Month: February 2026

  • Başqasının görüntüsünü istehza ilə paylaşanların NƏZƏRİNƏ – VİDEO

    Artıq toy və yas mərasimlərində çəkilən şəkil və videoların sosial şəbəkələrdə yayılması hüquqi məsuliyyət yarada bilər. Eləcə də açıq və qapalı məkanlarda keçirilən kütləvi tədbirlərdə şəxsin arzuolunmaz vəziyyətdə çəkilmiş təsvirinin sosial şəbəkələrdə tirajlanması şəxsiyyət hüquqlarına müdaxilə hesab ediləcək.

    Baku TV-nin məlumatına görə, bu, Ali Məhkəmə Plenumunun “Şəxsiyyət hüquqlarının müdafiəsi” haqqında 24 dekabr 2025-ci il tarixli qərarında qeyd olunub.

    Bundan sonra kütləvi tədbirlərdə konkret şəxsin onun üçün açıq-aydın arzuolunmaz vəziyyətdə çəkilmiş təsvirinin əsas obyekt kimi yayılması, habelə şərəf və ləyaqətini alçaldan tərzdə, yəni istehzalı, zarafat və ya lağ kontekstində sosial şəbəkələr və ya digər vasitələrlə tirajlanması şəxsiyyət hüquqlarına müdaxilə hesab ediləcək.

    Hüquqşünas Mircavid Miriyevin sözlərinə görə, şəxsin cəmiyyətdəki nüfuzuna, hörmətinə və mənəvi dəyərlərinə xələl gətirən, onu gözdən salan görüntülərin yayılması qanunla qadağandır. Belə hallarla üzləşən şəxslər məhkəməyə müraciət edərək görüntülərin sosial şəbəkələrdən və digər informasiya vasitələrindən silinməsini, həmçinin təzminat ödənilməsini tələb edə bilərlər:

    “Əgər yayılan materiallarda təhqir və ya böhtan tərkibi yoxdursa, məhkəmə işin faktiki hallarını və şəxsin fərdi xüsusiyyətlərini nəzərə alaraq təzminat tələbinin təmin olunmasına qərar verə bilər. Bu zaman üzr istənilməsi və görüntülərin silinməsi öhdəliyi də qoyula bilər. Lakin görüntülərdə təhqir və ya böhtan əlamətləri olarsa, həmin şəxslər 1 000 manatdan 1 500 manatadək cərimə edilə bilərlər. Ağırlaşdırıcı hallarda isə 6 ayadək azadlıqdan məhrumetmə cəzası tətbiq oluna bilər”.

  • Pullu iftar süfrələrinin təşkili GÜNAHDIR?

    11 ayın sultanı Ramazan xeyirxahlıq və bağışlanmaq ayıdır. Lakin 11 ayda dünya malından gözü doymayanlar Ramazanda da “qaz vurub, qazan doldurmaq” istəyirlər.

    Özü də özlərini xeyirxah sifətində göstərməklə…

    Məsələn, əksər restoranlar Ramazan başlar-başlamaz restoranlar “iftar süfrələri”nin reklamına start veriblər. Reklam olunan menyunun qiymətləri isə sözün həqiqi mənasında “əl yandırır”.

    Apardığımız müşahidələr zamanı aydın olur ki, əksər iaşə obyektləri günorta saatlarında 10-15 manata təklif etdikləri “business lunch”ı axşamlar “iftar süfrəsi” adı ilə 30-40, bəzən hətta 70 -80 manata təqdim edirlər.

    Bu məsələnin bir tərəfidir.

    Digər diqqət çəkən məqamsa bəzi oruc tutanların bahalı restoranlara axın etməsidir. Bu da o deməkdir ki, həm “iftar süfrəsi” ilə pul qazananlar, həm də həmin süfrələrdə israfçılıq edənlər günah qazanırlar.

    Çünki Ramazan ayı təkcə mədənin yox, həm də nəfsin orucluğudur. Bu ayda insanlar təkcə yediyinə yox, həm də qazancına qənaət etməlidir. Ən əsası 11 ayda qazandıqlarımızın bir qismini müqəddəs Ramazan ayında imkansızlar üçün xərcləməliyik. Bu mənada həm pullu “iftar süfrələri”nin təşkili, həm də bahalı süfrələrdə vaxt keçirmək islamın və Ramazan ayının fəlsəfəsinə yaddır.

    Mövzu ilə bağlı bizim.media-ya danışan dinşünas Tural İrfan bildirib ki, ehsan, iftar, fitrə, fidyə, sədəqə, nəzir təmənnasız verilir:

    “Kimsə ehsan, yaxud iftar verərkən şərt qoysa ki, filan vaxt da sizi mənə ehsan, yaxud iftar verməlisiniz, onun həmin şəxsə bir savabı qalmaz. Bütün bu növ xeyirxahlıqlar təmənnasız olmalıdır. Orucluğun fəlsəfəsi odur ki, bir ay müddətində yediklərinə qənaət edəsən. Ayın sonunda da qənaət etdiyin vəsaiti imkansızlara verəsən.

    Yoxsa, hər iftarda restorana gedib yediklərinə daha çox pul xərcləmək ancaq israfçılıqdır. İsrafçılıq isə İslama yaddır. Ona görə də adı iftar qoyulub satılan yeməkləri almaq da doğru deyil. Çünki iftar da, qurban əti kimi satıla bilməz. Əksinə, kasıb adamlara təmənnasız süfrə açmaq lazımdır. Çünki Ramazanın mahiyyəti səxavət göstərməkdir.

    Bəzi restoran sahibləri zəngin menyular təşkil edib adını da iftar qoyub satırlar. Yəqin ki, satılan ehsan menyusu da var. Belə qondarma əməllər həm dinə həm də adətlərə zərər vurur. Əzəldən xalqımız heç vaxt pulla iftar, ehsan satmayıb. Bu işləri görənlər tamamilə Allahdan uzaq adamlardır ki, bu ayı fürsət bilib maddi qazanc naminə axirətlərini əldən verirlər”.

  • МВД Бахрейна сообщило об ударах по жилым зданиям в Манаме – ВИДЕО

    Несколько жилых зданий в столице Бахрейна Манаме подверглись ударам, на местах происшествий работают спасательные службы.

    Как передает Median.Az со ссылкой на ТАСС, Об этом говорится в заявлении МВД королевства.

    “Несколько жилых зданий в Манаме подверглись атаке. [Сотрудники службы] гражданской обороны продолжают тушение пожаров и оказывают помощь пострадавшим”, – отмечается в нем.

  • Bəhreyn DİN: Manamada yaşayış binalarına zərbələr endirilib – VİDEO

    Bəhreynin paytaxtı Manamada bir neçə yaşayış binası zərbələrə məruz qalıb, hadisə yerlərində xilasetmə xidmətləri çalışır.

    Median.Az TASS-a istinadən xəbər verir ki, bu barədə krallığın Daxili İşlər Nazirliyi məlumat yayıb.

    “Manamada bir neçə yaşayış binasına hücum edilib. Mülki müdafiə əməkdaşları yanğınların söndürülməsini davam etdirir və zərərçəkənlərə yardım göstərir”, – deyə bəyanatda bildirilir.

  • İran raketləri Bakı səmasından belə göründü – VİDEO

    İsrailin İrana hücumu qarşı tərəfin cavab atəşi ilə müşayiət olunur. Artıq İran bir neçə Körfəz ölkəsini raket atəşinə tutub. Həmin ölkələrdə ABŞ hərbi bazaları yerləşdiyi üçün Tehran bu addıma gedir.

    Median.Az Globalinfo.az-a istinadla xəbər verir ki, bu qarşıdurma fonunda Bakı səmasında İrana məxsus olduğu iddia edilən raket görüntülənib. Raketin treaktoriyasının hansı istiqamətə, ölkəyə olduğu dəqiq bilinmir. Görüntü fevralın 28-də Bakı vaxtilə 19:00 radələrində qeydə alınıb.

