Month: December 2025

  • Bəzi ərazilərdə yağıntılı hava şəraiti müşahidə olunur – FAKTİKİ HAVA

    Azərbaycanın bəzi ərazilərində yağıntılı hava şəraiti müşahidə olunur.

    Bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb.

    Bildirilib ki, dekabrın 1-i saat 19:00-a olan məlumata əsasən, Şahbuz, Naxçıvan, Daşkəsən, Gədəbəy, Göygöl, Gəncə, Şəmkir, Naftalan, Goranboy, Mingəçevir, Tərtərdə arabir yağış yağır.

    Yevlax, Sabirabad, Zərdab, Şərur, Sədərək, Şamaxı, Qobustan, Balakəndə duman müşahidə olunur. Dumanda görünüş 200 metrədək məhdudlaşır.

  • Mayor Şahin Quliyevə HÖKM OXUNDU – Rüşvət alıbmış

    Azərbaycan Ordusunun Təlim və Tədris Mərkəzinin (TTM) Tibb Xidmətinin sabiq rəisi, mayor rütbəsində xidmət etmiş Şahin Quliyevin barəsində rüşvət alma ittihamı ilə bağlı Dövlət Təhlükəsizliyi Xidmətində (DTX) başlanılmış cinayət işi üzrə yekun məhkəmə iclası keçirilib.

    Bakı Hərbi Məhkəməsində hakim Bilal Məmmədovun sədrliyi ilə keçirilən iclasda hökm oxunub.

    Məhkəmənin hökmü ilə Şahin Quliyev 4 il müddətinə azadlıqdan məhrum edilib.

    Qeyd edək ki, Azərbaycan Ordusunun Təlim və Tədris Mərkəzinin (TTM) Tibb Xidmətinin sabiq rəisi Şahin Varis oğlu Quliyev DTX tərəfindən saxlanılmışdı.

  • Bakıda rejissorun çantası oğurlandı – Çəkdiyi filimlər də…

    Bakıda rejissorun çantasını oğurlayan şəxsə hökm oxunub.

    Qaynarinfo-nun məlumatına görə, 1985-ci ildə Bakı şəhərində anadan olmuş Nəcmuddin Maqantayev barəsində Cinayət Məcəlləsinin 177.1-ci maddəsi ilə cinayət işinə məhkəmədə baxılıb.

    Məlum olub ki, Nəcmuddin Maqantayev Səbail rayonunda yerləşən Sahil bağı yaxınlığında metal qablar yığmaqla məşğul olub. Bu zaman parkın içərisində, fəvvarənin yanında sahibsiz belə bağlanan çanta (barsetka) görüb və onu götürüb. O, bununla zərərçəkmişə 3276 manat məbləğində ziyan vurub.

    Məlum olub ki, təqsirləndirilən şəxsin oğurladığı çanta “Azərbaycan Kənd Həyatı” , “Sweet Village” , “Wilderness Cooking” adlı lahiyələrdə rejissor kimi çalışmış Murad Hüseynova məxsus olub. O, həmin vaxt parkda olan fəvvarənin kənarındakı daş örtüyünün üzərində oturub və özünə məxsus bel çantası da yanında olub. Bir qədər sanitar qovşağa gedib və çantabnı götürməyi unudub. Bir neçə dəqiqə sonra geri qayıtdıqda çantanın qoyduğu yerdə olmadığını görüb.

    55 manat dəyərində “EVVY” markalı bel çantasının içərisində 3000 manat dəyərində “iPhone 14 pro” markalı, üzərində 10 manat dəyərində qoruyucu örtük olan mobil telefon, 80 manat dəyərində “iPhone” markalı adapter, 40 manat dəyərində “Samsung” markalı adapter, 88 manat nağd pul və cib ləvazimatları olub.

    Murad Hüseynov telefonun oğurlanması nəticəsində yalnız maddi deyil, peşəkar fəaliyyətinə də ziyan dəydiyini deyib. O, hadisədən sonra vəzifə öhdəliklərini yerinə yetirə bilmədiyi üçün əmək münasibətlərinə xitam verildiyini deyib və bu isə gəlir itkisinə, borclanmasına və mənəvi çöküşünə səbəb olub. Çəkdiyi filmlərə dair vacib video sujetlər sözügedən telefonda olub.

    Məhkəmənin hökmü ilə Nəcmuddin Maqantayev 8 ay 27 gün müddətinə azadlıqdan məhrum edilib.

