Month: February 2026

  • Sabah yağış qısamüddətli intensivləşəcək – XƏBƏRDARLIQ

    Bakıda və Abşeron yarımadasında fevralın 15-də günün birinci yarısında bəzi yerlərdə arabir yağış yağacağı gözlənilir.

    Bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb.

    Bildirilib ki, səhər yarımadanın ayrı-ayrı yerlərində yağışın qısamüddətli intensivləşəcəyi ehtimal olunur.

  • Dostunun kartını oğurlayıb toya pul yazdıran şəxs saxlanıldı

    Bakının Nəsimi rayonunda vətəndaşın bank kartından 1400 manat məbləğində pul vəsaitinin gizli şəkildə talanması ilə əlaqədar polisə şikayət daxil olub.

    Median.Az “Teleqraf”a istinadla məlumat verir ki, polis orqanları tərəfindən həyata keçirilən əməliyyat tədbirləri nəticəsində cinayət əməlini törətməkdə şübhəli bilinən 33 yaşlı Ə.Qasımzadə müəyyən edilərək saxlanılıb.

    Aparılan ilkin araşdırmalar zamanı məlum olub ki, zərərçəkən şəxs toy mərasimində iştirak edərkən pul vəsaiti çıxarması məqsədilə bank kartını yanında olan tanışına, yəni hazırda saxlanılan şəxsə təqdim edib.

    Müəyyən edilib ki, Ə.Qasımzadə fürsətdən istifadə edərək kartda olan vəsaitin hamısını nağdlaşdırıb. Daha sonra o, oğurladığı məbləğdən toyda həm kart sahibinin, həm də öz adından pul yazdırıb.

    Faktla bağlı araşdırmalar davam etdirilir.

  • Azərbaycanda polkovnik vəfat etdi

    Dövlət Sərhəd Xidmətinin (DSX) Baş idarəsinin sabiq rəisi, polkovnik Knyaz Qaralov vəfat edib.

    Oxu.az-ın əldə etdiyi məlumata görə, o, bu gün günorta saatlarında dünyasını dəyişib.

    Qeyd edək ki, Knyaz Qaralov uzun illər DSX-də müxtəlif vəzifələrdə çalışıb.

  • Названа причина увольнения мужа Бриллиант Дадашовой из Русдрамы

    Стало известно, по какой причине супруга народной артистки Бриллиант Дадашовой, заслуженного деятеля культуры Адалята Гаджиева освободили от должности директора Азербайджанского государственного академического русского драматического театра.

    Как сообщает Median.Az со ссылкой на Qaynarinfo, это связано с его переходом на другую работу.

    По информации источников, Адалят Гаджиев будет назначен директором Гянджинского государственного национального драматического театра.

    Бриллиант Дадашова заявила, что не была осведомлена об увольнении мужа.

    На место Адалята Гаджиева назначен заслуженный артист Олег Амирбеков.

  • Brilliant Dadaşovanın ərinə yeni VƏZİFƏ VERİLDİ (Yenilənib)

    Xalq artisti Brilliant Dadaşovanın həyat yoldaşı Ədalət Qasım oğlu Hacıyevə yeni vəzifə verilib.

    Bu barədə Mədəniyyət Nazirliyi məlumat yayıb.

    Bildirilib ki, naziri Adil Kərimlinin müvafiq əmrinə əsasən, Ə.Hacıyev Gəncə Dövlət Milli Dram Teatrının direktoru təyin olunub.

    * * * * *

    Xalq artisti Brilliant Dadaşovanın həyat yoldaşı, Rus Dram Teatrının direktoru, Əməkdar mədəniyyət işçisi Ədalət Hacıyevin vəzifəsindən azad olunmasının təfərrüatı məlum olub.

    Median.Az “Qaynarinfo”ya istinadən xəbər verir ki, Ədalət Hacıyev başqa işə keçməsi ilə əlaqədar vəzifəsindən azad edilib.

    Məlumata görə, o, Gəncə Dövlət Milli Dram Teatrına direktor təyin ediləcək.

    Məsələ ilə bağlı Brilliant Dadaşova həyat yoldaşının işdən çıxarılmasından xəbərsiz olduğunu bildirib.

    Qeyd edək ki, Ə.Hacıyevin yerinə Əməkdar artist Oleq Əmirbəyov təyinat alıb.

