. Bir araşdırmada çay içmək həm dəmirçatışmazlığı anemiyası olan, həm də olmayan qadınlarda zənginləşdirilmiş məhsullardan dəmirin mənimsənilməsini 85%-dən çox azaldıb. Digər tədqiqatlar göstərir ki, çay dəmir sulfatı və ya dəmir fumaratı ilə zənginləşdirilmiş buğda çörəyindən dəmirin mənimsənilməsini 56-72% azaldır.

    Əgər çayı sevirsinizsə, onu yeməkdən və dəmir əlavələrindən ayrı qəbul edin. Xüsusilə, çayla qida və ya dəmir preparatları arasında 60 dəqiqəlik fasilə saxlamaq tövsiyə olunur, çünki çayın maneə törədən təsiri təxminən bir saatdan sonra aradan qalxa bilər.

    Araşdırmalar göstərir ki, çayı yeməkdən və ya dəmir əlavələrindən bir saat əvvəl içmək dəmirin mənimsənilməsini iki dəfə artırır. Eyni araşdırmalar çayın yeməkdən bir saat sonra içildikdə dəmirin mənimsənilməsinin bir yarım dəfədən çox yüksəldiyini göstərib.

    Lakin qidanın həzm traktından keçmə sürəti fərdindən asılı olaraq dəyişdiyinə görə dəmirin mənimsənilməsinə fərqli təsir göstərə bilər.