Almaniyanın “Audi” şirkəti təhlükəsizlik kəmərlərindəki nasazlıq səbəbindən 28 min avtomobili geri çağıracaq.
Bu barədə carscoops.com saytı məlumat yayıb.
Qeyd olunur ki, arxaya uşaq oturacağı quraşdırıldıqda təhlükəsizlik kəməri mexanizmi işə düşməyə bilər. Şirkət ciddi qüsuru müştərilərə pulsuz təmir edəcək.
Məlumata görə, belə hallar “Audi”nin bir neçə modellərində qeydə alınıb.
“iPhone 17 Pro” və “iPhone 17 Pro Max” modellərinin bəzi istifadəçiləri qeyri-adi problemlə üzləşiblər.
Median.Az “Dijitaltrend” nəşrinə istinadən xəbər verir ki, telefon enerji yığımı zamanı, ekran açıq olduqda, dinamiklərdən zəif xışıltı səsi eşidilə bilər.
İstifadəçilərin bildirdiklərinə görə, bu səs yalnız şarj qurğuya qoşulduqda yaranır – istər kabel vasitəsilə, istərsə də “MagSafe” simsiz enerji yığımı zamanı. Şarj kəsildikdə isə səs də yox olur.
Bəzi istifadəçilər cihazlarını zəmanət çərçivəsində dəyişiblər, lakin eyni problem bəzən yeni götürdükləri telefonlarda da ortaya çıxıb.
“Apple” mütəxəssisləri vəziyyətdən xəbərdardır və məsələni araşdırmaq üçün onu mühəndislərə ötürüblər. Əgər səbəb proqram təminatındakı nasazlıqdırsa (məsələn, enerji idarəetməsi və ya audio drayverlərlə bağlı), problem gələcək “İOS” yeniləməsi ilə aradan qaldırıla bilər. Əgər problem aparat hissəsi ilə bağlıdırsa, şirkətin pulsuz təmir və ya dəyişdirmə təklif edəcəyi gözlənilir.
Несмотря на предупреждающие надписи “взрывчатые вещества не продаем, продавцов не знаем” у входа в ряд магазинов, в Азербайджане ежегодно в преддверии праздников фиксируются случаи незаконной продажи и использования пиротехнических средств, фейерверков и других взрывоопасных изделий.
Особенно сильное беспокойство у жителей вызывают звуки пиротехники на улицах и в жилых кварталах. По словам граждан, использование таких средств в праздничные дни недопустимо и нарушает покой людей.
Как сообщил сотрудник пресс-службы Министерства внутренних дел Джасарат Ганбарли, пиротехнические изделия чаще всего используются несовершеннолетними, что нередко приводит к несчастным случаям. Он подчеркнул, что в преддверии праздников применение пиротехники во дворах многоквартирных домов вызывает справедливое недовольство граждан.
Представитель МВД отметил, что в соответствии с законодательством пиротехнические средства, а также изделия с высокой взрывоопасностью и легковоспламеняющимися свойствами включены в перечень предметов с ограниченным гражданским оборотом, и их реализация запрещена. В случае выявления подобных фактов продукция незамедлительно изымается, а в отношении виновных лиц принимаются меры в установленном законом порядке.
В ходе проведенных разбирательств установлено, что некоторые граждане приобретают запрещенные к продаже пиротехнические средства у лиц, ввозящих их на территорию страны контрабандным путем. Реализация такой продукции осуществляется тайно и незаконно.
Отметим, что согласно статье 442 Кодекса об административных проступках, физические лица, занимающиеся незаконной продажей пиротехнических средств, штрафуются на сумму от 350 до 500 манатов, должностные лица – от 1 650 до 2 200 манатов, а юридические лица – от 4 000 до 5 000 манатов.
“Partladan satmırıq, satanı da tanımırıq”. Bu cür yazılar bir neçə mağazanın qarşısında diqqət çəkir. Lakin buna baxmayaraq, hər il bayram ərəfəsində pirotexniki vasitələrin, şənlik fişənglərinin və digər partlayıcı məhsulların ölkə ərazisində müxtəlif yollarla satışına və istifadəsinə rast gəlinir.
Xüsusilə küçələrdə və yaşayış məhəllələrində pirotexniki vasitələrin səsi sakinlərin ciddi narahatlığına səbəb olur. Sakinlər bildirirlər ki, bayram günlərində bu cür vasitələrdən istifadə yolverilməzdir və insanların rahatlığı pozulur.
Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin əməkdaşı Cəsarət Qənbərlinin sözlərinə görə, pirotexniki vasitələr əsasən azyaşlılar tərəfindən istifadə edilir və bu da bir çox hallarda bədbəxt hadisələrlə nəticələnir. O qeyd edib ki, xüsusilə bayram günləri ərəfəsində çoxmənzilli yaşayış binalarının həyətlərində bu vasitələrdən istifadə vətəndaşların haqlı narazılığına səbəb olur.
Nazirlik rəsmisi bildirib ki, qanunvericiliyə əsasən pirotexniki vasitələr, eləcə də yüksək partlayıcılıq və tezalışan xüsusiyyətlərə malik məmulatlar mülki dövriyyəsi məhdudlaşdırılmış əşyalar siyahısına daxildir və onların satışı qanunla qadağandır. Bu cür hallar aşkar edildikdə məhsullar dərhal satışdan çıxarılır və məsul şəxslər barəsində qanunvericiliyə uyğun tədbirlər görülür.
Araşdırmalar zamanı məlum olub ki, bəzi vətəndaşlar satışı qadağan olunan pirotexniki vasitələri əsasən qaçaqmalçılıq yolu ilə ölkəyə gətirən satıcılardan əldə edirlər. Bu vasitələr gizli şəkildə və qanunsuz olaraq satılır.
Qeyd edək ki, İnzibati Xətalar Məcəlləsinin 442-ci maddəsinə əsasən, pirotexniki vasitələrin qanunsuz satışı ilə məşğul olan fiziki şəxslər 350 manatdan 500 manatadək, vəzifəli şəxslər 1 650 manatdan 2 200 manatadək, hüquqi şəxslər isə 4 000 manatdan 5 000 manatadək məbləğdə cərimə olunurlar.
Вице-президент Фонда Гейдара Алиева, основатель и руководитель Общественного объединения IDEA Лейла Алиева и руководитель Baku Media Center Арзу Алиева посетили учреждение социального обслуживания для пожилых людей при Агентстве социальных услуг в подчинении Министерства труда и социальной защиты населения.
Арзу Алиева поделилась соответствующей публикацией на своей странице в социальной сети.
Heydər Əliyev Fondunun vitse-prezidenti, IDEA İctimai Birliyinin təsisçisi və rəhbəri Leyla Əliyeva və Bakı Media Mərkəzinin rəhbəri Arzu Əliyeva Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Sosial Xidmətlər Agentliyinin Ahıl şəxslər üçün sosial xidmət müəssisəsində olublar.
Bununla bağlı Arzu Əliyeva sosial şəbəkə hesabında paylaşım edib.
Rusiya 2025-ci il ərzində Ukraynanın 4 336 kvadratkilometr ərazisini nəzarətə götürüb, bu da bütün ölkə ərazisinin təqribən 0.72 faizini təşkil edir.
Bu barədə məlumat “DeepState” layihəsinin hesabatında yer alıb.
2023-cü il yanvarın 1-dən 2026-cı il yanvarın 1-dək nəzarətə götürülmüş ərazilərin artımı 7 463 kvadratkilometr və ya bütün ərazinin 1.28%-ni təşkil edib.
Bütövlükdə Ukrayna torpaqlarının 116 165 kvadratkilometri Rusiyanın nəzarətindədir. Bu, Ukraynanın ümumi ərazisinin 19.25%-ni təşkil edir.
Bakıda yerləşən apteklərdən birində insident baş verib.
Aptek sahibinin sözlərinə görə, bir qrup qaraçı aptekdə oğurluq etməyə cəhd göstərib.
Bildirilir ki, hadisə zamanı aptek işçisinin çantası yoxlanılıb, lakin hər hansı oğurluq əşyası aşkar edilməyib. Buna baxmayaraq, gərginlik artıb və iddiaya əsasən, işçi yerə itələnib.
Hadisə ətrafdakıların müdaxiləsi ilə daha da böyümədən sakitləşdirilib. Məsələ ilə bağlı hüquq-mühafizə orqanlarına müraciət edilib-edilmədiyi hələlik açıqlanmır.//Axar.az