  • Tanınmış aparıcı televiziya karyerasını bitirdi

    Aparıcı İlhamiyyə Rza televiziya sahəsində karyerasını bitirdiyini açıqlayıb.

    Aparıcı bu barədə sosial şəbəkə hesabında yazıb.  

    “Bu da son… Televiziyamızın 70 illiyinə ithafən hazırladığımız bu verilişlə televiziya karyerama son qoydum. Əziz azsaylı, amma çox qiymətli izləyicilərim, sizi sevirəm” deyə, o, paylaşımında yazıb.  

    İ.Rza layihə boyunca yanında olan komandaya təşəkkürünü bildirib. 

    Qeyd edək ki, İlhamiyyə Rza 1989-cu ildən müxtəlif televiziya kanallarında fərqli layihələrlə efirdə olub. O, yazıçı, publisist Həmid Herisçinin həyat yoldaşıdır.

  • Keçmiş məmur Şəmkirdə daha bir şadlıq sarayı alıb

    Maliyyə Nazirliyinin keçmiş aparat rəhbəri Cavanşir Yusifov Şəmkir rayonunda daha bir şadlıq sarayı alıb.

    Qaynarinfo-nun əldə etdiyi məlumata görə, bu, “Yasmin” şadlıq sarayıdır.

    Məlumatda bildirilir ki, keçmiş məmur obyektin profilini dəyişmək niyyətində deyil. Yəni, obyekt şadlıq sarayı kimi fəaliyyətini davam etdirəcək. Amma bəzi məluamtlara görə, obyektin restoran kimi fəaliyyət göstərməsi də istisna deyil.

    Cavanşir Yusifov bundan əvvəl Şəmkirdə fəaliyyət göstərən “Murovdağ” şadlıq sarayını almışdı. Həmin şadlıq sarayı Cavanşor Yusifovun oğlu Rüfət Yusifovun adına rəsmiləşdirilib.

    Gəncə Dövlət Universitetinin rektoru Yusif Yusifovun qardaşı olan Cavanşir Yusifov ötən ilin martında tutduğu vəzifədən azad edilib.

  • Məşhur “Pitomnik bağı” ləğv edilir? – Rəsmi açıqlama (Video)

    Yük maşını gölün kənarına yaxınlaşaraq, ora yük boşaldır…

    Görüntülər Binəqədi rayonu 6-cı mikrorayon ərazisində yerləşən binalardan birinin pəncərəsindən qeydə alınıb. Videonu çəkən şəxs “Pitomnik bağı” kimi tanınan ərazidə parkın ləğv edildiyini iddia edir.

    Məqsəd kimi isə ərazidə binaların tikilməsi göstərilir. Məsələni araşdırmaq üçün biz də yollandıq həmin ünvana.

    Parkda istirahət edən sakinlər də deyir ki, gölün doldurulması və parkın ləğv edilməsi xəbərləri həqiqəti əks etdirmir.

    İddialarla bağlı Binəqədi Rayon İcra Hakimiyyətindən bildirilib ki, faktla bağlı aidiyyəti üzrə Binəqədi Rayon Polis İdarəsinə müraciət edilib. Sözügedən ərazidə mütəmadi olaraq iməciliklər həyata keçirilir və ağaclara aqrotexniki qulluq göstərilir. Eyni zamanda sabah Bakı Şəhər Yaşıllaşdırma Təsərrüfat Birliyi tərəfindən həmin ərazidə iməcilik keçiriləcək.//Xəzər TV

  • Человек, тело которого было найдено в отеле, оказался известным врачом – ФОТО

    В Гусаре обнаружено тело известного врача.

    Как сообщает Median.Az со ссылкой на Qaynarinfo, предположительно, погибший – мануальный терапевт Борис Александрович Мерзляков.

    По имеющейся информации, он работал в нескольких частных клиниках Азербайджана.

  • Hoteldə meyiti tapılan şəxs TANINMIŞ HƏKİM imiş (FOTO)

    Qusarda meyiti tapılan şəxs həkim imiş.

    Median.Az “Qaynarinfo”ya istinadən xəbər verir ki, onun manual terapevt Boris Aleksandroviç Merzlyakov olduğu deyilir.

    Qeyd olunur ki, Boris Merzlyakov Azərbaycanda bir sıra özəl xəstəxanalarda çalışıb.