Month: February 2026

  • Dünyada ilk ikitərəfli televizor təqdim edildi

    Honkonqun “TPV Technologies” şirkəti hər iki tərəfində ekranla təchiz olunmuş ilk televizoru təqdim edib.

    Bu barədə “TechRadar” portalı bildirib.

    GP TV adlanan modelin iki funksional tərəfi var. Həm ön, həm arxa ekranın ölçüsü 48 düymdür. Displeylər OLED matriksinə əsaslanır və 4K formatını dəstəkləyir. Dizayn təkrar emal olunmuş materiallardan hazırlanmış metal dayaqları əhatə edir.

    Şirkət nümayəndələri izah etdilər ki, GP TV konsepsiyası birdən çox insanın eyni vaxtda istifadəsi üçün nəzərdə tutulub, məsələn, oyun sessiyaları zamanı. Bundan əlavə, model dövlət sektoru və dövlət qurumları üçün həll yolu kimi təqdim olunur.
    //oxu.az

  • Али Асадов вышел в отпуск

    Премьер-министр Азербайджана Али Асадов вышел в краткосрочный отпуск.

    Как сообщает Median.Az со ссылкой на Report, срок отпуска премьера не разглашается.

  • Əli Əsədov məzuniyyətə çıxıb

    Azərbaycanın Baş naziri Əli Əsədov qısamüddətli məzuniyyətə çıxıb.

    Median.Az bu barədə “Report”a istinadən xəbər verir.

  • İlham Əliyev Münhendə Bundestaqın xarici siyasət komitəsinin sədri ilə görüşüb – FOTO

    Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev fevralın 14-də Münhendə Bundestaqın xarici siyasət komitəsinin sədri Armin Laşetlə görüşüb.

    Median.Az AZƏRTAC-a istinadən xəbər verir ki, söhbət zamanı dövlətimizin başçısının Armin Laşetlə görüşləri məmnunluqla xatırlanıb.

    Armin Laşet Azərbaycanla Ermənistan arasında sülh gündəliyinin irəli aparılması ilə bağlı Vaşinqtonda əldə edilmiş nailiyyətlər münasibətilə dövlətimizin başçısına təbriklərini çatdırıb.

    Prezident İlham Əliyev təbriklərə görə minnətdarlığını bildirib, sülhün əldə olunmasının bütövlükdə regionun inkişafı baxımından mühüm əhəmiyyət kəsb etdiyini deyib.

    Görüşdə Azərbaycanın regional sülh və əməkdaşlıq təşəbbüsləri barədə söhbət açılıb.

    Azərbaycanla Almaniya arasında ikitərəfli əlaqələrin müxtəlif istiqamətlərdə, o cümlədən siyasi, iqtisadi-ticari, enerji və digər sahələrdə inkişaf etdiyi vurğulanıb.

    Avropanın enerji təhlükəsizliyində Azərbaycanın oynadığı mühüm rola toxunulub, parlamentlərarası əməkdaşlığın genişləndirilməsi, ikitərəfli münasibətlərin perspektivləri ilə bağlı fikir mübadiləsi aparılıb.

    Görüşdə Azərbaycanın dinlərarası və mədəniyyətlərarası dialoqda oynadığı rol vurğulanıb, bu təcrübənin beynəlxalq çərçivədə bölüşülməsinin əhəmiyyəti qeyd edilib.


  • ARB-nin yayımı 24 saatlıq dayandırılacaq

    Audiovizual Şuranın onlayn iclası keçirilib və “ARB” kanalının efirində “Reklam haqqında” Qanunun pozulması faktı müzakirə olunub.

    Bu barədə Audiovizual Şura məlumat yayıb.
    Bildirilib ki, 08 fevral 2026-cı il tarixində kanalın efirində saat 13.38-də yayımlanan reklam materialında endirimin və ödəniş şərtlərinin reklamda aydın və düzgün şəkildə göstərilməməsi aşkarlanıb.
    Fakt ilə bağlı zəruri araşdırmalar aparılıb və “Reklam haqqında” Qanunun 7-ci maddəsinin tələblərinin pozulması təsbit olunub.
    Belə ki, həmin reklamda təqdim olunan məlumatlar “Reklam haqqında” Qanunun 7.1.4-cü maddəsinə əsasən əmtəənin qiyməti, qiymət güzəştləri, əldəetmə və ödəniş şərtləri barədə məlumatları təhrif edilib, həqiqətə uyğun olmayan şəkildə əks etdirdiyinə görə qeyri-dəqiq reklam hesab olunur və həmin Qanunun 7.2-ci maddəsinə görə qeyri-dəqiq reklama yol verilmir.
    Cari ilin əvvəlindən televiziya kanalının efirində belə pozuntuların bir neçə dəfə baş verməsini, kanala müvafiq bildirişlərin göndərilməsini nəzərə alaraq Audiovizual Şuranın üzvləri “ARB” kanalına qarşı sərt sanksiya tədbirinin tətbiq edilməsi və kanalın yayımının 16 fevral tarixində saat 08.00-dan başlayaraq 24 saat müddətinə müvəqqəti dayandırlması barədə qərar qəbul edib.

  • Keçmiş məhkumda 7 kq marixuana aşkarlandı

    Ağcabədidə 7 kiloqram narkotik dövriyədən çıxarılıb.

    DİN-in mətbuat xidmətinin Bərdə regional qrupundan verilən məlumata görə,Ağcabədi Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdiyi əməliyyat tədbirləri nəticəsində narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli bilinən, əvvəllər məhkum olunmuş İntiqam Ağayev saxlanılıb.
    Onun üzərinə və narkotiki saxladığı yarımtikiliyə baxış zamanı 7 kiloqramdan artıq marixuana aşkarlanıb.
    Faktla bağlı cinayət işi başlanılıb. Məhkəmənin qərarı ilə İ.Aǧayev barəsində həbs qətimkan tədbiri seçilib.
    Araşdırmalar davam etdirilir.

  • Bir ailənin 6 üzvü dəm qazından zəhərləndi – Ölən var

    Naxçıvan şəhərində bir ailənin 6 üzvü dəm qazından zəhərlənib.

    Median.Az Report-a istinadən xəbər verir ki, hadisə şəhərin Xətai məhəlləsi, ev 12 ünvanında qeydə alınıb.
    Nəticədə Ordubad rayonu Aşağı Əylis kənd sakini, 1994-cü il təvəllüdlü Məsimov Oruc Məhərrəm oğlu həyatını itirib.
    Onun övladları – 2020-ci il təvəllüdlü Fatimə Məsimova, 2018-ci il təvəllüdlü Hüseyn Məsimov, 2017-ci il təvəllüdlü Məhəmməd Məsimov, 2021-ci il təvəllüdlü Əli Məsimov və 2022-ci il təvəllüdlü Həsən Məsimov Naxçıvan Yoluxucu Xəstəliklər Mərkəzinə yerləşdiriliblər.
    Hadisə yerinə hüquq-mühafizə orqanlarının əməkdaşları cəlb olunub, faktla bağlı araşdırma aparılır.

  • “Neftçi” 3 futbolçu transfer etdi

    “Neftçi”nin əvəzedici komandasına 3 futbolçu transfer olunub.

    Bu barədə məlumatı klubun mətbuat xidməti yayıb.
    Qvineya əsilli belçikalı Mamadi Diavara, həmçinin nigeriyalılar – Fridom Danjuma İstifanus və Opeyemi Ezekel Oluvafemi ilə bu mövsümün sonunadək müqavilə bağlanıb. Bununla belə, klubun istəyinə uyğun olaraq, hər üç futbolçu ilə anlaşma daha 2 il müddətinə artırıla bilər.
    Qeyd edək ki, 19 yaşlı Diavaranın sonuncu klubu “Şalke” U-19 (Almaniya) olub. 18 yaşlı İstifanus bunadək Nigeriyanın “Broad City”, 19 yaşlı Oluvafemi isə “36 Lion” klubunda çıxış edib.

  • Будет ли в этом году подписан мирный договор между Азербайджаном и Арменией? – Заявление Президента

    Президент Ильхам Алиев в интервью азербайджанским телеканалам в Мюнхене прояснил вопрос о том, будет ли в этом году подписан мирный договор между Азербайджаном и Арменией.

    Как сообщает АЗЕРТАДЖ, в ответ на вопрос об этом глава государства сказал: “Вы знаете, что это не зависит от нас. Наша позиция на протяжении многих лет доводилась до армянской стороны: в Конституцию Армении должны быть внесены необходимые изменения. Как только эти изменения будут внесены, на следующий же день мы можем подписать мирный договор. Но, вместе с тем, считаю, что мир между Арменией и Азербайджаном уже достигнут”.

  • Bu il Azərbaycan və Ermənistan arasında sülh müqaviləsi imzalanacaq? – Prezident açıqladı

    Prezident İlham Əliyev Münhendə Azərbaycan telekanallarına müsahibəsində bu il Azərbaycan və Ermənistan arasında sülh müqaviləsinin imzalanıb-imzalanmayacağı məsələsinə aydınlıq gətirib.

    Median.Az AZƏRTAC-a istinadən xəbər verir ki, dövlətimizin başçısı bununla bağlı suala cavabında deyib: “Bilirsiniz ki, bu, bizdən asılı deyil. Bizim mövqeyimiz artıq uzun illər ərzində Ermənistan tərəfinə çatdırılıb. Ermənistanın Konstitusiyasına lazımi dəyişikliklər edilməlidir. O dəyişikliklər edilən kimi, ertəsi gün biz sülh müqaviləsini imzalaya bilərik. Amma buna baxmayaraq, mən hesab edirəm ki, artıq Ermənistanla Azərbaycan arasında sülh əldə edilib”.