Month: December 2025

  • İordaniya şahzadəsi İlham Əliyevə məktub göndərdi

    İordaniya Haşimilər Krallığının Vəliəhd Şahzadəsi II Əl-Hüseyn bin Abdullah Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə təbrik məktubu göndərib.

    Median.Az President.az-a istinadən məktubun mətnini təqdim edir:

    “Doğum gününüz münasibətilə Sizə ən səmimi təbriklərimi və xoş arzularımı çatdırmaqdan böyük məmnunluq hissi duyuram.

    Zati-alinizə möhkəm cansağlığı, xoşbəxtlik və rifah arzularımı qəbul etməyinizi xahiş edirəm”.

  • Тяжелое ДТП с участием автобуса произошло в Баку: есть погибшие и пострадавшие

    Утром в Гарадагском районе Баку произошло тяжелое дорожно-транспортное происшествие (ДТП) с участием пассажирского автобуса.

    Как передает Oxu.Az, в аварии погибли два человека.

    Как сообщили редакции сайта в Республиканским центре скорой и неотложной медицинской помощи, 25 декабря в 09:00 поступил вызов в связи с вышеупомянутым инцидентом.

    Согласно данным, на место происшествия немедленно была направлена бригада скорой помощи.

    “Медики оказали необходимую медпомощь 9 пострадавшим (4 женщинам, 4 мужчинам и 1 ребенку), их госпитализировали в Клинический медицинский центр. Зафиксирован факт доврачебной смерти двух человек (мужчины и женщины)”, – говорится в информации.

  • Bakıda sərnişin avtobusu qəzaya uğradı: Ölənlər və yaralananlar var

    Paytaxtın Qaradağ rayonunda sərnişin avtobusu qəzaya uğrayıb.

    Median.Az
    xəbər verir ki, bu gün səhər saatlarında baş verən hadisə zamanı iki nəfər ölüb.

    Hadisə ilə bağlı Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzindən Oxu.Az-a verilən məlumata görə, dekabrın 25-də saat 9:00-da Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzinə Qaradağ rayonundan yol-nəqliyyat hadisəsinin baş verməsi səbəbi ilə çağırış qeydə alınıb.

    Qeyd olunub ki, çağırış ünvanına dərhal təcili tibbi yardım briqadası cəlb edilib:

    “Hadisə yerində xəsarət alan 9 nəfərə (4 qadın, 4 kişi və bir uşaq) təcili tibbi yardım briqadası tərəfindən zəruri tibbi xidmət göstərilib və onlar Kliniki Tibbi Mərkəzə hospitalizasiya olunublar. İki nəfərin (kişi və qadın) həkiməqədər ölüm faktı qeydə alınıb”.

  • 3 yaşlı uşaq maşında yanaraq öldü – Siyəzəndə faciə

    Siyəzəndə 3 yaşlı uşaq avtomobildə yanaraq ölüb.

    “Qafqazinfo” xəbər verir ki, hadisə rayonun Böyük Həmyə kəndində qeydə alınıb.

    Məlumata görə, kənd sakini Hüseynağa Bağırova məxsus “VAZ-2107” markalı minik avtomobilində qəfil yanğın baş verib. Nəticədə maşının salonunda olan 3 yaşlı Seyfəl Bağırlı yanaraq həyatını itirib.

    İlkin məlumata görə, hadisə ata avtomobili təmir edərkən baş verib. Belə ki, azyaşlı atasının yanında olub və təmir prosesi zamanı avtomobilin salonuna daxil olaraq orada oturub. Hüseynağa Bağırov qısa müddətlik işini yarımçıq qoyaraq oradan uzaqlaşıb, geri qayıtdıqda isə nəqliyyat vasitəsindən tüstü çıxdığını görüb.

    Atası uşağı xilas etmək məqsədilə dərhal avtomobilin qapısını açsa da, alov daha da güclənib. Nəticədə alovun içində qalan 3 yaşlı uşağın həyatını xilas etmək mümkün olmayıb.

    Faktla bağlı araşdırma aparılır.

  • Xəstəyə baxmaqdan imtina edən həkimi hansı cəza gözləyir? – Vəkil

    Azərbaycanda həkim xəstəyə baxmaqdan imtina edib. Almaniyadan ailəsini ziyarət etmək üçün Mingəçevirə gələn ananın uşağının halı qəfildən pisləşib. Uşağın bədən temperaturu 34 dərəcəyə düşdüyündən körpədə şok yaranıb. Ana uşağını təcili Mingəçevir Şəhər Mərkəzi Xəstəxanasına çatdırıb. Həkim Məqbulə Xəlilova uşağı müayinə etməkdən imtina edib. O, uşağın şəxsiyyət vəsiqəsinin olmadığını əsas gətirib və özəl klinikaya aparmaqlarını istəyib. Bu isə həkimlə xəstə yaxınları arasında söz-söhbətə səbəb olub.

    Bəs hansı halda həkim xəstəyə baxmaqdan imtina edə bilər? Xəstəyə baxmaqdan imtina edən həkimi hansı cəza gözləyir?

    Median.Az-ın məlumatına görə, Müvəkkil Hüquq Mərkəzinin sədri Səməd Vəkilov “Qaynarinfo”ya açıqlamasında bildirib ki, Azərbaycan Respublikasının Konstitusiyasının 41-ci maddəsinə əsasən, hər kəsin sağlamlığını qorumaq və tibbi yardım almaq hüququ var:

    “Əhalinin sağlamlığının qorunması” haqqında Azərbaycan Respublikasının Qanunun 59-cu maddəsinə uyğun olaraq, tibb və əczaçılıq işçiləri öz peşə vəzifələrini lazımi səviyyədə yerinə yetirmədikdə, sağlamlığın qorunması sahəsində vətəndaşların hüquqlarının pozulması hallarında qanuna uyğun olaraq məsuliyyət daşıyırlar. Azərbaycan Respublikasının Cinayət Məcəlləsi bu qisim əməllərə görə cinayət məsuliyyəti nəzərdə tutur. Cinayət Məcəlləsinin 142-ci maddəsində Tibbi xidmətin göstərilməsi qaydalarını pozma əməli cəza təhdidi altında sanksiyalaşdırılıb. 142.1-ci maddədə göstərilir ki, Qanuna və ya xüsusi qaydalara uyğun olaraq şəxsə kömək etməyə borclu olan tibb işçisinin üzrlü səbəblər olmadan tibbi yardım göstərməməsi, yaxud tibb işçisinin işə vicdansız və ya laqeyd münasibəti nəticəsində öz peşə vəzifəsini yerinə yetirməməsi və ya lazımi qaydada yerinə yetirməməsi ehtiyatsızlıqdan şəxsin sağlamlığına az ağır zərər vurulmasına səbəb olduqda – iki ilədək müddətə müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum edilməklə və ya edilməməklə bir ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya bir ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır”.

  • Bu planetdə 1 il 11 saatdır

    Astronomlar kainatın uzaq guşəsində bütün fizika qanunlarına meydan oxuyan yeni planet kəşf ediblər.

    Median.Az “Qafqazinfo”ya istinadən xəbər verir ki, TOI-561 b adı verilən bu ekzoplanet Süd yolu qalaktikasının ən qədim bölgələrindən birində yerləşir. Ceyms Uebb Kosmik Teleskopu (JWST) vasitəsilə əldə edilən son məlumatlar bu planetin ulduzunun amansız istisinə baxmayaraq, milyardlarla ildir öz atmosferini qoruyub saxlaya bildiyini sübut edib.

    Qeyd edək ki, Günəş sistemindən təxminən 280 işıq ili uzaqlıqda yerləşən sözügedən planet öz ulduzuna o qədər yaxındır ki, orada bir il cəmi 10,5-11 saat davam edir.

  • Bəzi stansiyasiyalarda qatarlara “Minik yoxdur” qeydlərinin yazılmasına aydınlıq gətirildi

    Bənövşəyi xətdə sərnişinlərin metropolitendən daha intensiv istifadə etməsi üçün, intervalları azaldaraq müvafiq şərait yaradılması məqsədilə 5-vaqonlu qatarlardan istifadə olunur.

    Median.Az xəbər verir ki, bu barədə “Trend”a “Bakı Metropoliteni” QSC-dən bildirilib.

    Qeyd edilib ki, bənöşəyi xətdə bütün stansiyalar 7 vaqonlu qatarlar üçün hesablanıb və bu səbəbdən həmin stansiyalarda qatarların dayanmayacağı sahələrdə “Minik yoxdur” qeydləri yazılıb.

    “Bu isə sərnişinlərin düzgün yönləndirilməsi, platformada qatara minmək üçün düzgün sahələrdə yerləşməsi və onların rahatlığı üçün atılmış növbəti addımdır”, – deyə qurumdan əlavə edilib.

  • Alyona Əliyeva 5 nömrəli xüsusi internat məktəbindən paylaşım edib (Video)

    Heydər Əliyev Fondunun vitse-prezidenti, IDEA İctimai Birliyinin təsisçisi və rəhbəri Leyla Əliyeva, Bakı Media Mərkəzinin rəhbəri Arzu Əliyeva və Prezident İlham Əliyevin gəlini Alyona Əliyeva 5 nömrəli xüsusi internat məktəbini ziyarət ediblər.

    Bu barədə Alyona Əliyeva “Instagram” hesabında paylaşım edib.

    Median.Az həmin paylaşımı təqdim edir:

  • Ukraynaya yardımın ümumi məbləğini açıqladı

    Avropa İttifaqı (Aİ) Ukraynaya 90 milyard avroluq yeni kredit istisna olmaqla, 193 milyard avro yardım ayırıb.

    Bu barədə Avropa Komissiyasının (AK) prezidenti Ursula fon der Lyayen “X” sosial şəbəkəsində məlumat verib.

    “Biz artıq 193 milyard avro maliyyə, hərbi və humanitar yardım göstərmişik. Yaxın iki il üçün daha 90 milyard avro barədə razılığa gəldik”, – AK rəhbəri yazıb.

  • Лейла Алиева поделилась публикацией со дня рождения Президента Ильхама Алиева (Видео)

    Вице-президент Фонда Гейдара Алиева, основатель и руководитель Общественного объединения IDEA Лейла Алиева поделилась публикацией со дня рождения Президента Азербайджанской Республики Ильхама Алиева.

    Median.Az представляет данную публикацию: