Month: February 2026

  • Prezident İlham Əliyevin Münhendə Ukrayna Prezidenti Volodimir Zelenski ilə görüşü olub – FOTO

    Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin fevralın 14-də Münhendə Ukrayna Prezidenti Volodimir Zelenski ilə görüşü olub.

    Median.Az bu barədə AZƏRTAC-a istinadla xəbər verir.


  • İlham Əliyev Münhendə Kaya Kallas ilə görüşüb – FOTO

    Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev fevralın 14-də Münhendə Avropa İttifaqının xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi, Avropa Komissiyasının vitse-prezidenti Kaya Kallas ilə görüşüb.

    Median.Az bu barədə AZƏRTAC-a istinadla xəbər verir.


  • Zəngəzur dəhlizi nə zaman istifadəyə veriləcək? – AÇIQLAMA

    “Prezidenti İlham Əliyev Münxendə “France 24” telekanalına müsahibəsində Azərbaycanın əsas hissəsi ilə Naxçıvanı birləşdirəcək quru nəqliyyat xəttinin açılacağına heç bir şübhəsinin olmadığını bildirib”.

    Bunu deputat Vüqar Bayramov deyib. O bildirib ki, Zəngəzur dəhlizinin Azərbaycan ərazisində işlər tamamlanmaq üzrədir:

    “Dəhlizinin Ermənistan ərazisindən keçən hissəsi isə cəmi 40 kilometrdir. Bu o deməkdir ki, işlərin intensivləşdiyi halda dəhlizin daha qısa zamanda istifadəyə verilməsi mümkündür. 15 milyon ton ötürmə potensialı olacaq Zəngəzur dəhlizi regionun inkişafına xüsusi töhvə verəcək. Yaxın gələcəkdə Orta Dəhlizin mühüm seqmentinə çevriləcək Zəngəzur dəhlizi Azərbaycanın geosiyasi mövqeyinin daha da möhkəmlənməsinə xidmət etməklə yanaşı, region dövlətlərinin gəlirlərinin artmasına imkan yaradacaq.

    Türkiyənin Nəqliyyat və İnfrastruktur Nazirliyin qiymətləndirmələrinə görə, Zəngəzur dəhlizi 2030-cu ilədək istifadəyə veriləcək. Bu dəhliz vasitəsilə Çindən yüklər Londona cəmi 18 günə çatdırıla biləcək. 10 illik proqnoza əsasən, dəhliz 50 milyard dollar gəlir gətirəcək və hər il 60.000-dən çox əlavə iş yerinin yaradılmasına töhvə verəcək”.

  • İlham Əliyev: “Regional nəqliyyat qovşaqlarına çevrilmək üçün qonşularınızla yaxşı münasibətləriniz olmalıdır”

    “Azərbaycan fiziki infrastrukturun yaradılmasına, dəniz limanları, həmçinin dəmir yolları və hava nəqliyyatı ilə yüklərin daşınmasına sərmayə yatırıb. Birmənalı olaraq regional nəqliyyat qovşaqlarına çevrilmək üçün sizin qonşularınızla yaxşı münasibətləriniz olmalıdır”.

    Median.Az AZƏRTAC-a istinadla xəbər verir ki, bu sözləri Prezident İlham Əliyev Münhendə “Açıq dəhliz siyasəti? Trans-Xəzər əməkdaşlığının dərinləşdirilməsi” mövzusunda panel müzakirələrdə deyib.

    Dövlətimizin başçısı qeyd edib: “Qərb və Şərq baxımından Azərbaycan buna çalışır. Azərbaycanın coğrafi mövqeyi elədir ki, ölkəmiz Asiya ilə Avropa arasında yerləşir, bu da üstünlükdür. Lakin müvafiq infrastruktur olmasa, bunun mənası da hiss edilmir”.

  • Ильхам Алиев участвует в панельной дискуссии на полях Мюнхенской конференции по безопасности – ПРЯМОЙ ЭФИР

    Президент Азербайджана Ильхам Алиев принимает участие в панельной дискуссии под названием “Политика открытого коридора: углубление транскаспийского сотрудничества”, организованной на полях Мюнхенской конференции по безопасности.

    Модератором данного заседания выступает президент Европейского института мира Хельга Мария Шмид.

    Представляем вашему вниманию прямую трансляцию с этого мероприятия:

  • İlham Əliyev Münhen konfransı çərçivəsində panel iclasda iştirak edir – CANLI YAYIM

    Münxen Təhlükəsizlik Konfransı çərçivəsində “Açıq dəhliz siyasəti: Trans-Xəzər əməkdaşlığının dərinləşdirilməsi” mövzusunda panel müzakirələr keçirilir.

    Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev, birinci xanım Mehriban Əliyeva və Leyla Əliyeva müzakirələrdə iştirak edirlər.

