Month: December 2025

  • Leyla Əliyeva Prezident İlham Əliyevin doğum günündən paylaşım edib (Video)

    Heydər Əliyev Fondunun vitse-prezidenti, İDEA İctimai Birliyinin təsisçisi və rəhbəri Leyla Əliyeva Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin doğum günündən paylaşım edib.

    Median.Az həmin paylaşımı təqdim edir:

  • В Грозном состоялось открытие мемориальной плиты в память о жертвах крушения самолета AZAL

    Сегодня в городе Грозный в сквере им. общенационального лидера Гейдара Алиева состоялась церемония открытия мемориальной плиты в память о жертвах крушения пассажирского самолета авиакомпании Azerbaijan Airlines (AZAL), выполнявшего 25 декабря 2024 года рейс Баку – Грозный.

    Как сообщает Median.Az со ссылкой на пресс-службу посольства Азербайджана в РФ, в мероприятии приняли участие посол Рахман Мустафаев, президент авиакомпании AZAL Самир Рзаев, руководитель Администрации главы и правительства Чеченской Республики (ЧР) РФ Галас Таймасханов, представители правительства и парламента ЧР, а также местной азербайджанской общины.

    Самир Рзаев в своем выступлении выразил благодарность главе Чеченской Республики Рамзану Кадырову за принятое решение об установке мемориала.

    На церемонии было отмечено, что установление мемориала именно в сквере имени Гейдара Алиева имеет глубокий символический смысл, так как имя общенационального лидера азербайджанского народа неразрывно связано с идеями государственности и ответственности.

    По его словам, память о трагедии будет, несомненно, служить напоминанием о необходимости беречь мир, человеческую жизнь и доверие между народами: “Она стала тяжелым испытанием для всех нас, оставив глубокую боль в сердцах родных и близких погибших”.

    Данный мемориал станет местом тишины, памяти и уважения, где будут звучать слова скорби и человеческого сопереживания.

  • Qroznıda AZAL təyyarəsinin qəzaya uğraması nəticəsində həlak olanların xatirəsinə memorial lövhə ucaldılıb

    Bu gün Qroznıda, Ümummilli lider Heydər Əliyevin adını daşıyan meydanda 2024-cü il dekabrın 25-də Bakıdan Qroznıya uçan “Azərbaycan Hava Yolları”na (AZAL) məxsus sərnişin təyyarəsinin qəzaya uğraması nəticəsində həlak olanların xatirəsinə ucaldılmış memorial lövhənin açılış mərasimi keçirilib.

    Bu barədə Median.Az Azərbaycanın Rusiyadakı səfirliyinə istinadən xəbər verir.

    Açılış mərasimində Azərbaycanın Rusiyadakı səfiri Rəhman Mustafayev, AZAL prezidenti Samir Rzayev, Rusiya Federasiyası Çeçenistan Respublikası hökumətinin rəhbəri Qalas Taymasxanov, Çeçenistan Respublikası hökuməti və parlamentinin nümayəndələri, eləcə də yerli Azərbaycan icması iştirak edib.

    AZAL prezidenti Samir Rzayev mərasimdə çıxışı zamanı memorial lövhənin ucaldılması qərarına görə Çeçenistan Respublikasının rəhbəri Ramzan Kadırova minnətdarlığını bildirib.

    O qeyd edib ki, memorial lövhənin Heydər Əliyev adına parkda ucaldılması dərin simvolik əhəmiyyətə malikdir. Azərbaycan xalqının Ümummilli lideri Heydər Əliyevin adı dövlətçilik və məsuliyyət ideyaları ilə ayrılmaz şəkildə bağlıdır.

    S.Rzayev vurğulayıb ki, faciənin xatirəsi, şübhəsiz ki, sülhün, insan həyatının və xalqlar arasında etimadı qorumağın zəruriliyini xatırlatmağa xidmət edəcək. Memorial lövhə humanizm, insani mərhəmət və Azərbaycan–Çeçenistan dostluğunun rəmzinə çevriləcək və burada həmişə sükut, xatirə, ehtiram hökm sürəcək.

  • Sabahdan bu ünvanlarda ucuz bazar açılır

    Dekabrın 25-dən etibarən Kənd Təsərrüfatı Nazirliyinin tabeliyində fəaliyyət göstərən “Aqrar Tədarük və Təchizat” ASC-nin təşkilatçılığı ilə Bakının daha yeddi ərazisində və Sumqayıt şəhərində “Kənddən Şəhərə” Yeni il yarmarkaları keçiriləcək. Yeni il və Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü münasibətilə təşkil olunan yarmarkalar Sumqayıt şəhərinin 9-cu mikrorayon ərazisində (köhnə “Şərq bazarı”nın yaxınlığı), Bakıda isə “Əhmədli”, “Xalqlar Dostluğu”, “Neftçilər”, “Qara Qarayev”, “Nəriman Nərimanov”, “Elmlər Akademiyası” və “Azadlıq” metro stansiyalarının yaxınlığında fəaliyyət göstərəcək. “Kənddən Şəhərə” yarmarkaları dekabrın 29-dək davam edəcək.

    Bu barədə Kənd Təsərrüfatı Nazirliyi məlumat yayıb.

    Bildirilib ki, yarmarkaların təşkilində əsas məqsəd fermerlərin satış imkanlarını genişləndirmək, regionlardan gətirilən yerli məhsulları daha çox istehlakçıya çatdırmaq, bayram günlərində vətəndaşların keyfiyyətli, təbii və yerli məhsullara rahat çıxışını təmin etməkdir. Layihə çərçivəsində xüsusilə kiçik və orta fermer təsərrüfatlarında istehsal olunan məhsulların bazara çıxışının təmin olunmasına xüsusi önəm verilir.

    Yarmarkalarda ölkənin 40-a yaxın regionundan iştirak edəcək 160-a yaxın fermer öz təsərrüfatlarında yetişdirdikləri 150-dən artıq çeşiddə məhsulu satışa çıxaracaqlar.

    Qeyd edək ki, təşkil olunan yarmarkalarda fermerlər satış üçün yer, piştaxta, tərəzi və digər zəruri avadanlıqlarla ödənişsiz şəkildə təmin olunurlar.

  • Sumqayıt Texniki Kollecinin 21 illik direktoru işdən çıxarıldı

    Sumqayıt Dövlət Universitetinin nəzdində fəaliyyət göstərən Sumqayıt Dövlət Texniki Kollecinin 21 illik direktoru Mətanət Səfər qızı Piriquliyeva vəzifəsindən azad olunub.

    Məlumatı Elm və Təhsil Nazirliyi yanında Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyindən Xeberle.com-a təsdiqləyiblər.

    Qeyd edək ki, Mətanət Piriquliyeva 2004-cü ildə Təhsil Nazirinin sərəncamı ilə Sumqayıt Dövlət Texniki Kollecinin direktoru təyin edilib.

  • Leyla Əliyeva 5 nömrəli xüsusi internat məktəbindən paylaşım edib (Video)

    Heydər Əliyev Fondunun vitse-prezidenti, IDEA İctimai Birliyinin təsisçisi və rəhbəri Leyla Əliyeva rəsmi “Instagram” hesabında 5 nömrəli xüsusi internat məktəbindən paylaşım edib.

    Median.Az həmin paylaşımı təqdim edir:

  • Azərbaycanda bu şəxslərə uşağa görə hər ay 240 manat verilir – RƏSMİ

    “Valideyn himayəsindən məhrum olmuş uşaqların müəssisəyə yerləşdirilməsi zamanı onların fikirləri, maraqları, etnik mənşəyi, müəyyən dinə və mədəniyyətə mənsubiyyəti, ana dili, təhsili və tərbiyəsi üçün daha əlverişli şərait və yerləşdirmənin uşaq üçün təhlükəsizliyi nəzərə alınır”.

    Bu barədə Baku.ws-in sorğusuna cavab olaraq Sosial Xidmətlər Agentliyindən bildirilib.

    Qeyd edilib ki, eləcə də uşağın sağlamlıq vəziyyəti qiymətləndirilir. Uşaq səhiyyə müəssisələrində müvafiq tibbi müayinələrdən keçirildikdən sonra aidiyyəti üzrə müəssisəyə yerləşdirilir:

    “Uşağın yaşı, sağlamlıq vəziyyəti, istək və mənafeləri, bacarıqları və digər xüsusiyyətləri nəzərə alınmaqla fərdi inkişaf planı tərtib edilir. Fərdi inkişaf planında uşağın emosional və psixoloji vəziyyəti ilə əlaqədar tədbirlər də öz əksini tapır və sosial işçi tərəfindən uşaqlarla mütəmadi iş aparılır.

