Month: Yanvar 2026

  • Ət bazarında canlanma: Qiymətlər UCUZLAŞACAQ? (Video)

    Bəzi heyvan bazarları açılıb, Gürcüstandan diri heyvan idxalı və tranzitinə qoyulan qadağa ləğv edilib.

    Median.Az Xəzər TV-yə istinadən xəbər verir ki, qəssabların sözlərinə görə, bazarların açılması onların işini asanlaşdırıb. Amma, hazırda bazarda qiymətlərin nə enməsi, nə də qalxması müşahidə edilir.

    Ekspertlər bu addımın qiymətlərin sabit qalmasına kömək edəcəyini bildirirlər. Bununla yanaşı, uzunmüddətli sabitlik üçün yerli istehsalın artırılmasının vacibliyi də vurğulanır.

    O da əlavə edilib ki, subsidiya proqramlarının tətbiqinin genişləndirilməsi qiymətlərin enməsinə səbəb ola bilər.

  • Azərbaycanda 2026-cı ilin ilk körpəsi dünyaya gəlib

    2026-cı ildə Azərbaycanda ilk uşaq Naxçıvanda dünyaya gəlib.

    Dekabrın 31-dən yanvar ayının 1-nə keçən gecə, saat 00:01-də Naxçıvan şəhər sakinləri Gülməmmədovlar ailəsində oğlan uşağı anadan olub.

    2.6 kq çəkidə doğulan uşaq tam sağlamdır.

    Uşaq keysəriyyə yolu ilə dünyaya gəlib.

  • Leyla Əliyeva Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il münasibətilə paylaşım edib (FOTO)

    Heydər Əliyev Fondunun vitse-prezidenti, IDEA İctimai Birliyinin təsisçisi və rəhbəri Leyla Əliyeva Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il münasibətilə paylaşım edib.

    Paylaşımda deyilir:

    “Əziz dostlar!

    Sizi Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il münasibətilə ürəkdən təbrik edirəm! Sizə xoşbəxtlik, möhkəm cansağlığı, ən ülvi arzularınızın gerçəkləşməsini və nur arzulayıram.

    Qoy hər birinizin qəlbində xeyirxahlığa və insanlığa inam yaşasın. Arzulayıram ki, xeyir və xeyirxahlığın heç bir təmənna güdmədən başqalarına ünvanlanmasına inanasınız, çünki o işığın nuru mütləq sizə geri qayıdacaq. Xüsusilə bütün uşaqları təbrik etmək istəyirəm. Uşaqlar saf, səmimi və güclüdürlər. Onları nə qədər çox dəstəkləsək, tərifləsək, sevsək və ruhlandırsaq, bir o qədər mərhəmətli, özünə inanan və işıqlı şəxsiyyətlər yetişdirə bilərik.

    Qoy Allah hamını qorusun. Hər birinizə minnətdaram. Yeni il sizə harmoniya və sevgi gətirsin”.

  • İlham Əliyev Kuba liderini təbrik edib

    Azərbaycan Prezidenti İlham Əliyev Kuba Prezidenti Migel Dias-Kanel Bermudesə təbrik məktubu ünvanlayıb.

    Median.Az President.az-a istinadən xəbər verir ki, təbrik məktubunda deyilir:

    “Hörmətli cənab Prezident,

    Kuba Respublikasının milli bayramı – Azadlıq Günü münasibətilə Sizi və Sizin simanızda bütün xalqınızı öz adımdan və Azərbaycan xalqı adından ürəkdən təbrik edirəm.

    İnanıram ki, xoş ənənələr üzərində qurulmuş Azərbaycan-Kuba münasibətləri xalqlarımızın mənafelərinə uyğun olaraq həm ikitərəfli, həm də çoxtərəfli əsasda bundan sonra da dostluq və əməkdaşlıq zəminində inkişaf edəcəkdir.

    Fürsətdən istifadə edərək Yeni, 2026-cı il münasibətilə də Sizə təbriklərimi və ən xoş arzularımı çatdırır, möhkəm cansağlığı, fəaliyyətinizdə uğurlar, dost Kuba xalqına daim əmin-amanlıq və rifah diləyirəm”.