Month: February 2026

  • Naxçıvan sakinlərinə ŞAD XƏBƏR – Sərəncam imzalandı

    Prezident İlham Əliyev Naxçıvan Muxtar Respublikasında əhalinin içməli su ilə təminatının yaxşılaşdırılmasına dair əlavə tədbirlər haqqında Sərəncam imzalayıb.

    Median.Az bununla bağlı President.az-a istinadən xəbər verir.

    Sərəncama əsasən, Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi Naxçıvan Muxtar Respublikasında Azərbaycan Respublikası Prezidentinin səlahiyyətli nümayəndəliyi ilə razılaşdırmaqla bu Sərəncamın əlavəsində göstərilən əhalisi 80 min nəfərdən çox olan 38 yaşayış məntəqəsində 40 ədəd subartezian quyusunun layihə-smeta sənədlərinin hazırlanması, qazılması və əhalinin içməli su ilə təmin olunması üçün müvafiq tədbirlər görməlidir.

    Bundan başqa, “Su ehtiyatlarından səmərəli istifadənin təmin edilməsi ilə bağlı tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2020-ci il 15 aprel tarixli 1986 nömrəli Sərəncamı ilə yaradılmış Komissiya bu Sərəncamın 1-ci hissəsində nəzərdə tutulmuş tədbirlərin əlaqələndirilməsi məsələlərini həll etməlidir.

  • Nəsimidə iki nəfər saxlanıldı – ƏMƏLİYYAT GÖRÜNTÜLƏRİ (Video)

    Nəsimi Rayon Polis İdarəsinin 22-ci Polis Şöbəsinin əməkdaşları narkotik vasitələrin satışı və qanunsuz dövriyyəsinə qarşı növbəti əməliyyatlar həyata keçiriblər.

    Bu barədə Daxili İşlər Nazirliyi (DİN) məlumat yayıb.

    Bildirilib ki, tədbir zamanı əvvəllər məhkum olunmuş paytaxt sakini, 61 yaşlı Elman İmanov saxlanılıb. Onun üzərindən 4 kiloqram 745 qram marixuana aşkar edilərək götürülüb.

    Şöbə əməkdaşlarının keçirdikləri digər əməliyyat zamanı isə əvvəllər məhkum olunmuş 39 yaşlı Taleh Bağırov narkotiklərin qanunsuz dövriyyəsində şübhəli bilindiyi üçün saxlanılıb. Ondan satış məqsədilə qablaşdırılmış, ümumi çəkisi 8 kiloqram 413 qram olan heroin, tiryək, marixuana və psixotrop maddə – metamfetamin aşkarlanaraq götürülüb.

    Müəyyən edilib ki, E.İmanov və T.Bağırov şəxsiyyəti istintaqla araşdırılan İran vətəndaşı ilə cinayət əlaqəsinə girərək narkotik vasitələri müxtəlif ünvanlara yerləşdirməyi planlaşdırıblar.

    Faktlarla bağlı cinayət işləri başlanılıb, saxlanılan şəxslər barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.

  • Новшество от АЖД: как пополнить баланс проездных карт?

    Баланс физических проездных карт ЗАО “Азербайджанские железные дороги” (АЖД) можно будет пополнять также через сайт www.ady.az.

    Об этом сообщает Median.Az со ссылкой на АЖД.

    Для этого необходимо перейти в раздел “Пополнение баланса физической карты” на сайте и ввести 10 цифр на карте и сумму.

  • ADY-də kart balansının artırılması ilə bağlı YENİLİK

    “Azərbaycan Dəmir Yolları” QSC-nin (ADY) fiziki gediş kartlarının balansına www.ady.az saytı vasitəsilə də vəsait yükləmək mümkün olacaq.

    Bu barədə ADY məlumat yayıb.

    Bildirilib ki, bunun üçün saytda “Fiziki kartın balansının artırılması” bölməsinə keçid edərək kart üzərindəki 10 rəqəmi və məbləği qeyd etmək lazımdır.

  • Məhkəmə “özünü tanımayan” vətəndaşı HƏBS ETDİ

    Bakıda başqasının evinə girib qışqır-bağır salan şəxs həbs olunub.

    Median.Az Lent.az-a istinadən xəbər verir ki, hadisə Sabunçu rayonu ərazisində qeydə alınıb.

    Naməlum şəxs evlərdən birinin həyətinə daxil olaraq “bura mənimdir” deyərək bağırmağa başlayıb. Qorxuya düşən ev sahibi bu barədə polisə məlumat verib. Həmin şəxs saxlanılaraq, 13-cü Polis Şöbəsinə aparılıb. Məlumata görə, saxlanılan adam burada da sakit dayanmayıb və polisin qanuni tələbinə məhəl qoymayıb.

    Şöbədə onun barəsində tərtib olunan protokollar baxılması üçün məhkəməyə göndərilib. İşin maraqlı tərəflərindən biri də məhkəmədə yaşanıb. Belə ki, barəsində inzibati xəta üzrə icraat aparılan şəxs məhkəmə zalında özünü normal aparmayıb, çölə çıxıb və özünü də tanımadığını deyərək ifadə verməkdən imtina edib.

