Month: February 2026

  • Sədərəkdə iki saat qaz olmayacaq

    Bu gün Naxçıvan Muxtar Respublikası (MR) Sədərək rayonunda iki saat qaz olmayacaq.

    Rayonun Sədərək kəndində korroziyaya uğramış yeraltı qaz borusunun yerüstü boru ilə əvəzlənməsi məqsədilə təmir işləri aparılacaq.

    Bu səbəbdən, fevralın 2-də saat 15:00-dan 17:00-dək kənd üzrə 553 abonentin qaz təchizatı müvəqqəti dayandırılacaq.

    Qazın verilişi işlər başa çatdıqdan sonra bərpa ediləcək.

  • Cəlilabaddakı dəhşətli qətlin təfərrüatı – Həbsdən qayıdıb, qardaşının arvadından qisas almaq istəyib

    Cəlilabad rayonunda baş verən dəhşətli qətl hadisəsinin təfərrüatı məlum olub.

    Oxu.Az-ın xəbərinə görə, hadisə rayonun Üçtəpə kəndində qeydə alınıb. Kənd sakini Əli Hüseynağa oğlu Nağıyev bir evdə yaşadıqları qardaşının iki övladına – 2012-ci il təvəllüdlü Hüseyn Musa oğlu Nağıyev və 2011-ci il təvəllüdlü Həqiqət Musa qızı Nağıyevaya balta ilə xəsarətlər yetirib. H.Nağıyeva ölüb, Hüseyn Nağıyev isə ağır yaralıdır.

    Hadisəni törətməkdə şübhəli bilinən Əli Nağıyev müxtəlif cinayətlərə görə 4 dəfə məhkumluq həyatı yaşayıb. O, bir müddət öncə cəza müddətini başa vuraraq evə qayıdıbmış.

    Məlumata görə, həbsxanadan qayıdan Əli həyat yoldaşı Dəstəgül Nağıyevadan boşanıb və qardaşı ilə bir evdə yaşamağa başlayıb. Boşanan qadın isə Ə.Nağıyevin qonşuluğunda – atasının evində yaşayıb.

    Ə.Nağıyev həyat yoldaşından boşanandan sonra insanlarla həddindən artıq əsəbi davranmağa başlayıb. O, həmçinin qardaşının həyat yoldaşı Xəyalə Nağıyevaya da Dəstəgül Nağıyeva ilə əlaqə saxlamağı qadağan edib. Amma X.Nağıyeva onun sözlərinə məhəl qoymadan D.Nağıyeva ilə əlaqə saxlayıb.

    Xəyalənin bu hərəkətindən qəzəblənən Əli Nağıyev qardaşının arvadından qisas almaq qərarı verib. Elə bu məqsədlə də o, Xəyalənin iki övladına hücum edərək onları baltalayıb.

    Məlumata görə, Ə.Nağıyev uşaqların anasını da qətlə yetirmək istəyib. Lakin qadın hadisə yerindən qaçıb.

  • Anar Əzimov şöbə müdiri təyin edildi

    Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) Beynəlxalq əlaqələr şöbəsinin müdiri vəzifəsinə təyinat olub.

    İqtisadiyyat.az-ın əldə etdiyi məlumata görə, bununla bağlı AQTA sədri Qoşqar Təhməzli əmr imzalayıb. Əmrə əsasən, Anar Əzimov Agentliyin Beynəlxalq əlaqələr şöbəsinin müdiri vəzifəsinə təyin edilib.

    Qeyd edək ki, Anar Əzimov 2003-cü ildən etibarən aqrar sektorun inkişafına yönəlmiş beynəlxalq layihələrin idarə olunmasında müxtəlif rəhbər vəzifələrdə çalışıb. O, Azərbaycan Hökuməti və Dünya Bankının birgə icra etdiyi “Kənd Təsərrüfatında Rəqabət Qabiliyyətinin Gücləndirilməsi Layihəsi”nə uğurla rəhbərlik edib.

    Karyerası ərzində 2018–2019-cu illərdə Maliyyə Bazarlarına Nəzarət Palatasında kənd təsərrüfatının maliyyələşdirilməsi üzrə ekspert kimi fəaliyyət göstərən A.Əzimov, 2021-ci ildən 2026-cı ilin yanvar ayınadək Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Xidmətlər Agentliyinin sədr müavini vəzifəsini icra edib.

