Month: January 2026

  • İşdən çıxarılan rəisin əvəzinə YENİ TƏYİNAT

    Dövlət Gömrük Komitəsində kadr islahatı aparılıb.

    Oxu.Az xəbər verir ki, bununla bağlı Dövlət Gömrük Komitəsinin sədri Şahin Bağırov müvafiq əmr imzalayıb.

    Əmrə əsasən Biləsuvar Gömrük İdarəsinin rəis əvəzi vəzifəsi Ramin Seyidova həvalə edilib.

    Qeyd edək ki, R.Seyidov bir neçə gün əvvəl Sumqayıt Gömrük İdarəsinə rəis müavini təyin olunan Sənan Şahbəndiyevin vəzifələrini icra edəcək.

  • Naxçıvana 37 sm qar yağıb

    Naxçıvanın Biçənək kəndində qar örtüyünün hündürlüyü 37 sm-ə çatıb.

    Median.Az xəbər verir ki, bu barədə report-a Naxçıvan MR Ekologiya və Təbii Sərvətlər Nazirliyindən bildirilib.

    Belə ki, Biçənək kəndində səhər saatlarında zəif qar yağışı yenidən başlayıb. Təzə yağan qarın hündürlüyü 2 sm, ümumi qar örtüyünün qalınlığı isə 37 sm təşkil edir.

    Həmçinin gecə saatlarından Parağaçay Qar Uçqunu Stansiyasına qar yağır, qarın hündürlüyü 3 sm təşkil edir.

    Qeyd olunub ki, Kükü kəndinə qar yağması dayanıb. Burada təzə qarın hündürlüyü 8 sm, ümumi qar örtüyünün qalınlığı isə 25 sm-ə çatıb.

  • Bakıda 16, rayonlarda 17 dərəcə isti olacaq

    Azərbaycanda yanvarın 11-də havanın əsasən yağmursuz keçəcəyi gözlənilir.

    Bu barədə Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib.

    Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Gecə və səhər bəzi yerlərdə zəif duman, az çiskin olacaq. Şimal-qərb küləyi səhər arabir güclənən cənub-qərb küləyi ilə əvəz olunacaq.

    Havanın temperaturu gecə 3-5, gündüz 11-16 dərəcə isti olacaq. Atmosfer təzyiqi 763 mm civə sütunundan 759 mm civə sütununa enəcək. Nisbi rütubət gecə 80-85 %, gündüz 65-70 % təşkil edəcək.

    Azərbaycanın rayonlarında havanın əsasən yağmursuz keçəcəyi gözlənilir. Bəzi yerlərdə arabir duman olacaq. Qərb küləyi ayrı-ayrı yerlərdə arabir güclənəcək.

    Havanın temperaturu gecə 0-5, gündüz 12-17 dərəcə isti, dağlarda gecə 0-5 dərəcə şaxta, gündüz 7-12 dərəcə isti olacaq.

  • Mahnısına görə məhkəmə qarşısında: 3 ilə qədər həbs tələbi

    Türkiyəli müğənni Mabel Matiz “Perperişan” mahnısının sözlərində ədəbsiz ifadələr yer aldığı iddiası ilə məhkəmə qarşısına çıxarılıb.
     
    Barəsində 6 aydan 3 ilə qədər həbs cəzası tələb olunan sənətçinin işi İstanbul 54-cü Birinci İnstansiya Cinayət Məhkəməsində araşdırılıb. İttihama əsasən, mahnının sözlərində dolayı yolla cinsi məna daşıyan ifadələr var və yaş məhdudiyyəti olmadan yayımlandığı üçün uşaqlar üçün risk yaradır.
     
    Mabel Matiz müdafiəsində bildirib ki, mahnı xalq ədəbiyyatından ilhamlanıb və cinsi məna daşımır. Hakimin mahnının kişi üçün yazılıb-yazılmadığı sualına isə “Hər kəs mahnılarımı hər kəs üçün oxuya bilər” cavabını verib.
     
    Məhkəmə mahnının ədəbsiz olub-olmadığını müəyyənləşdirmək üçün müvafiq qurumdan rəy alınmasına qərar verib. Növbəti iclas 27 mart 2026-cı il tarixinə təyin olunub.//milli.az

  • Bakıda moped və motosiklet oğurluğu edən şəxslər saxlanılıblar

    Binəqədi rayonunda yerləşən evlərdən birinin qarşısından “Tufan M-50” markalı motosikletin oğurlanması barədə polisə məlumat daxil olub.

    Polis əməkdaşlarının həyata keçirdikləri tədbirlərlə cinayət əməlini törətməkdə şübhəli bilinən N.Məmmədzadə müəyyən edilərək saxlanılıb.

    Suraxanı rayonunda da bir nəfərə məxsus mopedi oğurlamaqda şübhəli bilinən İ.Məmmədli polis əməkdaşları tərəfindən saxlanılıb.

    Hər iki faktla bağlı araşdırma aparılır.

    ində moped və motosiklet oğurluğu edən şəxslər saxlanılıblar

    Binəqədi rayonunda yerləşən evlərdən birinin qarşısından “Tufan M-50” markalı motosikletin oğurlanması barədə polisə məlumat daxil olub. Polis əməkdaşlarının həyata keçirdikləri tədbirlərlə cinayət əməlini törətməkdə şübhəli bilinən N.Məmmədzadə müəyyən edilərək saxlanılıb.

    Suraxanı rayonunda da bir nəfərə məxsus mopedi oğurlamaqda şübhəli bilinən İ.Məmmədli polis əməkdaşları tərəfindən saxlanılıb.

    Hər iki faktla bağlı araşdırma aparılır.

  • В Иране убит сын генерала КСИР – ФОТО

    Накануне государственные СМИ Ирана сообщили о гибели Фараджоллы Шуштари, сына одного из командиров Корпуса стражей исламской революции – генерала Нурали Шуштари. Инцидент произошёл в городе Мешхед.

    Об этом сообщает Median.Az со ссылкой на Telegram-канал “Свободный Иран”.

    Агентство Tasnim News, близкое к КСИР, утверждает, что Фараджолла Шуштари погиб “от рук протестующих”. При этом никаких официальных документов или доказательств, подтверждающих эти заявления, представлено не было.

    Несмотря на то что Tasnim напрямую возлагает ответственность на участников протестов, подробности гибели, включая обстоятельства и причины смерти, не раскрываются.

    Отмечается, что Фараджолла Шуштари ранее занимал должность исполняющего обязанности заместителя губернатора провинции Семнан по политическим вопросам и вопросам безопасности.

  • İranda SEPAH generalının oğlu ÖLDÜRÜLDÜ – FOTO

    İranın dövlət mediası İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) komandirlərindən biri olan general Nurəli Şuştarinin oğlu Fərəcullah Şüştarinin ölümü barədə məlumat yayıb. Hadisə Məşhəd şəhərində baş verib.

    Bu barədə Median.Az “Azad İran” “Telegram” kanalına istinadən məlumat yayıb.

    SEPAH-a yaxın olan “Tasnim News” Fərəcullah Şüştarinin etirazçılar tərəfindən öldürüldüyünü iddia edir. Lakin bu iddiaları dəstəkləyən heç bir rəsmi sənəd və ya dəlil təqdim edilməyib.

    “Tasnim” birbaşa məsuliyyəti etirazçıların üzərinə qoysa da, ölümün təfərrüatı və səbəbi açıqlanmır.

    Qeyd olunur ki, Fərəcullah Şüştari əvvəllər Semnan əyalətinin siyasi və təhlükəsizlik məsələləri üzrə qubernator müavini vəzifəsində çalışıb.

  • Nazirlikdən küləkli hava ilə bağlı ƏHALİYƏ MÜRACİƏT

    Milli Hidrometeorologiya Xidmətinin məlumatına görə, yaxın günlər ərzində bəzi ərazilərdə güclü külək əsəcəyi proqnozlaşdırılır.

    Bu barədə Fövqəladə Hallar Nazirliyi (FHN) məlumat yayıb.

    “Bununla bağlı FHN əhaliyə müraciət edərək, müvafiq təhlükəsizlik qaydalarına ciddi əməl etməyə çağırır.

    Belə ki, güclü külək zamanı yüngül konstruksiyalı və müvəqqəti tikililərdən, bina və reklam lövhələrindən uzaq durmaq, elektrik dirəyi və naqillərinin, hündür ağacların altında dayanmamaq tövsiyə olunur. Həmçinin, güclü küləyin baş verən yanğınların söndürülməsi ilə əlaqədar yaratdığı çətinlikləri nəzərə alaraq, küləkli hava şəraitində yanğın təhlükəsizliyi qaydalarına xüsusilə ciddi riayət edilməlidir” – müraciətdə bildirilib.

  • Bu ölkə İlon Maskın çatbotuna girişi blokladı

    İndoneziya süni intellekt (Al) istifadə edərək yaradılan pornoqrafik məzmunu yaymaq üçün istifadə edilə biləcəyindən narahat olaraq İlon Maskın X sosial media platformasındakı “Grok” çatbotunu müvəqqəti olaraq bloklayıb.

    Qaynarinfo xəbər verir ki, ğİndoneziya Rabitə və Rəqəmsal Texnologiyalar naziri Meutya Hafid verdiyi açıqlamada hökumətin cinsi məzmunlu deepfeyklərin razılaşdırılmadan yaradılmasını rəqəmsal məkanda vətəndaşların insan hüquqlarının, ləyaqətinin və təhlükəsizliyinin ciddi şəkildə pozulması kimi qiymətləndirdiyini vurğulayıb.

    Nazirlik həmçinin məsələni müzakirə etmək üçün X nümayəndələrini çağırıb.

    Bundan əvvəl Avropa və Asiyadakı hökumətlər və tənzimləyicilər tətbiqdə cinsi məzmunlu məzmunun yayılmasını pisləyib və bəzi ölkələr araşdırmalara başlayıb. “New Straits Times” qəzetinin məlumatına görə, İndoneziya “Grok”a girişi tamamilə qadağan edən ilk ölkə olub.

    3 yanvarda “Bloomberg” “xAI”ın süni intellekt modeli “Grok”un pornoqrafik məzmun yaratdığını və istifadəçi sorğularına cavab olaraq onu X sosial media səhifəsində yerləşdirdiyini bildirib.

  • Dünyanın ən güclü pasportları: reytinqdə Azərbaycan neçəncidir? (SİYAHI)

    Arton Capital beynəlxalq kompaniyası dünyanın ən güclü pasportlarının reytinqini təşkil edən “Global Passport Power Rank 2026”nı açıqlayıb.

    Median.Az Modern.az-a istinadən xəbər verir ki, dünyanın ən güclü pasportlarının reytinqinə Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) pasportu başçılıq edir.

    İkinci və üçüncü yerlərdə müvafiq olaraq Sinqapur və İspaniya gəlir.

    İlk “10-luq”da daha sonra Belçika, Fransa, Almaniya, İsveç, Niderland, Finlandiya, Lüksemburq sıralanıb.

    Dünyanın ən güclü pasportlarının reytinqində Azərbaycan pasportu 62-ci yerdə qərarlaşıb.

    Ermənistan pasportu 66-cı yerdə gəlir.

    Reytinqdə sonuncu üç yeri bu ölkələrin pasportları tutur:

    100-cü yer: İraq
    101-ci yer: Suriya
    102-ci yer: Əfqanıstan

    Reytinq vizasız səyahət imtiyazlarını və gediş zamanı viza almaq imkanını əhatə edən mobillik indeksi ilə müəyyən edilir. İndeks nə qədər yüksəkdirsə, pasport sahibinin qlobal mobilliyi bir o qədər yüksəkdir.