Month: February 2026

  • Гюльтекин Гаджибейли депортирована из Турции в Азербайджан

    Гюльтекин Гаджибейли депортирована из Турции в Азербайджан.

    Как сообщает АПА, депортация состоялась ночью.

    Г.Гаджибейли пока не привлечена к следствию, в отношении неё не избрана какая-либо мера пресечения.

    Напомним, в СМИ сообщалось о том, что Гюльтекин Гаджибейли и другой член Национального совета, председатель ПНФА Али Керимли якобы фигурируют в плане попытки государственного переворота, связанном с бывшим руководителем Администрации Президента Рамизом Мехтиевым.

  • Gültəkin Hacıbəyli Türkiyədən Azərbaycana deportasiya edildi

    Gültəkin Hacıbəylinin Türkiyədən Azərbaycana deportasiya edildiyi məlum olub.

    Median.Az APA-ya istinadla xəbər verir ki, sözügedən deportasiya prosesi gecə saatlarında reallaşdırılıb.

    Bildirilir ki, G.Hacıbəyli hazırkı mərhələdə istintaqa cəlb edilməyib və onun barəsində seçilmiş hər hansı qətimkan tədbiri mövcud deyil.

    Xatırladaq ki, mediada Gültəkin Hacıbəyli və Milli Şuranın digər üzvü, AXCP sədri Əli Kərimlinin Prezident Administrasiyasının sabiq rəhbəri Ramiz Mehdiyevin dövlət çevrilişinə cəhd planında yer aldığı barədə yazılıb.

  • В Сумгайыте произошел пожар: в доме обнаружено тело мужчины

    Сегодня утром в частном жилом доме на территории города Сумгайыт произошёл пожар.

    Как сообщает Oxu.Az, на место происшествия были направлены сотрудники Государственной службы пожарной охраны Министерства по чрезвычайным ситуациям, возгорание было потушено.

    В ходе осмотра места пожара в доме было обнаружено тело Сахавата Самедова (1969 г.р.).

    По данному факту проводится расследование.

  • Sumqayıtda dəhşətli yanğın: Evdən kişinin meyiti tapıldı

    Sumqayıt şəhərində evdə yanğın hadisəsi baş verib.

    Oxu.Az-ın məlumatına görə, hadisə bu gün səhər saatlarında şəhər ərazisindəki fərdi yaşayış evində qeydə alınıb.

    Hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin Yanğından Mühafizə Xidmətinin əməkdaşları cəlb ediliblər və yanğın söndürülüb. Yanğın yerinin kəşfiyyatı zamanı evdən 1969-cu il təvəllüdlü Səxavət Hidayət oğlu Səmədovun meyiti aşkarlanıb.

    Faktla bağlı araşdırma aparılır.

  • Tayvanda güclü zəlzələ oldu

    Tayvanda 5.3 bal gücündə zəlzələ baş verib.

    Bu barədə Avropa-Aralıq dənizi Seysmoloji Mərkəzi məlumat yayıb.

    Məlumata görə, yeraltı təkanlar yerli vaxtla səhər saat 6:27-də (Bakı vaxtı ilə saat 2:27) qeydə alınıb.

    Yeraltı təkanların episentri 31 min əhalisi olan Hençun şəhərindən 180 kilometr aralıda, ocağı isə 15 kilometr dərinlikdə yerləşib.

    İtki və dağıntı barədə heç bir məlumat verilməyib.

  • Bakıda çəkdiyi əxlaqsız videoları sosial şəbəkədə paylaşan şəxs HƏBS OLUNDU

    Bakı şəhəri Nərimanov rayonu ərazisində yerləşən gecə klublarının birində yol verdiyi qeyri-etik davranışları sosial media hesablarında yayımlayan vətəndaş saxlanılıb.

    Median.Az-ın “Teleqraf”a istinadla verdiyi məlumata görə, 2001-ci il təvəllüdlü, Tərtər rayon sakini Vüqar Səlimov (ad və soyad şərtidir) pabda əxlaq normalarına zidd hərəkətlər sərgiləyib.

    O, bu görüntüləri videolentə alaraq sosial şəbəkələrdə kütləvi nümayiş etdirib.

    Sözügedən paylaşımdan sonra həmin şəxs polis bölməsinə dəvət olunub. Bu ərəfədə o, polis əməkdaşının qanuni tələblərinə riayət etməkdən boyun qaçırıb.

    V.Səlimov barəsində İnzibati Xətalar Məcəlləsinin müvafiq olaraq 510.2-ci (internet informasiya ehtiyatında və ya informasiya-telekommunikasiya şəbəkəsində kütləvi nümayiş etdirildiyi halda ictimai mənəviyyatı təhqir edən, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən hərəkətlərin edilməsinə, yəni əxlaqsız ifadələrin səsləndirilməsinə və ya belə məzmun təəssüratı yaradan jestlərin edilməsinə, yaxud insan bədəninin hissələrinin əxlaq normalarına və milli-mənəvi dəyərlərə zidd formada göstərilməsinə görə) və 535.1-ci (polisin qanuni tələblərinə tabe olmama) maddələri üzrə protokol tərtib olunub.

