Month: February 2026

  • Bakıda evdən oğurladığı qızılları zərgərlik mağazasında satdı: Anbaan görüntüləndi

    Paytaxtın Nizami rayonunda oğurluq hadisəsi baş verib.

    Bu barədə Daxili İşlər Nazirliyi məlumat yayıb.

    Bildirilib ki, naməlum şəxs evlərdən birinin pəncərəsindən içəri daxil olaraq 2300 manat dəyərində qızıl-zinət əşyalarını talayıb.

    Nizami Rayon Polis İdarəsinin 25-ci Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən tədbirlə əməli törətməkdə şübhəli bilinən, əvvəllər dəfələrlə məhkum olunmuş 36 yaşlı Murad Elyasov saxlanılıb.

    Araşdırmalarla məlum olub ki, o, hadisənin baş verdiyi ərazidə bir müddət müşahidə aparıb və evlərdən birində sakinlərin olmadığını görərək pəncərədən içəri daxil olub. Oğurluğu törətdikdən sonra isə qızıl-zinət əşyalarını zərgərlik mağazalarının birinə apararaq satıb. Onun taladığı evə giriş-çıxış anı təhlükəsizlik kameraları vasitəsilə də lentə alınıb.

    Faktla bağlı araşdırmalar aparılır.

  • Основанная Пугачевой компания прекратит своё существование

    Бывший “Театр песни” Аллы Пугачевой официально завершил процесс реорганизации, о чем было уведомлено в середине января.

    Как передает Median.Az, об этом пишет РИА Новости со ссылкой на данные из официальных документов.

    Компания была основана в 2008 году самой певицей и ее дочерью Кристиной Орбакайте. Однако уже в следующем году обе артистки вышли из состава учредителей, а организация сменила название.

    Изначально планировалось, что настоящий театр будет построен в Санкт-Петербурге. Но эти планы так и не были реализованы на практике.

    О начале реорганизации было объявлено в октябре 2025 года. Вторым участником процесса выступило ООО “Пи Эм Ай Софт”, занимающееся рекламой.

    Эта компания, согласно документам, прекратит свое существование после завершения всех процедур. Таким образом, юридическая история проекта, связанного с именем Примадонны, подошла к концу.

  • Alla Puqaçovanın keçmiş teatr layihəsi bağlandı

    Vaxtilə rusiyalı tanınmış müğənni Alla Puqaçovaya məxsus olan “Mahnı Teatrı” şirkəti yenidən fəaliyyətini dayandırıb.

    Median.Az xəbər verir ki, məlumatı “RİA Novosti” yayıb.

    Qeyd edək ki, şirkət 2008-ci ildə Alla Puqaçova və onun qızı Kristina Orbakayte tərəfindən yaradılıb. Ancaq artıq 2009-cu ildə hər iki sənətçi təsisçilər sırasından ayrılıb və şirkətin adı dəyişdirilib.

    İlkin olaraq teatrın Sankt-Peterburqda tikilməsi nəzərdə tutulsa da, bu layihə reallaşdırılmayıb.

    Yenidən təşkiletmə prosesinin 2025-ci ilin oktyabrında başa çatdığı açıqlanmışdı. Prosesdə ikinci tərəf kimi reklam sahəsində çalışan “PMI Soft” MMC iştirak edib.

    Sənədlərə görə, bütün prosedurlar yekunlaşdıqdan sonra “PMI Soft” MMC fəaliyyətini dayandıracaq. Beləliklə, Alla Puqaçovanın adı ilə əlaqəli olan layihənin hüquqi mövcudluğu başa çatacaq.

    Xatırladaq ki, əvvəllər Alla Puqaçovanın Solneçnoqorskda olan malikanəsinin qiymətinin 10 milyon rubl ucuzlaşdığı bildirilib. Buna səbəb ərazidə qanunsuz inşa olunan körpü ilə əlaqədar yaranan qalmaqal olub.

  • Azərbaycanda məşhur şirkətin 1,8 milyon manatlıq nizamnamə kapitalına həbs qoyuldu

    “Azərşin” ASC-nin nizamnamə kapitalının üzərinə həbs qoyulub.

    Median.Az “Teleqraf”a istinadən xəbər verir ki, məlumatına görə, buna səbəb şirkətin işçisinə ödəmədiyi 8 230 manat əməkhaqqı borcudur.

    Daha öncə məhkəmə məbləğin ödənilməsinə dair qərar qəbul etsə də, şirkət bundan yayınıb.

    Nəticədə icra sənədinin icrasını təmin etmək məqsədilə məhkəməyə təqdimat verilib. Nərimanov Rayon Məhkəməsi təqdimatı təmin edərək, “Azərşin” ASC-nin nizamnamə kapitalının üzərinə həbs qoyulması ilə bağlı qərar çıxarıb.

    Qeyd edək ki, aylardır mediada fəaliyyəti olmayan bu şirkətin bağlanacağına dair xəbərlər yer alır. “Azərşin” 2005-ci ildə yaradılıb. Hüquqi sahibi Xanlar Süleymanov olan ASC-nin nizamnamə kapitalı 1.789 milyon manatdır.

  • Şəhidlər xiyabanında nalayiq hərəkət edən ərəblərin işi icraata verildi

    Şəhidlər xiyabanında nalayiq hərəkətlər edərək video çəkən, sosial şəbəkələrdə yayan və polis tərəfindən saxlanılan Səudiyyə Ərəbistanının üç vətəndaşı – Alzaman Mahdi Ali, Alğabr Mohammad Hussain və Alğabr Mahdi Mohammadın barəsində hökmdən apellyasiya şikayəti hakim icraatına verilib.

    Median.Az “Teleqraf”a istinadən xəbər verir ki, iş materialı bu gün Bakı Apellyasiya Məhkəməsinə daxil olub.

    Şikayət araşdırılması üçün hakim Əfqan Ələkbərovun icraatına verilib.

    Yaxın günlərdə məhkəmənin ilkin baxış iclasının vaxtı məlum olacaq.

    Xatırladaq ki, Səbail Rayon Məhkəməsinin hökmünə əsasən təqsirləndirilən şəxslərin hər biri 2 il müddətinə azadlıqdan məhrum edilib.

    İttihama görə, sözügedən şəxslər bu il avqustun 16-da saat 17:00-da Şəhidlər xiyabanına gələrək bir neçə şəhidin məzarı üzərində qeyri-etik hərəkətlər ediblər. Şəhid məzarlarının üzərindəki gülləri təpikləyiblər.

    Qeyd edək ki, bu ilin avqustun 17-də 3 nəfər əcnəbi şəxsin Şəhidlər xiyabanında nalayiq hərəkətlər etməklə çəkdikləri videogörüntünü sosial şəbəkələrdə paylaşmasından sonra Səbail Rayon Polis İdarəsində araşdırma aparılıb.

    Araşdırmalar zamanı həmin şəxslərin avqustun 13-də Bakı şəhərinə turist kimi beş günlük gəldikləri, çəkdikləri videonu sosial şəbəkələrdə yaydıqları müəyyən edilib.

    Təqsirli bilinən şəxslərin barəsində Cinayət Məcəlləsinin 245-ci (Qəbir üzərində təhqiredici hərəkət) maddəsi ilə cinayət işi başlanılıb. Polis əməkdaşları tərəfindən görülmüş tədbirlərlə hər üç şəxs saxlanılaraq istintaqa cəlb ediliblər.

  • В Азербайджане пойдет снег, дороги обледенеют

    С 4 по 7 февраля в Баку и на Абшеронском полуострове ожидаются осадки. В некоторых местах днем 4 февраля и в ночь на 5 февраля возможен мокрый снег и снег.

    Об этом сообщает Median.Az со ссылкой на Национальную службу гидрометеорологии Министерства экологии и природных ресурсов.

    В регионах Азербайджана с вечера 3-го и до 5 февраля ожидаются дожди, в некоторых местах – снег, в отдельных местах осадки усилятся.

    С 4 по 7 февраля в некоторых горных и предгорных районах дороги обледенеют. На территории страны температура воздуха по сравнению с предыдущими днями постепенно снизится на 5-10 градусов.

  • Qar yağacaq, yollar buz bağlayacaq – Növbəti dörd gün üçün xəbərdarlıq

    Hava şəraitinin dəyişəcəyi ilə bağlı xəbərdarlıq edilib.

    Bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb.

    Bildirilib ki, fevral ayının 4-dən 7-dək Bakıda və Abşeron yarımadasında hava şəraitinin fasilələrlə yağıntılı olacağı, 4-də ayrı-ayrı yerlərdə intensivləşəcəyi gözlənilir. Fevralın 4-ü gün ərzində və 5-i gecə bəzi yerlərdə yağışın sulu qara, qara keçəcəyi ehtimal olunur.

    Azərbaycanın rayonlarında fevralın 3-ü axşamdan 5-i gündüzədək hava şəraitinin arabir yağıntılı olacağı, bəzi yerlərdə qar yağacağı, ayrı-ayrı yerlərdə yağıntının intensivləşəcəyi gözlənilir.

    Fevralın 4-dən 7-dək bəzi dağlıq və dağətəyi rayonlarda yollar buz bağlayacaq. Ölkə ərazisində havanın temperaturu ötən günlərlə müqayisədə tədricən 5-10 dərəcə enəcək.

  • DSX ötən ay 6,5 milyon manatlıq qaçaqmal aşkarlayıb

    Dövlət Sərhəd Xidməti (DSX) tərəfindən 2026-cı ilin yanvar ayı ərzində dövlət sərhədinin еtibarlı mühafizəsinin təmin edilməsi, qaçaqmalçılıq, qеyri-lеqal miqrasiya və narkоtik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə tədbirləri uğurla həyata keçirilib.

    Bu barədə DSX-nin yaydığı məlumatda bildirilib.

    Bildirilib ki, ay ərzində dövlət sərhədini pоzduqlarına görə 17 nəfər saxlanılıb. Onların altısı Əlcəzair, dördü Azərbaycan, dördü İraq, üçü Pakistan vətəndaşı оlub.

    Həmçinin qeyd olunub ki, qanunsuz miqrasiya ilə mübarizə tədbirləri nəticəsində saxtalaşdırılmış tarix möhürü və pasportla, özgəsinə məxsus sənədlə dövlət sərhədini keçməyə cəhd göstərən üç nəfər saxlanılıb.

    Sərhəd rеjim qaydalarını pоzduqlarına görə 117 nəfər saxlanılaraq barələrində müvafiq tədbirlər görülüb. Cinayətkarlığa qarşı mübarizə tədbirləri nəticəsində hüquq-mühafizə оrqanları tərəfindən axtarışda оlan 302 nəfər saxlanılaraq aidiyyəti оrqanlara təhvil vеrilib, ölkədən çıxışı qadağan edilmiş 599 nəfərin ölkəni tərk etməsinin, girişi qadağan olan səkkiz nəfərin isə ölkəyə daxil olmasının qarşısı alınıb.

    İki halda narkotiklərin pilotsuz uçuş aparatı vasitəsilə ölkə ərazisinə keçirilməsinin qarşısı alınıb. Narkоtik vasitələrin qеyri-qanuni dövriyyəsinə qarşı mübarizə tədbirləri nəticəsində 120 kiloqram 645 qram narkоtik vasitə aşkarlanaraq dövriyyədən çıxarılıb.

    Qaçaqmalçılıq fəaliyyətinə qarşı mübarizə tədbirləri nəticəsində ümumi dəyəri 6 milyon 570 min 790 manat оlan qaçaqmal, о cümlədən pnevmatik tapança (darağı ilə birlikdə), dərman vasitələri və tütün məmulatları aşkar olunaraq götürülüb.

  • Narkotiklərin PUA vasitəsilə Azərbaycana keçirilməsinin qarşısı alınıb

    Ötən ay 2 halda narkotiklərin pilotsuz uçuş aparatı vasitəsilə Azərbaycana keçirilməsinin qarşısı alınıb.

    Bu barədə Dövlət Sərhəd Xidmətindən məlumat verilib.

    Bildirilib ki, narkоtik vasitələrin qеyri-qanuni dövriyyəsinə qarşı mübarizə tədbirləri nəticəsində ötən ay 120 kiloqram 645 qram narkоtik vasitə aşkarlanaraq dövriyyədən çıxarılıb.

  • “Roşka”nın məhkəməsi təxirə salındı – Video

    Tiktokda daha çox “Roşka” ləqəbi ilə tanına Rövşən Süleymanzadənin cinayət işi üzrə məhkəmə prosesi təxirə salınıb.

    Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Roman Ələkbərlinin sədrliyi ilə keçirilən proses qeyri müəyyən vaxtadək təxirə salınıb.

    Tiktokerin ötən proses məhkəmə istintaqı yekunlaşmışdı.

    Qeyd edək ki, “Roşka” ləqəbli tiktoker Rövşən Süleymanzadə ötən ilin yanvar ayında həbs edilib.

    Onun barəsində Nəsimi Rayon Məhkəməsinin qərarı ilə 4 aylıq həbs qətimkan tədbiri seçilib.

    Ona qarşı Cinayət Məcəlləsinin 234.1-1-ci (Satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri xeyli miqdarda əldə etmə, saxlama, hazırlama, emal etmə, daşıma, külli miqdarda törədildikdə) maddəsi ilə ittiham irəli sürülüb.

    Xatırladaq ki, Rövşən Süleymanzadə daha öncə də 45 günlük inzibati həbs edilib.
    //unikal.az