Xamenei 2 mindən çox məhkumu əfv etdi

İranın Ali Rəhbəri ayətullah Seyid Əli Xamenei 2 mindən çox məhkumu əfv edib.

Bu barədə İran KİV-ləri yazıb.

Qeyd olunur ki, Xamenei İslam İnqilabının qələbəsinin ildönümü və Şaban aylarının bayramları münasibətilə 2100 məhkumun cəzasını əfv edib və ya yüngülləşdirib.