Month: February 2026

  • “Türkiyədə Azərbaycan kanallarını ələ salırlar” – Video

    Xalq artisti Brilliant Dadaşova ötən gün TikTok-da canlı yayımda kanllarda baş verən xoşagəlməz hallardan danışıb. 
     
    Median.Az xəbər verir ki, müğənni açıqlaması ilə diqqət çəkib. O bildirib ki, verilişlərdə yayımlanan mövzular başqa ölkələrdə ələ salınır:
     
    “Türkiyədə olanda eşitdiyim söz ürəyimə toxunub. Neçə dəfə eşitmişəm ki, deyirlər, açın Azərbaycan kanallarını bir az gülək. Bu, çox incidicidir”./axşam.az

  • Axşam saatlarında Xankəndidən MARAQLI GÖRÜNTÜLƏR – Video

    Günəş batmaq üzrədir, hava yavaş-yavaş qaralır. Xankəndidə axşam düşür. Şəhərdə canlanma məhz bu saatlardan başlayır. Günün bu çağında burada olmağın yaratdığı doğmalıq hissini sözlə ifadə etmək çətindir.

    İctimai TV Xankəndidən xüsusi reportaj hazırlayıb.

    Axşam saatlarında işdən çıxanlar tələsmirlər. Yavaş addımların hər birində günün zəhməti, alın təri və sabaha olan ümid hiss olunur. Yolboyu verilən salamlar bir-birinə dayaq olmağın, həmrəyliyin ifadəsidir. Şəhərin mərkəzi bu saatlarda daha da canlanır. Bir qədər kənarda isə sakinlər bir araya gələrək xatirələrini bölüşürlər. Beləcə, keçmiş asta-asta bu günlə qovuşur və yaddaşlarda xoş xatirələrə çevrilir.

    Universitetin qarşısı hər şəhərdə olduğu kimi burada da gənclərin səsi ilə doludur – tələbələrin söhbəti, gülüşü, dərsdən sonrakı planları… Lakin Xankəndidə şəhərin gələcəyi məhz bu gənclərlə yenidən qurulur.

    Universitet mühitinə yeni uyğunlaşan tələbələrdən biri təəssüratlarını belə bölüşüb:

    “Burada indi özümüz görürük ki, vaxt çox gözəl keçir. Tələbələr üçün hər cür şərait yaradılıb”.

    Saatlar keçdikcə küçələrdə alış-verişdən qayıdan ailələr görünür. Əllərdə paketlər, doğma evə dönməyin rahatlığı var. Günün işi başa çatıb, ev yolu başlayıb. Hava tam qaraldıqca gənclərin səsi daha gur eşidilir. Universitet yataqxanasının pəncərələrindən süzülən işıq həyətə düşür. Kənddən, rayondan və şəhərlərdən gələnlər burada artıq bir həyətin sakinlərinə çevriliblər.

    Təhsil şəraiti və şəhərdəki yeni həyat barədə digər bir tələbə isə belə deyib:

    “Mənə əvvəl elə gəlirdi ki, burada darıxacağam. Ancaq bura gəldikdən sonra yeni tanışlar, yeni dostlar qazandım. Dərsdən sonra vaxtımızı səmərəli keçirməyə çalışırıq. Müasir infrastrukturla qurulan yeni İqtisadiyyat və Biznes korpusu, eləcə də savadlı müəllimlər insana oxumaq üçün əlavə motivasiya verirlər”.

  • 15 yaşlı bacısının 30 yaşlı nişanlısını bıçaqladı

    Bakıda 15 yaşlı bacısının 30 yaşlı nişanlısını bıçaqlayaraq öldürməyə cəhddə təqsirləndirilən Araz Səmədovun cinayət işinin məhkəmə baxışı keçirilib.

    Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Fəxri Məmmədovun sədrliyi ilə keçirilən iclasda təqsirləndirilən Araz Səmədovun sərbəst ifadəsi dinlənilib.

    Araz Səmədov ifadəsində bildirib ki, zərərçəkən Babək Uğurlu onun qardaşı yoldaşının yaxın qohumu olub.

    Təqsirləndirilənin dediyinə görə, hadisə baş verən gün Araz bacısının otağına girərkən Babəki bacısının yanında görüb və hiddətlənib. Buna görədə mətbəxdən bıçağı götürərək onun üzərinə cumur və bıçaqla xəsarətlər yetirir.

    Təqsirləndirilən ifadəsi zamanı “Mosson”,”cin”,”şeytan”kimi təriqət və gözəgörünməz varlıqların adını çəkərək, guya onların vasitəsilə hər bir məlumatı aldığını deyib.