    Nərimanov Rayon Məhkəməsinin çıxardığı qərara əsasən, Səlimov barəsində 1 ay müddətinə inzibati həbs tədbiri seçilib.

  • Ermənistan AES-in istismar müddətini uzadır

    Ermənistan Atom Elektrik Stansiyasının istismar müddətinin 2046-cı ilə qədər uzadılması planlaşdırılır.

    Bunu Ermənistanın Baş naziri Nikol Paşinyan deyib.

    O qeyd edib ki, stansiyanın istismar müddətinin 2036-cı ilə qədər uzadılmasından sonra əlavə 10 illik uzadılma 2046-cı ilə qədər planlaşdırılır.

    Paşinyan qeyd edib ki, bu müddət ərzində yeni atom elektrik stansiyasının tikintisi ilə bağlı qərar qəbul edilməlidir.

    Qeyd edək ki, 2023-cü ildə “Rosatom Service” və Ermənistan Atom Elektrik Stansiyası QSC stansiyanın istismar müddətinin 2036-cı ilə qədər uzadılması barədə müqavilə imzalayıblar. Hazırda əlavə uzadılma üzrə işlər davam edir.

  • Qurban Qurbanov xanımı və qızı ilə – Video

    “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanovun qızı Zəhranın toyudur.

    Qurban Qurbanovun həyat yoldaşı Könül və qızı Zəhra ilə birgə çəkilmiş fotosu yayılıb.

    Fotonu stilist Jalə Əsədzadə paylaşıb.

  • Tibb işçilərinin maaşları artırılacaq? – VACİB AÇIQLAMA

    Azərbaycanda tibb işçilərinin aldıqları məvacib son illərdə cəmiyyətin ən çox müzakirə etdiyi sosial-iqtisadi məsələlərdən biridir.

    BAKU.WS-in məlumatına görə, xüsusilə səhiyyə sistemində aparılan islahatlar, dövlət və özəl sektor arasında fərqlər, eləcə də həkim və orta tibb personalının iş yükü bu mövzunu daha da aktuallaşdırır.

    Bir tərəfdən əhalinin keyfiyyətli tibbi xidmətə çıxışı prioritet sayılırsa, digər tərəfdən bu xidməti göstərənlərin sosial rifahı və maddi təminatı diqqət mərkəzində dayanır.

    Azərbaycan Qiymətləndiricilər Cəmiyyətinin (AQC) sədri Vüqar Oruc hesab edir ki, səhiyyə sektorunda həm rəsmi, həm də qeyri-rəsmi gəlir mexanizmləri mövcuddur:

    “İstər dövlət, istərsə də özəl tibb müəssisələrində rəsmi maaşlar bir çox hallarda yüksək hesab edilmir. Bu səbəbdən həkimlər və digər tibb işçiləri bir neçə tibb müəssisəsində çalışaraq aylıq gəlirlərini formalaşdırırlar.

    Uzun illər mövcud olmuş qeyri-rəsmi ödənişlər sistemi müəyyən mənada aşağı rəsmi maaşları kompensasiya edib. Lakin bu, sistemli və arzuolunan model hesab edilə bilməz. Səhiyyə sahəsində şəffaf və yüksək rəsmi əməkhaqqı sistemi qurulmalıdır. Əks halda, paralel gəlir mexanizmləri qalmaqda davam edəcək”.

    V.Orucun fikrincə, səhiyyə sistemində islahatlar davam etdikcə rəsmi maaşların mərhələli şəkildə artırılması daha real görünür:

    “Bu isə həm tibbi xidmətin keyfiyyətinə, həm də vətəndaş məmnuniyyətinə müsbət təsir göstərə bilər. Uzunmüddətli perspektivdə tibb işçilərinin sosial rifahının yüksəldilməsi dövlət siyasətinin prioritet istiqamətlərindən biri olmalıdır”.

  • Ən çox şikayət edilən sığorta şirkətləri – SİYAHI

    Azərbaycan Mərkəzi Bankı son bir ildə Azərbaycanda avtomobillərin icbari sığortası üzrə ən çox şikayət edilən şirkətlərin siyahısını açıqlayıb.

    Valyuta.az xəbər verir ki, avtomobillərin icbari sığortası üzrə ən çox şikayət edilən şirkətlərin siyahısında ilk sırada 1,81 indeksi ilə AtaSığorta ASC yer alıb.

    Siyahının sonunda isə 0,46 indeksi ilə Azərbaycan Sənaye Sığorta ASC yer alıb.