Bəhreyn DİN: Manamada yaşayış binalarına zərbələr endirilib – VİDEO

Bəhreynin paytaxtı Manamada bir neçə yaşayış binası zərbələrə məruz qalıb, hadisə yerlərində xilasetmə xidmətləri çalışır.

Median.Az TASS-a istinadən xəbər verir ki, bu barədə krallığın Daxili İşlər Nazirliyi məlumat yayıb.

“Manamada bir neçə yaşayış binasına hücum edilib. Mülki müdafiə əməkdaşları yanğınların söndürülməsini davam etdirir və zərərçəkənlərə yardım göstərir”, – deyə bəyanatda bildirilir.