Month: February 2026

  • Xalq artisti xəstəxanadan evə buraxıldı

    Xalq artisti, aktyor və kinorejissor Şeyx Əbdül müalicə aldığı xəstəxanadan evə buraxılıb.

    Bu barədə APA-ya Xalq artistinin özü məlumat verib.

    Onun sözlərinə görə, 15 gün ev şəraitində müalicə alacaq, daha sonra isə yenidən 1 həftəlik xəstəxanaya yerləşdiriləcək.

    Qeyd edək ki, o, bir neçə gün əvvəl səhhətində yaranan problemlərlə əlaqədar xəstəxanaya yerləşdirilmişdi.

  • Nəcməddin Sadıkovun müavini olmuş general məhkəməyə verildi

    Azərbaycan Silahlı Qüvvələrinin Baş Qərargah rəisinin sabiq müavini-Əməliyyat Baş İdarəsinin rəisi olmuş general-leytenant Ayaz Həsənovla bağlı məhkəməyə müraciət olunub.

    APA-nın əldə etdiyi məlumata görə, onunla bağlı mülki iddia qaldırılıb. İddiaya Bakıda məhkəmələrin birində baxılacaq. İddia icraata götürülüb. Məhkəmənin hazırlıq iclası fevralın 13-nə təyin edilib.

    Sabiq Baş Qərargah rəisinin müavini Ayaz Həsənovun ev alqı-satqısı ilə bağlı verdiyi sözə əməl etmədiyi iddia olunur. Belə ki, o, Novxanıda yerləşən bağ evini satarkən evi təmir edəcəyini desə də, verdiyi sözə əməl etməyib. Alıcı Ayaz Həsənova bununla bağlı bir neçə dəfə müraciət etsə də, müsbət cavab ala bilməyib. Ona görə də alqı-satqı müqaviləsinin ləğvi ilə bağlı məhkəməyə müraciət edilib. Hazırlıq iclasında general-leytenantın əmlaklarına həbs qoyulması ilə bağlı vəsatətin veriləcəyi gözlənilir.

    Qeyd edək ki, general-leytenant Ayaz Həsənov 2017-2021-ci illərdə Azərbaycan Silahlı Qüvvələrinin Baş Qərargah rəisinin müavini – Əməliyyat Baş İdarəsinin rəisi vəzifəsində çalışıb. Prezident İlham Əliyevin Sərəncamı ilə 2021-ci il iyulun 23-də vəzifəsindən azad edilib.

    O, Silahlı Qüvvələrinin sabiq Baş Qərargah rəisi Nəcməddin Sadıkovun yaxın adamı kimi tanınır.

  • 200 minlik qalmaqal: “Dəmir Yumruq-44-52″nin direktoruna hökm oxundu

    Güzəştli şərlətlər verilmiş dövlət kreditini təyinatı üzrə xərcləməməkdə, vəzifə səlahiyyətlərindən sui-istifadə etməkdə və vəzifə saxtakarlığında təqsirlənidirilən “Dəmir Yumruq-44-52” şirkətinin direktoru İbrahim Məmmədzadəyə hökm oxunub.

    Qaynarinfo-nun əldə etdiyi məlumata görə, Nəsimi Rayon Məhkəməsində Cinayət Məcəlləsinin 195.1 (Qanunsuz kredit alma və ya kreditdən təyinatı üzrə istifadə etməmə), 308.1 (Vəzifə səlahiyyətlərindən sui-istifadə) və 313.1-ci (Vəzifə saxtakarlığı) maddələri ilə mühakimə olunan İbrahim Məmmədzadə 1 il 6 ay müddətinə dövlət və yerli özünüidarə orqanlarında rəhbər, təşkilati-sərəncamverici və maddi məsul vəzifə tutma hüququndan məhrum edilməklə aylıq qazancından dövlət nəfinə 15 faiz məbləğdə pul tutulmaqla 2 il müddətinə islah işləri cəzasına məhkum edilib.

    İş materiallarından məlum olur ki, o, bankların birinə investisiya layihəsi təqdim etməklə 200 000 manat məbləğində güzəştli kredit götürüb. Lakin sonradan məlum olub ki, həmin kredit təyinatı üzrə xərclənməyib.

    İbrahim Məmmədzadə məhkəmədə verilmiş ittiham üzrə özünü təqsirli bilməyib.

    “Dəmir Yumruq-44-52” MMC 14 iyul 2023-cü ildə qeydiyyata alınıb. Nizamnamə kapitalı 10 manatdır. Şirkətin hazırda 15 537,17 manat vergi borcu var.

  • 14 fevral öncəsi restoranlarda fantastik depozit qiymətləri – Video

    50, 250, 300 manatlıq depozitlər…

    Sevgililər günün yaxınlaşması ilə əlaqədar restoranlarda yüksək məbləğli depozitlər qoyulur. Üstəlik pulu da öncədən tələb edirlər. Bəziləri hətta adi gündəki qiymətlərin 3-4 qatını təklif edir. Menyunu o depozitə daxil edənlər də var, etməyib depoziti əlavə pul kimi alanlar da.

    Median.Az Xezerxeber.az-a istinadən xəbər verir ki, iqtisadçılar bildirir ki, qiymətlərin artmasının əsas səbəbi tələbatın çox olmasıdır.

    Bəs bu zaman istehlakçıların hüququ pozulurmu?

    Hüquqşünaslar deyir ki, süni qiymət artımını edən şəxslər məsuliyyəyə cəlb edilə bilər.

    İqtisadçılar qeyd edir ki, nəzarət tədbirləri görülməsə və bu hal davam edərsə qiymət hər il daha da artacaq.

  • Həcc kvotasının 70 faizi dolub: Qiymətlər, kvota problemi və müzakirələr

    Həcc ziyarəti üzrə ayrılmış kvotanın 70 faizi artıq tamamlanıb. Qafqaz Müsəlmanları İdarəsinin Xarici Əlaqələr şöbəsinin müdiri, Həcc elektron sisteminin rəhbəri Vüsal Cahangiri bildirib ki, müəyyən olunmuş vaxt başa çatdıqdan sonra kvotanın tam dolub-dolmamasından asılı olmayaraq qeydiyyat prosesi yekunlaşdırılacaq.

    Sənəd qəbulu üçün son tarix 2026-cı il fevralın 15-i müəyyən edilib. Bu il Həcc ziyarətinin qiyməti 6 100 ABŞ dolları, yəni 10 388 manat təşkil edir. Hər il Həcc ziyarəti üçün müraciət edənlər arasında təkrar ziyarətə gedənlərin sayının çoxluğu kvotanın qısa müddətdə dolmasına səbəb olur. Nəticədə bir çox insan Həcc ziyarəti arzusunda qalsa da, bu imkandan yararlana bilmir.

    Araşdırmaçı jurnalist, dini mövzular üzrə mütəxəssis Rəsul Mirhəşimli Qaynarinfo-ya açıqlamasında bildirib ki, Həcc ziyarəti arzulara deyil, iman və maddi imkan şərtlərinə bağlı olan ibadətdir.

    Onun sözlərinə görə, Azərbaycan cəmiyyətində orta yaşayış səviyyəsi nəzərə alındıqda Həcc qiymətlərinin yüksək olması reallıqdır. Lakin məsələ beynəlxalq müqayisə kontekstində qiymətləndiriləndə fərqli mənzərə ortaya çıxır:

    “Türkiyədə Diyanət İşləri Komitəsi xətti ilə müəyyən edilən Həcc qiymətləri təxminən 12 min manat ekvivalentindədir ki, bu da Azərbaycandakı tariflərdən bir qədər yüksəkdir. Üstəlik, Türkiyədə yalnız Diyanət deyil, müxtəlif özəl şirkətlər də Həcc proqramları təqdim edir və bu paketlərin qiyməti Azərbaycandakı tarifləri 6–7 min manat üstələyir. Yəni yüksək qiymətlər təkcə Azərbaycana xas deyil. Ümumilikdə Həcc ziyarətinin təşkili ilə bağlı logistika və xidmət xərcləri bütün ölkələrdə ciddi şəkildə artıb”.

    Rəsul Mirhəşimli regional müqayisələrə də toxunaraq bildirib ki, bəzi ölkələrdə fərqli modellər tətbiq olunur:

    “Məsələn, Türkmənistanda Həcc ziyarətinin qiyməti 6 200 ABŞ dolları müəyyən edilib və bu məbləğin 50 faizini dövlət qarşılayır. Bu yanaşma sosial baxımdan cəlbedici görünsə də, eyni zamanda dövlət büdcəsinə əlavə yük yaradır. Hər ölkənin iqtisadi imkanları belə subsidiyaları tətbiq etməyə imkan vermir”.

    Ekspert vurğulayıb ki, Həcc qiymətləri ilə bağlı müzakirələrdə əsas problemlərdən biri bu ibadətin yalnız maddi aspektdən qiymətləndirilməsidir:

    “Həcc müsəlmanın həyatında bir dəfə yerinə yetirməli olduğu mənəvi yolçuluqdur. Minlərlə kilometr yol qət etmək, fiziki çətinliklərə qatlanmaq, yüz minlərlə insanla eyni məkanda ibadət etmək təkcə rituallar deyil, həm də səbr, dözüm və mənəvi intizam sınağıdır. Buna görə də Həcc xərclərini adi tətil və ya kommersiya məqsədli səyahətlərlə eyniləşdirmək mahiyyət etibarilə doğru deyil”.

    Rəsul Mirhəşimli hesab edir ki, Həcc ziyarəti məcburi deyil, lakin bu ibadəti yerinə yetirən insanlara qarşı hörmətsiz yanaşma da yolverilməzdir:

    “Heç kim Həccə getməyə məcbur deyil, amma heç kimin də Həccə gedənləri məsxərəyə qoymağa haqqı yoxdur. Dinin əleyhinə yönələn emosional tənqidlər cəmiyyətdə lazımsız qütbləşmə yaradır və sağlam müzakirələrə mane olur. Daha balanslı, faktlara əsaslanan və insanların şəxsi dini seçimlərinə hörmət edən yanaşma həm ictimai sağlamlığa, həm də dini tolerantlığın güclənməsinə xidmət edər”.

  • Qarabağ qazisi vəfat etdi

    Birinci Qarabağ müharibəsinin qazisi, ehtiyatda olan kapitan Zahid Hacıyev vəfat edib.

    Bu barədə qazinin döyüş yoldaşları bildiriblər.

    Kapitan Zahid Hacıyev Birinci Qarabağ müharibəsi zamanı Cəbrayıl istiqamətində döyüşüb. O, Cəbrayılda yaradılan ilk ərazi müdafiə taborunun bölük komandiri olub.

    Allah rəhmət eləsin.

  • Yeni binalarda ciddi problem aşkarlandı – Video

    Paytaxtda yeni binalarda mənzil sayı artdıqca qaraj yerlərinin azlığı dayanacaq problemi yaradır.

    Median.Az Xezerxeber.az-a istinadən xəbər verir ki, paytaxtın mənzil bazarında kvadratmetrlər artdıqca, avtomobillərin dayanacaq problemi daha da kəskinləşir. Yeni inşa olunan çoxmənzilli binalarda mənzil sayı ilə yeraltı dayanacaq yerləri arasındakı tərs mütənasiblik binların ətrafında avtomobil xaosu yaradır.

    Ekspertlər bildirir ki, tikinti şirkətləri çox vaxt mənfəəti parkinq rahatlığından üstün tuturlar.