    Məhkəmənin qərarı ilə həmin şəxs 15 gün müddətinə həbs edilib.

  • Qubada 71 yaşlı kişi qadın tanışının evində öldü

    Quba rayon Qonaqkənd qəsəbə sakini 1955-ci il təvəllüdlü Söhrab Cabbar oğlu Məmmədovun meyiti tanışı Nəsibə Ərzuman qızı Dadaşovanın evində tapılıb.

    Mərhum N.Dadaşovaya məxsus evdə infarkt keçirərək ölüb.

    Faktla bağlı araşdırmalar aparılır.

  • Акт об амнистии применен к 90 иностранным гражданам, отбывающим наказание в Азербайджане

    Акт об амнистии, принятый Милли Меджлисом 19 декабря прошлого года на основании инициативы Президента Ильхама Алиева, применен к 90 гражданам иностранных государств, отбывающих наказание в Азербайджане.

    Как сообщает Oxu.Az, об этом заявил старший прокурор управления внеуголовного производства Генеральной прокуратуры Намиг Алиев.

    По его словам, некоторые из этих лиц освобождены из исправительных учреждений, а некоторым сокращены сроки наказания.

    Отметим, что на сегодня акт об амнистии охватил 18 355 человек.

  • Azərbaycanda cəza çəkən 90 əcnəbiyə amnistiya aktı tətbiq edilib

    Prezident İlham Əliyevin təşəbbüsü ilə ötən il dekabrın 19-da qəbul edilən amnistiya aktı Azərbaycanda cəza çəkən 90 nəfər xarici ölkə vətəndaşına şamil edilib.

    Oxu.Az-ın məlumatına görə, bunu Baş Prokurorluğun Cinayət təqibindən kənar icraatlar idarəsinin böyük prokuroru Namiq Əliyev deyib.

    Onun sözlərinə görə, həmin şəxslərin bəziləri cəzaçəkmə müəssisələrindən azad ediliblər, bir qisminin isə cəzaları azaldılıb.

    Qeyd edək ki, amnistiya aktı indiyədək 18 355 şəxsə şamil edilib.

  • Hökumə Əliyevanın ailəsinin 80 minini ələ keçirənə HÖKM OXUNDU

    Bakı Ağır Cinayətlər Məhkəməsində oğurluq və dələduzluq əməllərində ittiham edilən 1995-ci il təvəllüdlü Ayaz İsgəndərova hökm oxunub.

    Median.Az “Qafqazinfo”ya istinadla xəbər verir ki, onun kibercinayətkarlıq yolu ilə bir neçə vətəndaşa məxsus bank kartlarından külli miqdarda pul oğurladığı bildirilib.

    İttihama görə, A.İsgəndərov xaricdə yaşayan Petroviç soyadlı şəxslə cinayətkar əlaqəyə girib və Azərbaycanda onun üçün elektron pul kisələri yaradaraq hər birini 300 manata satıb. Kuryer işləyən Ayaz aldığı tapşırıqlar əsasında sosial şəbəkələrdə yalan məzmunlu elan yerləşdirib.

    Həmin səhifələrdə olan elana inanan müştərilər qeyd olunan güzəştlərdən yararlanmaq məqsədilə yaradılmış saxta səhifələrdəki linklərə daxil olmaqla qeydiyyatdan keçərək anket məlumatlarını, həmçinin onlara məxsus bank kartının üzərindəki 16 rəqəmli nömrəni və OTP təhlükəsizlik şifrəsini müvafiq xanalara daxil edib.

    O və digər şəxslər istintaqla müəyyən edilməyən xüsusi informasiya proqramları vasitəsilə müştərilərin bank kartlarından həmin məxfi məlumatları əldə edib qeyd edilən kartlardakı pul vəsaitlərini elektron məlumat daşıyıcılarından və informasiya texnologiyalarından istifadə ediblər.

    Zərərçəkənlər arasında Milli Qəhrəman Hökumə Əliyevanın atası Cəlil Alıyev də olub. A.İsgəndərov və əlbir olduğu şəxslərin C.Alıyevə məxsus bank hesabından 80 min manatdan artıq pulu ələ keçirdiyi müəyyənləşib. Daxili İşlər Nazirliyinin Kibercinayətkarlıqla Mübarizə Baş İdarəsinin əməkdaşları tərəfindən keçirilən tədbirlərlə o saxlanılıb və barəsində cinayət işi açılıb.

    Məhkəmə A.İsgəndərovu Cinayət Məcəlləsinin 177.2.1, 177.2.3-1, 177.2.4, 178.3.2-cü maddələri üzrə təqsirli bilib. O, 8 il 6 ay həbs cəzasına məhkum edilib.

  • Bakıda avtomobil yanır – Video

    Bakıda, metronun “Neftçilər” stansiyasının yaxınlığında avtomobil yanır.

    Median.Az Baku TV-yə istinadən hadisə yerindən görüntüləri təqdim edir: