Month: December 2025

  • Su polisi Xəzər dənizində brakonyerlik edən şəxsi saxladı

    Su Nəqliyyatında Polis İdarəsinin Neftçala Xətt Polis Bölməsinin əməkdaşları tərəfindən ekoloji cinayətlərin qarşısının alınması istiqamətində profilaktik tədbirlər davam etdirilir.

    Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şirvan regional qrupundan verilən məlumata görə, tədbir zamanı qadağan edilən üsul və vasitələrlə qanunsuz balıq ovu ilə məşğul olan R.Musayev saxlanılıb.

    Həmin şəxsdən “Yamaha” mühərrikli motorla təchiz edilmiş qayıq, sintetik tor, ov alətləri, eləcə də qanunsuz olaraq ovlanan müxtəlif növ balıq aşkar edilərək götürülüb.

    Faktla bağlı araşdırma aparılır.

  • Gürcüstandan heyvan idxalına qoyulan məhdudiyyət aradan qaldırıldı

    Ümumdünya Heyvan Sağlamlığı Təşkilatının (ÜHST) rəsmi bildirişlərinə əsasən, region ölkələrinin bir qismində xüsusi təhlükəli yoluxucu heyvan xəstəlikləri üzrə epizootik vəziyyətdə son aylar ərzində sabitləşmə meyilləri müşahidə olunub və xəstəliklərin yayılma dinamikasında azalma qeydə alınıb.

    Bu barədə Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi (AQTA) məlumat yayıb.

    Bundan əlavə, Gürcüstanın Ətraf Mühitin Mühafizəsi və Kənd Təsərrüfatı Nazirliyinin Milli Qida Təhlükəsizliyi Agentliyi tərəfindən təqdim olunmuş rəsmi məlumatda ölkədə həyata keçirilən baytarlıq tədbirləri və monitorinq nəticələrinə əsasən, epizootik durum stabil qiymətləndirilir. Həmçinin baytarlıq-sanitariya tələblərinə tam əməl olunduğu, epizootik vəziyyətin davamlı nəzarətdə saxlanıldığı və xüsusi təhlükəli yoluxucu heyvan xəstəliklərinin yayılması riskinin minimal olduğu barədə rəsmi zəmanət təqdim edilib.

    Bu məqsədlə Qida Təhlükəsizliyi Agentliyi tərəfindən Gürcüstandan damazlıq və yetişdirmə üçün gətirilən heyvanların idxalına tətbiq edilmiş məhdudiyyət 2025-ci il 1 dekabr tarixindən etibarən aradan qaldırılıb.

  • Azərbaycanla Ruanda arasında təhsil sahəsində saziş təsdiqlənib

    “Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyi ilə Ruanda Respublikasının Təhsil Nazirliyi arasında təhsil sahəsində əməkdaşlıq haqqında Saziş” təsdiq edilib.

    Median.Az AZƏRTAC-a istinadən xəbər verir ki, Prezident İlham Əliyev bu barədə Fərman imzalayıb.

    Fərmana əsasən, Saziş qüvvəyə mindikdən sonra Azərbaycanın Elm və Təhsil Nazirliyi onun müddəalarının həyata keçirilməsini təmin etməlidir.

    Azərbaycan Xarici İşlər Nazirliyi Sazişin qüvvəyə minməsi üçün zəruri olan dövlətdaxili prosedurların yerinə yetirildiyi barədə Ruanda Respublikası Hökumətinə bildiriş göndərəcək.

  • Ramiz Mehdiyevin oğlu fövqəladə hallar nazirinin müavini vəzifəsindən azad edildi

    Ramiz Mehdiyevin oğlu general-mayor Teymur Mehdiyev fövqəladə hallar nazirinin müavini vəzifəsindən azad edilib.

    Median.Az xəbər verir ki, bu barədə “Trend”in sorğusuna cavab olaraq Fövqəladə Hallar Nazirliyindən bildirilib.

