Month: February 2026

  • Azərbaycanlılar şopinq üçün ən çox hansı ölkələrə üz tutub?

    2025-ci ildə 32 min 424 nəfər Azərbaycan vətəndaşı mağazalara baş çəkmək məqsədilə xaricə üz tutub.

    Bu məqsədlə səfər edən vətəndaşlarımızın sayında əvvəlki illə müqayisədə azalma müşahidə olunub.

    Belə ki, 2024-cü ildə mağazalara baş çəkmək məqsədilə xaricə səfər edən Azərbaycan vətəndaşlarının sayı 48 min 544 nəfər olub. Statistikaya görə, 2025-ci ildə Türkiyədən Azərbaycana 22 min 605 turist mağazalara baş çəkmək məqsədilə gəlib.

    Bu göstərici ilə Türkiyə ilk sırada qərarlaşıb.

    Mağazalara baş çəkmək məqsədilə xaricə səfər edən azərbaycanlı turistlərin sayına görə ikinci yerdə 5 min 638 nəfərlə Rusiya qərarlaşıb.
    Üçüncü sırada isə Gürcüstan yer alır. Bu ölkəyə səfər edən azərbaycanlıların sayı 3 min 46 nəfər olub.
    Bundan başqa, 2025-ci ildə mağazalara baş çəkmək məqsədilə xaricə səfər edən Azərbaycan vətəndaşlarının ölkələr üzrə sayı aşağıdakı kimi olub.

    Türkiyə – 22 605 nəfər
    Rusiya Federasiyası – 5 638 nəfər
    Gürcüstan – 3 046 nəfər
    Birləşmiş Ərəb Əmirlikləri – 457 nəfər
    İran – 290 nəfər
    Çin – 71 nəfər
    Səudiyyə Ərəbistanı – 72 nəfər
    İsrail – 76 nəfər
    Qazaxıstan – 79 nəfər
    Almaniya – 44 nəfər
    Türkmənistan – 27 nəfər
    Misir – 11 nəfər
    Digər ölkələr – 8 nəfər

  • Banklardan kənarda olan nağd pul kütləsi 18 milyard manata çatıb

    2025-ci ilin yanvar-dekabr aylarında Azərbaycanda geniş mənada pul kütləsi (M3 aqreqatı) 49 milyard 860,3 milyon manat təşkil edib.

    Bu, aylıq müqayisədə 2,46 % və ya 1 milyard 198,2 milyon manat, 2024-cü ilin eyni dövrü ilə müqayisədə isə 7,23% və ya 3 milyard 365,5 milyon manat çoxdur.

    2025-ci ilin yanvar-noyabr aylarında Azərbaycanda geniş mənada pul kütləsi (M3 aqreqatı) 48 milyard 662,1 milyon manat təşkil edib. 2024-cü ilin yanvar-dekabr aylarında isə Azərbaycanda geniş mənada pul kütləsi (M3 aqreqatı) 46 milyard 494,8 milyon mmanat olub.

    Qeyd edək ki, 2025-ci ilin yanvar-dekabr aylarında banklardan kənarda olan nağd pul kütləsi (M0 aqreqatı) isə 17 milyard 947,8 milyon manat olub ki, bu da aylıq müqayisədə 4,1 % və ya 714,1 milyon manat çox, 2024-cü ilin eyni dövrü ilə müqayisədə 13,17 % və ya 2 milyard 89,9 milyon manat çoxdur.

    2025-ci ilin yanvar-noyabr aylarında banklardan kənarda olan nağd pul kütləsi (M0 aqreqatı) 17 milyard 233,7 milyon manat, 2024-cü ilin yanvar-dekabr aylarında isə banklardan kənarda olan nağd pul kütləsi (M0 aqreqatı) 15 milyard 857,9 milyon manat olub.
    //valyuta.az

  • Novxanıda sürət qatarı qarşısına çıxan piyadanı vurub öldürdü

    “Azərbaycan Dəmir Yolları” (ADY) QSC-yə məxsus qatar 11 fevral tarixində saat 19:07-də Abşeron dairəvi marşrutunun Pirşağı-Sumqayıt hissəsində hərəkətdə olarkən yola qəfil insan çıxıb.

    Bu barədə “Report”un sorğusuna cavab olaraq QSC-dən məlumat verilib.

    Bildirilib ki, maşinist tərəfindən təcili tormozlama aparılsa da, məsafə az olduğundan hadisə qaçılmaz olub:

    “Əməkdaşlar tərəfindən əraziyə dərhal təcili tibbi yardım briqadası çağırılıb. Hadisə ilə əlaqədar qatarın hərəkətində yubanma qeydə alınıb.

    ADY bir daha insanlara çağırış edərək onları dəmir yolu xətlərini yalnız müəyyən edilmiş yer və piyada keçidlərindən keçməyə, həyatlarını riskə atacaq hərəkətlərdən çəkinməyə çağırır”.

  • Türkiyə və Yunanıstan arasında əməkdaşlığa dair 7 sənəd imzalandı

    Türkiyə və Yunanıstan arasında müxtəlif sahələrdə əməkdaşlığa dair yeddi sənəd imzalanıb.

    İmzalanma və sənədlərin mübadiləsi mərasimində Yunanıstanın Baş naziri Kiryakos Miçotakislə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan iştirak edib.

    Sənədlərin altısı hər iki ölkənin nazirləri, biri isə (Türkiyə ilə Yunanıstan hökumətləri arasında ortaq bəyannamə) Kiryakos Miçotakis və Rəcəb Tayyib Ərdoğan tərəfindən imzalanıb.

  • Mənimsəmədə ittiham olunan şirkət direktorunun cinayət işinə xitam verildi

    “Kömək Kredit İttifaqı” Məhdud Məsuliyyətli Cəmiyyətinin təsisçisi və direktoru olmuş Aydın Hüseynovun cinayət işi üzrə məhkəmənin yekun prosesi keçirilib.

    APA xəbər verir ki, bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Leyla Əsgərova Məmmədovanın sədrliyi ilə keçirilən prosesdə dövlət ittihamçısı çıxış edib.

    O, Aydın Hüseynovun 3 il müddətinə müəyyən vəzifə tutmaq hüququndan məhrum edilməklə 8 il müddətinə azadlıqdan məhrum edilməsini və məhkəmə zalından həbs edilməsini təklif edib.

    Müşavirədən sonra məhkəmənin qərarı elan olunub. Qərara əsasən, Aydın Hüseynovun barəsində olan icraata cinayət məsuliyyətinə cəlbetmə müddəti keçdiyi üçün xitam verilib. Onun barəsində olan qətimkan tədbiri ləğv edilib.

    Qeyd edək ki, Baş Prokurorluğun mətbuat xidmətinin yaydığı məlumata görə, istintaqla “Kömək Kredit İttifaqı”nın təsisçisi və direktoru olmuş Hüseynov Aydın İsa oğlunun 2012-2016-cı illər ərzində müxtəlif şəxslərin adlarına saxta kredit müqavilələri tərtib etməklə İqtisadiyyat Nazirliyi yanında Sahibkarlığın İnkişafı Fonduna məxsus 1 milyon manatdan artıq pul vəsaitini sahibkarlara güzəştli kredit verilməsi adı altında mənimsəməsinə əsaslı şübhələr müəyyən edilib.

    İbtidai istintaq dövründə vurulmuş ziyandan 514 min manatının ödənilməsi təmin edilib, həmçinin müstəntiqin qərarı və ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurorun təqdimatı əsasında məhkəmənin qərarı ilə təqsirləndirilən şəxsə məxsus müxtəlif daşınmaz əmlakların üzərinə həbs qoyulub.
    Toplanmış sübutlar əsasında Aydın Hüseynova Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 179.3.2 (mənimsəmə külli miqdarda ziyan vurmaqla törədildikdə), 308.2 (vəzifə səlahiyyətlərindən sui-istifadə ağır nəticələrə səbəb olduqda) və 313-cü (vəzifə saxtakarlığı) maddələri ilə ittiham elan edilməklə barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilib.

  • “Temu” bağlamaları gömrükdə ilişib qalanlara ŞAD XƏBƏR – Çarəsi tapıldı

    Bir müddətdir ki, “Temu” bağlamalarının çatdırılması ilə bağlı ciddi problemlər yaşanır. Məhsul sifariş edən vətəndaşlar bildirirlər ki, bağlamaları günlərdir gömrükdə qalıb. Səbəbini isə bilmirlər.

    Dövlət Gömrük Komitəsi məsələ ilə bağlı açıqlamasında gecikmələrin səbəbi vaxtında və düzgün bəyan edilməyən bağlamaların sayının artmasıdır:

    “Gömrük qanunvericiliyinin tələblərinə əsasən poçt daşıyıcıları vasitəsilə sifariş edilən yüklər də gömrük orqanlarına bəyan edilməlidir. Son dövrlərdə edilən elektron sifarişlərin sayının kəskin artmasına paralel olaraq, bir sıra hallarda düzgün və dəqiq bəyan edilməyən və ya ümumiyyətlə bəyan edilməyən bağlamaların həcminin artdığı müşahidə olunur.”

    Median.Az Day.Az-a istinadən xəbər verir ki, sosial şəbəkə istifadəçilərindən biri bağlamalarının günlərdir gömrükdə qaldığını, lakin apardığı araşdırmadan sonra problemi həll edə bildiyini bildirib.

    Onun sözlərinə görə, “Temu” üzərindən sifariş etdiyi bağlama yanvarın 29-dan etibarən gömrükdə saxlanılıb. “Düşünürdüm ki, problem öz-özünə həll olunacaq. Araşdırdım və problemin səbəbini tapdım. Artıq bağlamam gömrük yoxlamasından keçib və mənə təhvil verilməlidir”, – deyə o qeyd edib.

    İstifadəçi problemin həlli qaydasını da izah edib. Bildirib ki, bunun üçün “Smart Customs” sisteminə daxil olmaq, orada bəyan edilmiş bağlamanı seçmək lazımdır. Həmin bölmədə “Öz bağlamanızın daşınmasını göndərən şirkətə həvalə edin” seçimi işarələnməli və təsdiq edilməlidir. Onun sözlərinə görə, bu əməliyyatı etdikdən qısa müddət sonra bağlama çatdırılır. O, eyni problemlə üzləşənlərə də bu qaydada hərəkət etməyi tövsiyə edib.

    Şərh bölməsində yazan digər istifadəçilər də video müəllifinin dediklərini təsdiqləyiblər. Onlar bildiriblər ki, eyni əməliyyatı həyata keçirdikdən sonra bağlamaları qısa müddətdə təhvil verilib.

  • Rusiyada “WhatsApp” tamamilə bloklandı

    Rusiyada “WhatsApp” mesenceri birdəfəlik bloklanıb.

    Bu barədə yerli informasiya mənbələri məlumat yayıb.

    Mesencerə məxsus domen adı Milli Domen Adları Sisteminin reyestrindən çıxarılıb.

    Bu səbəbdən artıq ölkə daxilində VPN xidmətlərindən istifadə etmədən “WhatsApp” tətbiqinə giriş qeyri-mümkündür.

    Xatırladaq ki, daha əvvəl “YouTube” videohostinq platforması da analoji qaydada bloklanmışdı.

  • Gəncədə ana 40 günlük körpəsindən imtina etdi

    Gəncədə ana 40 günlük körpəsindən imtina edib.

    Median.Az “Teleqraf”a istinadən xəbər verir ki, cinsiyyəti qız olan körpəni anası Gəncə 2 nömrəli Birləşmiş Uşaq Xəstəxanasına gətirib və ondan imtina etdiyini, körpənin körpələr evinə verilməsini istəyib.

    Hazırda körpə uşaq xəstəxanasındadır.

  • Birinci Qarabağ müharibəsində itkin düşmüş şəhidin nəşi 34 il sonra tapıldı

    Sabirabadın Qaratəpə kənd sakini, Birinci Qarabağ müharibəsi zamanı itkin düşən şəhid Rəsul Ağayevin nəşi tapılıb.

    Median.Az “Unikal”a istinadən xəbər verir ki, şəhid R.Ağayev 1992-cı ildən etibarən itkin hesab olunurdu.

    34 il sonra nəşi tapılan şəhidimiz evli idi, bir qız övladı yadigar qalmışdı, hazırda şəhidimizin adını daşıyan Rəsul adında nəvəsi var.

    Şəhid R.Ağayevin nəşinin gələn həftə doğulduğu Qaratəpə kənd qəbiristanlığında dəfn olunacağı gözlənilir.

  • Duman Bakı–Şamaxı–Yevlax yolunda hərəkəti ləngidir

    Qar və buzdan sonra yolları qatı duman bürüyüb.

    Bakı–Şamaxı–Yevlax avtomobil yolunun Şamaxı rayonu ərazisindən keçən hissəsində, Ağsu aşırımında, eləcə də Muğanlı–İsmayıllı yolunda qatı duman müşahidə olunur.

    İki saatdan artıqdır davam edən sıx duman səbəbindən avtomobillərin hərəkətində çətinlik yaranıb. Hazırda paytaxtdan şimal-qərb və Aran rayonlarına, eləcə də əks istiqamətdə hərəkət edən sürücülər üçün görmə məsafəsi xeyli azalıb. Bu səbəbdən nəqliyyat vasitələrinin sürəti saatda 40 kilometrdən yuxarı olmur.

    Daxili İşlər Nazirliyinin Şəki regional qrupundan bildirilib ki, mövcud hava şəraiti ilə əlaqədar ərazidə yol-patrul xidməti əməkdaşları gücləndirilmiş rejimdə xidmət aparır, hərəkətin təhlükəsizliyinin təmin olunması istiqamətində zəruri tədbirlər görülür.