Month: February 2026

  • Paytaxtda “Gelandewagen”in təkərlərini oğurlayan iki nəfər ələ keçdi

    Bakı şəhərinin Nəsimi rayonu ərazisində qarət hadisəsi baş verib.

    Vətəndaşa məxsus “Gelandewagen” avtomobilinin ümumi dəyəri 10 000 manat təşkil edən dörd ədəd təkəri oğurlanıb.

    Polis orqanları tərəfindən həyata keçirilən əməliyyat nəticəsində bu cinayəti qabaqcadan əlbir olaraq törətməkdə şübhəli bilinən 42 yaşlı M.Ramazanov, eləcə də 33 yaşlı Ə.Rəhimli müəyyən edilərək saxlanılıblar.

    Aparılan araşdırmalar zamanı aydın olub ki, həmin şəxslər gecə vaxtı zərərçəkmiş şəxsin qarajına daxil olaraq nəqliyyat vasitəsinin təkərlərini söküb aparıblar.

    Hazırda sözügedən faktla əlaqədar istintaq tədbirləri davam edir.
    //oxu.az

  • Lənkəranda əkiz övlad anası üçəm dünyaya gətirdi

    Lənkəran Rayon Mərkəzi Xəstəxanasında 1992-ci il təvəllüdlü hamilə üçəm dünyaya gəlib.

    Bu barədə Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi (TƏBİB) məlumat yayıb.

    Qeyd edilib ki, pasiyent üzərində həyata keçirilən qeysəriyyə əməliyyatı ilə üçəmlərin doğuş prosesi uğurla icra olunub. Körpələrin çəkiləri müvafiq olaraq ikisi iki, digəri 2.1 kq, boyları isə 40, 41 və 42 sm olub. Onlardan ikisi oğlan, biri qızdır.

    Bildirilib ki, hazırda ana və körpələrin vəziyyəti kafi qiymətləndirilir. Yenidoğulmuşlar həkim-neonatoloqun nəzarətindədir.

    TƏBİB-in məlumatında vurğulanıb ki, 34 yaşlı qadının üçəmlərə qədər iki oğlan və bir qız övladı var. Çoxuşaqlı ananın əvvəlki övladlarından bir qız və bir oğlan da əkiz hamiləliklə dünyaya gəlib.

  • Fəzail Ağamalının ölüm səbəbi nə olub? – Professor şərh etdi

    “Müalicə altında olan xərçəng xəstələrinin dünyasını dəyişməsi bəzən travmatik fəsadlar, eləcə də ürək-damar xəstəlikləri ilə əlaqəli ola bilər”.

    Bunu Qaynarinfo-ya açıqlamasında professor Adil Qeybulla Milli Məclisin sabiq deputatı Fəzail Ağamalının ölüm səbəbindən danışarkən deyib.

    Professorun sözlərinə görə, Fəzail Ağamalının sağlığında hansı xəstəlikdən əziyyət çəkməsi ilə bağlı ictimaiyyətə rəsmi açıqlama verilməyib:

    “Həkimlər onun ürək tutmasından dünyasını dəyişdiyini bildiriblər. Əgər xərçəng xəstəliyi mövcud idisə, hansı orqanın xərçəngi olduğu aydın deyil. Daha çox ehtimal olunur ki, bu, prostat xərçəngi ola bilər. Lakin yenə də xəstəliyi ilə bağlı dəqiq tibbi məlumatlara ehtiyac var”.

    Professor Adil Qeybulla xərçəng xəstələrinin adətən immunopreparatlar, kimyəvi tərkibli dərmanlar və digər müalicə vasitələri qəbul etdiyini də xatırladıb:

    “Bu preparatlar qanın laxtalanma qabiliyyətini artıra, nəticədə müəyyən ciddi fəsadlara səbəb ola bilər”.

    Qeyd edək ki, Milli Məclisin sabiq deputatı Fəzail Ağamalı müalicə məqsədilə Türkiyənin Ankara şəhərinə gedərkən qaldığı oteldə dünyasını dəyişib. Həkimlərin verdiyi ilkin məlumata görə, onun ölümünə ürək tutması səbəb olub.

  • Prezidentin yüksək vəzifə verdiyi Azər Mursaqulov kimdir? – DOSYE

    Prezident İlham Əliyevin Sərəncamı ilə Azər İsmayıl oğlu Mursaqulov Azərbaycan Respublikası Dövlət Statistika Komitəsinin sədri təyin edilib.

    Median.Az Dövlət Statistika Komitəsinin yeni sədrinin dosyesini təqdim edir:

    A.Mursaqulov 1981-ci ildə ildə anadan olub. O, 2003-cü ildə Türkiyənin Boğaziçi Univesitetinin məzunudur, həmin ildə ABŞ-nin Corciya Universitetində iqtisadiyyat üzrə Fəlsəfə Doktoru elmi dərəcəsi alıb.