    Həmin tədbirdən canlı yayımı təqdim edirik:

  • Türk iş adamı salyanlı ortağına 600 min manat ziyan vurdu – DETALLAR (Video)

    Salyanlı iş adamı Türkiyə vətəndaşı tərəfindən aldadılaraq küllü miqdarda vəsaiti mənimsənilib. Bu iddia ilə o, “Xəzər Xəbər”in qaynar xəttinə müraciət edib.

    Hadisə rayonun Kərimbəyli kənd sakini Çingiz Quliyevin başına gəlib. İş adamı bildirir ki, Biləsuvarda iş görmək üçün türkiyəli iş adamı Hüseyn Tuğcu ilə 2022 -ci ildə ikitərəfli razılaşma əsasında 660 min manatlıq müqavilə bağlayıblar.

    Əldə olunmuş razılaşma əsasında işlər tamamlandıqdan sonra nəzərdə tutulan vəsait sifarişçi tərəfindən ödənilməyib.

    Şikayətçi bildirir ki, türkiyəli iş adamı bəhanə ilə Azərbaycandan gedib. Sonradan telefon əlaqəsi quraraq narahat olmamalarını, pulu ödəyəcəyini bildirib. Lakin, vədə əməl olunmayıb.//Xəzər TV

  • Azərbaycanda MƏŞHUR GENERALLAR vəzifədən azad edildilər – FOTO

    Fövqəladə Hallar Nazirliyində nazir müavinlərinin tutduqları postlardan uzaqlaşdırıldığı barədə məlumat yayılıb.

    Median.Az-ın Manset.az-a istinadla verdiyi məlumata görə, müvafiq əmrlə fövqəladə hallar nazirinin müavini general-leytenant Faiq Tağızadə, general-leytenant Etibar Mirzəyev və Orucəli Hacıyev tutduqları vəzifələrindən azad ediliblər.

    Onların birdən-birə hansı səbəbdən işdən çıxarıldığı bəlli deyil.

    Fotoda solda Faiq Tağızadə, ortada Orucəli Hacıyev, sağda Etibar Mirzəyev

  • İş vədi ilə tanışının külli miqdarda pulunu mənimsədi

    Sumqayıtda tanışına qarşı dələduzluq edən şəxs tutulub.

    Zərərçəkmiş hüquq-mühafizə orqanlarına müraciət edərək bildirib ki, münasibətləri olan insan onu işlə təmin etmək vədi verib və bu yolla onun 11 500 manat pulunu mənimsəyib.

    Sumqayıt Şəhər Polis İdarəsinin 4-cü Polis Bölməsinin əməkdaşlarının keçirdiyi əməliyyat tədbirləri zamanı qeyd olunan əməli törətməkdə şübhəli bilinən 68 yaşlı C.Əhmədov müəyyən edilərək saxlanılıb.

    Faktla bağlı araşdırmalar davam etdirilir.

  • Qurban Qurbanov: “İmişli” ilə oyunda vacib qələbə qazandıq”

    “Qarabağ” Misli Premyer Liqasının XX turunda “İmişli” ilə matçda (1:0) vacib qələbə qazanıb.

    Median.Az report-a istinadən xəbər verir ki, bunu Ağdam klubunun baş məşqçisi Qurban Qurbanov oyundan sonra mətbuat konfransında bildirib.

    “Futbolçularıma təşəkkür edirəm. Çox vacib qələbə əldə etdilər. Azarkeşlərimizə də təşəkkür edirəm ki, əziyyət çəkib stadiona gəlmişdilər. Qubalılara da təşəkkür edirəm ki, komandanı çox gözəl qarşıladılar, bizə azarkeşlik edirdilər. “İmişli” komandasına uğurlar arzulayıram”.

    Mütəxəssis Qubadakı stadionun meydanının durumu barədə də danışıb:

    “Meydan yox kimi idi. Alamıram, belə meydanda futbol oynamağa necə icazə verilə bilər? Belə meydanda neçə oyun keçiriblər. Çox danışanda, irad bildirəndə bunu yaxşı qarşılamırlar. Amma bu meydançanın durumundan xəbərdar olmaq üçün nə Qurban Qurbanovun, nə də başqa məşqçinin açıqlamasına ehtiyac var. Belə olmaz, futbolçular zədələnə bilər. Dərindən düşünsək hər şey üçün çıxış yolu tapmaq olar. “Nyukasl”la oyuna hazırlaşırıq. Amma nə temp, nə də normal meydan var. Futbolçuların zədə alacağından qorxursan. Belə vəziyyətdən sonra “Nyukasl”la oyuna necə hazırlaşmaq olar? 3-4 gün futbolçuları bərpa etmək lazımdır. Müzakirə olunmalı mövzudur. Düşünürəm ki, təkcə biz yox, burada oynayan bütün komandalar, futbolçular, məşqçilər də şikayət edir. Futboldan başqa hər şey vardı”.