Türkiyədə kişi başına saç əkimi etdirən zaman ölüb.
Hadisə Trabzonun Ortahisar qəsəbəsində, özəl klinikada baş verib.
Başına saç əkimi zamanı 47 yaşlı Temel Altuntaşın qəfil halı pisləşib. O, dərhal təcili tibbi yardım maşını ilə dövlət xəstəxanasına aparılıb. Lakin görülən tədbirlərə baxmayaraq, onu xilas etmək mümkün olmayıb.
Araşdırma aparılır. /Lent.az
Month: January 2026
-
47 yaşlı kişi saç əkimi zamanı öldü
-
Azərbaycanda zəlzələ oldu
Şamaxı rayonunda zəlzələ qeydə alınıb
Bu barədə Azərbaycan Milli Elmlər Akademiyası nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzi məlumat yayıb.
Bildirilib ki, yerli vaxtla saat 18:55-də qeydə alınan yeraltı təkanların maqnitudası 3.8-ə bərabər olub.
Zəlzələ ocağı 13 kilometr dərinlikdə yerləşib.
Yeraltı təkanlar rayonun bir sıra ərazilərində hiss olunub.
-
AzTU kompüter və başqa avadanlıqların alınması üçün 1.6 milyonluq müqavilə bağlayıb
“Azərbaycan Texniki Universiteti” publik hüquqi şəxsi (AzTU) kompüter avadanlıqlarının satınalınması ilə bağlı müqavilə bağlayıb.
Xidmətlərin icrası “Data Technologies” MMC-yə həvalə olunub.
Satınalmanın ümumi dəyəri 1 684 643 manatdır.
Şirkət təhsil müəssisəsini masaüstü kompüter, monitor, üztanıma əsaslı giriş terminalı və başqa avadanlıqlarla təmin edəcək.
-
Закрыт пролив Дарданеллы
Из-за сильного шторма движение судов в проливе Дарданеллы полностью остановлено.
Как сообщает Median.Az со ссылкой на İHA, из-за неблагоприятных погодных условий отменены паромные рейсы в регионы Бозджаада и Гёкчеада.
Вчера метеорологическая служба предупредила о шторме в Чанаккале, сообщив, что сильный ветер с юга и запада достигнет 50-75 км/ч, а в некоторых местах даже 80-90 км/ч. В связи с погодными условиями в 12:45 было принято решение остановить движение судов как в северном, так и в южном направлениях.
Из-за неблагоприятных погодных условий в северной части Эгейского моря были отменены все рейсы по маршруту Гейикли – Бозджаада и некоторые рейсы по маршруту Кабатепе – Гёкчеада.
-
Çanaqqala boğazı bağlandı
Şiddətli fırtına səbəbindən Çanaqqala boğazında gəmilərin hərəkəti tamamilə dayandırılıb.
Median.Az-ın İHA-ya istinadən verdiyi xəbərə görə, əlverişsiz hava şəraiti səbəbindən Bozcaada və Gökçeada bölgəsinə bərə xidmətləri ləğv edilib.
Dünən Meteorologiya İdarəsi Çanaqqala üçün fırtına xəbərdarlığı edib, cənub və qərbdən gələn güclü küləyin saatda 50-75 kilometrə, bəzi yerlərdə isə hətta saatda 80-90 kilometrə çatacağını bildirib. Hava şəraiti ilə bağlı saat 12:45-də həm şimal, həm də cənub istiqamətlərindən gəmilərin hərəkətini dayandırmaq qərarı verilib.
Şimali Egey dənizindəki əlverişsiz hava şəraiti səbəbindən Geyikli-Bozcaada bütün səfərlər və Kabatepe-Gökçeada marşrutu üzrə bəzi səfərlər ləğv edilib.
-
Azərbaycanda bəzi ərazilərə QAR YAĞIR – Faktiki hava
Yanvarın 10-u saat 17:00-a olan məlumatına əsasən ölkə ərazisinin bəzi yerlərində yağıntılı və küləkli hava şəraiti davam edir. Dağlıq ərazilərdə qar yağır.
Bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb.Bildirilib ki, Sədərək, Naftalan, Goranboy, Gəncə, Şəmkir, Tovuz, Balakən, Zaqatala, Oğuz, Qəbələ, İsmayıllı, Xaçmaz, Yevlax, Göyçay, Bərdə, Tərtər, Kürdəmir, Mingəçevir, Lənkəran, Astara, Qobustan, Şamaxıda yağış, Şahbuz, Daşkəsən, Gədəbəy, Göygöl, Qax, Kişçay (Şəki), Qrız (Quba), Laza (Qusar), Şahdağda isə qar yağır.
Bir sıra ərazilərdə şimal-qərb küləyi əsir, küləyin maksimal sürəti Gəncədə 20, Goranboyda 19, Ağstafa, Naftalanda 18, Bakıda və Abşeron yarımadasında 17, Şəmkirdə 16, Kəlbəcərdə 15 m/s-dək güclənir.