    Zərərçəkən 30 yaşlı Babək Uğurlu isə məhkəmədəki ifadəsi zamanı Arazın azyaşli bacısı ilə nişanlı olduğunu deyib.

    “Mən Arazın azyaşlı bacısı ilə nişanlı idim. Qızın yaşının 18 yaş olduğunu gözləyirdik, evlənəcəkdik. Həmin gecə saat 2-də oturub söhbət edirdim nişanlımla, onların evində. O məndən küsmüşdü, könlünü almaq istəyirdim. Birdən Araz əlində bıçaq içəri daxil olaraq “sən cinsən, şeytansan” deyə-deyə üstümə cumdu və bıcaqla zərbələr endirməyə başladı. Nə qədər çalışsam da, bıçağı onun əlindən ala bilmədim. Bu zaman bacısı da yaralanmışdı. Bədənimin müxtəlif yerlərindən qan axırdı”.

    Növbəti proses aprelin 7-nə təyin edilib.

    Qeyd edək ki, hadisə 2025-ci ilin sentyabrinda Bakının Əmircan qəsəbəsində baş verib. Babək Uğurlunun çoxsayli bıçaq xəsarətləri ilə xəstəxanaya yerləşdirilməsi ilə bağlı Suraxani raton Poli İdarəsinə məlumat daxil olub. Polis əməkdaşlarının əməliyyatı zamani hadisəni törətməkdə təqsirli bilinən Araz Səmədov saxlanılaraq istintaqa cəlb edilib.

    Ona qarşı Cinayət Məcəlləsinin 29, 120.2.2-ci (xuliqanlıq niyyəti ilə qəsdən adam öldürməyə cəhd) və 29,120.2.4-cü (xüsusi amansızlıqla və ya ümumi təhlükəli üsulla adam öldürməyə cəhd) maddələrilə ittiham irəli sürülüb.
    //unikal.az

  • Hökumənin ailəsinin 80 minini ələ keçirənə bu cəza verildi

    Gəncə Ağır Cinayətlər Məhkəməsində oğurluq və dələduzluq əməllərində ittiham edilən 1995-ci il təvəllüdlü Ayaz İsgəndərova hökm oxunub.

    “Qafqazinfo”nun əldə etdiyi məlumata görə, onun kibercinayətkarlıq yolu ilə bir neçə vətəndaşa məxsus bank kartlarından külli miqdarda pul oğurladığı bildirilib.

    İttihama görə, A.isgəndərov xaricdə yaşayan “Petroviç” soyadlı şəxslə cinayətkar əlaqəyə girib və Azərbaycanda onun üçün “m10” pul kisələri yaradaraq hər birini 300 manata satıb. Kuryer işləyən Ayaz aldığı tapşırıqlar əsasında sosial şəbəkələrdə “ABB-dən payız sürprizi” və digər bu kimi yalan məzmunlu elan yerləşdirib.

    Həmin səhifələrdə olan elana inanan müştərilər qeyd olunan güzəştlərdən yararlanmaq məqsədilə yaradılmış saxta səhifələrdəki linklərə daxil olmaqla qeydiyyatdan keçərək anket məlumatlarını, həmçinin onlara məxsus bank kartının üzərindəki 16 rəqəmli nömrəni və “OTP” təhlükəsizlik şifrəsini müvafiq xanalara daxil edib.

    O və digər şəxslər istintaqla müəyyən edilməyən xüsusi informasiya proqramları vasitəsilə müştərilərin bank kartlarından həmin məxfi məlumatları əldə edib qeyd edilən kartlardakı pul vəsaitlərini elektron məlumat daşıyıcılarından və informasiya texnologiyalarından istifadə ediblər.

    Zərərçəkənlər arasında Milli Qəhrəman Hökumə Əliyevanın atası Cəlil Alıyev də olub. A.İsgəndərov və əlbir olduğu şəxslərin C.Alıyevə məxsus bank hesabından 80 min manatdan artıq pulu ələ keçirdiyi müəyyənləşib. Daxili İşlər Nazirliyinin Kibercinayətkarlıqla Mübarizə Baş İdarəsinin əməkdaşları tərəfindən keçirilən tədbirlərlə o saxlanılıb və barəsində cinayət işi açılıb.

    Məhkəmə A.İsgəndərovu Cinayət Məcəlləsinin 177.2.1, 177.2.3-1, 177.2.4, 178.3.2-cü maddələri üzrə təqsirli bilib. O, 8 il 6 ay həbs cəzasına məhkum edilib.

  • Azərbaycanda toylardan bu tip videolar paylaşmaq qadağan edilir

    Toy və yas mərasimlərində şəxsin arzuolunmaz vəziyyətdə çəkilmiş təsvirinin sosial şəbəkələrdə tirajlanması şəxsiyyət hüquqlarına müdaxilə hesab ediləcək.

    Median.Az Trend-ə istinadən xəbər verir ki, bu, Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Şəxsiyyət hüquqlarının müdafiəsi” haqqında 24 dekabr 2025-ci il tarixli qərarında qeyd olunub.

    Bildirilib ki, açıq və qapalı məkanlarda keçirilən kütləvi tədbirlərdə (yığıncaqlar, qurultaylar, konfranslar, konsertlər, tamaşalar, idman yarışları, toy və yas mərasimləri və s.) digər qanunla qadağan olunmayan məqsədlərlə çəkilişlərin aparılmasına, habelə yayılmasına şəxslərin razılığı tələb olunmur.

    Lakin kütləvi tədbirlərdə konkret şəxsin onun üçün açıq-aydın arzuolunmaz vəziyyətdə çəkilmiş təsvirinin əsas obyekt kimi yayılması, habelə şərəf və ləyaqətini alçaldan tərzdə, yəni istehzalı, zarafat və ya lağ konteksində sosial şəbəkələr və ya digər vasitələrlə tirajlanması şəxsiyyət hüquqlarına hüquqazidd müdaxilə hesab ediləcək.

  • Marketdən araq, kolbasa oğurladı – “Yeyib-içmək istəyirdim” dedi

    Bakıdakı marketlərdən birindən 181 manatlıq oğurluq olub.

    Baxış zamanı oğurlanan məhsulların 3 butulka araq, kolbasa və pendir olduğu müəyyən edilib.

    Polis əməkdaşları tərəfindən aparılan araşdırma zamanı hadisə ilə bağlı 47 yaşlı R.A barəsində protokol tərtib edilərək məhkəməyə göndərilib.

    R.A ifadəsində deyib ki, həmin gün çox ac olub. Ürəyi yeyib-içmək istədiyi üçün də mağazadan ərzaq oğurlayıb. O, hakimdən həbs edilməməsini xahiş edib.

    Hakim R.A-nın maddi vəziyyətini, müəyyən xəstəliklərdən əziyyət çəkməsini nəzərə alaraq pul cəriməsi və həbs qərarı verməyib.

    İnzibati xətaya görə onun barəsində 240 saat islah işləri növündə tənbeh tətbiq edilib.
    //qafqazinfo

  • Prokuror qadını daşla öldürən şəxsə 19 il cəza istədi – FOTO

    Bakıda qadını daşla öldürməkdə təqsirləndirilən İgid Rəcəbzadənin cinayət işi üzrə məhkəmə istintaqı yekunlaşıb.

    Bu barədə qərar Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Səbuhi Hüseynovun sədrliyi ilə keçirilən prosesdə elan edilib.

    Dövlət ittihamçısı Orxan Kəngərli ittiham nitqi ilə çıxış edərək məhkəməyə təqsirləndirilən şəxsin 19 il müddətinə azadlıqdan məhrum edilməsini təklif edib.

    Vəkil çıxış üçün məhkəmədən vaxt istəyib.

    Məhkəmənin növbəti iclası martın 3-nə təyin olunub.

    Qeyd edək ki, ötən ilin dekabrın 17-də Sabunçu rayonu ərazisində 1991-ci il təvəllüdlü Elnarə İbrahimovanın ölməsi barədə rayon prokurorluğuna məlumat daxil olub.

    Araşdırmalarla 1995-ci il təvəllüdlü İgid Rəcəbzadənin rayonun Zabrat qəsəbəsi ərazisində aralarında yaranmış mübahisə zamanı qeyri-rəsmi nikah münasibətində yaşadığı Elnarə İbrahimovanın baş nahiyəsinə daş parçası ilə xəsarət yetirərək qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib.

    Faktla bağlı Sabunçu Rayon Prokurorluğunda cinayət işi başlanıb. İgid Rəcəbzadəyə Cinayət Məcəlləsinin 120.2.4-cü (xüsusi amansızlıqla və ya ümumi təhlükəli üsulla adam öldürmə) maddəsi ilə ittiham elan olunub.
    //unikal.az

  • Epşteynin təyyarəsində dəhşətli sirrlər saxlanılır

    Ceffrey Epşteynin şəxsi “Boeing 727” təyyarəsi – “Lolita Express” on ildir ki, Corciya ştatının tullantılar anbarında çürüyür. 40 metr uzunluğundakı təyyarəyə baxış zamanı jurnalistlər mərhum pedofilin pozğun həyat tərzinin acınacaqlı xatirələrini aşkar ediblər. 
     
