Month: February 2026

  • Bakıda və rayonlarda külək güclənəcək – XƏBƏRDARLIQ

    Bakıda və Abşeron yarımadasında, eyni zamanda, ölkənin əksər bölgələrdə fevralın 3-4-də gözlənilən küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib.

    Bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb.

    Belə ki, Bakıda və Abşeron yarımadasında, Xızı, Quba, Qusar, Şabran, Xaçmaz, Siyəzən, Mingəçevir, Qazax, Ağstafa, Tovuz, Şəmkir, Samux, Gəncə, Naftalan, Goranboy, Kəlbəcər, Qobustan, Daşkəsəndə narıncı xəbərdarlığa uyğun olaraq şimal-qərb küləyi əsəcək, küləyin sürəti 20,8-28,4 m/san-dək güclənəcək.

    Ölkənin digər bölgələrində isə sarı xəbərdarlığa uyğun olaraq şimal-qərb küləyi əsəcək, küləyin sürəti 13,9–20,7 m/san təşkil edəcək.

  • Стало известно состояние мужчины, раненного стеклом в Агсу

    Стало известно состояние 33-летнего мужчины, раненного стеклом в Агсуинском районе.

    Об этом Oxu.Az сообщили в Центральной районной больнице.

    Сообщается, что 2 февраля около 03:00 в отделение скорой медицинской помощи был доставлен мужчина 1993 года рождения. У пациента диагностированы проникающее колото-резаное ранение передней брюшной стенки, а также резаные раны левой руки и левого бедра.

    Пострадавшему оказана необходимая медицинская помощь. В настоящее время он проходит лечение в хирургическом отделении, его состояние остаётся стабильным.

  • Ağsuda şüşə ilə xəsarət yetirilən kişinin vəziyyəti açıqlandı

    Ağsudakı insidentdə ağır xəsarət alan 33 yaşlı kişinin vəziyyəti stabildir.

    Bu barədə Oxu.Az-a Ağsu Rayon Mərkəzi Xəstəxanasından məlumat verilib.

    Bildirilib ki, fevralın 2-də gecə saat 03:00-da 1993-cü il təvəllüdlü şəxs (kişi cinsli) xəstəxananın Təcili tibbi yardım şöbəsinə hospitalizasiya olunub.

    Qarnının ön divarının boşluğuna nüfuz edən kəsilmiş, deşilmiş yarası, sol əlinin və sol budunun kəsilmiş yaraları diaqnozu təyin edilən pasiyentə zəruri tibbi xidmətlər göstərilib.

    Hazırda onun müalicəsi Cərrahiyyə şöbəsində davam etdirilir, vəziyyəti stabildir.

  • Президент Ильхам Алиев прибыл с визитом в Объединенные Арабские Эмираты – ФОТО

    2 февраля Президент Азербайджанской Республики Ильхам Алиев прибыл с рабочим визитом в Объединенные Арабские Эмираты (ОАЭ).

    Как сообщает АЗЕРТАДЖ, в международном аэропорту Заид в Абу-Даби в честь главы нашего государства был выстроен почетный караул.

    Президента Ильхама Алиева встретил президент Объединенных Арабских Эмиратов Шейх Мухаммед бен Заид Аль Нахайян.




  • İlham Əliyev Birləşmiş Ərəb Əmirliklərinə səfərə gedib – FOTO

    Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev fevralın 2-də Birləşmiş Ərəb Əmirliklərinə işgüzar səfərə gedib.

    Median.Az AZƏRTAC-a istinadən xəbər verir ki, Əbu-Dabinin Zayed Beynəlxalq Aeroportunda dövlətimizin başçısının şərəfinə fəxri qarovul dəstəsi düzülüb.

    Prezident İlham Əliyevi Birləşmiş Ərəb Əmirliklərinin Prezidenti Şeyx Məhəmməd bin Zayed Al Nəhyan qarşılayıb.




  • Bu şəxslər 2500 manatadək cərimə ediləcək

    Azərbaycanda emal edilməmiş almazların idxal və ixracı ilə bağlı yeni cərimə tətbiq ediləcək.

    Bu barədə məsələ Milli Məclisin bu gün keçirilən plenar iclasında müzakirə edilən İnzibati Xətalar Məcəlləsinə təklif olunan dəyişiklikdə əksini tapıb.

    Layihədə qeyd edilir ki, emal edilməmiş almazların müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın 5 (qurumun) rəyi olmadan idxalı və ixracına görə – fiziki şəxslər 550 manatdan 750 manatadək məbləğdə, vəzifəli şəxslər 1000 manatdan 2000 manatadək məbləğdə, hüquqi şəxslər 1500 manatdan 2500 manatadək məbləğdə cərimə edilir.

    Müzakirələrdən sonra sənəd səsverməyə qoyularaq I oxunuşda qəbul edilib.

  • Xanım sərnişinə əxlaqsız təklif edən sürücü həbs olundu

    Saatlı rayonunda xanım sərnişinə əxlaqsız təkliflər edən taksi sürücüsü həbs olunub.

    Oxu.Az-ın əldə etdiyi məlumata görə, hadisə Saatlı rayonu ərazisində baş verib.

    Saatlı Rayon Polis Şöbəsinə müraciət edən şikayətçi evə getmək üçün əyləşdiyi taksi sürücüsünün yol boyu ona əxlaqsız təkliflər etdiyini deyib.

    Şikayətlə bağlı araşdırmalar aparılıb və sürücü, 23 yaşlı Oqtay Məhərrəmov saxlanılaraq polis şöbəsinə gətirilib. Onun barəsində toplanmış materiallar hüquqi qiymət verilməsi üçün məhkəməyə göndərilib.

    Məhkəmənin qərarı ilə O.Məhərrəmov 8 sutka inzibati qaydada həbs edilib.

  • Bu avtomobillər vergidən azad ediləcək

    Raritet avtonəqliyyat vasitələrinin idxalı ƏDV, aksiz və gömrük rüsumundan azad ediləcək.
     
    Bu məsələ Milli Məclisin bugünkü plenar iclasında müzakirə olunan Vergi Məcəlləsi və “Gömrük tarifi haqqında” Qanunda dəyişiklik edilməsi barədə qanun layihəsində öz əksini tapıb. Qeyd edək ki, hazırda qüvvədə olan qaydalara əsasən, mühərriki, banı və şassisi orijinal vəziyyətdə olan və ya orijinal vəziyyətə gətirilmiş və zavod buraxılış tarixindən 40 (qırx) ildən çox keçmiş avtonəqliyyat vasitələri raritet (nadir) avtonəqliyyat vasitələri hesab edilir. Dəyişikliyə əsasən, raritet avtonəqliyyat vasitələrinin idxalının ƏDV-dən, aksizdən və gömrük rüsumundan azad edilməsi aşağıdakı şərtlər çərçivəsində tənzimlənəcək: -idxalının müvafiq dövlət orqanının təsdiqedici sənədi əsasında həyata keçirilməsi; -idxal olunan raritet avtonəqliyyat vasitələrinin sayının şəxs tərəfindən təqvim ili ərzində 1 ədəddən (ölkə üzrə ümumilikdə 10 ədəddən) çox olmaması.
     
    Qeyd edilib ki, raritet avtonəqliyyat vasitələrinin idxalının ƏDV, aksiz və gömrük rüsumundan azad edilməsi onların idxalçılarının xərclərinin azalmasına imkan yaradacaq. Qanun layihəsi müzakirələrdən sonra səsverməyə qoyularaq I oxunuşda qəbul edilib.
    //sfera.az

  • Продолжение кадровых изменений в ИВ Гарадагского района: Кямран Алиев уволен спустя месяц после назначения

    В Исполнительной власти Гарадагского района (ИВ) Баку произошла очередная кадровая перестановка, привлекшая внимание общественности. Кямран Алиев, назначенный на ответственный пост всего месяц назад, был освобожден от занимаемой должности.

