Month: February 2026

  • Venesuela illər sonra ilk dəfə ABŞ-yə diplomatik nümayəndə göndərir

    Venesuela 2019-cu ildən bəri ilk dəfə ABŞ-yə diplomatik nümayəndə göndərir.

    Bu barədə ölkənin xarici işlər naziri İvan Xil “X” hesabında açıqlama yayıb.

    “Feliks Plasensiya konstruktiv əməkdaşlığın təşviqi və ikitərəfli münasibətləri inkişafı məqsədilə Venesuelanın ABŞ-dəki yeni diplomatik nümayəndəsi təyin edilib”, – deyə məlumatda bildirilib.

    Qeyd olunur ki, diplomatik missiyanın əsas işi Venesuela ilə ABŞ arasında enerji, siyasi və iqtisadi aspektləri əhatə edən maraqların, eyni zamanda fikir ayrılıqlarının qarşılıqlı hörmət əsasında nəzərdən keçirilməsi olacaq.

    Yeni diplomatik nümayəndənin və onun komandasının tezliklə ABŞ-yə yola düşməsi gözlənilir.

  • Стало известно о состоянии пострадавших в ДТП в Агсу

    В результате дорожно-транспортного происшествия в Агсу три человека были госпитализированы.

    Как сообщили Oxu.Az в центральной районной больнице, 2 февраля в 22:00 трое мужчин поступили с различными травмами.

    “Пациентам оказали необходимую медицинскую помощь. Их состояние оценивается как удовлетворительное, и они были отпущены домой”, – отметили в больнице.

  • Ağsuda qəzada xəsarət alan şəxslərin vəziyyəti açıqlanıb

    Ağsuda baş verən yol-nəqliyyat hadisəsi nəticəsində xəsarət alan üç nəfər xəstəxanaya yerləşdirilib.

    Bu barədə Oxu.Az-a Ağsu Rayon Mərkəzi Xəstəxanasının məlumat verilib.

    Bildirilib ki, fevralın 2-si saat 22:00-da üç nəfər (kişi) Ağsu Rayon Mərkəzi Xəstəxanasına hospitalizasiya olunub:

    “Müxtəlif bədən xəsarətləri alan pasiyentlərə zəruri tibbi xidmətlər göstərilib.

    Vəziyyəti qənaətbəxş qiymətləndirilən şəxslər ambulator müalicə üçün evə buraxılıblar”.

  • Установлен диагноз получившего ножевые ранения футболиста “Кяпаз”

    Установлен диагноз игрока футбольного клуба “Кяпаз” Вейсала Рзаева (2002 г.р.), получившего ножевые ранения в Гяндже.

    Об этом Oxu.Az сообщили в Гянджинской городской объединённой больнице.

    3 февраля в 05:10 в отделение скорой медицинской помощи при больнице имени академика З.Мамедова был госпитализирован молодой человек 2002 года рождения.

    “У него диагностирована открытая рана задней стенки грудной клетки. В настоящее время его лечение продолжается в хирургическом отделении больницы, состояние оценивается как средней степени тяжести”, – говорится в информации.

  • “Kəpəz”in bıçaqlanan futbolçusunun xəsarətləri məlum oldu

    Gəncədə bıçaqlanan, “Kəpəz” futbol klubunun oyunçusu, 2002-ci il təvəllüdlü Veysəl Rzayevə təyin olunan diaqnoz açıqlanıb.

    Bu barədə Oxu.Az-a Gəncə Şəhər Birləşmiş Xəstəxanasından məlumat verilib.

    Bildirilib ki, fevralın 3-ü saat 05:10-da 2002-ci il təvəllüdlü şəxs (kişi) Gəncə Şəhər Birləşmiş Xəstəxanasının nəzdində olan Akademik Z.Məmmədov adına xəstəxananın Təcili tibbi yardım şöbəsinə hospitalizasiya olunub:

    “Ona döş qəfəsinin arxa divarının açıq yarası diaqnozu təyin olunub. Hazırda müalicəsi xəstəxananın Cərrahiyyə şöbəsində davam etdirilir, vəziyyəti orta ağırdır”.

  • Азербайджанская нефть подешевела

    Азербайджанская нефть марки Azeri Light (CIF) подешевела на мировых рынках.

    Цена одного барреля азербайджанской нефти марки Azeri Light на мировом рынке снизилась на 3.63 доллара, или 4.95% – до 69.72 доллара.

    Отметим, что предыдущая цена азербайджанской нефти составляла 73.35 доллара.

  • Azərbaycan nefti kəskin ucuzlaşdı

    Dünya bazarlarında “Azeri Light” (CIF) markalı Azərbaycan nefti ucuzlaşıb.

    Azərbaycan neftinin bir barelinin qiyməti 3.63 ABŞ dolları və ya 4.95% azalaraq 69.72 ABŞ dolları təşkil edib.

    Qeyd edək ki, Azərbaycan neftinin əvvəlki qiyməti 73.35 ABŞ dolları təşkil edib.

  • Трамп добивается от Гарварда выплаты компенсации в размере 1 млрд долларов

    Вашингтонская администрация добивается от Гарвардского университета выплаты 1 млрд долларов в качестве компенсации за допущенные нарушения.

    Об этом заявил в понедельник президент США Дональд Трамп.