    2010-2012-ci illərdə Vaşinqtonda, Beynəlxalq Valyuta Fondunun baş qərargahında Fondun icraçı direktorunun müşaviri işləyib. 2012-2019-cu illərdə Maliyyə Nazirliyində müxtəlif vəzifələrdə çalışıb. 2019-cu ildən bu günə qədər Maliyyə Nazirliyi yanında Dövlət Borclarının və Maliyyə Öhdəliklərinin İdarə Edilməsi Agentliyinin direktoru vəzifəsində çalışıb.

    Qeyd edək ki, Dövlət Statistika Komitəsinin əvvəlki sədri Tahir Budaqov olub. O, dövlət başçısının Sərəncamı ilə Nəsimi rayonunun icra başçısı təyin edilib.
    //oxu.az

  • Установлена личность одного из поджигателей ресторана Şeyx Lounge в Гобустане – Видео

    Задержан подозреваемый в поджоге ресторана Şeyx Lounge, расположенного в посёлке Гобустан Гарадагского района Баку.

    В ответ на запрос Oxu.Az в пресс-службе Министерства внутренних дел (МВД) сообщили, что по данному факту возбуждено уголовное дело по соответствующей статье Уголовного кодекса.

    “Ещё один человек, подозреваемый в совершении данного деяния – Дж.Агазаде – задержан сотрудниками полиции и передан следствию. Расследование продолжается”, – говорится в информации.

  • Müştərilərlə dolu olan restorana od vuranlardan birinin şəxsiyyəti məlum oldu (Video)

    Bakının Qaradağ rayonunun Qobustan qəsəbəsində yerləşən “Şeyx Lounge” restoranının yandırılmasında şübhəli bilinən şəxs saxlanılıb.

    Oxu.Az-ın sorğusuna cavab olaraq Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən verilən məlumata görə, faktla bağlı Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi başlanılıb.

    “Əməli törətməkdə şübhəli bilinən daha bir nəfər – C.Ağazadə polis əməkdaşları tərəfindən saxlanılaraq istintaqa təhvil verilib. Araşdırmalar davam etdirilir”, – deyə məlumatda bildirilir.

    Xatırladaq ki, ötən gün saat 23 radələrində Bakının Qaradağ rayonunun Qobustan qəsəbəsində yerləşən “Şeyx Lounge” restoranı yandırılıb. Yanğının baş verməsinə ilkin səbəb olaraq iki nəfər arasında yaranmış mübahisə göstərilir. Belə ki, mübahisə davaya çevrildikdən sonra tərəflərdən biri benzini adıçəkilən obyektə tökərək yanğın törədib, ardınca isə müştərilərin hadisə yerini tərk edə bilməməsi üçün qapını arxadan bağlayıb.

  • Азер Мурсагулов назначен новым председателем Госкомстата

    Президент Азербайджана Ильхам Алиев назначил Азера Исмайыл оглу Мурсагулова новым председателем Госкомитета по статистике.

    Как сообщает АЗЕРТАДЖ, глава государства подписал соответствующее распоряжение.

  • İlham Əliyev Azər Mursaqulova yüksək vəzifə verdi

    Azər İsmayıl oğlu Mursaqulov Azərbaycan Respublikası Dövlət Statistika Komitəsinin sədri təyin edilib.

    Median.Az President.az xəbər verir ki, bununla bağlı Prezident İlham Əliyev sərəncam imzalayıb.

  • İsmayıllıda narkotiklərin satışı ilə məşğul olan şəxs tutulub

    İsmayıllı Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı əməliyyat keçirilib.

    Daxili İşlər Nazirliyin Mətbuat Xidmətinin Şəki regional qrupundan bildirilib ki, tədbirlərlə 34 yaşlı rayon sakini Söhbət İsmayılov saxlanılıb.

    Ondan iki kiloqrama yaxın marixuana və çətənə toxumları aşkar olunub. Araşdırmalarla S.İsmayılovun narkotik vasitələri meşə massivində satış məqsədilə gizlətdiyi müəyyən olunub.

    Faktla bağlı cinayət işi başlanılıb. Məhkəmənin qərarı ilə S.İsmayılov barəsində həbs qətimkan tədbiri seçilib.

  • “Azərbaycanfilm”də 15 nəfər işdən çıxarıldı

    Cəfər Cabbarlı adına “Azərbaycanfilm” kinostudiyasında 15 nəfər işdən azad edilib.

    Bu barədə APA-nın sorğusuna cavab olaraq Azərbaycan Respublikasının Kino Agentliyindən məlumat verilib.

    Bildirilib ki, aparılan dəyişikliklər idarəetmənin təkmilləşdirilməsi və fəaliyyətin səmərəliliyinin artırılmasına yönəlmiş struktur yenilənməsi çərçivəsində həyata keçirilir: “Bu proses zamanı real istehsal yükünə uyğun olmayan ştat vahidləri optimallaşdırılıb və struktur göstəriciləri 65 nəfərdən 50 nəfərə uyğunlaşdırılıb”.

    Məlumatda qeyd olunub ki, hazırda kinostudiyada idarəetmə, təhlükəsizlik və istehsalat mexanizmləri yenilənib.

    “Eyni zamanda, kinostudiyanın inkişafına dair qısa və orta müddətli fəaliyyət planları mövcuddur və bu planlar mərhələli şəkildə icra olunur”, – məlumatda qeyd edilib.