Month: February 2026

  • Botlara qarşı mübarizə: “X” yeni mexanizmləri işə saldı

    “X” sosial şəbəkəsi spam və avtomatlaşdırılmış aktivliyi, o cümlədən süni intellekt agentlərini aşkar etmək məqsədilə əlavə nəzarət mexanizmlərini işə salıb.

    Bu barədə şirkətin məhsul üzrə rəhbəri Nikita Bir öz “X” hesabında rəsmi açıqlama verib.

    Şirkət rəsmisinin sözlərinə görə, yenilənmiş siyasət çərçivəsində istifadəçinin interfeyslə təsdiqlənmiş qarşılıqlı əlaqəsi – məsələn, ekrana toxunuşlar – qeydə alınmayan hesablar bloklanma riski ilə üzləşə bilər. Tətbiq edilən məhdudiyyətlər potensial olaraq həmin hesablara bağlı digər profillərə də şamil oluna bilər.

    Bununla belə, “X” rəhbərliyi vurğulayıb ki, təşəbbüsün əsas məqsədi süni intellekt həllərini tamamilə qadağan etmək deyil, məhz spam və sui-istifadə halları ilə mübarizə aparmaqdır.

    Xatırladaq ki, avtonom agentlərə maraq 2026-cı ilin yanvarında açıq mənbə kodlu “Clawdbot” layihəsinin təqdimatından sonra kəskin artıb. Layihə “OpenAI”, “Anthropic” və “Google” daxil olmaqla müxtəlif tərtibatçıların modelləri əsasında süni intellekt botlarını işə salmağa imkan verir. “Anthropic” şirkətinin müraciətindən sonra layihənin adı əvvəlcə “Moltbot”, daha sonra isə “OpenClaw” olaraq dəyişdirilib.

    Populyarlıq dalğası fonunda istifadəçilər avtonom agentləri öz şəxsi “X” hesablarına qoşmağa və ya onlar üçün, əsasən əyləncə məqsədilə, ayrıca profillər yaratmağa başlayıblar.

  • Bakıda şirkət rəhbəri işçiləri “blok”a atdı: Qanunsuz əməlləri ifşa olundu – Video

    Azərbaycanda fəaliyyət göstərən “Qərb F2-05” MMC-nin bir qrup işçisi əmək hüquqlarının pozulması, maaşların ödənilməməsi və qeyri-insani iş şəraiti ilə bağlı şikayət ediblər. Məsələ artıq məhkəmə müstəvisinə keçib.

    Bu barədə Baku TV-nin videomaterialında bildirilir.

    Şikayətçi Ramil Əmirovun sözlərinə görə, şirkətin icraçı rəhbəri Namiq Qasımov işçilərə aylıq 1 800 manat əməkhaqqı vəd etsə də, reallıqda onları həm maddi, həm də mənəvi baxımdan çətin vəziyyətdə qoyub:

    “Maaşın bir hissəsi “paket” şəklində vəd olunmuşdu”.

    Şikayətçi bildirir ki, işə qəbul zamanı əməkhaqqının yalnız 626 manatının rəsmi (kart vasitəsilə), qalan hissəsinin isə əlbəəl veriləcəyi deyilib:

    “Avqustun 5-dən müqavilə ilə işə başladıq. Bizi Ağdərənin dağlarına metal yığımına aparırdılar. Səhər saat 9-dan gecə saatlarına qədər ac-susuz işləyirdik. Maaş istəyəndə isə bizi hədələdilər: “Kim şikayət etsə, pulu verilməyəcək” dedilər və hamımızı “blok”a atdılar”.

    Məsələ ilə bağlı Dövlət Əmək Müfəttişliyi Xidmətindən verilən məlumata görə, vətəndaş Ramil Əmirovun müraciəti Abşeron-Xızı regional şöbəsində araşdırılıb. Aparılan araşdırmalar nəticəsində, işçilərin əmək hüquqlarının pozulması ilə bağlı sənədlərin vaxtında təqdim edilmədiyi məlum olub. Məsul şəxslər haqqında qanunvericiliyə uyğun tədbirlər görülüb və məsələnin məhkəməyə göndərilməsi qərara alınıb.

    Qurumdan bir daha xatırladılıb ki, qanunvericiliyə əsasən işçilərin əməkhaqqı vaxtında və tam ödənilməlidir. Bu tələblərin pozulması işəgötürən üçün ciddi inzibati və hüquqi məsuliyyət yaradır.

    “Qərb F2-05” MMC-nin rəhbərliyi ilə əlaqə saxlamaq cəhdləri isə nəticəsiz qalıb.

  • Президенты Азербайджана и Сербии приняли участие в неофициальном завтраке – ФОТО

    Президент Азербайджанской Республики Ильхам Алиев и президент Республики Сербия Александр Вучич приняли участие в неофициальном завтраке.

    Соответствующая информация была опубликована в официальном Instagram-аккаунте главы государства.

  • Azərbaycan və Serbiya prezidentləri qeyri-rəsmi səhər yeməyində iştirak ediblər – FOTO

    Azərbaycan Prezidenti İlham Əliyev və Serbiya Respublikasının Prezidenti Aleksandar Vuçiç qeyri-rəsmi səhər yeməyində iştirak ediblər.

    Bununla bağlı Prezident İlham Əliyevin rəsmi “Instagram” hesabında məlumat paylaşılıb.

    Həmin paylaşımı təqdim edirik:

  • В Агстафинском районе сгорела вилла бизнесмена, оказавшегося руководителем диаспоры в России – ФОТО

    Вчера в Агстафинском районе был зафиксирован пожар в трёхэтажном жилом доме. В ходе расследования установлено, что загоревшаяся вилла принадлежит предпринимателю Махиру Ханахмедову.

    Как сообщает Unikal, М.Ханахмедов занимает должность руководителя диаспоры Ханты-Мансийского автономного округа – Югры в городе Сургут (Россия), а также является председателем Региональной национально-культурной общественной организации “Азербайджан – Сургут”.

    Предприниматель был назначен на пост руководителя диаспоры в Российской Федерации в прошлом году.

    Отмечается, что назначение Ханахмедова на должность руководителя диаспоры было осуществлено при поддержке чрезвычайного и полномочного посла Азербайджана в России Рахмана Мустафаева.

    У бизнесмена шестеро детей.


  • Ağstafada villası yanan iş adamı Rusiyada diaspor rəhbəri imiş – FOTO

    Ötən gün Ağstafa rayonunda üçmərtəbəli yaşayış evində yanğın hadisəsi qeydə alınıb. Araşdırmalar zamanı müəyyən edilib ki, alovlanan villa sahibkar Mahir Kərim oğlu Xanəhmədovun mülkiyyətindədir.

    Median.Az Unikal.az-a istinadən xəbər verir ki, Mahir Xanəhmədov Rusiyanın Surqut şəhərində Xantı-Mansi Muxtar Dairəsi – Yuqra diasporunun rəhbəri, həmçinin “Azərbaycan-Surqut” Regional Milli-mədəni İctimai Birliyinin sədri vəzifəsini daşıyır.

    Sahibkar ötən il Rusiya Federasiyasında diaspor rəhbəri postuna təyin edilib.

    M.Xanəhmədovun diaspor rəhbərliyinə gətirilməsinin Azərbaycanın Rusiyadakı fövqəladə və səlahiyyətli səfiri Rəhman Mustafayevin dəstəyi ilə həyata keçirildiyi bildirilir.

    İş adamının altı övladı var.


  • Арзу Алиева поделилась кадрами с художественно-творческого вечера Qaranlıqdan sonra – ВИДЕО

    Руководитель Baku Media Center Арзу Алиева поделилась в своем официальном Instagram-аккаунте публикацией, посвященной художественно-творческому вечеру Qaranlıqdan sonra, организованному Общественным объединением “Дети Азербайджана”.

    Median.Az представляет данный пост:

  • Arzu Əliyeva “Qaranlıqdan sonra” adlı bədii-yaradıcılıq gecəsindən paylaşım edib – Video

    Bakı Media Mərkəzinin rəhbəri Arzu Əliyeva rəsmi “Instagram” hesabında Azərbaycan Uşaqları İctimai Birliyinin “Qaranlıqdan sonra” adlı bədii-yaradıcılıq gecəsindən paylaşım edib.

    Median.Az həmin paylaşımı təqdim edir:

  • Bir ayda ölkədə 23 milyon manatlıq narkotik dövriyyədən çıxarılıb

    2026-cı ilin yanvar ayında hüquq-mühafizə orqanları tərəfindən narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə çərçivəsində 793 cinayət faktı aşkarlanıb.

    Bu barədə Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının daimi fəaliyyət göstərən İşçi Qrupunun hesabatında qeyd edilib.

    Bildirilib ki, onlardan 162-i narkotik vasitələrin qanunsuz satışı, 630-u qanunsuz əldə edilib saxlanılması, biri bu kateqoriyadan olan digər cinayətlərlə bağlı olub:

    “Aşkarlanmış faktlar üzrə qanunsuz dövriyyədən ümumilikdə müsadirə olunmuş 893 kiloqram 456.646 qram narkotik vasitələrin və psixotrop maddələrin 765 kiloqram 86.6 qramını marixuana, 76 kiloqram 396.846 qramını heroin, 23 kq 339 qramını tiryək, 20 kq 32.8 qramını həşiş, 6 kq 43.5 qramını digər narkotik vasitələr, 2 kiloqram 557.9 qramını psixotrop maddələr təşkil edib.

    Qanunsuz dövriyyədən çıxarılmış narkotik vasitələrin və psixotrop maddələrin “qara bazar”da ümumilikdə dəyəri 22 milyon 795 min manat civarında qiymətləndirilir”.
    //oxu.az

  • DİQQƏT! Sabah Azərbaycanda onminlərlə abonent QAZSIZ QALACAQ

    Sabah İmişli, Saatlı və Sabirabad rayonlarında, eləcə də Şirvan şəhərinin müəyyən hissələrində mavi yanacağın verilişində məhdudiyyətlər olacaq.

    Bu haqda məlumatı “Azəriqaz” İstehsalat Birliyi məlumat yayıb.

    Qurumdan bildirilib ki, SOCAR-ın “Qaz İxrac” İdarəsi tərəfindən “Azadkənd-İmişli” yüksək təzyiqli magistral qaz kəmərinin (diametri 530/377/325 mm) korroziyaya uğramış hissələrində təmir-bərpa işləri həyata keçiriləcək.

    Təmir işləri səbəbindən saat 09:00-dan başlayaraq proses yekunlaşanadək İmişli və Saatlı rayonlarının tam ərazisində (ümumi 46 071 abonent), Sabirabad rayonunun bəzi kəndlərində (ümumi 26 672 abonent) və Şirvan şəhərinin Bayramlı qəsəbəsində (ümumi 510 abonent) qaz təchizatının dayandırılması nəzərdə tutulur.