    Elnur Fərzəliyev deyir ki, bəzi ərazilərdə bir avtomobil yerinin qiyməti ölkənin bölgələrində orta statistik mənzil qiymətinə bərabərdir. Bu isə o deməkdir ki, sakinlər ya illik gəlirlərini bir neçə kvadratmetrlik beton sahəsinə verməli, ya da hər axşam maşın saxlamaq üçün yer axtarışına çıxmalıdırlar. Qiymətin əlçatmazlığı isə yeraltı qarajların boş qalmasına, küçələrin isə iflic olmasına gətirib çıxarır.

    Ekspert bildirib ki, binalarda dayanacaq sayı qaraj sayından az olduqca, binaların ətrafındakı yollar və piyada səkiləri məcburi qaraj funksiyasını yerinə yetirir. Əgər yaxın gələcəkdə tikinti normalarında parkinq yerlərinin sayı mənzil sayına uyğunlaşdırılmazsa, paytaxtın məhəllədaxili yollarının çoxu tamamilə keçilməz olacaq.

  • НОК подтвердил: провокация армянских фигуристов на Олимпиаде пресечена

    Национальный олимпийский комитет (НОК) Азербайджана добился принятия мер в связи с использованием армянскими фигуристами музыки под названием “Арцах” в короткой программе XXV зимних Олимпийских игр.

    Как сообщает Report, официальные представители Международного олимпийского комитета (МОК) и Международного союза конькобежцев (ISU) отреагировали на обоснованное обращение НОК.

    Было отмечено, что выбор армянских спортсменов – Карины Акоповой и Никиты Рахманина – противоречит принципам политической нейтральности, закрепленным в Олимпийской хартии. В связи с этим принято решение изменить название музыкальной композиции, которая будет использоваться спортсменами во время соревнований.

    Отметим, что XXV зимние Олимпийские игры завершатся 22 февраля.

  • MOK erməni idmançılarla bağlı müraciətinə müsbət cavab aldığını təsdiqləyib

    Azərbaycan Milli Olimpiya Komitəsinin (MOK) erməni idmançıları Karina Akopova və Nikita Raxmaninin fiqurlu konkisürmə üzrə qısa proqramda “Arsax” adlı musiqidən istifadə etməsinə qarşı ciddi etirazı ilə bağlı tədbir görülüb.

    MOK-un haqlı narazılığına Beynəlxalq Olimpiya Komitəsi (BOK) və Beynəlxalq Konkisürmə Birliyinin (ISU) rəsmi nümayəndələri münasibət bildiriblər.

    Erməni idmançılarının bu seçiminin Olimpiya Xartiyasının siyasi neytrallıq prinsiplərinə zidd olduğu nəzərə çatdırılıb və yarış vaxtı erməni idmançılarının istifadə edəcəyi musiqinin adının dəyişdirilməsi barədə məlumat verilib.

    Qeyd edək ki, XXV Qış Olimpiya Oyunlarına fevralın 22-də yekun vurulacaq.
    //report

  • Трех человек задержали за ложные угрозы устроить теракт в Москва-Сити

    В Москве задержали трех мужчин, угрожавших устроить теракт в одной из башен Москва-Сити. Возбуждено дело о заведомо ложном сообщении о теракте.

    Как передает Median.az со ссылкой на российские СМИ, об этом сообщила официальный представитель МВД Ирина Волк.

    По данным ведомства, звонки с угрозами поступили в экстренные службы в ночь на 9 февраля. Оперативники установили, что звонившие находились в Москва-Сити, на место направились сотрудники полиции, Росгвардии и МЧС.

    Задержаны арендатор квартиры в Москва-Сити и двое его знакомых. Их доставили в территориальный отдел МВД для выяснения обстоятельств произошедшего. Волк отметила, что задержанные были пьяны.

    Задержанные заявляли о минировании 68-го этажа небоскреба Neva Towers. После этого мужчины заперлись в апартаментах. Специалисты после обследования здания не нашли взрывных устройств.

    По данному факту возбуждено уголовное дело (ч. 3 ст. 207 УК РФ). Задержанным может грозить лишение свободы на срок от шести до восьми лет.