Bakıda Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Amerika Birləşmiş Ştatlarının vitse-prezidenti Ceyms Devid Vens ilə geniş tərkibdə görüşü başlayıb.
Bu barədə AZƏRTAC məlumat yayıb.
Dövlət Vergi Xidmətinin Vergi ödəyicilərinin qeydiyyatı və uçotu baş idarəsinin rəisi Mirzə Mirzəyev vəzifəsindən azad edilib.
Median.Az APA-ya istinadən xəbər verir ki, o, 2024-cü ilin aprel ayından bu vəzifədə çalışıb.
Qeyd edək ki, M.Mirzəyev Azərbaycan Respublikasının Prezidenti yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyinin sədr müavini vəzifəsinə təyin olunub.
“Meydançanın şəraitinə baxmayaraq, bunu bacardıq”.
Bunu Misli Premyer Liqasında keçirilən “Şamaxı” – “Qarabağ” matçından sonra keçirilən mətbuat konfransında Ağdam təmsilçisinin baş məşqçisi Qurban Qurbanov deyib.
O bildirib ki, oyunçularında aqressiya çatışmırdı:
“Azarkeşlərimizə təşəkkür edirəm. İki oyundur hava şəraitinə baxmayaraq, komandanın yanında olurlar. Futbolçularımı təbrik edirəm. Çox vacib üç xal idi. Oyunda xarakter və mübarizə çox vacib idi. İlk hissənin başlanğıcında “Şamaxı” bizdən daha aqressiv təsir bağışladı. Bizdə aqressiya çatışmırdı. İkinci hissədə futbolçularım oyuna nəzarəti ələ ala bildilər. Meydançanın şəraitinə baxmayaraq, topa nəzarət etməyi bacardılar. Son saniyələrdə topa nəzarət olunaraq qalibiyyət qolu vuruldu. Yaxşı oyuna görə rəqibi də təbrik edirəm. Qarşıdakı oyunlara hazırlaşacağıq”.
“Bu heyət son matçı buraxmışdı. Kubok oyununda bəzi oyunçuların istirahətə ehtiyacı var idi. “İmişli” ilə oyunda da dəyişikliklər mümkündür, rotasiyalar edəcəyik. Bəzi futbolçulardan narazılığım var. Çünki əsl performanslarını göstərə bilmirlər. Bəzi nüanslar var ki, özlərini sübut etməlidirlər. Hələ bir neçə gün var. Rəqibin heyətindən, taktikasından asılı olaraq dəyişikliklər edə bilərik. Ola bilsin oyun zamanı fərqli seçimlər edək. İnanıram ki, sonda doğrusunu deyəcəyik”, – deyə Qurban Qurbanov qeyd edib.
Qeyd edək ki, qarşılaşma “Qarabağ”ın 2:1 hesablı qələbəsi ilə başa çatıb.
//oxu.az
Azərbaycanda mülki dövriyyədə olmasına yol verilməyən əşyaların siyahısı genişləndirilir.
Qaynarinfo xəbər verir ki, bu məsələ Milli Məclisin bu gün keçirilən iclasında müzakirə edilən “Mülki dövriyyədə olmasına yol verilməyən (mülki dövriyyədən çıxarılmış) əşyaların siyahısı haqqında” Qanunda dəyişiklik edilməsi barədə qanun layihəsində öz əksini tapıb.
Layihəyə əsasən, asbest və tərkibində asbest olan materiallar Mülki Məcəlləyə uyğun olaraq mülki dövriyyədə olmasına yol verilməyən (mülki dövriyyədən çıxarılmış) əşyaların siyahısına əlavə ediləcək.
Bildirilib ki, asbest uzun illər ərzində sənayenin bir çox sahələrində (sement, kimya, izolyasiya, kağız sənayesi və sair) və tikintidə geniş istifadə olunan mineral tərkibli materialdır.