  • Арестован Мамед Ибрагимли

    В Сабаильском районном суде рассмотрено представление об избрании меры пресечения в отношении советника председателя партии “Народный фронт Азербайджана” (ПНФА) Мамеда Ибрагимли, задержанного в результате операции, проведенной Службой государственной безопасности (СГБ).

    Как передает Oxu.Az, ходатайство было удовлетворено, в отношении М.Ибрагимли избрана мера пресечения в виде ареста сроком на 2 месяца и 15 дней.

    Отметим, что Ибрагимли обвиняется по статье 278.1 (действия, направленные на насильственный захват власти, насильственное изменение конституционного строя государства) Уголовного кодекса АР.

    Напомним, что Мамед Ибрагимли был привлечен к следствию по уголовному делу бывшего главы Администрации Президента Рамиза Мехтиева.

  • Məmməd İbrahimli həbs edildi

    Səbail Rayon Məhkəməsində Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) keçirdiyi əməliyyatla saxlanılan Azərbaycan Xalq Cəbhəsi Partiyası (AXCP) sədrinin müşaviri Məmməd İbrahimli barəsində qətimkan tədbirinin seçilməsi barədə təqdimata baxılıb.

    Təqdimat təmin edilib, M.İbrahimli barəsində iki ay 15 gün müddətinə həbs qətimkan tədbiri seçilib.

    Qeyd edək ki, M.İbrahimliyə Cinayət Məcəlləsinin 278.1 (hakimiyyəti zorla ələ keçirməyə və ya onu zorla saxlamağa, dövlətin konstitusiya quruluşunu zorla dəyişdirməyə yönələn hərəkətlər) maddəsi ilə ittiham irəli sürülüb.

    Xatırladaq ki, M.İbrahimli Prezident Administrasiyasının sabiq rəhbəri Ramiz Mehdiyevin cinayət işi üzrə istintaqa cəlb olunub.
    //oxu.az

  • Охотничий сезон в Азербайджане завершился на фоне понижения уровня воды в Каспии

    Охотничий сезон, который был официально открыт в Азербайджане 10 октября, сегодня завершился.

    Об этом заявила представитель Службы по охране биологического разнообразия Министерства экологии и природных ресурсов Арзу Бабаева.

    По ее словам, с 1 декабря охота на территории страны запрещена:

    “На основе результатов регулярных мониторингов, проводимых совместно с учеными и специалистами, было установлено, что глобальные климатические изменения, наблюдаемые в последние годы, оказали значительное воздействие на фауну нашей страны, что создало необходимость ограничения охотничьего сезона.

    Снижение уровня воды в Каспийском море привело к изменению традиционных мест скопления, отдыха, питания, зимовки и гнездования птиц, а также маршрутов миграции ряда видов.

    В настоящее время мы продолжаем отслеживать природные процессы, и в зависимости от результатов наблюдений будет рассмотрен вопрос о возможности повторного открытия охотничьего сезона”, – добавила представитель службы.

    Арзу Бабаева призвала граждан соблюдать требования законодательства и воздерживаться от незаконной охоты.

  • Xəzərdə su səviyyəsi endi, ov mövsümü BAŞA ÇATDI

    Azərbaycanda oktyabrın 10-dan açıq elan olunmuş ov mövsümü bu gün başa çatıb.

    Bu barədə Bioloji Müxtəlifliyin Qorunması Xidmətinin rəsmisi Arzu Babayeva məlumat verib.

    O bildirib ki, dekabrın 1-dən etibarən ölkə ərazisində ov edilməsi qadağan olunur:

    “Alim və mütəxəssislərlə birgə aparılan mütəmadi monitorinqlərin nəticələrinə əsasən, son illər müşahidə edilən qlobal iqlim dəyişiklikləri ölkəmizin faunasına da təsir göstərdiyindən ov mövsümünün məhdudlaşdırılması zərurəti yaranıb. Xəzər dənizində su səviyyəsinin enməsi quşların ənənəvi toplaşma, istirahət, qidalanma, qışlama və yuvalama yerlərinin, həmçinin bir sıra növlərin miqrasiya marşrutlarının dəyişməsinə səbəb olub. Qeyd olunanlar nəzərə alınaraq, hazırda təbiətdə gedən proseslər izlənilir və nəticələrdən asılı olaraq, ov mövsümünün yenidən açılıb-açılmaması məsələsinə baxılacaq”.

    Xidmət rəsmisi ov mövsümünün bağlı olduğu müddətdə vətəndaşları qanunvericiliyin tələblərinə əməl etməyə və qanunsuz ovdan çəkinməyə çağırıb.

  • Brend malların ölkəyə qanunsuz gətirilməsinin qarşısı alınıb

    Hava Nəqliyyatında Baş Gömrük İdarəsinin əməkdaşları tərəfindən böyük həcmdə kommersiya təyinatlı malların şəxsi istifadə məqsədilə keçirilmə halı aşkarlanıb.

    Bu barədə Dövlət Gömrük Komitəsi (DGK) məlumat yayıb.

    Bildirilib ki, Ankara-Bakı aviareysi ilə gələn sərnişin “Yaşıl dəhliz” buraxılış sistemindən istifadə etməklə kommersiya həcmində olan qızıl-zinət əşyaları və geyimləri ölkə ərazisinə keçirməyə cəhd göstərib. Gömrük əməkdaşlarının risk əsaslı gömrük nəzarəti zamanı sərnişin gömrük yoxlamasına dəvət olunub.

    Vətəndaşın yüklərinə baxış zamanı ona məxsus baqajdan və əl çantasından əvvəlcədən gömrük orqanına bəyan edilməyən ayaqqabı, çanta, üst geyimlərindən ibarət 32 ədəd kommersiya təyinatlı brend məhsullar (“Celine”, “Chanel”, “Hermes”, “Dolce & Gabanna”, “Dior”, “Burberry”, “Louis Vuitton”, “Prada”, “Loro Piano”) və “Bulqari” markalı zərgərlik məmulatları aşkar edilib.

    Aşkar edilən əşyaların ümumi təqribi dəyəri 276 000 manat təşkil edir. Faktla bağlı araşdırma aparılır.

    “Gömrük xidməti bir daha diqqətə çatdırır ki, bir sıra hallarda sosial şəbəkələr vasitəsilə malların satışını həyata keçirən şəxslər tərəfindən ticarət qaydaları əsasında deyil, güzəştli qaydada keçirilməsi üçün müəyyən edilmiş normalardan artıq böyük həcmdə olan malları şəxsi istifadə məqsədi kimi yanlış məlumat verməklə ölkə ərazisinə gətirilməsinə cəhd göstərirlər. Bu növ hallar ölkənin gömrük qaydalarına ziddir və məsuliyyət yaradır”, – deyə məlumatda qeyd edilib.

  • Naxçıvanın səhiyyə naziri İŞDƏN ÇIXARILDI – Vəzifəsi yeni müavinə TAPŞIRILDI – FOTO (Yenilənib)

    Naxçıvan Muxtar Respublikası Ali Məclisi sədrinin birinci müavini Bəxtiyar Məmmədovun imzaladığı sərəncama əsasən, Rəşadət Qurban oğlu Nabatov Naxçıvan Muxtar Respublikasının səhiyyə nazirinin müavini təyin edilib.

    Sərəncama uyğun olaraq yeni nazir təyin olunana qədər səhiyyə nazirinin səlahiyyətlərinin müvəqqəti icrası da Rəşadət Nabatova həvalə olunub.

    Sənəd imzalandığı gündən qüvvəyə minir.

    Fotoda Rəşadət Nabatov


    * * * * *

    Naxçıvan Muxtar Respublikasının səhiyyə naziri Samiq Sadıxov dekabrın 1-də vəzifəsindən azad olunub.

    Naxçıvan Ali Məclisinin bu gün növbəti sessiya iclası keçirilib.

    İclasda Naxçıvan Muxtar Respublikası səhiyyə naziri Samiq Sadıxovun vəzifəsindən azad edilməsi haqqında qərar layihəsi səsə qoyularaq qəbul edilib.