    По информации Oxu.Az, чиновник потерял свое кресло в результате масштабных структурных изменений, проводимых в настоящее время в органах местной администрации.

    В частности, в связи с полной ликвидацией отдела районного хозяйства ИВ, должность главного консультанта (инженера) данного подразделения, которую занимал Кямран Алиев, была упразднена.

    Тем не менее, госслужащий не остался без работы. Он получил новое назначение в представительство административно-территориального округа поселка Локбатан, где займет позицию консультанта-инженера.

    Стоит отметить, что Кямран Алиев приступил к обязанностям главного консультанта-инженера отдела районного хозяйства в декабре прошлого года. Соответствующий приказ подписал тогдашний глава Исполнительной власти Сулейман Микаилов. Любопытный факт: Алиев фактически исполнял обязанности заведующего отделом, так как на тот момент являлся единственным сотрудником данной структуры.

    Кямран Алиев был назначен на смену Гафару Абдуллаеву, который был арестован в ноябре прошлого года в ходе громких антикоррупционных проверок, проведенных Главным управлением по борьбе с коррупцией при генеральном прокуроре.

    Напомним, что на прошлой неделе распоряжением главы государства Сулейман Микаилов был освобожден от должности главы ИВ Гарадагского района Баку.

    Сразу после смены руководства, буквально на следующий день, процесс реорганизации ускорился. Были ликвидированы ключевые отделы: юридический, общественно-политических и гуманитарных вопросов, а также отдел анализа и прогнозирования социально-экономического развития.

    Закономерным итогом этих преобразований стало увольнение заведующих указанными отделами – Кямрана Абдуллаева, Муниса Байрамова и Шикара Гасаналиева.

  • Qandallanan məmurun yerinə təyin edilən şəxs də bir ay sonra işdən çıxarıldı

    Qaradağ Rayon İcra Hakimiyyətində (RİH) bir ay əvvəl vəzifəyə təyin edilən Kamran Əliyev işdən çıxarılıb.

    Oxu.Az-ın əldə etdiyi məlumata görə, o, icra hakimiyyətində həyata keçirilən struktur dəyişikliyi nəticəsində vəzifəsini itirib.

    Belə ki, RİH-də Rayon təsərrüfatı şöbəsi ləğv edildiyindən həmin şöbənin Baş məsləhətçisi (mühəndis) Kamran Əliyev vəzifəsindən azad olunub.

    O, Lökbatan qəsəbə nümayəndəliyinə məsləhətçi-mühəndis vəzifəsinə təyinat alıb.

    Qeyd edək ki, K.Əliyev ötən ilin dekabrında ovaxtkı icra başçısı Süleman Mikayılovun əmri ilə Rayon təsərrüfatı şöbəsinin Baş məsləhətçi-mühəndis vəzifəsinə təyin olunmuşdu. O, həmçinin şöbədə çalışan yeganə əməkdaş olduğundan müdir vəzifəsini icra edirdi.

    K.Əliyev ötən ilin noyabr ayında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi tərəfindən icra hakimiyyətində keçirilən yoxlamalar zamanı həbs edilmiş Qafar Abdullayevi əvəzləmişdi.

    Xatırladaq ki, ötən həftə dövlət başçısının müvafiq sərəncamı ilə Süleyman Surxay oğlu Mikayılov Bakı şəhəri Qaradağ Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsindən azad edilib.

    Bir gün sonra isə icra hakimiyyətinin Hüquq, İctimai-siyasi və humanitar məsələlər və Sosial-iqtisadi inkişafın təhlili və proqnozlaşdırılması şöbələri ləğv edilib.

    Müvafiq olaraq, həmin şöbələrin müdirləri – Kamran Abdullayev, Munis Bayramov və Şikar Həsənalıyev işlərini itiriblər.