Month: February 2026

  • Ötən həftə 670 hektara yaxın ərazi minalardan təmizlənib

    Azad olunan ərazilərdə fevralın 2-dən 8-dək 8 tank əleyhinə mina, 97 piyada əleyhinə mina, 223 partlamamış hərbi sursat (PHS) aşkarlanıb və zərərsizləşdirilib.

    Bu barədə Azərbaycan Minatəmizləmə Agentliyinin (ANAMA) azad edilmiş ərazilərdə həyata keçirilən humanitar minatəmizləmə əməliyyatları ilə bağlı həftəlik məlumatında deyilir.

    Məlumata əsasən, 669.1 hektar ərazi minalardan təmizlənib.

    Qeyd edək ki, minatəmizləmə əməliyyatlarını ANAMA, Müdafiə Nazirliyi, Fövqəladə Hallar Nazirliyi (FHN) və Dövlət Sərhəd Xidməti (DSX) və dörd özəl şirkət Tərtər, Ağdərə, Kəlbəcər, Ağdam, Xocalı, Xankəndi, Şuşa, Xocavənd, Laçın, Füzuli, Cəbrayıl, Qubadlı və Zəngilan ərazilərində, o cümlədən Qazax rayonunun işğaldan azad edilmiş Bağanıs Ayrım, Aşağı Əskipara, Xeyrımlı, Qızılhacılı kəndlərində həyata keçirib.

  • МВД предупредило о фейковых объявлениях о работе и учебе за границей

    Министерство внутренних дел Азербайджана обратилось к гражданам в связи с участившимися случаями распространения ложных объявлений о работе и учебе за рубежом.

    Как сообщили в МВД, поверив таким предложениям, некоторые граждане, оказавшись за рубежом, лишаются документов, подвергаются принудительному труду и сексуальной эксплуатации, становясь жертвами торговли людьми.

    В ведомстве отметили, что обещания высоких зарплат, выгодных условий и быстрого оформления документов могут выглядеть привлекательно, однако в последнее время в социальных сетях все чаще встречаются именно фейковые объявления.

    Чтобы защитить себя, МВД рекомендует:

    · при получении онлайн-предложения о высокооплачиваемой работе или обучении за границей обратиться на горячую линию “152” Главного управления по борьбе с торговлей людьми и получить бесплатную конфиденциальную консультацию;

    · связаться с дипломатическим представительством или консульством Азербайджана в стране назначения и проверить подлинность объявления;

    · потребовать у компании или физического лица, предлагающего работу или учебу, специальное разрешение (лицензию);

    · запросить копию трудового договора.

    Кроме того, граждан призывают проявлять бдительность и после выезда из страны, не передавать никому свои документы, обязательно оформлять трудовой договор и при любых противоправных действиях незамедлительно обращаться в местную полицию, а также в дипломатическое представительство или консульство Азербайджана.

  • DİN xaricdə iş və təhsil adı altında saxta elanlarla bağlı vətəndaşlara müraciət edib

    Daxili İşlər Nazirliyi xaricdə iş və təhsil adı altında saxta elanlarla bağlı vətəndaşlara müraciət edib.

    Bu barədə nazirlikdən məlumat verilib.

    Məlumatda qeyd edilib ki, saxta elanlara inanaraq xarici ölkələrə səfər edən bəzi vətəndaşların sənədləri əllərindən alınır, onlar məcburi əməyə, cinsi istismara məruz qalır və sonda insan alverinin qurbanına çevrilirlər:

    “Yüksək maaş, sərfəli şərtlər, sürətli sənədləşmə prosesi… İlk baxışdan bu təkliflər cəlbedici görünsə də, araşdırmalar onu göstərir ki, son dövrlər sosial şəbəkələrdə xaricdə iş və təhsil adı altında saxta elanlara rast gəlinir.

    Bəs bu kimi hallardan qorunmaq üçün nə etməliyik?

    1. Xaricdə yüksək məvacibli iş və təhsillə bağlı onlayn təklif aldıqda DİN-in İnsan Alverinə qarşı Mübarizə Baş İdarəsinin “152” Qaynar Xəttinə müraciət edərək konfidensiallıq təmin edilməklə ödənişsiz məsləhət ala;

    2. Getmək istədiyiniz ölkədə akkreditasiya olunmuş Azərbaycan Respublikasının diplomatik nümayəndəliyi və ya Konsulluğu ilə əlaqə saxlayıb elanın həqiqiliyini dəqiqləşdirə;

    3. İş və təhsil təklif edən şirkətin, eləcə də fiziki şəxsin xüsusi icazəsini, yəni lisenziyasını tələb edə;

    4. Bağlanacaq əmək müqaviləsinin surətini istəyə bilərsiniz.

    Ehtiyat tədbirləri bununla da bitmir. Ölkə hüdudlarını tərk etdikdən sonra da diqqətli olmalı, şəxsiyyətinizi təsdiq edən sənədləri heç kimə etibar etməməlisiniz. Əmək fəaliyyəti ilə məşğul olarkən əmək müqaviləsi bağlamalı, sizə qarşı edilən istənilən qanunazidd əməl barədə dərhal yerli polis orqanına, eləcə də həmin ölkədə fəaliyyət göstərən diplomatik nümayəndəliyimizə və ya Konsulluğa müraciət etməlisiniz”.

  • Житель Агдашского района погиб, упав с велосипеда

    В Агдаше мужчина скончался от травм, полученных в результате падения с велосипеда.