Dövlət Statistika Komitəsinin məlumatına əsasən, ölkəmizə 2023-cü ildə 591 ton asbest və 30 238 ton tərkibində asbest olan təbəqələr, 2024-cü ildə isə 1 045 ton asbest və 27 634 ton tərkibində asbest olan təbəqələr idxal edilib. Asbest tərkibli dam örtükləri (şifer) ölkədə ümumi dam örtüyü fondunun 29 faizini təşkil edir və təxminən 190 milyon m² sahəni əhatə edir. Ölkədə şifer istehlakı 2,6 milyon m² və ya 1,5 milyon list təşkil edir. Hazırda ölkənin dam örtüyü bazarının 15-20 faizi şiferin payına düşür.
Vurğulanıb ki, elmi araşdırmalar onun insan sağlamlığı üçün ciddi təhlükə yaratdığını sübut etdikdən sonra bir sıra ölkələrdə asbest və asbest tərkibli məhsulların istifadəsi qadağan edilib. Asbest liflərinin havaya qarışaraq nəfəs yollarına daxil olması müxtəlif xəstəliklərin, o cümlədən ağciyər xəstəliklərinin yaranma riskini artırır. Bu səbəbdən asbestin istifadəsinin məhdudlaşdırılması və tamamilə qadağan edilməsi ictimai sağlamlığın qorunması baxımından mühüm addım hesab olunur.
Ümumdünya Səhiyyə Təşkilatı asbest və tərkibində asbest olan məhsulları kanserogen məhsullar kimi təsnifatlandırıb. Ümumdünya Səhiyyə Təşkilatının təklifi ilə asbestlə bağlı xəstəliklərin qarşısının alınması məqsədilə milli səviyyədə müvafiq tədbirlərin həyata keçirilməsi üzv ölkələr tərəfindən öhdəlik kimi qəbul edilib.
Avropa İttifaqının müvafiq normalarında bu növ tikinti materialları qadağan edilib. Belə ki, asbestlə bağlı sağlamlıq risklərinin qarşısını almaq üçün Avropa İttifaqı asbest və asbest məhsullarının istifadəsinin qadağan olunması ilə bağlı 1999-cu və 2009-cu illərdə müvafiq direktivlər qəbul edib. 1999/77/EC nömrəli Direktivlə 1 yanvar 2005-ci il tarixindən etibarən Avropa İttifaqında asbest liflərinin istifadəsi və xrizotil asbestin yeni sahələrdə tətbiqi qadağan edilib.
BMT-nin “Təhlükəli tullantıların sərhədlərarası daşınmasına və kənarlaşdırılmasına nəzarət haqqında” Bazel Konvensiyası ilə asbest təhlükəli maddə kimi təsnifatlandırılıb.
“Beynəlxalq ticarətdə müəyyən təhlükəli kimyəvi maddələr və pestisidlər üçün əvvəlcədən məlumatlandırılmış razılıq proseduru haqqında Rotterdam Konvensiyası”nda (ölkəmiz bu konvensiyaya 30 sentyabr 2025-ci il tarixli qanunla qoşulub) asbest məhsulu təhlükəli kimyəvi maddə kimi təsnif edilib və onun beynəlxalq ticarəti müəyyən məhdudiyyətlərə tabedir. Sənədə əsasən, məhsul insan sağlamlığı üçün ciddi təhlükə yaradır, ticarəti müəyyən prosedurlarla tənzimlənir.
Beləliklə, beynəlxalq təcrübə nəzərə alınmaqla qanun layihəsinə əsasən, asbest və tərkibində asbest olan materiallar mülki dövriyyədə olmasına yol verilməyən (mülki dövriyyədən çıxarılmış) əşyaların siyahısına daxil edilir.
Qanunun 2027-ci il iyulun 1-dən qüvvəyə minməsi nəzərdə tutulur.
Müzakirələrdən sonra məsələ səsverməyə qoyularaq III oxunuşda qəbul edilib.
Bir neçə gün əvvəl mobil ödəniş və rəqəmsal pul kisəsi tətbiqi olan m10-da hesabların dondurulmasının əsas səbəbləri bəlli olub.