  • Bakıda evdən meyit tapıldı

    Bakıda evdən meyit tapılıb.

    Oxu.az-ın məlumatına görə, meyit Binəqədi rayonu, Sulutəpə qəsəbəsi, R.Allahverdiyev küçəsində yerləşən nömrəsiz fərdi yaşayış evində aşkarlanıb. Mənzildən təxminən 65-70 yaşlı naməlum kişi cinsli şəxsin üzərində heç bir xəsarət və zorakılıq izi olmayan meyiti tapılıb.

    Faktla bağlı rayon prokurorluğunda araşdırma aparılır.

  • Sabunçuda 11 il əvvəl törədilmiş cinayət hadisəsinin üstü açılıb

    Sabunçu Rayon Prokurorluğu və Rayon Polis İdarəsinin əməkdaşları tərəfindən həyata keçirilən istintaq və əməliyyat-axtarış tədbirləri nəticəsində 11 il əvvəl, 2014-cü ilin noyabr ayında 1977-ci il təvəllüdlü Namiq Naib oğlu Hənifənin qəsdən öldürülməsi müəyyən olunub.

    Bu barədə Baş Prokurorluq və Daxili İşlər Nazirliyinin birgə məlumatında deyilir.

    Həyata keçirilən tədbirlərlə 1990-cı il təvəllüdlü, Azərbaycan vətəndaşı Hüseyn Gülağa oğlu Cəfərovun ictimai təhlükəli əməlin qarşısının alınması üzrə ictimai borcunu yerinə yetirən Namiq Hənifəyə bıçaqla xəsarətlər yetirərək öldürməsinə əsaslı şübhələr müəyyən olunub.

    Qeyd olunub ki, Hüseyn Cəfərov dekabrın 1-də Cinayət Məcəlləsinin 126.3 -cü (qəsdən sağlamlığa ağır zərər vurma, ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda) maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb olunub, ona həmin maddədə nəzərdə tutulan ittiham elan edilib, müstəntiqin vəsatəti ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurorun təqdimatı əsasında Sabunçu Rayon Məhkəməsinin qərarı ilə barəsində həbs qətimkan tədbiri seçilib.

    Əvvəlki illərdən bağlı qalmış cinayətlərin açılması Baş Prokurorluq və Daxili İşlər Nazirliyinin daim diqqət mərkəzində saxlanılmaqla bu istiqamətdə işlər davam etdirilir.

  • Azərbaycanda qəribə HADİSƏ: 35 yaşlı kişi elektrik dirəyinə çıxdı, iki rayon İŞIQSIZ qaldı

    Quba və Qusar rayonlarının yarısı işıqsız qalıb. Bunun səbəbi 35 yaşlı kişinin 35 kilovoltluq elektrik dirəyinə çıxması olub.

    Median.Az Bizim.Media-ya istinadla xəbər verir ki, hadisə nəticəsində Qubadan Qusara enerji verən “Quba-1” xəttində enerji təminatı dayandırılıb.

    Hazırda polis və digər aidiyyəti qurumlar şəxslə danışıq apararaq onu yerə düşürməyə çalışırlar.

    35 yaşlı kişinin elektrik dirəyinə çıxma səbəbi hələlik məlum deyil.

  • Vasif Məmmədəliyevin xanımı vəfat etdi

    Mərhum şərqşünas-alim, professor Vasif Məmmədəliyevin həyat yoldaşı Qumru Əliyeva vəfat edib.

    Q.Əliyeva ötən gün uzunsürən xəstəlikdən sonra dünyasını dəyişib.

    Mərhumun üç mərasimi sabah “Təzəpir” məscidində təşkil olunacaq.

    Qeyd edək ki, Qumru Əliyeva Sovet dönəmində kənd təsərrüfatı naziri olan Teymur Əliyevin qızıdır.

    Xatırladaq ki, Vasif Məmmədəliyev 2019-cu ildə 77 yaşında dünyasını dəyişmişdi.

    ///Teleqraf

  • Azərbaycanda kimlər erkən pensiya hüququ qazana biləcək?

    Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Nazirlər Kabinetinin “Əmək pensiyalarının təyin edilməsi, hesablanması, yenidən hesablanması, bir növdən başqa növə keçirilməsi və ödənilməsi Qaydası”nda edilən yeni dəyişikliklə bağlı izah verib.

    Bu barədə nazirlik məlumat yayıb.

