Month: January 2026

  • Azərbaycanda su sayğacları dəyişdiriləcək

    Azərbaycanda məhəllədaxili və binadaxili su təchizatı sistemləri yenidən qurulacaq və sayğac əsaslı uçot sistemi tətbiq ediləcək.

    Bu, Prezident İlham Əliyevin Sərəncamı ilə təsdiq edilən “Bakı şəhərində və Abşeron yarımadasında su təchizatı, yağış və tullantı suları sistemlərinin təkmilləşdirilməsinə dair 2026−2035-ci illər üçün Dövlət Proqramı”nda öz əksini tapıb.

    Belə ki, 2026−2030-cu illərdə layihə-smeta sənədlərinin hazırlanması və tikinti layihələrinə ekspertiza rəyinin alınması, 20 min yeni sayğacın quraşdırılması, 40 min smart və 70 min mexaniki tipli istismar müddəti başa çatmış sayğacın dəyişdirilməsi və daha sonra isə 45 min yeni sayğacın quraşdırılması, 80 min smart və 165 min mexaniki tipli istismar müddəti başa çatmış sayğacın dəyişdirilməsi planlaşdırılır.

  • Xabi Alonso istefaya göndərildi

    İspaniyanın “Real” (Madrid) komandası baş məşqçisi Xabi Alonso ilə vidalaşıb.

    Bu barədə “kral klubu”nun mətbuat xidməti məlumat yayıb.

    44 yaşlı mütəxəssisin müqaviləsinə qarşılıqlı şəkildə xitam verilib.

    Qeyd edək ki, Xabi Alonso 2025-ci ilin yayından bəri “Real”ı çalışdırırdı. Onun rəhbərliyi altında komanda ötən gün İspaniya Super Kubokunun finalında “Barselona”ya 2:3 hesabı ilə məğlub olub.

  • “Evdə tək”in aktyoru xanıma etdiyi təklifə görə cərimələndi

    “Evdə tək” (“Home Alone”) filmində quldur Marv obrazı ilə tanınan aktyor Daniel Stern inzibati qaydada cərimələnib.

    Median.Az TMZ-yə istinadən xəbər verir ki, 68 yaşlı aktyor Kaliforniya ştatında yerləşən otellərdən birində pullu görüşlə bağlı razılaşma əldə etməyə cəhd göstərib. Hadisəyə hüquq-mühafizə orqanları müdaxilə edib.

    Nəticədə Daniel Stern fahişəliyə təhrik etməkdə ittiham olunub və ona pul cəriməsi tətbiq edilib. Aktyor məsələ ilə bağlı hələlik açıqlama verməyib.

  • Bu ilanlar insanı dişləmədən belə kor edə bilər

    Çox adam hesab edir ki, zəhərli ilanlar öldürmək üçün sancmalıdır. Lakin bir qrup ilan var ki, bunu etmədən də təhlükə yarada bilir. Xüsusilə bəzi kobralar və onların qohumları zəhərlərini üç metrədək məsafəyə püskürtmək qabiliyyətinə malikdir.

    Qaynarinfo “Forbes”ə istinadən xəbər verir ki, əgər zəhəri gözünüzə yönəldilərsə, sancı olmadan belə, təbiətdə ən ağrılı zərbələrdən birini alacaqsınız.

    Bu necə işləyir?

    Evolyusiya bioloqu Skott Trevers izah edir ki, bu kobralar ön dişlərdəki dəyişdirilmiş dəliklərdən əzələ təzyiqi ilə zəhər püskürdür. Kobranın təhlükə hissi varsa, başını kobranın xarakterik duruşunda qaldırır, zəhər vəzilərini əhatə edən əzələləri sıxır və sonra zəhəri üç metrədək məsafəyə püskürdür.

    “Amma bu zəhər adətən sağlam dəri vasitəsilə daxil ola bilmir. Əl və ya ayaqda o, qıcıqlanma və ya su qabarcığı yarada bilər, amma həyat üçün təhlükəli deyil. Təhlükə ondan ibarətdir ki, zəhər selikli qişalara və ya həssas toxumalara düşür – və kobralar da əsasən həmin yerləri hədəf alır”, deyə ekspert izah edir.

    Gözlər

    Gözlə birbaşa təmas ən ciddi nəticəyə malikdir. Bu, ani və güclü ağrı, konyunktivit və kornea zədələnməsinə səbəb ola bilər. Zəhərdən dərhal sonra gözləri yumaq olmazsa, daimi korluq yarana bilər.

    Üz və ağız selikli qişası

    Əgər zəhər ağıza və ya burun dəliklərinə düşərsə, qan dövranına daha sürətlə daxil olur və şişkinlik, ürəkbulanma kimi sistemik simptomlara səbəb ola bilər.

    Araşdırmalar göstərir ki, kobralar zəhəri püskürərkən baş və boyun əzələlərinin hərəkətlərini koordinasiya edərək püskürtmənin trayektoriyasını aktiv şəkildə tənzimləyir. Bu, kobranın zəhəri təsadüfi püskürtmək əvəzinə, onu hədəfə yönəldərək həndəsi naxışlar yaratmasına imkan verir.

    “Çox ilan üçün zəhərin əsas məqsədi ovunu məğlub etmək və öldürməkdir. Lakin püskürən kobralarda zəhərin həm müdafiə, həm də hücum funksiyası olduğu görünür”, deyə Trevers bildirir.

    2021-ci il araşdırması göstərib ki, zəhər püskürtmə qabiliyyəti kobralarda və onların qohumlarında üç dəfə müstəqil olaraq inkişaf edib:

    * Afrika püskürən kobraları (Naja cinsi);
    * Asiya püskürən kobraları (Naja cinsi);
    * Rinhalılar (Hemachatus haemachatus).

    Niyə bu ilanlara diqqət yetirmək vacibdir?

    Adətən insanların püskürən kobra ilə qarşılaşması nadirdir, çünki ilanlar insanlardan uzaq durur. Lakin Afrika və Asiyada, kobraların insanların və ev heyvanlarının yaxınlığında yaşadığı yerlərdə, bu ilanlar real təhlükə yarada bilər:

    Gözlərə zəhər düşməsi güclü ağrı və uzunmüddətli zədələnmə yarada bilər;

    * Zərərin qarşısını almaq üçün dərhal yumaq lazımdır;
    * Təcrübəli baxıcı belə, çox yaxınlaşarsa zəhər püskürməsinin qalıqlarını ala bilər.

    “Püskürən kobralar dünyanın ən zəka dolu müdafiə yeniliklərindən birini inkişaf etdirib: sancmadan zəhərli zərbə vurmaq qabiliyyəti. Konvergent evolyusiya sayəsində bir neçə kobra xətti müstəqil olaraq zəhəri daha hədəf yönümlü və ağrıya fokuslanmış şəkildə təkmilləşdirib – ən həssas hədəfimiz: gözlərimiz”, bioloq yekunlaşdırır.

  • İrandakı iğtişaşların təşkilatçıları edam ediləcək

    Sürətli məhkəmə prosesi nəticəsində İrandakı iğtişaşların təşkilatçılarının ilk qrupu çərşənbə günü edam ediləcək.

    “Unikal” xəbər verir ki, bu barədə İran teleqram kanalları məlumat dərc edib.

    Qeyd olunur ki, bəzi edamlar İslam qanunlarına uyğun olaraq açıq şəkildə həyata keçirilə bilər.

  • Kür−Bakı magistral kəməri əsaslı təmir olunacaq

    2026-2029-cu illərdə Kür−Bakı magistral kəmərinin əsaslı təmiri və bərpası planlaşdırılır.

    Bu, Prezident İlham Əliyevin bu gün təsdiqlədiyi “Bakı şəhərində və Abşeron yarımadasında su təchizatı, yağış və tullantı suları sistemlərinin təkmilləşdirilməsinə dair 2026−2035-ci illər üçün Dövlət Proqramı”nda öz əksini tapıb.

    Sənədə əsasən, Kür−Bakı magistral su kəməri xətti üzrə su təchizatının dayanıqlığının artırılması məqsədi ilə ilkin olaraq layihə-smeta sənədlərinin hazırlanması, daha sonra tikinti layihələrinə ekspertiza rəyinin alınması icrası hədəflənir.

    Həmçinin 2026-2031-ci illərdə Oğuz−Qəbələ−Bakı magistral kəmərinin əsaslı təmiri (qəzalı hissələrinin polad boru ilə əvəzlənməsi) və magistral kəmərin suburaxma qabiliyyətinin bərpası işlərinin aparılması nəzərdə tutulur. İşlər çərçivəsində magistral kəmərin 60 km qəzalı hissələrinin polad borularla əvəz olunacaq.

    İşlərin əsas icraçısı Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyidir.

    Xatırladaq ki, Dövlət Proqramı Bakı şəhəri və Abşeron yarımadasında su təchizatı və tullantı suları sistemləri infrastrukturunun inkişaf etdirilməsi, intensiv yağışlar zamanı subasma risklərinin azaldılması, fasiləsiz və dayanıqlı su təminatının gücləndirilməsi məqsədilə hazırlanıb. Dövlət Proqramı 2026-2035-ci illəri əhatə etməklə iki mərhələdə həyata keçiriləcək. 2026−2030-cu illəri əhatə edən birinci mərhələdə su və kanalizasiya infrastrukturu yenidən qurulacaq. Bu çərçivədə mövcud infrastrukturun əsaslı təmiri və yenilənməsi, yağış sularının idarə olunması və tullantı sularının təkrar istifadəsi üzrə müasir texnologiyaların tətbiqi, “ağıllı su şəbəkələri”nin qurulması və ekoloji təhlükəsizliyin təmin olunması nəzərdə tutulur. Bu mərhələdə, mərkəzləşdirilmiş kanalizasiya sistemi olmayan ərazilərdə yeni infrastruktur yaradılacaq, eləcə də su şəbəkələrində itkilərin aşkarlanması və azaldılması üçün tədbirlər görüləcək. 2031-2035-ci illəri əhatə edən ikinci mərhələdə yeni su anbarlarının və nasos stansiyalarının tikintisi, su təchizatının fasiləsizliyinin təmin olunması və müasir xidmət modellərinin tətbiqi prioritet istiqamətlər kimi müəyyən ediləcək. Bu məqsədlə mövcud su təchizatı və kanalizasiya şəbəkələri daha da genişləndiriləcək, yağış sularının təkrar istifadəsi üçün yeni layihələr həyata keçiriləcək və ətraf mühitin qorunması istiqamətində tədbirlər görüləcək.

  • SMS kodlarını paylaşmayın! – İKTA-dan xəbərdarlıq

    Azərbaycanın telekommunikasiya və poçt xidmətləri üzrə tənzimləyici qurumu İnformasiya Kommunikasiya Texnologiyaları Agentliyi (İKTA) vətəndaşları SMS-lə göndərilən birdəfəlik təsdiq kodları (OTP) ilə bağlı artan dələduzluq halları barədə xəbərdar edir.

    Agentlikdən verilən məlumata görə, son təhlillər göstərir ki, bank və mesajlaşma tətbiqlərinə icazəsiz giriş hallarının əsas səbəbi təhlükəsizlik kodlarının üçüncü şəxslərlə paylaşılmasıdır.

    İKTA bildirir ki, heç bir bank, dövlət qurumu, mobil operator və ya mesajlaşma tətbiqi istifadəçidən SMS kodunu tələb etmir. Belə zənglər və mesajlar dələduzluq məqsədi daşıyır.

    İKTA vətəndaşları aşağıdakı tövsiyələrə əməl etməyə çağırır:

    • Cihazınıza göndərilən kodları (SMS, OTP) heç kimlə paylaşmayın;

    • Şübhəli linklərə daxil olmayın və şəxsi məlumat verməyin (xüsusən sizə e-maillə göndərilən və ya təkidlə məsləhət bilinən);

    • SMS əvəzinə, tətbiq üzərindən ikifaktorlu təsdiqləməni aktiv edin (Two-Step Verification, push bildirişlər və s.);

    • Cihazlarınıza (mobil telefon, planşet, kompüter) naməlum mənbələrdən tətbiqlər yükləməyin;

    • Şübhəli fəaliyyət gördükdə dərhal bank və mobil operatorla əlaqə saxlayın.

    Agentlik bəyan edir ki, təhlükəsizlik yalnız texniki vasitələrlə deyil, həm də sizin diqqət və davranışınızla təmin olunur. Şəxsi məlumatlarınızı qoruyun!

  • Evlərdən oğurluq edənlər saxlanıldı

    Paytaxtın Sabunçu və Binəqədi rayonundakı iki evdə oğurluq edilib.

    Bu barədə DİN-in mətbuat xidmətindən məlumat verilib.

    Bildirilib ki, mənzillərdən 8500 manat dəyərində qızıl-zinət əşyaları, həmçinin 2000 manatlıq noutbuk və qol saatının naməlum şəraitdə oğurlanıb.

    Polis əməkdaşlarının keçirdikləri tədbirlərlə oğurluq əməlini törətməkdə şübhəli bilinən 49 yaşlı R.Quliyeva və əvvəllər məhkum olunmuş 46 yaşlı A.Qəniyev saxlanılıb.

    Araşdırmalar davam etdirilir.

  • Xabi Alonso istefaya göndərildi

    İspaniyanın “Real” (Madrid) komandası baş məşqçisi Xabi Alonso ilə vidalaşıb.

    Bu barədə “kral klubu”nun mətbuat xidməti məlumat yayıb.

    44 yaşlı mütəxəssisin müqaviləsinə qarşılıqlı şəkildə xitam verilib.

    Qeyd edək ki, Xabi Alonso 2025-ci ilin yayından bəri “Real”ı çalışdırırdı. Onun rəhbərliyi altında komanda ötən gün İspaniya Super Kubokunun finalında “Barselona”ya 2:3 hesabı ilə məğlub olub.
    //qaynar

  • Bakı buxtasında ekoloji vəziyyət yaxşılaşdırılacaq

    Bakı buxtasında ekoloji vəziyyət yaxşılaşdırılacaq.

    Oxu.az xəbər verir ki, bu, Prezident İlham Əliyevin təsdiqlədiyi “Bakı şəhərində və Abşeron yarımadasında su təchizatı, yağış və tullantı suları sistemlərinin təkmilləşdirilməsinə dair 2026−2035-ci illər üçün Dövlət Proqramı”nda öz əksini tapıb.

    Sənədə əsasən Bakı şəhərinin qəsəbələrində kanalizasiya sisteminin yenilənməsi, eləcə də Bakı buxtasının və Xocəsən, Qırmızı, Qu və Lökbatan göllərinin ekoloji vəziyyətinin yaxşılaşdırılması nəzərdə tutulur.