Median.Az xəbər verir ki, Gununsesi.info-nun əldə etdiyi özəl məlumata görə, sistemdəki bloklanma baş verən talama ilə bağlıdır. Məlumata görə, m10 hesabının başqa şəxslərin idarəçiliyinə keçməsi nəticəsində ayrı-ayrı insanlara məxsus olan on milyonlarla vəsait talan edilib.
Prosesin ABŞ-dən həyata keçirildiyi bildirilir. Məlumata görə, hazırda Azərbaycanın hüquq-mühafizə orqanlarında cinayət işləri açılıb və m10-dan həbslər həyata keçirilib.
Bildirilir ki, m10-un xaricdən idarə olunması üçün həmin şəxslər xüsusi qorunan məlumatları və kodları qarşı tərəfə ötürüb.
Qeyd edək ki, m10-da yaranan çətinliklə bağlı “PASHA Pay” açıqlama yaymışdı.
Bildirilirdi ki, m10 platformasında xarici mənşəli “merchant”lardan bəzi istifadəçi hesablarına müəyyən məbləğlərdə vəsait daxil olması qeydə alınmışdır. Təhlükəsizlik və tənzimləyici tələblərə uyğun olaraq, sözügedən hesablar müvəqqəti olaraq dondurulmuşdur. Hazırda məsələ m10-nun müvafiq komandaları tərəfindən daxili prosedurlara uyğun şəkildə araşdırılır və m10-da bütün əməliyyatlar tam bərpa olunub.
Yaranmış narahatlığa görə istifadəçilərimizdən üzr istəyir, göstərdikləri anlayış və etimad üçün təşəkkür edirik.
İstifadəçilərimizin vəsaitlərinin təhlükəsizliyini, əməliyyatların şəffaflığını və platformanın sabitliyini daim prioritet olaraq qorumağa davam edirik”.
Qeyd edək ki, m10 – Azərbaycanda çox sürətlə yayılan mobil ödəniş və rəqəmsal pul kisəsi tətbiqidir. Rəsmi olaraq Kapital Bank tərəfindən yaradılıb və əsas məqsədi gündəlik pul köçürmələrini və ödənişləri maksimum sadələşdirməkdir.
Hava Nəqliyyatında Baş Gömrük İdarəsinin işçiləri ölkə ərazisinə qanunsuz yollarla xəz dəri məhsullarının keçirilməsi cəhdinin qarşısını alıblar.
Bu hadisə ilə əlaqədar Dövlət Gömrük Komitəsi məlumat yayıb.
Məlumatda qeyd olunur ki, Pekin-Bakı marşrutu ilə uçan təyyarədə gələn Azərbaycan vətəndaşı əvvəlki səfərindən qalmış əl yükü birkalarını saxlayaraq gömrük əməkdaşlarını yanıltmağa çalışıb.
O, çantalarını baqaj yükü kimi təqdim etməklə guya yüklərin artıq yoxlanışdan keçdiyi təəssüratını yaratmağa və “Yaşıl kanal”dan istifadə edərək gömrük zonasından çıxmağa cəhd göstərib. Lakin gömrük əməkdaşı tərəfindən sərnişin “Qırmızı kanal”a istiqamətləndirilib. Rentgen aparatı vasitəsilə yüklərə baxış keçirilərkən monitorda şübhəli görüntülər qeydə alınıb.
Həyata keçirilən yoxlama nəticəsində həmin şəxsə məxsus çamadan və sellofan torbanın içindən gömrük orqanlarına bəyan olunmamış, müxtəlif markalara aid 27 ədəd xəz dəri məmulatı tapılıb.
Faktla əlaqədar araşdırma işləri davam etdirilir.
Домашний арест бывшего руководителя Администрации Президента Азербайджана Рамиза Мехтиева продлен на очередной срок.
По ходатайству следователя Службы государственной безопасности (СГБ) Сабаильский районный суд рассмотрел представление о продлении срока меры пресечения в виде домашнего ареста в отношении Рамиза Мехтиева.
Суд удовлетворил представление, и срок домашнего ареста продлен еще на четыре месяца.
Напомним, что в рамках уголовного дела, возбуждённого СГБ, Рамизу Мехтиеву предъявлены обвинения по статьям 278.1 (действия, направленные на насильственный захват власти или насильственное удержание власти в нарушение Конституции Азербайджанской Республики), 274 (государственная измена) и 193-1.3.2 (легализация имущества, добытого преступным путём, совершенная в крупном размере) Уголовного кодекса Азербайджанской Республики.
В рамках того же уголовного дела были арестованы председатель Партии Народного фронта Азербайджана Али Керимли, его советник Мамед Ибрагим, а также бывший руководитель секретариата НАНА и экс-сотрудник Администрации Президента Эльдар Амиров. Накануне срок содержания под стражей для указанных лиц также был продлен на четыре месяца.
Prezident Admistrasiyasının sabiq rəhbəri Ramiz Mehdiyev barəsində seçilmiş ev dustaqlığı qətimkan tədbiri uzadılıb.
Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) müstəntiqinin vəsatəti əsasında R.Mehdiyevin barəsində ev dustaqlığı qətimkan tədbirinin müddətinin uzadılması ilə bağlı təqdimata Səbail Rayon Məhkəməsində baxılıb.
Məhkəmə təqdimatı təmin edib və R.Mehdiyev barəsində seçilmiş ev dustaqlığı qətimkan tədbirinin müddəti daha dörd ay uzadılıb.
Qeyd edək ki, DTX-də başlanan cinayət işi ilə bağlı Ramiz Mehdiyev AR Cinayət Məcəlləsinin 278.1 (hakimiyyəti zorla ələ keçirməyə, dövlətin konstitusiya quruluşunu zorla dəyişdirməyə yönələn hərəkətlər), 274 (dövlətə xəyanət) və 193-1.3.2-ci (cinayət yolu ilə əldə edilmiş əmlakı leqallaşdırma) maddələri ilə ittiham olunur.
Cinayət işi çərçivəsində AXCP sədri Əli Kərimli, onun müşaviri Məmməd İbrahim, AMEA katibliyinin keçmiş rəisi, Prezident Administrasiyasının keçmiş əməkdaşı Eldar Əmirov həbs edilib. Ötən gün həmin şəxslər barəsində seçilmiş həbs qətimkan tədbirinin müddəti dörd ay uzadılıb.

Mühafizə olunan duracaqda saxlanılan nəqliyyat vasitəsinin sahibi müəyyən məbləğdə haqqı ödədikdən dərhal sonra nəqliyyat vasitəsi ona qaytarılacaq.
Bu məsələ Milli Məclisin bu gün keçirilən plenar iclasında müzakirə olunan “Yol hərəkəti haqqında” qanunda dəyişiklik edilməsi barədə qanun layihəsində öz əksini tapıb.
Qanun layihəsinə əsasən, nəqliyyat vasitəsinin sahibi nəqliyyat vasitəsinin müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) mühafizə olunan duracağına gətirilməsi və orada saxlanılması üçün müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) müəyyən etdiyi məbləğdə haqqı ödədikdən dərhal sonra saxlanılmış nəqliyyat vasitəsi ona qaytarılacaq. Nəqliyyat vasitəsi qanunsuz saxlanılıbsa və ya lazımi qaydada saxlanılmaması nəticəsində ona maddi zərər vurulubsa, nəqliyyat vasitəsinin sahibi inzibati qaydada və məhkəməyə şikayət edə biləcək.
Qeyd edək ki, Tarif Şurasının 12 aprel 2006-cı il tarixli Qərarına əsasən, Daxili İşlər Nazirliyinin Baş Dövlət Yol Polisi İdarəsinin nəzdində fəaliyyət göstərən duracaqlara nəqliyyat vasitələrinin təxliyə avtomobilləri vasitəsilə gətirilməsi və orada mühafizə olunaraq saxlanılması xidmətlərinin aşağıda göstərilən tarifləri təsdiq edilib: