Month: February 2026

  • В офисе Зеленского раскрыли детали переговоров с Россией

    Появление в российской делегации представителей спецслужб неожиданно упростило диалог на переговорах о мирном урегулировании.

    Об этом заявил замглавы офиса президента Украины Сергей Кислица в интервью BBC.

    По его оценкам, одним из главных изменений в переговорном процессе стало изменение российской делегации. Появление военных и сотрудников спецслужб неожиданно упростило диалог, указал он. Кислица вспомнил, что еще во времена работы в ООН российские дипломаты считались самыми сложными оппонентами.

    Он заметил, что “военные лучше понимают, что происходит на поле боя”. Они могут спорить, но не уходят в идеологические и исторические споры, сказал замглавы офиса Зеленского.

    Кислица также уточнил, что часть переговорной группы, занимающаяся военной частью, достигла согласия в 90% вопросов. Нерешенными остались вопросы территорий, линии разграничения и контроля над Запорожской АЭС, подчеркнул политик.

  • Zelenskinin ofisi Rusiya ilə danışıqların detallarını açıqladı: Gözlənilməz dəyişiklik

    “Rusiya nümayəndə heyətinin tərkibində xüsusi xidmət orqanlarının nümayəndələrinin peyda olması gözlənilmədən sülh nizamlanması üzrə danışıqlarda dialoqu sadələşdirib”.

    Bunu Ukrayna Prezidenti Ofisinin rəhbərinin müavini Sergey Kislitsa BBC telekanalına müsahibəsində bildirib.

    Onun sözlərinə görə, danışıqlar prosesindəki əsas dəyişikliklərdən biri Rusiya nümayəndə heyətinin tərkibi olub. Kislitsa qeyd edib ki, hərbçilərin və xüsusi xidmət orqanları əməkdaşlarının peyda olması gözlənilmədən dialoqu sadələşdirib.

    Sergey Kislitsa xatırladıb ki, hələ BMT-də fəaliyyət dövrlərində rusiyalı diplomatlar ən çətin opponent (rəqib) hesab olunurdular.

    O qeyd edib ki, hərbçilər döyüş meydanında baş verənləri daha yaxşı başa düşürlər, onlar mübahisə edə bilərlər, lakin ideoloji və tarixi mövzuda diskussiyalara girmirlər.

    Kislitsa, həmçinin bildirib ki, danışıqlar qrupunun hərbi hissə ilə məşğul olan hissəsi məsələlərin 90%-i üzrə razılığa gəlib. Siyasətçi vurğulayıb ki, həll olunmamış qalan məsələlər ərazi, demarkasiya xətti və Zaporojye Atom Elektrik Stansiyası üzərində nəzarətdir.

  • Bakıda təhlükəli vəziyyət: Əyilmiş nişan faciəyə yol aça bilər

    Metronun “Memar Əcəmi” stansiyasının yaxınlığında quraşdırılmış düzünə yol nişanının bərkidici hissəsinin açıldığı və dirəyin əyilmiş vəziyyətdə olması ilə bağlı görüntülər paylaşılıb.

    Oxu.Az xəbər verir ki, yol nişanının dayağı tam sabit deyil və istənilən vaxt aşma riski mövcuddur.

    Nəzərə alsaq ki, nişan həm hərəkət iştirakçıları, həm də piyadalar üçün nəzərdə tutulmuş ərazidə yerləşir, bu vəziyyət potensial təhlükə yaradır.

    Məsələ ilə bağlı Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinə (AYNA) sorğu ünvanlasaq da, xəbərin mənasız olduğu bildirildi və sorğumuz cavabsız qaldı.

    Qeyd edək ki, sözügedən texniki nasazlıq nəticəsində yol nişanı aşarsa, hər hansı xəsarət və ya daha ağır nəticə baş verərsə, məsələ artıq fərqli hüquqi və ictimai müstəvidə qiymətləndiriləcək. Bu zaman AYNA üçün xəbər “mənasız” statusundan çıxaraq insan həyatı üçün kəsb edən mahiyyət daşıyacaq.

    Bunu da əlavə edək ki, yol infrastrukturunun təhlükəsiz vəziyyətdə saxlanılması məsul qurumların birbaşa öhdəliyinə daxildir və risk yaradan halların vaxtında aradan qaldırılması vacibdir.

  • Zabrat qəsəbəsindəki su xəttində qəza aradan qaldırıldı

    Sabunçu rayonu, Zabrat qəsəbəsi, Molla Vəli Vidadi küçəsində diametri 560 millimetr olan içməli su xəttində qəza hadisəsi qeydə alınan kimi əraziyə müvafiq rayon sukanal idarəsinin qəza briqadası cəlb edilib.

    Su xəttində ilkin olaraq qaynaq işləri aparılmaqla qəza aradan qaldırılıb.

    Hazırda bütün istiqamətlər üzrə təmir-bərpa işləri yekunlaşıb və suyun verilməsi bərpa edilib.

    Bəzi ərazilərdə əhali tərəfindən primitiv çəkilən xətlər standardlara cavab vermədiyi üçün hidravlik rejimin bərpası vaxt tələb edir.

  • Paytaxtın hansı küçələrində sıxlıq var?

    Bakının bir sıra yollarında nəqliyyatın sıxlığı müşahidə olunur.

    Bu barədə Daxili İşlər Nazirliyinin (DİN) Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi (NİİM) məlumat yayıb.

    Hazırda:

    1. Bakı-Sumqayıt şosesi, “Xırdalan” dairəsi istiqamətində;

    2. Bakı-Sumqayıt şosesi, “20 Yanvar” metro stansiyası istiqamətində;

    3. Alı Mustafayev küçəsi, Ziya Bünyadov prospekti istiqamətində;

    4. Tbilisi prospekti, İzmir küçəsi ilə kəsişmədən “20 Yanvar” metro stansiyası istiqamətində;

    5. Binəqədi şosesi, “Azadlıq prospekti” metro stansiyasından Binəqədi qəsəbəsi istiqamətində;

    6. Mikayıl Müşfiq küçəsi, “Badamdar” dairəsindən 20 nömrəli məktəb-lisey istiqamətində;

    7. Dənizkənarı küçəsi, Bayraq Meydanının qarşısından “Azneft” dairəsi istiqamətində;

    8. 28 May küçəsi, Puşkin küçəsi ilə kəsişmədən Rəşid Behbudov küçəsi ilə kəsişməyə qədər;

    9. Üzeyir Hacıbəyli küçəsi, Azadlıq prospekti ilə kəsişməyə qədər;

    10. Yusif Səfərov küçəsi, Heydər Əliyev prospekti istiqamətində;

    11. Koroğlu Rəhimov küçəsi, Akad. Həsən Əliyev küçəsi ilə kəsişmədən Heydər Əliyev prospekti istiqamətində;

    12. Babək prospekti, mərkəz istiqamətində;

    13. Neftçilər prospekti, Yusif Səfərov küçəsi istiqamətində;

    14. Xətai prospekti, Heydər Əliyev prospekti istiqamətində;

    15. Heydər Əliyev prospekti, əsas yol, mərkəz istiqamətində;

    16. Heydər Əliyev prospekti, köməkçi yol, mərkəz istiqamətində;

    17. Ziya Bünyadov prospekti, Müzəffər Nərimanov küçəsi ilə kəsişmədən “20 Yanvar” metro stansiyası istiqamətində;

    18. Ziya Bünyadov prospekti, Əbdülvahab Salamzadə küçəsi ilə kəsişmədən Əhməd Rəcəbli küçəsi istiqamətində sıxlıq müşahidə olunur.

  • Bəzi bölgələrdə yağış, dağlıq ərazilərdə qar yağır – duman müşahidə olunur

    Azərbaycanın bəzi yerlərində yağıntılı hava şəraiti müşahidə olunur.

    Bu barədə Milli Hidrometeorologiya Xidmətinin fevralın 24-ü saat 17:00-a olan məlumatında qeyd edilib.

    Belə ki, Bakıda və Abşeron yarımadası, eyni zamanda Balakən, Gəncə, Naftalan, Şəmkir, Ceyrançöl, Tovuz, Şirvan, Ağsu, Qax (Sarıbaş), Zaqatala, Oğuz, Qəbələ, Şamaxı, Qobustan, Tərtər, Bərdə, Goranboy, Mingəçevir, Yevlax, Göyçay, Sabirabad, Neftçala, Biləsuvar, Yardımlı, Lənkəran, Astara, Ağdama yağış, Daşkəsən, Gədəbəy, Şahbuz, Şahdağ, Xınalıq, Quba, Qusar, Şəkiyə isə qar yağır.

    Daşkəsən, Göygöl, Gəncə, Naftalan, Balakən, Qax (Sarıbaş), Zaqatala, Şəki, Şamaxı, Qobustan, Qusar, Qrız, Göyçay, Lerikdə duman müşahidə olunur, görünüş məsafəsi 200-500 metrədək məhdudlaşır.

  • ƏDV üzrə gömrük borcunun məbləğinin hesablanması qaydasında dəyişiklik edilib

    Əlavə dəyər vergisi (ƏDV) üzrə gömrük borcunun məbləğinin hesablanması qaydasında dəyişiklik edilib.

    Oxu.Az xəbər verir ki, bununla bağlı Baş nazir Əli Əsədov qərar imzalayıb.

    Qərara əsasən, gömrük borcu hesablanmış gömrük ödənişləri üzrə borclu olan və ya Gömrük Məcəlləsinin 258.1-ci maddəsində nəzərdə tutulmuş üsullardan istifadə etməklə təminat verildikdə, həmin təminat üzrə öhdəlik daşıyan şəxslər tərəfindən ödənilə biləcək.

    Fiziki şəxslər tərəfindən gömrük sərhədindən kommersiya məqsədləri üçün nəzərdə tutulmayan malların keçirilməsi ilə əlaqədar yarana biləcək gömrük ödənişləri sahibkarlıq subyekti olmayan fiziki şəxs, habelə Gömrük Məcəlləsinin 258.1-ci maddəsində nəzərdə tutulmuş üsullardan istifadə edilməklə təminat verildikdə, həmin təminat üzrə öhdəlik daşıyan şəxslər tərəfindən ödənilə biləcək.

  • Azərbaycan və Ermənistan XİN rəhbərlərinin müavinləri Cenevrədə görüşdü

    24 fevral tarixində Azərbaycanın xarici işlər nazirinin müavini Elnur Məmmədov və Ermənistanın xarici işlər nazirinin müavini Robert Abisoğomonyan Cenevrədə BMT İnsan Hüquqları Şurasının 61-ci sessiyası çərçivəsində görüşüblər.

    Azərbaycan Xarici İşlər Nazirliyindən verilən xəbərə görə, görüş daha yüksək siyasi səviyyədə aparılmış təmasların davamı olaraq baş tutub.

    Nazir müavinləri çoxtərəfli platformalar və beynəlxalq təşkilatlar çərçivəsində mümkün etimad quruculuğu tədbirlərini müzakirə ediblər.

  • Həbs edilən Aslan Əliyevin dövlətə milyonlarla borcu var (FOTO)

    “Şəmkir Un-Yem” Məhdud Məhsuliyyətli Cəmiyyətinin (MMC) dövlətə milyonlarla vergi borcu yaranıb.

    Qaynarinfo-nun məlumatına görə, şirkətin Dövlət Vergi Xidmətinin 14 saylı Ərazi Vergilər İdarəsinə 2.708.125,23 manat vergi borcu var.

    Qeyd edək ki, ötən ilin may ayında “Şəmkir Un-Yem” MMC-nin direktoru Aslan Əliyev həbs edilib. O, xüsusilə külli miqdar təşkil edən 2 milyon manatdan çox vəsaitin mənimsənilməsində, torpaq sahələri üzərində mülkiyyət hüququnun pozulmasında, xüsusilə külli miqdarda vergiləri ödəməkdən yayınmaqda və vəzifə saxtakarlığında ittiham olunur.

    Cinayət işinin ağırlığı nəzərə alınaraq onun barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.
    Qeyd edək ki, Aslan Əliyev Baş Prokurorluğun İstintaq İdarəsi tərəfindən cinayət məsuliyyətinə cəlb edilib. “Şəmkir Un-Yem” MMC 2018-ci ildə fəaliyyətə başlayıb.

  • В Мексике во время беспорядков из тюрьмы сбежали 23 заключенных

    По меньшей мере 23 человека совершили побег из региональной тюрьмы в городе Пуэрто-Вальярта в штате Халиско во время беспорядков, вспыхнувших после ликвидации главаря наркокартеля “Новое поколение Халиско”.

    Как передает Median.Az со ссылкой на телеканал NMas, об этом сообщил секретарь общественной безопасности штата Хуан Пабло Эрнандес.

    “На данный момент информация, которая имеется при проверке, – это 23 человека, лишенных свободы, которые находятся в бегах. Соответствующие оповещения направлены федеральным властям для их поимки”, – заявил глава ведомства.

    Он указал, что побег стал возможным благодаря тому, что во время охвативших штат беспорядков подельники заключенных обстреляли тюрьму, а затем при помощи автомобиля снесли ворота, проникнув на территорию объекта. В ходе завязавшейся перестрелки погиб один из охранников учреждения.

    Министерство национальной обороны Мексики 22 февраля заявило о ликвидации главаря наркокартеля “Новое поколение Халиско” Рубена Осегеры Сервантеса по прозвищу Эль Менчо. По данным ведомства, преступник получил тяжелые ранения в ходе вооруженного столкновения с силовиками и умер во время транспортировки по воздуху в военный госпиталь.

    После проведенной спецоперации по всей стране фиксировались массовые перекрытия автомобильных трасс, поджоги машин и коммерческих предприятий. Как сообщила президент республики Клаудия Шейнбаум, к 23 февраля ситуация в сфере общественной безопасности в стране была полностью взята под контроль.