Month: January 2026

  • В Агстафинском районе сгорел дом семьи, пятеро членов которой погибли в течение 12 месяцев

    В селе Гырылы Агстафинского района произошел пожар в доме, принадлежащем Сахилю Исмайылову.

    Как сообщает АПА, на место происшествия были направлены сотрудники МЧС. Возгорание было потушено, остальная часть дома защищена от огня.

    Сотрудники районного отдела полиции и прокуратуры осмотрели территорию в связи со случившимся. В настоящее время выясняются причины пожара.

    Отметим, что 5 членов семьи Исмайыловых погибли в результате несчастных случаев в разное время в течение 12 месяцев. В августе 2024 года погибла 2-летняя Гюльхар Исмайылзаде, затем ее бабушка и дедушка, после них другой несовершеннолетний ребенок семьи. 8 июля 2025 года невестка семьи Шафаят Исмайылова погибла, упав с лестницы во время мытья окон.

  • Ağstafada ayrı-ayrı vaxtlarda beş üzvü ölən ailənin evi yanıb

    Ağstafada yanğın hadisəsi baş verib.

    Median.Az APA-ya istinadən xəbər verir ki, hadisə rayonun Qırılı kəndində Sahil İsmayılova məxsus evdə qeydə alınıb.

    Hadisə yerinə FHN-nin yanğınsöndürənləri cəlb edilib. Alov söndürülüb, evin qalan hissəsi yanğından mühafizə olunub.

    Faktla bağlı rayon Polis İdarəsinin və prokurorluğun əməkdaşları əraziyə baxış kecirib. Hazırda yanğının səbəbləri araşdırılır.

    Qeyd edək ki, İsmayılovlar ailəsinin 5 üzvü bir ildə müxtəlif vaxtlarda bədbəxt hadisələr nəticəsində ölüb. 2024-cü ilin avqust ayında 2 yaşlı Gülxar İsmayılzadə, daha sonra onun nənəsi və babası, ardınca ailənin digər azyaşlı övladı ölüblər. Ötən il iyulun 8-də isə ailənin gəlini Şəfayət İsmayılova evin pəncərəsinin şüşəsini silərkən nərdivandan yıxılaraq həyatını itirib.

  • “Kharaj” mağazasından 10 min manatlıq oğurluq

    Xətai rayonunda fəaliyyət göstərən “Dədəmin avtoservisi” adlı avtomobil təmiri sexinin ərazisində fəaliyyət göstərən və ehtiyat hissələrinin satışını həyata keçirən “Kaharaj” mağazasında oğurluq baş verib.

    Qaynarinfo xəbər verir ki, mağazadn “Asus” markalı noutbuk, veb-kamera, yaddaş kartı və 9 799 manat nağd pul oğurlanıb. Ümumilikdə mağaza sahibinə 10 836 manat maddi ziyan dəyib.

    Hüquq-mühafizə orqanlarına müraciətdən sonra hadisəni törətməkdə şübhəli bilinən şəxs saxlanılıb. Ona Cinayət Məcəlləsinin 177.2.3 (Oğurluq – yaşayış sahəsinə, habelə binaya, anbara və ya başqa saxlanc yerlərinə qanunsuz daxil olmaqla törədildikdə) və 177.2.4-cü (Oğurluq – xeyli miqdarda ziyan vurmaqla törədildikdə)maddələri ilə ittiham irəli sürülüb. Həmçinin məhkəmənin qərarı ilə barəsində həbs qətimkan tədbiri seçilib.

    Cinayət işinə Xətai Rayon Məhkəməsində hakim Fuad Axundovun sədrliyi ilə baxılıb. Məhkəmə zamanı müttəhim mağazadan noutubuk və digər əşyaları oğurladığını etiraf etsə də, pul götürmədiyini deyib.

    Məhkəmənin hökmü ilə ona 2 il 9 ay müddətinə azadlıqdan məhrumetmə cəzası təyin edilib.

  • İlham Əliyev: “Azərbaycanda yüz illərdir ki, milli-mənəvi həmrəylik mühiti hökm sürür”

    “Azərbaycanda yüz illərdir ki, ayrı-ayrı xalqlar və etiqadlar arasında qarşılıqlı hörmət və etimada, mehriban dostluq və qardaşlığa əsaslanan milli-mənəvi həmrəylik mühiti hökm sürür”.

    Median.Az AZƏRTAC-a istinadən xəbər verir ki, bu fikir Prezident İlham Əliyevin müqəddəs Milad bayramı münasibətilə Azərbaycanın pravoslav xristian icmasına ünvanladığı müraciətdə yer alıb.

    “Cəmiyyətimizdə yüksək birgəyaşayış mədəniyyətinin, mənəvi-əxlaqi normaların, multikultural dəyərlərin və dözümlülük prinsiplərinin təbliği və təşviqi həyata keçirdiyimiz dövlət siyasətinin prioritet xəttini təşkil edir”, – deyə Azərbaycan Prezidenti bildirib.

  • Prezident İlham Əliyev Azərbaycanın pravoslav xristian icmasını təbrik edib

    Prezident İlham Əliyev Azərbaycanın pravoslav xristian icmasını Milad bayramı münasibətilə təbrik edib.

    Median.Az President.az-a istinadən xəbər verir ki, təbrikdə deyilir:

    “Hörmətli həmvətənlər!

    Sizi və Azərbaycanın bütün xristian icmasını müqəddəs Milad bayramı münasibətilə ürəkdən təbrik edir, hər birinizə ən səmimi arzu və diləklərimi yetirirəm.

    Azərbaycanda yüz illərdir ki, ayrı-ayrı xalqlar və etiqadlar arasında qarşılıqlı hörmət və etimada, mehriban dostluq və qardaşlığa əsaslanan milli-mənəvi həmrəylik mühiti hökm sürür.

    Cəmiyyətimizdə yüksək birgəyaşayış mədəniyyətinin, mənəvi-əxlaqi normaların, multikultural dəyərlərin və dözümlülük prinsiplərinin təbliği və təşviqi həyata keçirdiyimiz dövlət siyasətinin prioritet xəttini təşkil edir.

    Zəngin tolerantlıq ənənələri ilə tanınan Azərbaycanda bu gün hər kəs mədəni özünüifadə imkanlarına malikdir. Dilindən, dinindən, milli mənsubiyyətindən asılı olmayaraq, ölkəmizin bütün vətəndaşlarına, o cümlədən xristian icmasına etnik-mədəni özünəməxsusluğunu qoruyub-saxlamaq və daha da inkişaf etdirmək üçün hərtərəfli demokratik-hüquqi şərait yaradılıb. Təqdirəlayiq haldır ki, xristian həmvətənlərimiz ictimai-siyasi, sosial-mədəni həyatımızın bütün sahələrində yaxından iştirak edir, ümumi evimiz Azərbaycanın tərəqqisi və çiçəklənməsi naminə səylərini əsirgəmirlər.

    Milad bayramı yeniliyi, paklığı, mərhəmət və xeyirxahlıq kimi ülvi hissləri özündə təcəssüm etdirir. Bu əziz gündə bir daha hamınıza bayram təbriklərimi çatdırıram, ailələrinizə səadət, süfrələrinizə bol ruzi-bərəkət arzulayıram.

    Bayramınız mübarək olsun!”

  • Ağstafada bir ailənin 5 üzvünün öldüyü ev müəmmalı şəkildə yandı

    Ağstafada yanğın olub.

    “Unikal”ın məlumatına görə, hadisə rayonun Qırılı kəndində baş verib.

    Kənd sakini Sahil İsmayılova məxsus evdə qəfl yanğın qeydə alınıb. Hadisə yerinə FHN-nın Dövlət Yanğından Mühafizə Xidmətinin rayon Dövlət Yanğından Mühafizə Hissəsinin yanğınsöndürən maşınları və şəxsi heyəti cəlb edilib. Qısa müddət ərzində yanğın söndürülüb, evin qalan hissəsi yanğından mühafizə olunub.

    Məlumata görə, evin mətbəxindən başlayan yanğının ətrafa və evin yuxarı mərtəbəsinə keçməsinin qarşısı alınıb.

    Qeyd edək ki, İsmayılovlar ailəsində 6 nəfərlik ailənin 5 üzvü bir il ərzində ayrı-ayrı ayların 8-i tarixində bədbəxt hadisə zamanı ölüblər. Ailə 8 tarixini qorxaraq gözlədiyi bir vaxtda 5 yanvarda bu yanğın olub.

    Onu da qeyd edək ki, 8 avqust 2024-cü il 2 yaşlı Gülxar İsmayılzadənın ölümü ilə başlayan ailə faciəsi nənə və babanın faciyəvi ölümü, daha sonra evin sonuncü körpəsi Nilay İsmayılzadənin ölümü və sonda, 8 iyul tarixində evin gəlini Şəfayət İsmayılovanın evin ikinci mərtəbəsində pəncərə şüşəsi silərkən nərdivandan yıxılıb ölməsi xəbəri ilə hər kəsi şoka salıb.

    Hadisə yerinə polis və rayon prokurorluğunun əməkdaşları da baxış keçirib. Hazırda baş verən yanğının səbəbləri adiyyatı qurumlar tərəfindən araşdırılır.

  • В Баку компания вырубила деревья – расследованием займётся Генпрокуратура

    На основании информации, поступившей от СМИ в связи с вырубкой деревьев на улице Шарифзаде в Ясамальском районе Баку, сотрудники 11-го Регионального управления экологии и природных ресурсов провели расследование.

    Об этом сообщает Median.Az со ссылкой на Государственную службу экологической безопасности.

    В ходе расследования было установлено, что в результате строительных работ, проводимых компанией Avant Group по указанному адресу, был вырублен кипарис. По данному факту был составлен акт.

    Поскольку размер ущерба, причиненного природе, создает состав преступления, собранные материалы готовятся к направлению в Генеральную прокуратуру Азербайджанской Республики для дачи вопросу правовой оценки.

    “Мы благодарим представителей общественности и СМИ, проявивших чуткое отношение к защите зеленых насаждений, за их гражданскую позицию, а также просим граждан при выявлении случаев причинения вреда зеленым насаждениям обратиться в колл-центр 168 Министерства экологии и природных ресурсов” , – говорится в сообщении.

  • Bakıda şirkət ağacları kəsib – İşi Baş Prokurorluq araşdıracaq

    Yasamal rayonu, Şərifzadə küçəsində ağacların kəsilməsi ilə bağlı mediadan daxil olan məlumat əsasında 11 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin əməkdaşları tərəfindən araşdırma aparılıb.

    Bu barədə Dövlət Ekoloji Təhlükəsizlik Xidməti məlumat yayıb.

    Qeyd olunub ki, araşdırma zamanı sözügedən ünvanda “Avant Group” MTK tərəfindən tikinti işləri aparılan zaman bir sərv ağacının kəsildiyi müəyyən edilib. Faktla bağlı akt tərtib olunub.

    Təbiətə dəymiş ziyanın məbləği cinayət tərkibi yaratdığından məsələyə hüquqi qiymət verilməsi üçün toplanmış materiallar Azərbaycan Respublikasının Baş Prokurorluğuna göndərilməsi üçün hazırlanır.

    “Yaşıllıqların mühafizəsinə həssas münasibət göstərən ictimaiyyət və media nümayəndələrinə göstərdikləri vətəndaşlıq mövqeyinə görə təşəkkür edir, eyni zamanda vətəndaşlardan xahiş edirik ki, yaşıllıqlara zərər vurulması halları ilə rastlaşdıqda Ekologiya və Təbii Sərvətlər Nazirliyinin “168” Çağrı Mərkəzinə müraciət etsinlər”, – qurumdan bildirilib.

  • Səhiyyə işçilərinin əməkhaqqına əlavələrlə bağlı YENİLİK

    Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin “Əmək və Məşğulluq” altsistemində (ƏMAS) büdcədən maliyyələşdirilən səhiyyə işçilərinin əməyinin ödənilməsi ilə bağlı qanunvericiliyin tələblərinin icrasını təmin edən yeni funksionallıq tətbiq edilib.

    Bu barədə Dövlət Əmək Müfəttişliyi Xidməti məlumat yayıb.

    Yeniliyə əsasən, əmək müqavilələri ƏMAS-a daxil edilərkən ağır əmək şəraitində çalışan səhiyyə işçilərinin əməkhaqqılarına qanunvericilikdə nəzərdə tutulmuş müvafiq əlavələrin daxil edilməsi mümkün olur.

    Bu funksionallıq səhiyyə sahəsində çalışan işçilərin əməyinin ödənilməsinin normativ hüquqi aktlara uyğun aparılmasına, əməkhaqqı hesablamalarının düzgün və şəffaf formada həyata keçirilməsinə xidmət edir.

    Yeni imkan eyni zamanda ƏMAS-da məlumatların daha dəqiq formalaşdırılmasına və əmək münasibətlərinin rəqəmsal mühitdə effektiv idarə olunmasına şərait yaradır.

  • Məşhur aktyor ev pulunu verə bilmir – İanə toplayır

    Son vaxtlar görünüşü tam dəyişən məşhur aktyor Mikki Rurk borcunu ödəmək üçün vəsait toplamağa başlayıb.

    Qaynarinfo xəbər verir ki, Los Ancelesdəki evin sahibi aktyora icarə haqqını ödəmədiyinə görə məhkəmə iddiası qaldırıb.

    “The Hollywood Reporter”in yazdığına görə, 73 yaşlı aktyor borcunu ödəmək üçün vəsait toplamağa kömək edən populyar platformaya müraciət edib – təxminən 60 000 dollar toplamağı planlaşdırır. Maraqlıdır ki, Rurkun pərəstişkarları artıq ianələr etməyə başlayıblar.

    Mikki Rurkun dostu bildirib: “Mikki indi çox çətin dövr keçirir və bir çox insanın onun üçün narahat olduğunu və kömək etmək istədiyini görmək inanılmaz dərəcədə təsirlidir. Həyat həmişə düz xətt üzrə getmir və onun işləri nə qədər uğurlu olsa da, indi maliyyə çətinliyi ilə üzləşib və bu, onun yaşadığı evi təhlükə altına qoyub”.

    Qeyd edək ki, Rurk mart 2025-ci ildə ayda 5 200 dollara icarə müqaviləsi imzalayıb. Daha sonra bu məbləğ ayda 7 000 dollara yüksəldilib. Dekabrın 18-də isə ona evdən çıxarılma bildirişi gəlib, lakin o, heç bir şərti yerinə yetirməyib.