-
Bakıda ili köhnə olan avtobuslar nə vaxt yenilənəcək? (VİDEO)
İli köhnə avtobuslar… Bəziləri standartlara cavab vermir, bəziləri isə saz vəziyyətdə deyil…
Ötən il qəbul edilən qərara əsasən, taksi xidmətində fəaliyyətinə icazə verilən avtomobillərin istehsal ili yeni olmalıdır. Bu qərar komfort və təhlükəsizliyə görə qəbul edildi.Bəs marşrut avtobusları üzrə də belə bir addım atıla bilərmi?
Nəqliyyat məsələləri üzrə ekspert Elməddin Muradlı deyir ki, bu ildən “Burutto” müqaviləsi qüvvəyə minir. Yəni daşıyıclara dəstək göstəriləcək. Lakin prosesin bu il ərzində yekulaşması qeyri-mümkündür. Eləcə də ayrılacaq maddi dəstəyin məbləği yetərli olmalıdır:
Məsələ ilə bağlı Yerüstü Nəqliyyat Agentliyindən bildirilib ki , ötən il Bakıya 290-dan artıq avtobus gətirilib. Ölkə üzrə isə 800-dən artıq avtobusun yenilənməsi həyata keçirilib. Paytaxtda hər il təxminən 400, Sumqayıt və Abşeronda 100 yeni avtobusun alınması və daşımalara cəlb edilməsi gözlənilir. Avtobusların yenilənməsi mərhələli qaydada davam edəcək.//Xəzər TV
-
Abşeronda böyük REYD: 82 dilənçi və 37 motoxuliqan saxlanıldı – Video

Abşeron Rayon Polis İdarəsi ərazi Polis Bölmələrinin əməkdaşları ilə birgə hüquqpozmalara qarşı növbəti əməliyyat və profilaktik tədbirlər keçirib.
Tədbirlər zamanı narkotik maddələrin qanunsuz dövriyyəsi ilə əlaqədar 3 fakt aşkarlanıb.Müxtəlif cinayətlər törətməkdə şübhəli bilinən və digər səbəblərdən axtarışda olan 21 nəfər saxlanılıb, “isti izlərlə” 26 cinayətin üstü açılıb. Qanunsuz küçə ticarəti, avaralıq və dilənçiliklə bağlı 82, xırda xuliqanlıq və xırda talama hadisələri ilə əlaqədar 38 fakt aşkarlanıb. Tütün məmulatlarından istifadə normalarına əməl etməyən və məişət tullantılarını urnalardan kənara atan şəxslər də müəyyən edilərək barələrində inzibati protokollar tərtib edilib. Həmçinin, profilaktik tədbirlərlə vətəndaşlarda olan odlu silah-sursatlar və ov tüfənglərinin polisə könüllü təhvil verilməsi təmin edilib.
Abşeron RPİ DYPŞ-nin əməkdaşlarının keçirdikləri tədbirlər zamanı isə spirtli içki və narkotikin təsiri altında avtomobil idarə edən 6, nəqliyyat vasitəsinin konstruksiyasında dəyişiklik edən 11 sürücü barəsində inzibati tənbeh tədbirləri görülüb.
Gecə saatlarında Abşeron rayon sakinlərin rahatlığını pozan, yüksək səs effekti yaradan 37 motoxuliqan və məişət səsküyü qaydalarını pozan 27 şəxs barəsində inzibati tədbir görülüb.
Polis Abşeron rayonunda qeyd edilən istiqamətlərdə profilaktik tədbirləri davam etdirir.
-
İranda etirazlar zamanı ölənlərin sayı artır
Son bir həftə ərzində İranda ən azı 217 etirazçı həlak olub, ölümlərin əksəriyyəti açılan atəş nəticəsində baş verib.
Median.Az “Report”a istinadən xəbər verir ki, bu barədə “Time” səhiyyə sahəsindəki mənbələrə istinadən bildirib.
Qeyd olunub ki, ölənlərin çoxu gənclərdir. Tehranın şimalında polis məntəqəsi yaxınlığında təhlükəsizlik qüvvələrinin etirazçılara pulemyotla atəş açdığı yerdə bir neçə nəfər öldürülüb.
Vaşinqtonda yerləşən və yalnız şəxsiyyəti müəyyən edilmiş qurbanların sayını açıqlayan “Human Rights Activist News Agency” informasiya agentliyi etirazların başlanmasından bəri ən azı 63 nəfərin öldüyünü bildirib.
İran hüquq-mühafizə təşkilatı “Hrana” isə ən azı 65 qurban olduğunu, bunların 7-nin yetkinlik yaşına çatmamış şəxslər olduğunu bildirib.
Ümumilikdə bu müddət ərzində 31 əyalətin 180 şəhərində, xüsusilə ən böyük şəhərlər olan Tehran, Məşhəd, Təbriz, Şiraz, Abhar, Zahedan və Kərəcdə etirazlar qeydə alınıb.
Ölkədə internet bağlanıb, bu da məlumatların əldə olunmasını məhdudlaşdırıb.