    Hələlik məsələ ilə bağlı rəsmi qurumlar tərəfindən açıqlama verilməyib.

  • Təmir gedən yolda təhlükəli anlar: “Mercedes” xəndəyə yuvarlandı – VİDEO

    Sumqayıtda ağır qəza olub.

    Median.Az
    -ın məlumatına görə, yağışlı hava şəraitində idarəetməni itirən 50-DH-467 dövlət qeydiyyat nişanlı “Mercedes” markalı minik avtomobili yol kənarındakı qazıntı sahəsinə aşaraq xəndəyə düşüb.

    Hadisə təmir işləri aparılan ərazidə qeydə alınıb. Avtomobili düşdüyü yerdən çıxarmaq üçün əraziyə dərhal ağır texnika cəlb olunub. Ekskavatorun köməyi ilə nəqliyyat vasitəsi xəndəkdən çıxarılıb.//oxu.az

  • XƏBƏRDARLIQ: Üzərində bu yazı olan şor məhsulunu qətiyyən almayın

    “Qaymaqlı şor” adı ilə satışa çıxarılan məhsulların tərkibi və onların sağlamlığa təsiri son vaxtlar istehlakçılar arasında müzakirə mövzusuna çevrilib. Bəzi alıcılar məhsulun həqiqətən təbii olub-olmaması və orqanizm üçün risk yaradıb-yaratmadığı ilə bağlı narahatlıq keçirir.
     
    Median.Az bildirir ki, mövzu ilə bağlı konkret.az-a açıqlama verən Azad İstehlakçılar İctimai Birliyinin sədri Eyyub Hüseynov bildirib ki, şor ənənəvi üsulla süd məhsullarının emalı nəticəsində əldə olunur və adətən duzsuz formada hazırlanır.
     
    “Qatıq, qaymaq və ya südün qaymağı nehrədə çalxalandıqdan sonra yağ və ayran alınır. Ayran qızdırıldıqda çürüdülərək suyu ayrılır və xüsusi torbalara tökülür. Nəticədə qalan kütlə duzsuz şor hesab olunur və bu məhsul tez xarab ola bildiyi üçün saxlanma şəraiti xüsusi diqqət tələb edir. Daha sonra istəyə uyğun olaraq duz əlavə edilərək duzlu şor hazırlanır”.
     
    Ekspert qeyd edib ki, bəzi hallarda duzsuz şora qaymaq və ya yağ qatılması mümkündür və bu, səhər yeməyi üçün istifadə edilən normal məhsul sayılır. Lakin burada əsas məsələ əlavə olunan qaymağın mənşəyidir.
     
    “Mağazalarda satılan şor ənənəvi qaydada hazırlanıbsa və əlavə edilən qaymaq təmiz, heyvan mənşəlidirsə, məhsulun sağlamlığa zərəri yoxdur. Ancaq qaymaq adı altında bitki yağı istifadə edilərsə, xüsusilə bu maddələrə həssas olan insanlar üçün risk yarana bilər”.
     
    Onun sözlərinə görə, məhsulun üzərində tərkib barədə düzgün məlumatın göstərilməsi vacibdir:
     
    “Əgər qaymaq heyvan mənşəli kimi təqdim olunur, amma əslində bitki yağıdırsa, bu artıq istehlakçı hüquqlarının pozulmasıdır. Etiketdə məhsulun mənşəyi açıq şəkildə qeyd edilməlidir.
     
    Standartlara uyğun istehsal edilən və düzgün saxlanılan “qaymaqlı şor” istehlakçılar üçün təhlükə yaratmır”.ymaqlı şor” istehlakçılar üçün təhlükə yaratmır”.

  • Azərbaycan XİN-dən regional hərbi eskalasiyaya dair BƏYANAT

    “Regionda və qlobal səviyyədə təhlükəsizlik və sabitlik üçün ciddi təhdid yaradan hərbi eskalasiya dərin narahatlıq doğurur”.

    Median.Az xəbər verir ki, bu sözlər Azərbaycan Xarici İşlər Nazirliyinin yaydığı regional hərbi eskalasiyaya dair bəyanatda öz əksini tapıb.

    Bəyanatda deyilir:

    “Qəti şəkildə, bütün tərəfləri maksimum təmkin nümayiş etdirməyə, gərginliyi daha da artıracaq hərəkətlərdən çəkinməyə və danışıqlar masasına qayıtmağa çağırırıq. Birləşmiş Millətlər Təşkilatının Nizamnaməsinə və beynəlxalq hüququn hamılıqla tanınmış norma və prinsiplərinə uyğun olaraq bütün dövlətlərin suverenliyinə, ərazi bütövlüyünə və müstəqilliyinə hörmət edilməsinin vacibliyini vurğulayırıq”.

  • Какое наказание грозит тем, кто не оплачивает поездку в такси? – ВИДЕО

    Видеокадры, распространившееся в социальных сетях, вызвали широкие обсуждения среди общественности. На видео видно, как клиент, добравшись до места назначения, убегает, не оплатив услуги таксиста. Водитель зафиксировал эту ситуацию на камеру телефона и опубликовал запись.

    Как говорится в материале Baku TV, обычно объектом общественной критики становятся сами таксисты.

    Однако на этот раз ситуация иная – пострадавшей стороной является водитель такси.

    Какую же ответственность влечёт за собой подобное поведение пассажира? Как в таких случаях защищаются права водителя?

    По словам юриста Мирджавида Мириева, с момента оформления заказа через мобильное приложение между сторонами считается заключённым договор, и возникают правовые отношения.

    “Если пассажир отказывается оплачивать услугу и скрывается с места, это влечёт юридическую ответственность. Подобные действия могут быть квалифицированы как административное правонарушение. Уклоняясь от оплаты, гражданин причиняет водителю материальный ущерб, и в его отношении могут быть приняты меры в соответствии с законодательством. Согласно законодательству, в таких случаях может быть назначено наказание в виде общественных работ сроком от 160 до 240 часов”, – отметил юрист.

  • Taksiyə ödəniş etməyənləri hansı cəza gözləyir? – VİDEO

    Sosial şəbəkələrdə yayılan video geniş müzakirələrə səbəb olub. Görüntülərdə müştəri mənzil başına çatdıqdan sonra taksi sürücüsünün ödənişini etmədən qaçır. Sürücü də qarşılaşdığı bu vəziyyəti telefonun kamerası ilə qeydə alaraq ictimailəşdirib.

    Baku TV-nin məlumatına görə, adətən, taksi sürücülərinin davranışı cəmiyyətdə qınaq hədəfinə çevrilir.

    Lakin bu dəfə vəziyyət fərqlidir, zərərçəkən taksi sürücüsüdür. Bəs sərnişinin bu hərəkəti hansı məsuliyyəti yaradır? Belə hallarda sürücünün hüquqları necə qorunur?

    Hüquqşünas Mircavid Miriyevin sözlərinə görə, vətəndaş taksi mobil tətbiqi vasitəsilə sifariş verdiyi andan tərəflər arasında artıq əqd bağlanmış hesab olunur və hüquqi münasibət yaranır. “Əgər sərnişin xidmət haqqını ödəməkdən imtina edərək hadisə yerindən qaçırsa, bu, hüquqi məsuliyyət yaradır. Belə hallar inzibati xəta kimi qiymətləndirilə bilər. Ödənişdən yayınmaqla sürücüyə maddi zərər vurulmuş sayılır və bu əmələ görə şəxslər barəsində qanunvericiliyə uyğun tədbirlər görülə bilər. Qanuna əsasən, belə hallarda 160 saatdan 240 saata qədər ictimai iş cəzası tətbiq oluna bilər”, – deyə hüquqşünas bildirib.