    Инцидент зафиксирован в селе Ашагы-Ляки Агдашского района.

    Страдающий эпилепсией 38-летний житель села А.Гадиров упал во время езды на велосипеде. Получивший серьезные травмы мужчина скончался по дороге в больницу.

    По факту ведется расследование.

  • Ağdaş sakini velosipeddən yıxılaraq ölüb

    Ağdaş rayon sakini velosipeddən yıxılaraq aldığı xəsarətlərdən həyatını itirib.

    Hadisə rayonun Aşağı Ləki kəndində qeydə alınıb.

    Kənd sakini, epilepsiyadan əziyyət çəkdiyi bildirilən 38 yaşlı Ə.Qədirov velosiped sürərkən yıxılıb və ağır xəsarət alıb. Yaxınları Ə.Qədirovu xəstəxanaya apararkən, o, yolda ölüb.

    Faktla bağlı araşdırma aparılır.

  • Жители Тертера пытались продать почти 150 кг конины под видом говядины

    В Тертерском районе пресечена попытка реализации крупной партии конины под видом говядины.

    Непригодное к употреблению мясо было обнаружено в хлеву в селе Бурдж в ходе совместного рейда сотрудников местного управления Агентства пищевой безопасности (АПБА) и полиции.

    Хлев принадлежит местному жителю Туралу Джафарову. В ходе проверки выявлено 146,8 кг отделенного от костей мяса лошади, признанного непригодным для потребления, а также одна лошадиная голова и кости.

    В ходе расследования установлено, что жители села Сеймур Мамедов и Гасан Джафарли доставили лошадь в хлев, где вместе с мясником Сейфаддином Гулиевым произвели ее убой и расфасовали мясо по пакетам. По их словам, конину планировалось отправить в Баку Эльмеддину Джафарову для последующей реализации под видом говядины.

    Образцы мяса изъяты и помещены на хранение в холодильный склад. По факту продолжается расследование.

  • Tərtərdə 150 kq-a yaxın yararsız at ətinin satışa çıxarılmasının qarşısı alınıb

    Tərtər rayonunun Buruc kəndində Cəfərov Tural Əmrah oğluna məxsus tövlədə istehlaka yararsız ümumi çəkisi 146,8 kq olan sümükdən ayrılmış at əti, həmçinin bir ədəd at başı və sümükləri aşkar edilib.

    Faktla bağlı Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) Qarabağ regional bölməsi və Daxili İşlər Nazirliyinin (DİN) Tərtər RPŞ-nin əməkdaşları birgə reyd keçirib.

    Araşdırma zamanı aydın olub ki, sözügedən atı eyni kənd sakinləri Məmmədov Seymur Baloğlan oğlu və Cəfərli Həsən İntiqam oğlu tövləyə gətirərək, qəssab Quliyev Seyfəddin Arif oğlu ilə birlikdə kəsib və sümükdən ayrılan əti paketlərə qablaşdırıblar. Həmin şəxslər at ətinin mal əti adı altında satılması məqsədilə Bakı şəhərinə Cəfərov Elməddin Bulud oğluna göndərməyi nəzərdə tutduqlarını bildiriblər.

    İstehlaka yararsız at ətindən nümunələr götürülərək soyuducu anbarda saxlanca yerləşdirilib.

    Faktla bağlı araşdırmalar davam etdirilir.

  • В Азербайджане изъято 21 кг наркотиков, задержаны двое подозреваемых

    Сотрудники Главного управления по борьбе с наркотиками Министерства внутренних дел Азербайджана провели масштабную спецоперацию, результатом которой стало изъятие 21 килограмма наркотических веществ.

    Об этом сообщили в пресс-службе МВД.

    В ходе оперативных мероприятий были задержаны двое подозреваемых – 28-летний Исмаил Мурадов и 32-летний Чингиз Гулиев. При обыске у них обнаружена крупная партия марихуаны весом 21 кг, в состав которой были добавлены дополнительные вредные вещества.

    Установлено, что задержанные, вступив в преступный сговор с гражданином Ирана, личность которого устанавливается следствием, планировали размещать наркотические средства в заранее определенных точках с целью сбыта.

    По факту возбуждено уголовное дело, в отношении задержанных лиц по решению суда избрана мера пресечения в виде ареста.

  • Baş İdarə əməliyyat keçirib, 21 kq narkotik aşkarlanıb

    Daxili İşlər Nazirliyinin (DİN) Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşlarının keçirdiyi əməliyyat zamanı 21 kq narkotik vasitə aşkarlanıb.

    Bu barədə DİN-dən məlumat verilib.

    Bildirilib ki, 28 yaşlı İsmayıl Muradov və 32 yaşlı Çingiz Quliyev saxlanılıblar. Onlardan 21 kiloqram tərkibinə zərərli maddələr əlavə edilmiş marixuana aşkarlanıb.

    İ.Muradov və Ç.Quliyevin şəxsiyyəti istintaqla araşdırılan İran vətəndaşı ilə cinayət əlaqəsinə girərək narkotik vasitələri satış məqsədilə əvvəlcədən təyin edilən nöqtələrə yerləşdirməyi planlaşdırdıqları məlum olub.

    Faktla bağlı cinayət işi başlanılıb, saxlanılan şəxslər barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.

  • ABŞ-ın vitse-prezidenti Ceyms Vensin təyyarəsi İrəvana enib

    ABŞ-ın vitse-prezidenti Ceyms Devid Vens Ermənistana səfər edib.

    Vensin təyyarəsi artıq İrəvan hava limanına enib.