    Uşaqların qohumlarına qəyyumluğa, himayəyə və qohum olan şəxslər olan himayədar ailəyə verilməsi imkanları araşdırılır, bu mümkün olmadıqda uşağın övladlığa verilməsi üçün prosesə başlanılır.

    Övladlığagötürmə çərçivəsində valideyn himayəsindən məhrum olmuş sağlam uşaqlara görə aylıq 240 manat, 18 yaşınadək əlilliyi olan uşaqlara görə isə 600 manat məbləğində aylıq müavinət ödənilir. Həmin uşaqlar himayədar ailəyə yerləşdirildikdə isə sağlam uşağa görə aylıq ödəniş 355–395 manat, 18 yaşınadək əlilliyi olan uşağa görə isə 500–650 manat təşkil edir. Himayədar ailəyə verilmiş uşaqlara mövsümi geyimin alınması üçün 200 manat məbləğində rüblük müavinət də təyin edilir”.

  • Türkiyədə 8 il axtarışda olan FETÖ-çü qadın yaxalanıb

    Türkiyədə 8 ildir ki, axtarışda olan FETÖ-çü qadın saxlanılıb.

    Bu barədə “TRT Haber” məlumat yayıb.

    Bildirilib ki, FETÖ üzvlərinin fəaliyyətlərinin ifşa edilməsi, qarşısının alınması və onların saxlanılması məqsədilə əməliyyat keçirilib.

    Əməliyyat nəticəsində “silahlı terror təşkilatına üzv olma” maddəsi ilə 8 ildir, axtarışda olan E.Ö. Fəthiyə rayonu ərazisində saxlanılıb.

  • Azərbaycanda növbəti torpaq hərracları keçiriləcək

    Yanvarın 28-də Azərbaycanın regionlarında 7 torpaq müsabiqəsi və 9 torpaq hərracı keçirəcək.

    Median.Az bu barədə İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinə (ƏMDX) istinadən xəbər verir.

    Məlumata görə, hərraclar Dövlət Xidmətinın Sumqayıt, Gəncə, Xaşmaz və Cəlilabad ərazi şöbələrində olacaq. Müsabiqə və hərraclara müxtəlif bələdiyyə orqanlarına məxsus 16 torpaq sahəsi çıxarılacaq.

    Hərraclar barədə ətraflı məlumatı buradan əldə etmək mümkündür.

  • Azərbaycanın Tunisə ixrac etdiyi neftin həcmi məlum oldu

    Cari ilin yanvar- noyabr aylarında Azərbaycandan Tunisə 198,7 milyon ABŞ dolları dəyərində bitumlu süxurlardan əldə olunmuş 370,5 min ton xam neft və neft məhsulları ixrac olunub.

    Median.Az bu barədə Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir.

    Bu göstərici ötən ilin müvafiq dövrünün göstəriciləri ilə müqayisədə dəyər ifadəsində 79,9 milyon ABŞ dolları və ya 28,7, həcm baxımından isə 73,4 min ton və ya 16,5 faiz azdır.

    Ötən ilin ilk 11 ayı ərzində Azərbaycandan Tunisə 278,6 milyon dollar dəyərində 443,9 min ton neft və neft məhsulları ixrac olunmuşdu.

    Onu da qeyd edək ki, cari ilin yanvar–noyabr aylarında Azərbaycandan dünyanın 21 ölkəsinə bitumlu süxurlardan əldə edilən xam neft və neft məhsulları ixrac olunub. İxracın həcmi 22,1 milyon ton, ümumi dəyəri isə 11,5 milyard ABŞ dolları təşkil edib

    Məlumata əsasən, 2024-cü ilin eyni dövrü ilə müqayisədə dəyər ifadəsində bu göstərici 1,8 milyard ABŞ dolları və ya 13,5 faiz azalıb, həcm (fiziki) ifadəsində isə 576 min ton və ya 2,7 faiz artım qeydə alınıb.