Month: January 2026

  • Türkiyəli aktyor vəfat etdi

    Türkiyəli aktyor Koray Ergün 68 yaşında vəfat edib.

    Bu barədə Türkiyə mətbuatı məlumat dərc edib.

    Qeyd olunur ki, Ergün son aylarda səhhətindəki problemlərlə mübarizə aparırdı. Uzun illər Ankara İncəsənət Teatrı (AST) və Ekin Teatrı kimi görkəmli səhnələrdə çıxış edən sənətçi həm teatr əsərlərindəki performansları, həm də film və televiziya seriallarındakı personajları ilə geniş tamaşaçıların rəğbətini qazanıb.

  • “Ambiance MED şikayət etdi: “Green Farm”ın rəhbərinə “stop” qoyuldu

    Əczaçılıq və dərman vasitələrinin dövriyyəsi ilə tanınan “Green Farm” Məhdud Məhsuliyyətli Cəmiyyətinin (MMC) direktorunun ölkədən çıxışına məhdudiyyət qoyulub.

    Qaynarinfo-nun məlumatına görə, Bakı şəhəri, Nizami rayon İcra şöbəsi tərəfindən MMC-nin qanuni təmsilçisi və direktoru Səmidov Afiq Həsənağa oğlu barəsində məhkəməyə müraciət edilib.

    Məlum olub ki, “Green Farm” MMC-nin bioloji fəallığa malik qida əlavələrinin Azərbaycana idxalını təşkil edən “Ambuabce MED” MMC-yə 117.669,52 manat borcu yaranıb.

    Bakı Kommersiya Məhkəməsi 2024-cü ildə sözügedən borcun ödənilməsi üçün “Green Farm” MMC barəsində qərar çıxarıb. “Green Farm” MMC-nin əvvəlki rəhbəri Ayşən Eyvazova tərəfindən icra sənədi üzrə 1800 manat ödəniş edildiyi məlum olub.

    Məhkəmənin hökmü ilə Afiq Səmidovun 2024-cü il tarixli icra sənədi icra olunanadək ölkədən getmək hüququ müvəqqəti məhdudlaşdırılıb.

    Qeyd edək ki, “Green Farm” MMC-nin İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə 26727.32 AZN vergi borcu var. “Ambuabce MED” MMC-nin baş direktoru və qanuni təmsilçisi Əliyeva Elnarə Mədət qızıdır.

    Elnarə Əliyeva

    Elnarə Əliyeva 4 il əvvəl Dövlət Gömrük Komitəsi ilə bağlı iddia ilə gündəmə gəlmişdi. O, idxal etdiyi bioloji fəallığa malik qida əlavələrinin rəsmiləşdirilmə prosesi zamanı gömrük orqanları tərəfindən malın gömrük dəyərinin qanunsuz şəkildə artırıldığını iddia etmişdi. DGK isə xanım sahibkarın iddialarını rədd edərək, onun həqiqətə uyğun olmayan, əsassız iddialar səsləndirməkdə ittiham etmişdi. Açıqlamada qeyd edilmişdi ki, xanım sahibkarın rəhbərlik etdiyi şirkət tərəfindən idxal olunan bioloji fəallığa malik qida əlavələrinin ölkə ərazisində satış qiymətlərinin idxal qiymətlərilə kəskin fərqlənməsi müəyyən edilib.

  • Azad edilmiş ərazilərdə daha 177 mina aşkarlandı

    Azad olunan ərazilərdə yanvarın 5-11-dək 25 tank əleyhinə mina, 152 piyada əleyhinə mina, 636 partlamamış hərbi sursat (PHS) aşkarlanıb və zərərsizləşdirilib.

    Bu barədə Azərbaycan Minatəmizləmə Agentliyi (ANAMA) məlumat yayıb.

    Bildirilib ki, 875,1 hektar ərazi minalardan təmizlənib.

  • Ötən il neçə nəfər əcnəbilərlə evlənib? – Nikah və boşanma sayı

    2025-ci ildə Azərbaycan vətəndaşları ilə əcnəbi və ya vətəndaşlığı olmayan şəxslər arasında 2081 nikah qeydə alınıb.

    Bu barədə “Report”un sorğusuna cavab olaraq Ədliyyə Nazirliyindən məlumat verilib.

    Bildirilib ki, ötən il və ya əvvəlki illərdə Azərbaycan vətəndaşlarının əcnəbi və vətəndaşlığı olmayan şəxslərlə qeydə alınmış 652 nikahının pozulması rəsmiləşdirilib.

    Keçən il 48 min 477 nikah və 20 min 676 boşanma qeydə alınıb. 2024-cü ildə isə ümumilikdə 49 min 498 nikah, 21 min 581 nikah pozulması qeydə alınmışdı.

    2025-ci ildə 6300-dək iş üzrə isə aliment ödənilməyib. Nazirlikdən bildirilib ki, ötən il icraatda olan 142 minədək aliment işindən 47 minədək iş üzrə aliment ödənişləri müəyyən gecikmələrlə həyata keçirilib.

    Xatırladaq ki, 2024-cü ildə icraatda olan 133 minədək aliment işindən 46 minədək işdə müəyyən gecikmələrlə aliment ödənilib. 5000-dək işdə aliment ödənişi təmin olunmayıb.

  • Abşeronda təhlükəli ərazi plana düşdü – Əhaliyə kompensasiya ödəniləcək

    Abşeron rayonunun Məmmədli kəndində, Həsənbəy Ağayev və Ziya Bünyadov küçələrində, “Yanar dağ” Dövlət Tarix-Mədəniyyət və Təbiət Qoruğuna yaxın böyük bir ərazi plana düşüb.

    Buna səbəb həmin ərazinin yaxınlığında yerləşən fərdi yaşayış evlərinin həyətyanı sahələrində metan qazının (CH4) aşkar edilməsi göstərilir.

    Bununla əlaqədar sözügedən istiqamətdə kimin evi, həyətyanı sahəsi varsa, artıq həmin sakinlərdən müvafiq sənədlərin yığılmasına başlanılıb. Məlumata görə plana düşən ərazilərdə hər sota görə sakinlərə yüksək məbləğdə kompensasiya ödənilməsi nəzərdə tutulub.

    Qeyd edək ki, plana düşən ərazilər Böyükşor-Pirşağı yeni avtomobil yolunun ətrafında yerləşir.

    Xatırladaq ki, 27 noyabr 2025-ci ildə Abşeron rayonunun Məmmədli kəndində, Həsənbəy Ağayev və Ziya Bünyadov küçələrində, “Yanar dağ” Dövlət Tarix-Mədəniyyət və Təbiət Qoruğu ərazisinin yaxınlığında yerləşən fərdi yaşayış evlərinin həyətyanı sahələrində metan qazı (CH4) aşkar edilmişdi.

    İlkin olaraq FHN, “Azəriqaz” İstehsalat Birliyi və Abşeron Rayon İcra Hakimiyyətinin mütəxəssislərinin iştirakı ilə ərazidə müayinələr aparılaraq akt tərtib etmişdilər.

    Müayinə zamanı sözügedən ünvanda yerləşən fərdi yaşayış evlərinin bünövrəsinə yaxın olan hissələrində, həyətyanı sahələrində və yaşayış olmayan boş ərazilərdə yer səthində şulf üsulu ilə dəliklər açılaraq cihazlarla ölçmə işləri aparılıb və metan qazı aşkarlanmışdı. Bu səbəbdən mümkün partlayış-yanğın hadisələrinin qarşısının alınması və sakinlərin təhlükəsizliyinin təmin edilməsi məqsədilə “Azəriqaz” İstehsalat Birliyi tərəfindən əraziyə qazın nəqli müvəqqəti olaraq dayandırılmışdı.

    Aparılmış müayinələr zamanı aşkar edilmiş nəticələrin partlayış-yanğın təhlükəli olduğunu nəzərə alaraq, əhalinin və ərazilərin təhlükəsizliyinin təmin edilməsi məqsədilə kompleks araşdırmanın aparılması və zəruri tədbirlərin görülməsi üçün Nazirlər Kabinetinin müvafiq tapşırığına əsasən, FHN, Ekologiya və Təbii Sərvətlər, Elm və Təhsil nazirliklərinin, SOCAR və Abşeron Rayon İcra Hakimiyyətinin nümayəndələrindən ibarət işçi qrup yaradılmışdı.
    //oxu.az

  • Lənkəranda ev yandı

    Lənkəranda ikimərtəbəli evdə yanğın baş verib.

    Bu barədə Fövqəladə Hallar Nazirliyi (FHN) məlumat yayıb.

    Bildirilib ki, hadisə rayonun Cil kəndində qeydə alınıb.

    “Ümumi sahəsi 480 m² (hər mərtəbəsi 240 m²) olan ikimərtəbəli beşotaqlı evin yanar konstruksiyaları yanıb.

    Yaxınlıqdakı tikililər yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb”, – deyə məlumatda qeyd olunub.

  • Bakıda 66 yaşlı kişi dəm qazından boğulub öldü

    Bakıda kişi dəm qazından boğulararaq ölüb.

    1960-cı il təvəllüdlü, Lökbatan qəsəbə sakini Seyfullayev Seyfula İsmayıl oğlu yaşadığı mənzilin hamam otağında çimərkən dəm qazından boğularaq ölüb.

    Fakt üzrə Qaradağ rayon prokurorluğunda araşdırma aparılır.

  • В Таджикистане в драке погиб 15-летний чемпион мира по ММА

    В Таджикистане в результате конфликта между подростками погиб 15-летний чемпион мира по смешанным единоборствам (ММА) Мухаммадали Садуллоев.

    Как передает Median.Az со ссылкой на российские СМИ, об этом сообщили журналистам в национальной Федерации смешанных единоборств.

    По информации федерации, трагедия произошла в ночь на 12 января. Обстоятельства конфликта и место происшествия не уточняются. Тело погибшего доставили на родину спортсмена – в город Куляб, где в этот же день должны пройти похороны.

    Мухаммадали Садуллоев в 2024 году стал чемпионом мира по ММА в своей возрастной категории, а в 2025 году завоевал титул чемпиона Таджикистана.

  • Tacikistanda MMA üzrə dünya çempionu dava zamanı öldürüldü

    Tacikistanda qarışıq döyüş sənəti (MMA) üzrə dünya çempionu, 15 yaşlı Məhəmmədəli Sadulloyev yaşıdları arasında baş verən davada öldürülüb.

    Median.Az “Regnum” agentliyinə istinadən xəbər verir ki, bu barədə ölkənin Milli Qarışıq Döyüş Sənəti Federasiyası məlumat yayıb.

    Məlumata görə, hadisə yanvarın 12-nə keçən gecə olub. Münaqişənin səbəbləri və hadisənin yeri barədə məlumat verilməyib.

    Mərhumun cənazəsi idmançının doğma şəhəri Kulyaba aparılıb və dəfn mərasimi orada keçiriləcək.

    Xəbərdə bildirilir ki, 2024-cü ildə Sadulloyev öz yaş kateqoriyasında MMA üzrə dünya, 2025-ci ildə isə Tacikistan çempionu titulunu qazanıb.

  • Mağazadan araq və siqaret oğurladılar, məhkəmə qarşısına çıxarıldılar

    Neftçala rayonunda mağazadan siqaret və araq oğurlamaqda təqsirləndirilən şəxslərə hökm oxunub.

    Qaynarinfo xəbər verir ki, Neftçala Rayon Məhkəməsində Cinayət Məcəlləsinin 177.2.1 (Oğurluq – qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədildikdə), 177.2.2 (Oğurluq – təkrar törədildikdə) və 177.2.3-cü (Oğurluq – yaşayış sahəsinə, habelə binaya, anbara və ya başqa saxlanc yerlərinə qanunsuz daxil olmaqla törədildikdə) maddələri ilə mühakimə olunan müttəhimlər Namiq Həsənov (şərti) və Nihat Aminov (şərti) müvafiq olaraq 1 il 3 ay və 1 il 1 ay müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilib.

    Onlar oğurluğu Neftçala rayonunda və Mayak qəsəbəsində törədib. Mağazalardan əsasən siqaret, araq və kolbasa oğurlayıblar. Hüquq-mühafizə orqanlarına müraciətdən sonra hər iki şəxs saxlanılıb. Məhkəmə zamanı müttəhimlər verilmiş ittihamlar özlərini təqsirli biliblər.