    Median.Az xəbər verir ki, media nümayəndələri Epşteynin gənc qurbanlarını daşımaq üçün istifadə etdiyi, illərdir açıq havada qalan “Jet N908JE” təyyarəsinin içərisində çəkiliş aparıblar.

    Təyyarənin kabinəsinə baxış zamanı, hətta döşəmələrin belə döşəndiyi yerdə, bir müxbir vanna otağı şkaflarında kiflənmiş təraş kremi qabları, işlənmiş diş fırçaları və narıncı-sarı saç bağları arasında körpə losyonu və körpə tozu aşkar edin.
     
    Keçmiş “Lolita Express” təyyarəsində körpə losyonu…
     
    …və körpə tozu
     
    Tapıntılar arasında həmçinin yataq masası içərisində gizlədilmiş peyk telefonu, çirkli dəsmallar və Epşteynin şəxsi təyyarəsinin nömrəsi olan salfet yığınları da olub ki, bu da keçmiş lüksü daha qabarıq xatırladır.
     
    Kobkinin içərisində dolabda qara stasionar telefon tapılıb, kabeli divardan qopmuş olub.

    Girişin dərhal arxasında, solda, körpə əşyalarının tapıldığı zərif bir vanna otağı var. Bir neçə addım irəlidə təyyarənin yeganə yataq otağı var, burada yatağın baş tərəfində üç qaz maskası asılıb və ağ yorğan böyük bir döşəyin üzərində səliqəli şəkildə örtülmüşdür.
     
    Vanna otağında, lavabonun yanında iki açılmamış premium “Voss” suyu şüşəsi durur.
     
    Yataq otağından qapısız bir dəhliz, demək olar ki, tamamilə parlaq qırmızı məxmərlə örtülmüş qonaq otağına aparır. Bu otaq divarlar, divan və iki kreslodan ibatətdir. Parlaq qırmızı masa ilə ayrılmış yalnız bir ağ və bej rəngli kreslo ümumi görünüşdən fərqlənir. Kabinənin daha aşağısında, mətbəxin qarşısındakı başqa bir qonaq otağında bir-birinə baxan iki boz yarımdairəvi divan var.
     
    Mətbəxi pilot kabinəsindən ayıran qonaq otağında yumşaq divanlar və kreslolar, uzun taxta masa və güzgülü divarlar var.
     
    Kobkinin qapısından yumşaq qəhvəyi rəngli döşəməli qonaq otağı görünür.

    İndi təyyarənin kabinəsi boş su şüşələri, hazır qəhvə qutuları və digər gündəlik əşyalarla, şkaflar, fayl şkaflar isə istismar təlimatları və digər aviasiya sənədləri olan kitablar və qovluqlarla doludur.
     
    Tullantı anbarının sahibi bildirib ki, təxminən 60 illik təyyarə qismən də 2016-cı ildə üç mühərrikin çıxarılması səbəbindən bir daha uçmayacaq. Belə bərbad vəziyyətdə olan təyyarənin təmiri olduqca baha başa gələcək.
     
    Bu təyyarə 2001-ci ilin yanvar ayında Epşteyn ilə əlaqəli “JEGE Inc.” şirkəti tərəfindən satın alınıb. 2016-cı ildə tullantı poliqonuna çatdıqdan sonra təyyarənin sökülməsi və təkrar emalı planlaşdırılsa da, bu planlar sirli şəkildə dəyişib. 2018-ci ilin dekabr ayında təyyarə gizli şəkildə Florida ştatının Medley şəhərində yerləşən “World Aviation Services MMC”yə satılıb. 2024-cü ilin iyul ayında təyyarə, demək olar ki, heç bir məlumatın ictimaiyyətə açıqlanmadığı Vayominq ştatının Laramie şəhərində yerləşən “Jet Assets Incorporated” şirkəti tərəfindən satın alınıb.
     
    Xatırladaq ki, Ceffri Epşteyn Nyu-Meksiko rançosunda illərlə bütün dəlilləri məhv edə biləcək bir krematoriya tikdirib.
     