    O, eyni zamanda hazırda ADA Universitetində “Beynəlxalq maliyyə” fənni üzrə pedaqoji fəaliyyətini davam etdirir. Anar Əzimov Biznesin təşkili və idarə olunması, Aqronomluq və Əczaçılıq sahələri üzrə geniş təhsil bazasına malikdir. O, nüfuzlu Harvard Kennedy Məktəbinin rəhbər kadrlar üçün xüsusi proqramının məzunu, həmçinin Frankfurt Maliyyə və Menecment Məktəbinin aqrar sahənin maliyyələşdirilməsi üzrə sertifikatlı ekspertidir.

  • Bəzi rayonlara qar yağacaq, duman olacaq

    Fevralın 3-də gözlənilən hava şəraiti açıqlanıb.

    Bu barədə Milli Hidrometeorologoya Xidmətindən məlumat verilib.

    Bildirilib ki, əsasən Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Gecə və səhər bəzi yerlərdə duman olacaq. Mülayim cənub-qərb küləyi axşam arabir güclənən şimal-qərb küləyi ilə əvəz olunacaq.

    Havanın temperaturu gecə 4-7° isti, gündüz 8-12° isti olacaq. Atmosfer təzyiqi 757 mm civə sütunundan 754 mm civə sütununa enəcək. Nisbi rütubət 75-85 % olacaq.

    Azərbaycanın rayonlarında havanın əsasən yağmursuz keçəcəyi, lakin gecə və axşam bəzi yerlərdə arabir yağıntılı olacağı, dağlıq ərazilərdə qar yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə intensiv olacağı ehtimalı var. Bəzi yerlərdə arabir duman olacaq. Qərb küləyi bəzi yerlərdə arabir güclənəcək.

    Havanın temperaturu gecə 3-7° isti, gündüz 13-18° isti, dağlarda gecə 0-5° isti, gündüz 8-13° isti olacaq.

  • Дом Салима Муслимова стоимостью до миллиона манатов также выставлен на продажу

    Дом и коммерческий объект бывшего министра труда и социальной защиты населения Азербайджана Салима Муслимова, осужденного за хищение 27 млн манатов, выставлены на продажу после конфискации в пользу государства.

    Как сообщает Qafqazinfo, общая стоимость двух объектов недвижимости составляет около 1 376 000 манатов.

    Одна из недвижимостей оценивается почти в миллион манатов:

    – жилой дом площадью 370.4 кв.м в Ясамальском районе на улице Мирзы Ибрагимова – цена продажи 926 250 манатов;

    – нежилое помещение в Сабаильском районе на проспекте Азадлыг – цена продажи 450 000 манатов.

    Всего у экс-министра было конфисковано имущество на сумму 20 млн манатов в пользу государства.

    Стоит отметить, что в прошлом месяце также были выставлены на продажу две квартиры, принадлежавшие Салиму Муслимову, общей стоимостью 490 000 манатов.

    Напомним, что бывший глава ведомства был арестован Службой государственной безопасности (СГБ) в 2021 году. Поскольку значительная часть ущерба, причиненного государству, превышающая 20 млн манатов, была возмещена, наказание ему было назначено условно.

  • Səlim Müslümovun milyonluq evi də satışa çıxarıldı

    27 milyon manatlıq mənimsəmədə təqsirli bilinən sabiq əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümovun müsadirə edilmiş evi və obyekti satışa çıxarılır.

    Median.Az “Qafqazinfo”ya istinadən xəbər verir ki, iki əmlakın ümumi satış qiyməti təxminən 1 milyon 376 min manat təşkil edir.

    Mənzillərdən birinin dəyəri bir milyon manata yaxındır:

    – Yasamal rayonu, Mirzə İbrahimov küçəsində 370.4 kv.m sahəsi olan yaşayış evi – Satış qiyməti 926 250 manat;

    – Səbail rayonu, Azadlıq prospektində qeyri-yaşayış sahəsi – Satış qiyməti 450 000 manat.

    Ümumilikdə isə sabiq nazirin 20 milyon manatlıq əmlakı dövlət nəfinə müsadirə edilib.

    Qeyd edək ki, ötən ay da S.Müslümova məxsus 490 min manat dəyərində iki mənzil satışa çıxarılıb.

    Xatırladaq ki, S.Müslümov 2021-ci ildə Dövlət Təhlükəsizliyi Xidməti (DTX) tərəfindən həbs olunmuşdu. Dövlətə dəymiş ziyanın 20 milyon manatdan artıq hissəsi ödənildiyindən ona şərti cəza verilib.

  • Yaxın günlərdə bütün pensiyalar artırılacaq

    “2024-cü ildə respublika üzrə orta aylıq əməkhaqqı 8.1 faiz artmışdırsa, ötən ilin ilk 11 ayında artım 9.3 faiz olub. 2025-ci ilin yekun nominal orta aylıq əməkhaqqı artım fazinin fevral ayının əvvəllərində rəsmi elan ediləcəyi gözlənilir. İlkin gözlənti 9.2 faiz maaş artımıdır”.

    Bunu Milli Məclisin bu gün keçirilən iclasında deputat Vüqar Bayramov deyib. Onun sözlərinə bu o deməkdir ki, yaxın günlərdə bütün növ pensiyaların indeksləşdirilərək artırılması baş verəcək:

    “9.2 faiz artırılacağı gözlənilən pensiya artımları 1 milyon 100 mindən çox vətəndaşımıza şamil olunaraq yanvar ayından hesablanacaq. Bu bütün növ əmək pensiyalarını, o cümlədən yaşa görə, əlilliyə görə və ailə başçısını itirməyə görə əmək pensiyaları alan bütün vətəndaşlarımıza şamil olunacaq. 2026-cı ildə Azərbaycanda orta aylıq pensiyanın təxminən 590 manat olacağı proqnozlaşdırılır, yaşa görə orta pensiya isə 629 manata çatacaq və bu məbləğ 2025-ci illə müqayisədə 7.9%-dən çox artım deməkdir”.
    //unikal.az

  • Fevralda neçə gün evdəyik?

    Bu ilin fevral ayı 28 təqvim günündən ibarət olacaq və bu ay üçün xüsusi bayram qeyri-iş günü müəyyən edilməyib.

    Fevralda yalnız həftəsonları (şənbə və bazar günləri) qeyri-iş günləri sayılır.

    Qeyd edək ki, İslam təqviminə görə bu il Ramazan ayı Azərbaycanda 18 fevral 2026-cı il tarixində başlayacaq və 19 martda başa çatacaq.

  • “Bir sıra dövlət qurumlarında insanlar ixtisar olunur” – Fazil Mustafa

    “Son dövrlərdə bir sıra dövlət qurumlarında çoxsaylı insanlar ixtisar olunur. Başa düşürəm, büdcədə yük ola biləcək müəyyən problemlər həll olunur. Amma biz bu qədər işsizə ya iş, ya da müavinət verməliyik”.

    “Unikal” xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən iclasında deputat Fazil Mustafa deyib.

    “Müavinət verməkdə də müəyyən çətinliklərimiz var. Metroda işdən azad olunanlara deyiblər ki, sizi başqa şirkətdə işə götürəcəklər. Gediblər ki, belə bir şey yoxdur. 100-200-dən çox insan işsiz qalıb”, – deyə deputat bildirib.

  • Стало известно о состоянии подростка, пострадавшего от удара топором в Джалилабаде

    Стало известно о состоянии подростка, пострадавшего от удара топором в Джалилабаде.

    Как сообщили в ответ на запрос Oxu.Az в центральной районной больнице, 1 февраля примерно в 17:00 в отделение скорой медицинской помощи были доставлены два пострадавших – мальчик и девочка.

    По последним данным, мальчик (2012 г.р.) продолжает лечение в реанимационном отделении. “Его состояние оценивается как средней тяжести”, – отметили в медицинском учреждении.

    Несмотря на все реанимационные мероприятия и многочисленные усилия врачей, спасти вторую пострадавшую – девочку (2011 г.р.) – не удалось. Ее смерть была зафиксирована в тот же день в 20:05.

    Отметим, что А.Нагиев нанес подросткам травмы топором. Согласно информации, он приходится им дядей.