    “Мы сейчас добиваемся возмещения ущерба в размере 1 млрд долларов и в будущем не хотим иметь никаких дел с Гарвардским университетом”, – написал он в Truth Social. Трамп назвал университет “глубоко антисемитским” и добавил, что в нем имели место “вопиющие случаи нарушения закона”.

    Вашингтонская администрация в прошлом году потребовала внести изменения в политику учебного заведения, обосновав их необходимостью защиты студентов еврейского происхождения от антисемитизма. Она также приняла ряд других мер против университета. Трамп, в частности, предложил считать его политической организацией и лишить статуса не облагаемого налогами вуза. Министерство образования США объявило о заморозке грантов для университета на 2.2 млрд доллара и долгосрочных контрактов на 60 млн долларов.

    Американский лидер в октябре 2025 года заявил, что представители Гарварда и его администрация достигли договоренности, согласно которой высшее учебное заведение выплатит около 500 млн долларов и будет заниматься программами по обучению людей взаимодействию с искусственным интеллектом в профессиональных училищах. Однако в сообщении, опубликованном в понедельник, Трамп дал понять, что считает такие действия со стороны университета недостаточными. Он также опроверг информацию, приведенную в статье газеты The New York Times. В ней говорится, что администрация США больше не требует от учебного заведения выплаты 200 млн долларов.

  • Tramp Harvard Universitetindən bir milyard dollar tələb etdi

    ABŞ administrasiyası Harvard Universitetindən qanun pozuntularına görə bir milyard dollar təzminat tələb edir.

    Bu barədə Prezident Donald Tramp “Truth Social” şəbəkəsində yazıb:

    “Biz indi bir milyard dollarlıq ziyanın ödənilməsini tələb edirik və gələcəkdə Harvard Universiteti ilə heç bir əlaqə saxlamaq istəmirik”.

    O, universiteti antisemitizmdə ittiham edib və orada qabarıq qanun pozuntularının baş verdiyini bildirib.

    Keçən il administrasiya universitetin siyasətində dəyişikliklər etməsini tələb etmiş və bunu yəhudi mənşəli tələbələrin antisemitizmdən qorunması zərurəti ilə əsaslandırmışdı. Həmçinin universitetə qarşı bir sıra digər tədbirlər görülüb.

    Tramp ali təhsil müəssisəsinin siyasi təşkilat kimi tanınmasını və vergi güzəşti hüququndan məhrum olunmasını təklif edib.

    ABŞ Təhsil Nazirliyi universitet üçün 2.2 milyard dollarlıq qrantları və 60 milyon dollarlıq uzunmüddətli müqavilələri dondurduğunu açıqlayıb.

    2025-ci ilin oktyabrında Tramp bildirmişdi ki, Harvard nümayəndələri ilə əldə olunan razılığa əsasən universitet təxminən 500 milyon dollar ödəyəcək və peşə təhsil müəssisələrində süni intellektlə bağlı təlim proqramları həyata keçirəcək.

    Lakin bazar ertəsi yayımlanan açıqlamada Tramp universitetin bu addımlarını yetərsiz saydığını bildirib. O, həmçinin, administrasiyanın artıq universitetdən pul istəməməsi barədə “The New York Times” qəzetində yer alan məlumatı təkzib edib.

  • Bakıda yaşayış kompleksində dava: Cəmiyyət sədri mülkiyyətçini döydü

    Bakıda yaşayış kompleksində dava baş verib.

    Hadisə Binəqədi rayonunun 7-ci mikrorayonunda, S.S.Axundov küçəsində yerləşən “Union Park” yaşayış kompleksində qeydə alınıb.

    Yaşayış kompleksində Mənzil Mülkiyyətçilərinin Müştərək Cəmiyyəti (MMMÇ) yaradılıb və Vasif Məmmədov (soyadı şərtidir – red.) cəmiyyətin sədri seçilib. Binanın saxlanma xərclərinin ödənilməsi məqsədilə mənzil sahiblərindən vəsait toplanmağa başlanılıb. Bu məqsədlə Vasif Məmmədov “WhatsApp”da qrup yaradaraq bina sakinlərini ora əlavə edib.

    Mülkiyyətçilərin əksəriyyəti tələb olunan məbləği ödəsələr də, sakinlərdən Anar Mirzəmmədov vəsaiti ödəməkdən imtina edib və qrupda təhqiramiz mesajlar yazıb. Digər sakinlərin təkidi ilə Vasif Məmmədov qrupdan çıxarılıb.

    Axşam saatlarında Anar Mirzəmmədov binanın həyətində Vasif Məmmədovu yanına çağıraraq onu yenidən təhqir etməyə başlayıb. Nəticədə tərəflər arasında mübahisə yaranıb və dava düşüb. Hadisə zamanı Anar Mirzəmmədov döyülüb.

    Hadisə yerinə polis əməkdaşları cəlb olunublar və Mənzil Mülkiyyətçilərinin Müştərək Cəmiyyətinin sədri saxlanılıb.

    Faktla bağlı cinayət işi başlanılıb və materiallar məhkəməyə göndərilib. Məhkəmənin qərarı ilə Vasif Məmmədova “Konstitusiya və Suverenlik ili” ilə əlaqədar imzalanmış amnistiya aktı tətbiq edilib və o, cinayət məsuliyyətindən azad olunub.
    //oxu.az