    Belə ki, yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə çalışan şəxslərə erkən dövrdə, güzəştli şərtlərlə pensiya təyinatı digər sənədlərlə yanaşı, onun işlədiyi müəssisə üzrə işəgötürən tərəfindən təqdim edilən arayışa əsasən həyata keçirilir.

    Yeni dəyişikliyə əsasən, əgər müəssisənin artıq fəaliyyət göstərməməsi səbəbindən həmin arayışın təqdim edilməsi mümkün olmadıqda, şəxsin işləmiş olduğu peşənin Nazirlər Kabinetinin təsdiq etdiyi “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı”na uyğun olması əsasında onun müvafiq iş dövrü güzəştli iş stajına daxil ediləcək və erkən pensiya hüququ qazanacaq.

    Onun güzəştli sahədə iş stajının hesablanması isə “Əmək və Məşğulluq” altsistemindən əmək müqavilələrinə dair çıxarışda olan qeydə əsasən, digər hallarda əmək kitabçasında olan qeydə və ya dövlət arxivinin arayışına əsasən aparılacaq.

    Həmçinin yeni qərarla qulluq əlavəsi alan və işləməyə davam edən şəxsin əmək pensiyası hesablanarkən əməkhaqqı və ya pensiya kapitalı əsasında hesablanan pensiya məbləğlərindən hansı yüksək olarsa, vətəndaşa həmin məbləğ təyin olunacaq.

    “Əmək pensiyalarının təyin edilməsi, hesablanması, yenidən hesablanması, bir növdən başqa növə keçirilməsi və ödənilməsi Qaydası”nda təkmilləşdirmə və uyğunlaşdırma məqsədilə digər dəyişikliklər də edilib.

  • В Азербайджане появилась купюра в 3 маната?

    Новость о введении в обращение бумажной купюры в 3 маната не соответствует действительности.

    Об этом говорится в ответе Центрального банка Азербайджана на запрос Oxu.Az.

    В пресс-службе Центробанка подчеркнули, что распространяемые сведения не имеют под собой оснований:

    “Призываем граждан получать точную информацию по подобным вопросам только с официального сайта Центрального банка Азербайджана или его официальных аккаунтов в социальных сетях. Напоминаем, что номинальный ряд национальной валюты, выпущенной в обращение ЦБА, включает 7 видов банкнот (1, 5, 10, 20, 50, 100 и 200 манатов) и 6 видов монет (1, 3, 5, 10, 20 и 50 гяпиков). Информация о находящихся в обращении денежных знаках размещена на официальном сайте Центробанка”.

    Также отмечается, что если ЦБА принимает решение выпустить в обращение банкноту нового номинала, общественность заранее уведомляется об этом через официальный сайт.

  • Mərkəzi Bankdan 3 manatlıq əsginaslarla bağlı iddiaya RƏSMİ CAVAB

    “Yeni 3 manat nominallı kağız pul nişanının tədavülə buraxılacağı ilə bağlı xəbərlər həqiqəti əks etdirmir”.

    Bu barədə Oxu.Az-ın Mərkəzi Banka göndərdiyi sorğuya verilən cavabda bildirilib.

    Mərkəzi Bankın Mətbuat Xidmətindən qeyd edilib ki, yayılan xəbərlər həqiqəti əks etdirmir:

    “Vətəndaşları bu kimi məsələlərdə dəqiq məlumatları yalnız Azərbaycan Respublikası Mərkəzi Bankının rəsmi internet səhifəsi və ya rəsmi sosial şəbəkə hesablarından əldə etməyə çağırırıq. Məlumat üçün bildirək ki, Azərbaycan Respublikası Mərkəzi Bankı tərəfindən tədavülə buraxılmış milli pul nişanlarının nominal strukturu 7 ədəd kağız pul nişanından (1, 5, 10, 20, 50, 100, 200 manat) və 6 ədəd metal pul nişanından (1, 3, 5, 10, 20, 50 qəpik) ibarətdir. Tədavüldə olan milli pul nişanlarına dair məlumat Mərkəzi Bankın rəsmi internet səhifəsində yerləşdirilib: https://www.cbar.az/page-28/currency-in-circulation

    Eyni zamanda bildiririk ki, Mərkəzi Bank yeni nominalda pul nişanını tədavülə buraxdıqda öncədən rəsmi internet səhifəsi vasitəsilə ictimaiyyəti məlumatlandırır”.