Month: December 2025

  • Oğurladığı keçi və qoçu bişirib yedi: Məhkəmə zalında həbs olundu

    Sabunçu rayonu, Maştağa qəsəbəsi, Xanlar yaşayış massivində və Xəzər rayonu, Binə qəsəbəsi, Atçılıq yaşayış massivində qoyun və keçi oğurlayan şəxs həbs olunub.

    Qaynarinfo-nun məlumatına görə, 1986-cı il təvəllüdlü Maştağa qəsəbə sakini Natiq Kərimovun (soyad şərti) Cinayət Məcəlləsinin 177.2.2, 177.2.3 və 177.2.4-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmədə baxılıb.

    Məlum olub ki, o, Xanlar yaşayış massivində yerləşən evin həyətindən dəyəri cəmi 1000 manat təşkil edən bir baş qoçu oğurlayıb.

    Natiq həmçinin Binə qəsəbəsi, Atçılıq yaşayış massivindən 15 qoyun və 5 baş oğurlayıb. Bununla zərərçəkmiş – D.R. adlı fermerə ümumilikdə 9250 manat məbləğində ziyan vurub.

    Natiq oğurluğu qoyun və keçiləri yemək üçün etdiyini deyib. Bildirib ki, bir qoçu oğurlayıb və bişirib yeyib.

    Digər oğurluq zamanı qoyun və keçiləri hamısını oğurlamaq niyyətində olmayıb. Qapını açanda hamısı çıxdığı üçün heyvanları otara-otara aparıb. Sonuncu oğurladığı heyvanlardan bir keçini yeiyb və və digərlərini satıb.

    Məhkəmənin hökmü ilə Natiq 1 il 11 ay 28 gün müddətinə azadlıqdan məhrum edilib. O, dərhal məhkəmə iclas zalından həbs olunub.

  • Qəhvə içmək qanda şəkərin səviyyəsinə necə təsir edir? – Diyetoloqlar 4 amili sadaladı

    Gün ərzində qanda şəkərin səviyyəsi təbii olaraq dəyişir. Lakin diyetoloq Keytlin Bensonun bildirdiyinə görə, insulin müqaviməti və ya diabeti olan insanlarda bu artım daha əhəmiyyətli və uzunmüddətli ola bilər, çünki orqanizm insulinə effektiv reaksiya vermir və ya onu kifayət qədər istehsal etmir.

    Bu barədə “Eating Well” yazır.

    “Yeməkdən sonra hər kəsdə şəkərin səviyyəsi yüksəlir, çünki karbohidratlar qlükozaya parçalanır”, – deyə Benson izah edib.

    Bir çox insanın hər səhər bir, hətta iki fincan qəhvə içmək vərdişi olduğu üçün, gündəlik içkinin hər günün başında qan şəkərinə təsir edib-etmədiyi maraq doğura bilər.

    Diyetoloq Loren Manaker: “İnsanların əksəriyyətində qan şəkəri səviyyəsi gecə aclığından sonra səhər ən aşağı həddə olur və orqanizm karbohidratları həzm edib mənimsədikcə, yeməkdən sonra yüksəlir”, – deyə bildirib.

    Onun sözlərinə görə, qəhvənin özü adətən qan şəkərinin əhəmiyyətli dərəcədə artmasına səbəb olmur. Lakin şəkərli siroplar və bəzi dadlandırıcılar kimi əlavələr qlükoza səviyyəsinin müvəqqəti artmasına gətirib çıxara bilər.

    “Əgər qəhvəni yeməkdən sonra içirsinizsə, qan şəkərinə təsir ehtimal ki, minimal olacaq, xüsusən də yemək zülal və sağlam yağlarla zəngindirsə”, – deyə diyetoloq əlavə edib.

    Qeyd olunur ki, kofeinə qarşı həssas olan və diabetdən əziyyət çəkməyən şəxslərdə də qan şəkərinin digərlərinə nisbətən daha kəskin artması müşahidə oluna bilər. “Qəhvə bəzi insanlarda qan şəkərini yüksəldə bilər, çünki kofein qaraciyəri əlavə qlükoza ifraz etməyə sövq edən hormonları stimullaşdıra bilər”, – deyə Benson bildirib.

    O əlavə edib ki, belə bir effekt insanın kofeinə qarşı həssaslığından və içilən içkinin miqdarından asılıdır.

    Buna görə də, diyetoloqlar qəhvə içərkən qan şəkəri səviyyəsinə təsir edən 4 amili qeyd ediblər:

    1. İstifadə etdiyiniz dadlandırıcının növü

    Son araşdırmalar göstərir ki, gündəlik bir neçə fincan qara qəhvə içmək tip 2 diabetin inkişaf riskinin azalması ilə bağlıdır. Lakin bu, qəhvəyə şəkər və ya süni dadlandırıcılar əlavə edildiyi hallara aid deyil.

    2. Əlavə etdiyiniz qaymağın növü

    Qaymağın bir çox növü var və hər biri qan şəkərinə fərqli təsir göstərə bilər. Tam yağlı süddən hazırlanan qaymaqlar, tərkibindəki təbii laktoza görə çox miqdarda istehlak edildikdə qan şəkərini bir qədər yüksəldə bilər.

    3. Qəhvənin acqarına içilməsi

    “Science Direct” saytında qeyd olunduğu kimi, kofein kortizol, adrenalin və noradrenalin kimi stress hormonlarının ifrazını artırır. Bu hormonlar qaraciyərə qlükoza ehtiyatlarını sərbəst buraxmaq barədə siqnal verir ki, bu da qan şəkərinin qəfil yüksəlməsinə səbəb ola bilər.

    4. İnsanın kofeinə qarşı həssaslığı

    Benson, “Endocrine Abstracts”a istinadən bildirib ki, əgər insan adətən pis yatırsa və ya yüksək stresli işdə çalışırsa, onda kortizol səviyyəsi onsuz da yüksək ola bilər. “Kofein əlavə edilməsi qanda qlükoza artımını daha da gücləndirə bilər”, – deyə o izah edib.

    Qəhvə istehlakı ilə bağlı digər tövsiyələr

    Daha əvvəl UNİAN-ın verdiyi məlumatda əczaçı Dipa Kamdar səhər qəhvəsinin müəyyən dərmanlarla birlikdə qəbul edilib-edilməyəcəyi barədə məlumat paylaşıb. O, kofeinin beş geniş yayılmış dərman qrupu ilə qarşılıqlı təsiri haqqında ətraflı danışıb. Həmçinin qeyd etmişdik ki, səhər qəhvəsi yalnız oyanmağa kömək etmir, həm də sağlamlığı yaxşılaşdıra bilər. Lakin diyetoloqlar xəbərdarlıq ediblər ki, bu içkinin də öz məhdudiyyətləri və mənfi tərəfləri var.

    //qaynar.az

  • Rusiya-Ukrayna müharibəsində daha bir azərbaycanlı həlak oldu

    Rusiya-Ukrayna müharibəsində daha bir azərbaycanlı həlak olub.

    Bu barədə hərbi bloger Tofiq Şahmuradov məlumat yayıb.

    Goranboy rayon sakini Kərimov Dilsuz Haqverdi oğlu Rusiya Müdafiə Nazirliyinin tərkibində hərbi əməliyyatlarda iştirak edib.

    O Rusiya Prezidenti Vladimir Putin tərəfindən “İgidliyə görə” ordeni alıb.

  • AYNA taksilərlə bağlı kvota müəyyən etdi

    Azərbaycan Nazirlər Kabinetinin müvafiq qərarına əsasən, Bakı şəhərinin inzibati ərazi vahidi üzrə taksi minik avtomobilləri ilə sərnişin daşımaları üçün verilən icazələrin əlavələrinin (buraxılış kartlarının) say həddi 25 000 (iyirmi beş min kvota) müəyyən edilir.

    Bu barədə Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi məlumat yayıb.

    Bildirilib ki, kvotanın tətbiqi ilə əlaqədar qanunvericiliyə uyğun olaraq, müvafiq məlumatlandırma təmin edilib. Kvota ilə əlaqədar Bakı şəhərinin inzibati ərazi vahidi üzrə taksi minik avtomobilləri ilə sərnişindaşımaları sahəsində icazə və onun əlavəsi (buraxılış kartı) ilə bağlı müraciət ərizələrinin qəbulu 30 dekabr 2025-ci il tarixində saat 23:59-dək həyata keçiriləcək. Qeyd olunan tarix və vaxtdan sonra təqdim edilən yeni müraciətlərə baxılmayacaq.

    Müraciət edən şəxslərdən xahiş olunur ki, ərizələrini müəyyən olunmuş müddətədək elektron sistem vasitəsilə təqdim etsinlər. Göstərilən vaxta qədər daxil olmuş bütün müraciətlərə qanunvericiliyin tələblərinə uyğun olaraq baxılacaq.

    Müraciət zamanı sistemə yüklənən sənədlərin düzgünlüyü və tamlığının diqqətlə yoxlanılması xahiş olunur. Sənədlərdə aşkar edilən uyğunsuzluqlar müraciətin geri qaytarılmasına səbəb ola bilər. Müraciətin statusunda hər hansı dəyişiklik baş verdiyi halda operativ reaksiya verə bilmək üçün elektron portalda yerləşən şəxsi kabinetin mütəmadi yoxlanılması tövsiyə olunur.

    Elektron qaydada təqdim olunmuş müraciətlər yoxlanıldıqdan və düzgünlüyü təsdiq edildikdən sonra icazələr üzrə dövlət rüsumları ərizəçi tərəfindən 5 (beş) iş günü ərzində ödənilməlidir. Müəyyən olunmuş müddət ərzində ödənişlər həyata keçirilmədiyi təqdirdə müraciətlər ləğv ediləcək.

    Növbəti ilin yanvar ayından etibarən müraciətlərin qeydiyyatı və baxılması kvota sayında yer azad olduqda və növbəlilik gözlənilməklə həyata keçiriləcək. Növbə proseduru ilə bağlı yaxın günlərdə ictimaiyyətə əlavə məlumat veriləcək.

  • 7 ildir münasibətləri pis olan müəllimlər – Küçədə bir-birlərini döydülər

    Naftalan şəhərində küçədə dalaşan müəllimlər barəsində tədbir görülüb.

    “Qafqazinfo”nun əldə etdiyi məlumata görə, hadisə Naftalan şəhəri, İ. Həsənzadə küçəsində baş verib.

    Belə ki, Naftalan şəhər 2 saylı orta məktəbin müəllimi 1980-ci il təvəllüdlü S. Məmmədova (soyadlar şərtidir) ilə həmyaşıdı, Naftalan şəhər Musiqi Məktəbinin müəllimi A. Səfərova arasında küçədə mübahisə düşüb. Daha sonra sözlü mübahisə fiziki şiddətə çevrilib. Onlar bir-birlərinə zərbə endiriblər və yerə yıxılıblar.

    Hər iki müəllim polisə şikayət etdikləri üçün onların barəsində protokol tərtib olunub.

    Məlum olub ki, S. Məmmədova ilə A. Səfərova orta məktəbdə bir sinifdə oxuyublar. Lakin 2018-ci ildə onların münasibəti pisləşib. Hər iki şəxs bir-birini ünvanlarına xoşagəlməz ifadələr işlətməkdə ittiham edib. Hadisə vaxtı orta məktəb müəlliminin oğlu da onun yanında olub.

    İnzibati Xətalar Məcəlləsinin 510-cu (Xırda xuliqanlıq) maddəsi ilə tərtib edilmiş protokol Naftalan Şəhər Məhkəməsinə göndərilib.

    Məhkəmənin qərarı ilə müəllimlər – S. Məmmədova 100, A. Səfərova isə 50 manat cərimə edilərək sərbəst buraxılıb.

  • Qanunsuz çıxarılan 71 nəfər əvvəlki işinə bərpa etdirildi

    Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi Xidməti yanvar-noyabr ayları ərzində işəgötürənlər tərəfindən sosial xarakterli ödənişlər olan 825 min manat vəsaitin işçilərə ödənilməsinin gecikdirildiyini müəyyən edib.

    Görülən tədbirlər nəticəsində həmin vəsait işəgötürənlər tərəfindən işçilərə ödənilib.

    Bu vəsaitin 94 faizi əməkhaqlarından, qalan hissəsi işəgötürənlər tərəfindən ödənilməli olan müavinət və kompensasiyalardan, zərərə görə ödənclərdən ibarət olub.

    Müraciətlərin araşdırılması zamanı Dövlət Əmək Müfəttişliyi Xidməti 71 işçinin əmək müqavilələrinə qanunvericiliyin tələbləri pozulmaqla xitam verildiyini də müəyyən edib.

    Xidmətin qanunvericiliyə əsasən gördüyü tədbirlər nəticəsində həmin işçilər yenidən əvvəlki işlərinə bərpa olunublar.

  • Bu duzdan istifadə asılılıq yaradır

    Çox vaxt acdıqda və ya tələsəndə fast-fudlara və restoran yeməklərinə üstünlük veririk, lakin onlara Çin duzu vurulduğundan həmin qidalardan asılı vəziyyətə düşürük. Xüsusən uşaqların çox sevdiyi çipslərin, hazır kotletlərin, ət suyu tabletlərinin, hazır şorbaların, rəngli yoqurtların tərkibində Çin duzu var. Mütəxəssislərin dediyinə görə, ənənəvi yeməklərin dadını pozan, qida zövqünü dəyişən də elə Çin duzudur.

    Ağızda normal bildiyimiz dörd dad var. Çin duzu onları məhv edərək beşinci umami dadını yaradır. Bu da birbaşa həmin qidalardan, Çin duzu istifadə edilən məhsullardan asılılıq yaradır, daha doğrusu, ağız dadı həmin yeməklərə öyrəşir.

    Elmi adı “mono sodium glutamate” olan Çin duzunun orqanizmə ziyanı var. Sintetik mənşəli olduğuna görə orqanizmdə həll olunmur və buna görə də daxili orqanların funksiyalarını pozur. İlk növbədə qaraciyərin fəaliyyətinə mənfi təsir edir, qan dövranını sürətləndirir və ya birdən-birə aşağı saldığına görə ürək-damar sisteminin fəaliyyətinin pozulmasına və qəfil ürək tutmasına aparıb çıxarır.

    Həmin qidalardan istifadə edən uşaqlarda hiperaktivlik, diqqət əskikliyi və yorğunluq baş verir. Onlarda həmin qidalara asılılıq yarandığı üçün yenidən qəbul edəndə dərhal enerjiyə malik olur və valideynləri yanıldır.

    Həmin asılılıqdan qurtarmaq üçün mütəxəssislər Naxçıvan qaya duzu və ya Himalay duzundan istifadə etməyi məsləhət görürlər.

    Qeyd edək ki, Çin duzundan istifadə edilməsi bir çox ölkələrdə qadağan edilib.

  • Paytaxtın hansı küçələrində sıxlıq var?

    Bakının bir sıra yollarında nəqliyyatın sıxlığı müşahidə olunur.

    Bu barədə Daxili İşlər Nazirliyinin (DİN) Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi (NİİM) məlumat yayıb.

    Hazırda:

    1. Bakı-Sumqayıt şosesi, “Xırdalan” dairəsi istiqamətində;

    2. Alı Mustafayev küçəsi, Ziya Bünyadov prospekti istiqamətində;

    3. Ziya Bünyadov prospekti, Müzəffər Nərimanov küçəsi ilə kəsişmədən “20 Yanvar” metro stansiyası istiqamətində;

    4. Ziya Bünyadov prospekti, Əhməd Rəcəbli küçəsi ilə kəsişmədən Atatürk prospekti ilə kəsişməyə qədər;

    5. Ziya Bünyadov prospekti, Əbdülvahab Salamzadə küçəsi ilə kəsişmədən Əhməd Rəcəbli küçəsi istiqamətində;

    6. Atatürk prospekti, Ziya Bünyadov prospekti istiqamətində;

    7. Koroğlu Rəhimov küçəsi, Ak. Həsən Əliyev küçəsi ilə kəsişmədən Heydər Əliyev prospekti istiqamətində;

    8. Xətai prospekti, Heydər Əliyev prospekti istiqamətində;

    9. Binəqədi şosesi, “Azadlıq prospekti” metro stansiyasından Binəqədi qəsəbəsi istiqamətində;

    10. Bakıxanov küçəsi, İnşaatçılar prospekti ilə kəsişmədən “Dədə Qorqud” parkı istiqamətində;

    11. Dilarə Əliyeva küçəsi, Puşkin küçəsi ilə kəsişmədən Rəşid Behbudov küçəsi ilə kəsişməyə qədər;

    12. Şəmsi Bədəlbəyli küçəsi, “Qış parkı”nın qarşısından Mərkəzi Bank istiqamətində;

    13. 28 May küçəsi, Puşkin küçəsi ilə kəsişmədən Rəşid Behbudov küçəsi ilə kəsişməyə qədər;

    14. Üzeyir Hacıbəyli küçəsi, Azadlıq prospekti ilə kəsişməyə qədər;

    15. Yusif Səfərov küçəsi, mərkəz istiqamətində;

    16. Yusif Səfərov küçəsi, Heydər Əliyev prospekti istiqamətində;

    17. Mikayıl Müşfiq küçəsi, “Badamdar” dairəsindən 20 nörməli məktəb-lisey istiqamətində;

    18. Mikayıl Useynov prospekti, Bayraq Meydanının qarşısından “Azneft” dairəsi istiqamətində;

    19. Neftçilər prospekti, Yusif Səfərov küçəsi istiqamətində;

    20. Neftçilər prospekti, “Azneft” dairəsi istiqamətində;

    21. Niyazi küçəsi, “Azneft” dairəsi istiqamətində sıxlıq müşahidə olunur.

  • Prezident: “Ermənistana sanksiyalar tətbiq edilsəydi, əlbəttə, o, işğala son qoyardı”

    “Bu gün dünyada müxtəlif yerlərdə müharibələr, toqquşmalar, münaqişələr baş alıb gedir. Ya beynəlxalq təşkilatlar, ya böyük nüfuzlu ölkələr dərhal nə edirlər? Sanksiyalar tətbiq edirlər. Əlbəttə ki, sanksiyaların da böyük təsiri var”.

    Median.Az AZƏRTAC-a istinadən xəbər verir ki, bu fikirləri Prezident İlham Əliyev Ağdam şəhərinə köçən sakinlərlə görüşündə səsləndirib.

    Dövlətimizin başçısı qeyd edib:

    “Xüsusilə Ermənistan kimi kiçik və zəngin olmayan, demək olar ki, kasıb ölkəyə əgər sanksiyalar tətbiq edilsəydi, əlbəttə, Ermənistan işğala son qoyardı. Ancaq nəinki sanksiyalar tətbiq edilmədi, əksinə, onlara bəziləri pulsuz silahlar verirdilər, özü də bir milyon dollarlıq yox, milyardlarla dollar dəyərində”.

  • Ильхам Алиев: Мы никогда не можем забыть наших шехидов, жертв Ходжалы, гибель других невинных людей

    Сейчас между Арменией и Азербайджаном идет мирный процесс, и инициаторами этого процесса также были мы. Это все знают и должны знать. Первое предложение поступило от нас, авторами текста мирного договора и всех положений, включенных в него, являемся мы.

    Как сообщает АЗЕРТАДЖ, об этом сказал Президент Ильхам Алиев на встрече с переселившимися в город Агдам жителями.

    “Как мы можем забыть оккупацию?! Как мы можем забыть наших шехидов?! Как мы можем забыть жертв Ходжалы, гибель других невинных людей?! Мы никогда не можем и не должны это забывать”, – подчеркнул глава государства.