    Bundan əlavə, insan alveri və pedofiliyada şübhəli bilinən Epşteynin məşhur “Epşteyn sənədləri” arasında altı barel sulfat turşusu üçün bank köçürməsi aşkarlanıb.

  • Səma 80 dəqiqə qırmızıya boyanacaq: Günlər qaldı

    2026-cı ilin ən möhtəşəm səma hadisələrindən biri olan Tam Ay Tutulması üçün geri sayım başladı. Mart ayının əvvəlində baş verəcək bu nadir hadisədə Ay Yer kürəsinin kölgəsində olacaq və cazibədar qırmızı rəngə çevriləcək. 
     
    Median.Az bildirir ki, “Qanlı Ay” adlanan bu vizual tamaşa Avropadan Amerikaya qədər geniş coğrafi ərazidən çılpaq gözlə görünəcək.
     
    Dünya 2026-cı ilin ilk böyük astronomik qarşılaşmasına hazırlaşır.
     
    Günəş, Yer və Ayın bir xətt üzrə yerləşməsi ilə baş verən tam tutulma səma həvəskarlarına unudulmaz bir tamaşa təqdim edəcək. Günəş işığının Ayın səthinə dəyməsi və Yer atmosferi tərəfindən süzülməsi nəticəsində yaranan mis-qırmızı rəng peşəkar avadanlıqlara ehtiyac olmadan dünyanın bir çox nöqtəsindən görünəcək.
     
    Bu təbii hadisəni xüsusi edən ən vacib amil Ayın Yer kürəsinin çətir konusundan keçməsidir. Tutulma zamanı Ay adi parlaq ağ rəngini itirəcək və tünd qırmızımtıl rəng alacaq. Mütəxəssislər bu mart tutulmasının həm müddəti, həm də rəng intensivliyi baxımından son illərdə ən aydın hadisələrdən biri olacağını proqnozlaşdırırlar. Xüsusilə hava çirkliliyinin az olduğu ərazilərdə tutulmanın bütün mərhələləri aydın görünəcək.
     
    Müşahidəçilər üçün ən böyük üstünlük bu hadisəni izləmək üçün xüsusi filtrlərə və ya qoruyucu eynəklərə ehtiyac olmamasıdır. Tam tutulmanın uzun müddət davam etməsi fotoqrafiya həvəskarlarına unikal görüntülər çəkmək imkanı da verəcək. Avropa, Afrika və Amerikanın böyük hissələrindən görünən bu hadisə, hava şəraiti aydın olarsa, eyni anda milyonlarla insanı səmaya cəlb edəcək.
     
    Astronomiya həvəskarları tərəfindən səbirsizliklə gözlənilən 3 mart 2026-cı il tarixində baş verən tam ay tutulması, təəssüf ki, ölkəmizdən adi gözlə görünməyəcək. Tutulma dövrü ərzində ölkəmizdə gündüz olacağı və Ay üfüqün altında olacağı üçün bu qırmızı tamaşanı Bakı vaxtı ilə müşahidə etmək mümkün olmayacaq. Lakin tutulmanın ən aydın görünəcəyi Amerika, Şərqi Asiya və Avstraliyadakı rəsədxanalar bu anları bütün dünyaya canlı yayımlayacaqlar. Azərbaycandakı səma həvəskarları üçün növbəti vacib görüş 28 avqust 2026-cı ildə baş verəcək qismən ay tutulması olacaq ki, bu da ölkəmizdən də görünəcək.

  • Xalq artistində ağır xəstəlik tapıldı

    Ev şəraitində müalicə alıram, tibb bacısı da yanımda olur. Dərmanlar, iynələr, sistemlər hamısı ev şəraitində aparılır. Çünki xəstəxanada qala bilmədim, darıxdım.
     
    Median.Az bildirir ki, bu sözləri Axar.az-a açıqlamasında xalq artisti, tanınmış aktyor Şeyx Əbdül Mahmudbəyov səhhəti ilə bağlı danışarkən deyib.
     
    “Xəstəliklərimdən biri nəfəslə, bronxlarımla bağlıdır. Həmçinin əl-ayağımda titrəmələr başlayıb. Sağ tərəfimdə parkinson əlamətləri var. Çətin hərəkət edirəm. Streslə bağlı psixoloji çətinlik çəkirəm.
     
    Üç gündür parkinson xəstəliyinə qarşı müalicəyə başlamışam. Əl-ayağımda keyimələr, əsmələr hələ keçməyib. Deyirlər ki, 5-10 gün dərman qəbul edim, keçəcək.
     
    İndi yazı-pozularımı sol əlimlə edirəm